Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə20/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   16   17   18   19   20   21   22   23   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"Kaspi" qəzeti.
 
Bakıda rus dilində nəşr olunan qəzetlərin içərisində 
"Kaspi" uzunömürlüyü, öz dövriliyini qoruyub saxlamağı ilə seçilir. Qəzetin ilk 


45 
redaktoru Viktor Vasilyeviç Kuzminin mətbuat işləri üzrə baş idarəyə göndərdiyi 
məktubda "Kaspi"nin proqramı geniş şəkildə belə təsvir olunurdu: 
1.
 
Yerli həyatdan və ümumdövlət həyatından bəhs edən baş məqalələr. 
2.
 
Məlumatlar və eskizlər. 
3.
 
Gündəlik hadisələrin xülasəsi. 
4.
 
Orijinal və tərcümə olunmuş elmi məqalələr. 
5.
 
Rusiyada və xarici ölkələrdə neft işi, neftə aid yeniliklər. 
6.
 
Son poçt. 
7.
 
Nəsr əsərləri. 
8.
 
Məlumat xarakterli xəbərlər. 
9.
 
Elanlar. 
Redaksiya bu proqram haqqında ilk məlumatı qəzetin 1881-ci ildə çıxan 
ilk sayında dərc edib. 
Qəzetin ilk 28 sayı həftədə iki dəfə, sonra isə həftədə 3 dəfə çıxırdı. 
"Kaspi" 1884-cü ilin yanvarından gündəlik nəşrə çevrildi. Əvvəllər qəzet 400-420 
nüsxə ilə çıxırdısa, 1887-ci ildən sonra tirajda artım müşahidə olundu. Artıq 1887-
ci ildən etibarən qəzetin tirajı 1000 nüsxəyə qalxdı. 
"Kaspi" nəşrə başlayandan 1897-ci ilə qədər rus millətindən olan şəxslər 
onun redaktoru olmuşdur. V.V.Kuzmin, E.İ.Starsev, V.P.Luçkuskomotov, 
Qordyeyevski, 
Sokolinski 
müxtəlif 
vaxtlarda 
"Kaspi"nin 
məzmununu 
müəyyənləşdirmiş, redaktor vəzifəsini icra etmişlər. 1897-ci ildə N.Sokolinskinin 
ölümündən sonra "Kaspi"də dəyişikliklər baş verdi. Qəzetin naşirliyini Hacı 
Zeynalabdin Tağıyev öz üzərinə götürdü və Əlimərdan bəy Topçubaşov qəzetə 
redaktorluq etməyə başladı. Qəzetin bu dövründən başlayan tarixini "müsəlman 
kaspi"si adlandırırlar. 
Mükəmməl hüquq təhsili alan, dövrün görkəmli ziyalıları arasında kifayət 
qədər nüfuzu olan Ə.Topçubaşov "Kaspi"ni 1898-ci ildən 1907-ci ilin oktyabrına 
kimi redaktə edib. Ə.Topçubaşovu sonra qısa zaman kəsiyində Əli bəy Hüseynzadə 
əvəzləyib. 1907-ci ilin axırlarından 1919-cu ilədək "Kaspi"nin redaktoru 
A.Veynberq olub. 
"Kaspi"nin yayım arealı olduqca böyük idi. Onu təkcə Qafqazda deyil
Rusiyanın müxtəlif bölgələrində, xarici ölkələrdə də oxuyurdular. Çapının ilk 
ilində qəzet olduqca özünə az oxucu toplamışdı. Bu barədə qəzetin 10 illiyi ilə 
bağlı çap olunan məqalədə deyilirdi: "Kütlə yeni mətbuat orqanını şübhə ilə, bir 
çoxu isə sərt qarşıladı. Bütün ziyalıların içərisində məqalələrini yeni orqanda çap 
etdirmək qərarına gələn, özü də çox gizli surətdə, bir-iki adam güc-bəla ilə tapıldı". 
Nəşrinin ilk illərində qarşılaşdığı çətinliklərə baxmayaraq "Kaspi" öz 
ətrafına milliyyətcə və əqidəcə müxtəlif olan publisistləri topladı. "Teleqramlar", 


46 
"Xarici xəbərlər", "Mətbuat xülasəsi" rubrikası altında dərc olunan xəbərlərdə 
təkcə Rusiyada deyil, dünyada baş verən hadisələr, yeniliklər oxuculara çatdırıldı. 
Qəzetin 
səhifələrində 
Ə.Ağaoğlu, Ə.Hüseynzadə, S.M.Qənizadə, 
H.Zərdabi, N.Nərimanov, M.A.Şahtaxtlı kimi Azərbaycan ziyalıları, publisistləri 
çıxış edirdilər. H.Zərdabi qəzetin nəşrinin ilk ilindən başlayaraq onun fəal 
əməkdaşı olmuşdur. Onun "Bizim kənd məktəbimiz", "Bədii sənaye 
məktəbxanaları", "Amerikada əqli inkişafla əl əməyini birləşdirən yeni məktəb 
sistemi" adlı təhsillə bağlı məqalələrində elmin yeni inkişaf mərhələlərindən bəhs 
olunurdu. Hətta Zərdabi bir müddət "Kaspi"nin redaktoru oldu. Bu dövrdə Hüseyn 
Minasazov, Eynəlibəy Sultanov, Rəhim bəy Məlikov müxtəlif səpkili yazılarını 
"Kaspi"də dərc etdirirdilər. 
M.Şahtaxtlı da "Kaspi"də ictimai-siyasi mövzuda publisist məqalələri ilə 
çıxış edirdi. Müəllif öz yazılarında qadın hüquqlarının qorunması, mühafizəkarlıq, 
elmsizlik kimi dövrün ciddi problemlərini gündəmə gətirirdi. 
Qəzetin nəşrinin müxtəlif dövrlərində Azərbaycanın məşhur maarifçi və 
ədəbiyyatşünas alimi Firudin bəy Köçərli də "Kaspi"nin çap imkanlarından 
yararlanıb. Cəlil Məmmədquluzadə Dəlmə bağları haqqındakı ilk məqaləsini 
"Kaspi"yə göndərmişdi. Məşhur pedaqoq və ictimai xadim M.Sidqi də qəzetlə 
əlaqə saxlayırdı. 
Rus dilində nəşr olunmasına baxmayaraq "Kaspi" Azərbaycanda 
mətbuatın formalaşmasında, jurnalistikamızın inkişafında pozitiv rol oynayıb. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə