Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə13/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   9   10   11   12   13   14   15   16   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Ələkbər Heydəri 
qəzetin nəşri 
dövründə Mahaç-Qalada yaşayırdı. O, 1879-cu ildə Bakıya köçərək səfarətxanada 
qulluq etmişdi. Heydərinin qəzetdə dərc olunan kəskin yazısı təhsil 
müəssisələrində dini elmlərlə yanaşı, dünyəvi elmlərin tədrisi ilə bağlıdır ki, bu da 
kifayət qədər ciddi polemika doğurdu. Bu məqalə "Əkinçi"nin 10-cu sayında işıq 
üzü görmüşdü. Qəzetin 11-ci sayında Əhsənül-Qəvaid müəllifin fikri ilə həmrəy 
olduğunu bildirmiş, dini təhsillə yanaşı, dünyəvi elmlərin tədrisini vacib hesab 
etmişdi. Qəzetin 12-ci sayında Zaqafqaziyanın şeyxülislamı Axund Əhməd 
Hüseynzadə polemikaya qatılmış, öz düşüncələrini bildirmişdi. Ümumən 
Heydərlinin bu məqaləsinə cavab olaraq "Əkinçi"də 15-dək yazı nəşr olunmuşdu. 
Haqlarında müəyyən qədər məlumatlar verilən bu müəlliflərlə yanaşı, 
"Əkinçi"də bir neçə qələm əhli də öz yazılarını çap etmişdilər. 
Məmmədtağı 
Əlizadə ġirvani, Əlimədəd Abdullahzadə, Məmnun Əlqədari, Ələkbər 
Elmizadə 
də "Əkinçi"nin nıilli özünüdərk və maarifçilik xəttini qəbul etmiş, öz 
məqalələrini bu istiqamətdə hazırlayaraq oxuculara çatdırmışlar. 
Azərbaycanın ilk jurnalistlərindən olan, 1875-ci ildə "Tiflisski vestnik" 
qəzetində çalışan İsa Sultan Şahtaxtlı da "Əkinçi" ilə daim əlaqə saxlamış, Həsən 
bəy Zərdabi ilə məktublaşmışdı. 
1853-cü ildə Naxçıvanda zadəgan ailəsində dünyaya gələn İ.S. Şahtaxtlı 
ilk təhsilini Tiflisdə almış, sonra isə təhsilini iki ali məktəbdə - Peterburq Əkinçilik 
İnstitutunda və Peterburq Texnologiya İnstitutunda davam etdirmişdi. 


26 
1875-ci ildə Tiflisə qayıdan İ.S.Şahtaxtlı "Tiflisskiy vestnik" qəzetində 
jurnalist kimi çalışmışdı. "Əkinçi"nin fəaliyyətə başlaması İsa Sultanı son dərəcədə 
sevindirirdi. Mütərəqqi dünyagörüşünə sahib olan 23 yaşlı jurnalistin "Əkinçi"nin 
redaktoruna yazdığı 9 may 1876-cı il tarixli məktubu onun H.Zərdabi ilə əqidə və 
məsləkcə yaxın olduğunu təsdiqləyir. 
İsa Sultan nəinki onun qəlbi üçün əziz olan "Əkinçi"nin 
müvəffəqiyyətindən sevinir, həmçinin "Tiflisskiy vestnik" qəzetinin oxucularını ilk 
Azərbaycan qəzetində dərc olunan məqalə və xəbərlərlə tanış edirdi. "Tiflisskiy 
vestnik"in təkcə 1876-cı il 18 noyabr tarixli 260-cı nömrəsində onun "Əkinçi"dən 
üç xəbəri dərc olunub. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə