Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə12/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   8   9   10   11   12   13   14   15   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Əsgər ağa Gorani 
də "Əkinçi"lər məktəbinin fəal nümayəndələrindəndir. 
Əsgər ağa Gorani şəcərə etibarilə Qarabağ xanları nəslindəndir. 
Moskvada təhsil alarkən Nəcəf bəy Vəzirov kimi o da "Əkinçi"nin nəşrini 
eşitmiş, anadilli mətbu orqanın varlığından sevinmişdi. "Əkinçi" ilə daim 
əməkdaşlıq edən Əsgər ağa Gorani Zərdabi ilə sıx əlaqə saxlamışdı. Onun 
"Əkinçi"də 40-dək yazısı dərc olunmuşdu. 
Təzə xəbərlər yazmağa meyl edən Gorani cəmiyyətdə baş verən hadisələri 
öz düşüncələrinin süzgəcindən keçirərək "Əkinçi"də çap etdirirdi. "Elm xəbərləri" 
şöbəsində Ə.Goraninin qəbirstanlığa yaxın yerdə su quyularının qazılmasının 
zərərindən, mal-qaranın yeni saxlama üsullarından, Şərq xalqlarının elmsizlik 
ucbatından cahilliyə meyil etməyindən, telefon və stenoqrafiyanın ixtirasından, 
tarix elminin inkişafı məsələlərindən bəhs edən onlarca məqaləsi nəşr olunmuşdu. 
"Məktubat" şöbəsində dərc etdiyi yazıların birində Gorani Bakı -Tiflis 
dəmir yolunun çəkilməsi ilə bağlı aparılan işlərdən, dövlətin verdiyi qərarlardan, 
dəmir yolunun keçəcəyi yerlərdən məlumat verir. Digər məqaləsi isə Peterburq 
Kənd Təsərrüfatı Muzeyi barəsindədir. 
"Əkinçi"nin 1876-cı ildə çıxan ilk sayında Gorani Peterburq padşahlıq 
kitabxanasından bəhs edən məqaləsi çap olunmuşdu. Müəllif göstərir ki, bu 
kitabxanada 900 min basma, 30 min yazma kitab və 75 min kitab surəti saxlanılır. 
Qiymətli nüsxələr şüşə altındadır. Kitabxananın iş qaydasına toxunan Gorani yazır: 
"Hər yekşənbə günü kitabxananı hər bir kəs gəzib tamaşa edə bilər..." 
Gorani rusca nəşr olunan mətbu orqanlardakı maraqlı xəbərləri tərcümə 
edib "Əkinçi"yə göndərirdi. Onun bəzi məqalələri üzərində Zərdabi çalışır, redaktə 
edir, bəzən isə yazının mahiyyətini saxlayaraq yenidən işləyirdi. Zərdabi bu yolla 
müəllifləri sadə, rəvan ana dilində yazmağa öyrədirdi. 
Moskvada təhsilini bitirdikdən sonra Ə.Gorani bir müddət Tiflisdə, 
Kutaisidə çalışmış, 1905-ci ildən sonra isə Gəncədə ədliyyə, məhkəmə və digər 
dövlət qurumlarında işləmişdi. O, 1910-cu ildə vəfat etmişdi. Onun vəfatı ilə bağlı 
qəzetlərdə dərc olunan nekroloqda deyilirdi: "Əsgər ağa özü qayət batəcrübə, mətin 
və ziyalı bir şəxs olduğundan hamını ona ehtiram etməyə məcbur edirdi". 
Digər nekroloqda isə bu sözlər yazılmışdı: "İllərcə bəslədiyimiz maarif 
tacımızın bir cəvahiri, bir dürrü düşdü, itdi". Əhsənül-Qəvaid ləqəbi ilə yazılar 
yazan Hacı Məmmədsadıq "Əkinçi"nin yaradıcılıq işində Zərdabiyə yaxından 
kömək edirdi. Onun "Məktubat" şöbəsində dərc olunan məqalələri dini təhsildə 
olan problemlər, mövhumatçılığın tənqidi, feodal-patriarxal münasibətlərin mədəni 


25 
tərəqqiyə mane olması, ədəbiyyat məsələləri ilə bağlı idi. Eyni zamanda o, müasir 
təhsilin vacibliyindən və bəzən isə kənd təsərrüfatından bəhs edən məqalələr 
yazırdı. Əhsənül-Qəvaid məhsuldar jurnalistlərdən idi. Belə ki, "Əkinçi"nin 18 
sayında 21 məqalə dərc etmişdi. 
Müəllifin məqalələrindən hiss olunur ki, o, öz dövrünün savadlı 
ziyalılarından biridir, fars və ərəb dilini mükəmməl bilir. 
Onun ədəbiyyat haqqındakı yazıları kifayət qədər maraqlıdır. Dini 
mahiyyətli, mədhiyyə xarakterli, ictimai məzmundan uzaq olan ədəbiyyat 
nümunələrini kəskin tənqid edən Əhsənül-Qəvaid yazırdı: "Kəmal ibarətdir o elmi 
əməldən ki, onun millət, dövlət üçün bir faydası ola. Hər elmin faydasına qədər 
mərtəbeyi-kəmal mülahizə olunur, xah qövlü, xah feli və söz kamalın kimidir. 
Kəlmeyi, danış və hikmət daneyi-cəvahirdən məğrur və qiymətlidir". 
Müəllif qəsidə və həcv yazanları, gözəli və meyi vəsf etməyi şairlik hesab 
edənləri kəskin tənqid edir, onların xalqa xeyir əvəzinə zərər verdiklərini yazırdı. 
Belələrinə üz tutur və deyirdi ki, bu "yaradıcılıqdan" əl çəkib "əhli-elm və kəmal 
hesab olmalarını", yaxud "pinəduzluq öyrənib bir qardaşın başmağını "yamamağı" 
məsləhət görürdü. 
"Əkinçilər" məktəbinin banilərindən olan 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə