Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə22/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   18   19   20   21   22   23   24   25   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"Hümmət" 
qəzetini nəşr 
etməyə başladılar. "Hümmət" təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində 
türkdilli xalqlar içərisində sosial-demokratların ilk mətbu orqanıdır. Bu mətbuat 
orqanının fəaliyyəti Rusiyada üç inqilab dövrünü, Azərbaycanın sovetləşməsi 
illərini əhatə edir. Birinci Rus inqilabı ərəfəsində və inqilabın ilk aylarında 
"Hümmət"in gizli 5-6 sayı, 1917-ci ilin iyun ayının 3-dən 1918-ci ilin iyul ayının 
sonlarınadək 113 nömrəsi çap olunmuşdur. Qəzet 1919-cu ilin mayından 1920-ci 
ilin mayına qədər Həştərxanda çap olunmuş, burada cəmi 44 nömrəsi işıq üzü 
görmüşdü. Ümumiyyətlə, "Hümmət"in 163 nömrəsi aşkarlanıb. “Hümmət”in 
yaranması, formalaşması ilk jurnalist və publisistlərinin kimliyi hələlik tam şəkildə 
müəyyənləşdirilməyib. Çünki qəzetin 1904-1905-ci il nüsxələri hələlik 
araşdırıcılara bəlli deyil. Mətbuat tariximizə "Hümmət"in birinci nömrəsinin 
başlığının surəti, üçüncü sayının materiallarından yalnız biri bəllidir. Qəzetin ilk 
sayının başlıq hissəsində Azərbaycan və rus dillərində nəşr tarixi göstərilmişdi: 
"1904-cü ilin oktyabrı". Hektoqraf üsulu ilə çap olunan qəzetin adı üzərində də 
məxsusi olaraq dayanmaq, onun ideya-siyasi istiqamətini müəyyənləşdirmək olar. 
Bu qəzetin "Hümmət" Partiyasının mərkəzi mətbuat orqanlarından biri kimi adının 
məxsusi siyasi əhəmiyyəti var. 
İnqilabdan əvvəlki nəşrlər proletar beynəlmiləlçiliyin prinsiplərinə uyğun 
olaraq "Bütün ölkələrin proletarları birləşin" şüarı altında nəşr olunurdu. Qəzetin 
ideya müəllifləri bu şüarın Azərbaycan variantını atalar sözü olan "Kişilərin birliyi 
dağı yerindən oynadar" şüarı ilə əvəzlədilər. Bu xalq məsəlinin digər qarışığı da 
dilimizdə qorunur: "El bir olsa, dağ oynadar yerindən", yaxud "El gücü, sel gücü", 
"Hümmət" ərəb sözü olan, azərbaycan dilində "qeyrət", "birlik", "şücaət" mənasını 
bildirir. 
"Hümmət" qəzetinin ideya-siyası istiqamətinin müəyyənləşməsində, 
formalaşmasında XX əsr Azərbaycan tarixində, millətin taleyində böyük rolu olan, 


48 
yaşadığı zamanda və ölümündən sonra ağır tənələrin, bəzən isə hədsiz təriflərin 
ünvanı olan Nəriman Nərimanovun böyük rolu, xidmətləri var. 1917-ci ilin iyun 
ayının əvvəlində "Hümmət" Partiyasının Təşkilat Komitəsi N.Nərimanovun 
rəhbərliyi ilə əməli tədbirlər planı işləyib hazırladı ki, bunlardan biri də "Hümmət" 
qəzetinin 
nəşrinin 
bərpa 
məsələsi 
idi. 
İclasda 
N.Nərimanovdan, 
S.M.Əfəndiyevdən, T.A.Şahbazidən ibarət redaksiya heyəti təşkil edildi. Qəzetin 
redaktoru Nərimanov, katibi isə Tağı Şahbazi təsdiq olundu və "Turan" 
mətbəəsində çapı planlaşdırıldı. Sonralar həmin günü xatırlayan T.Şahbazi yazırdı 
ki, çox işlərdən sonra 1917-ci il iyulun 3-də "Hümmət"in ilk nömrəsini çıxarmaq 
mümkün oldu. Qəzetin adı "Hümmət" Təşkilatının Mərkəzi Komitəsində müzakirə 
edildi. "Yoldaş", "Hümmət", "Təkamül" adları təklif edildi, lakin komitə təşkilatın 
adlandığı "Hümmət"in üzərində durdu. 
Nəriman Nərimanov qəzetin məram və məqsədləri barəsində ilk bərpa 
sayında yazırdı: "Hümmət" qəzetəsi fəhlə və zəhmətkeşlərin hüququnu müdafiə 
edərkən, Rusiya müsəlmanlarına bu inqilab zamanında doğru yol göstərməyi də öz 
vəzifələrindən biri kimi bilir. Yolumuz artıq dərəcədə tikanlı, məşəqqətli olsa da, 
ali, müqəddəs məsləkimiz girdarımızın artmasına səbəb olur". 
"Hümmət" qəzeti qısa bir vaxt ərzində özünə müəyyən oxucu kütləsi yığa 
bildi, onun nüsxələri Azərbaycanın hüdudlarından xeyli kənara çıxdı. Qəzet 
Qafqazda, Volqaboyu müsəlman vilayətlərində, Türküstanda geniş yayıldı, hətta 
İranda və Türkiyədə onun oxucuları vardı. 
1918-ci ilin may ayının 28-də milli-azadlıq mübarizəsinin məntiqi nəticəsi 
olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra "Hümmət" 
Həştərxanda nəşr olunmağa başladı. Zaqafqaziya Müsəlman İşləri Komissarlığının 
D.X.Bünyadzadənin başçılıq etdiyi nəşriyyat şöbəsi, 1919-cu ilin martın 29-da 
"Hümmət"in yenidən nəşr olunması, onun onun maddi-texniki bazasının 
yaradılması, qəzetin ətrafında təcrübəli jurnalistlərin toplanması üçün müəyyən 
tədbirlər həyata keçirməyə başladı. Komissarlıq 1919-cu il martın 29-da Saritsinə 
M.S.Ordubadinin adına göndərdiyi məktubda ondan Həştərxana gəlməyi
nəşriyyatın işində yaxından iştirak etməyi xahiş edirdi. 1919-cu ilin mayından 
yenidən çıxmağa başlayan "Hümmət" əvvəllər Zaqafqaziya Müsəlman İşləri 
Komissarlığı və Qafqaz Müsəlman Kommunist Təşkilatı "Hümmət"in, 1919-cu ilin 
noyabrında isə RK Bolşeviklər Partiyası, "Hümmət" təşkilatı Həştərxan Bürosunun 
orqanı kimi nəşr olunurdu. Qəzet həftəlik nəşr olunmağa başladı. İlk vaxtlar qəzetə 
D.Bünyadzadə redaktorluq edirdi, sonralar bu iş M.S.Ordubadiyə həvalə olundu. 
"Hümmət"in nəşri 1920-ci ilin may ayına qədər davam etdi. "Hümmət"in 
Həştərxan dövründə 44 nömrəsi çap olunmuşdur. 
1906-cı ildə Azərbaycan bolşevikləri rus, Azərbaycan və digər dillərdə 
leqal və gizli surətdə 7 qəzetin nəşrini həyata keçirə bilmişdilər ki, bunlardan biri 


49 
də "Bakinskiy raboçi" olmuşdur. Qəzetin ilk sayı 1906-cı ilin mayın əvvəlində 
buraxılmışdı. Onun nəşrinin təşkilində və çapa hazırlanmasında bolşeviklərdən 
P.A.Çaparidze, V.P.Nagin, V.A.Radus-Zenkoviç və başqaları yaxından iştirak 
etmişdilər. İlk sayında qəzet inqilabi işlərdə proletariatın gücü və rolu, fəhlə sinfi 
ilə kəndlilərin ittifaqının əhəmiyyəti ətraflı şəkildə izah edilirdi. Həmçinin Bakı 
fəhlələrinin ağır maddi vəziyyətinə, xalqın siyasi hüquqsuzluğuna dair yazılar dərc 
edilirdi. Gizli şəraitdə fəaliyyət göstərməyin çətinlikləri, polis təqiblərinin artması 
"Bakinski raboçi"nin birinci nömrəsindən sonra çapına son qoydu. "Bakinski 
raboçi" 1908-ci ildə leqal fəaliyyət göstərməyə başlasa da, yenidən çapını 
dayandırmalı oldu və doqquz illik fasilədən sonra, 1917-ci ilin mayın 5-də yenidən 
işıq üzü görməyə başladı və ilk sayında Leninin məşhur "Aprel tezisləri"ni dərc 
etdi. Qəzet öz oxucularına müraciətlə yazırdı: "Fəhlə yoldaşlar, yalnız siz öz 
qəzetinizə kömək edə bilərsiniz və kömək etməlisiniz. Biz yardım, kömək və 
məsləhət üçün sizə müraciət edirik. Dərhal vəsait toplanmasını təşkil edin. Bu iş 
təxirə salma bilməz. Yubanmaq olmaz. Hər gün, hər saat qiymətlidir. Qoy hər bir 
rayonda, hər bir zavodda, hər bir emalatxanada, hər bir kontorda, dostlarınızın 
işlədikləri hər bir yerdə vəsait toplanılmasına başlanılsın. Qısa bir müddətdən sonra 
qəzetin fondu üçün vəsait toplandı. Bütün bunlara baxmayaraq qəzet mövcud 
çətinliklər içərisindən çıxış yolları arayır, nəşrini davam etdirirdi. "Bakinskiy 
raboçi" həmin günlər öz nömrələrinin birində yazırdı: "İş ondadır ki, çörək və 
başqa aclıqla bərabər indi də biz kağız aclığı keçiririk. Bütün aclıqlar kimi, kağız 
aclığı da burjuaziya üçün yox, proletariat üçündür. Biz ona görə aclıq keçiririk ki, 
çünki dövlətlilər özləri üçün ehtiyat toplamışlar". 
Bakı Partiya Komitəsi "Bakinski raboçi" qəzetinin nəşrilə əlaqədar 
məsələlərin həllinə diqqət yönəldir, bu mətbu orqanın təbliğat imkanlarından 
istifadə edirdilər. Ona görə də qəzet Bakı Soveti İcraiyyə Komitəsinin mətbəəsində 
4000 nüsxə tirajla çap olunurdu. Bütün bunlara baxmayaraq qəzet nədənsə maliyyə 
problemlərini önə çəkir və yazırdı: "Bizim qəzetin heç bir əməkdaşı bir qəpik də 
haqq almır. Gizli mətbuat buraxıldığı vaxtlarda olduğu kimi, indi də qəzetimizin 
əməkdaşları qətiyyən pul olmadan işləyirlər". 
"Hümmət", "Bakinskiy raboçi" kimi qəzetlərlə yanaşı, 1906-cı ilin may 
ayının 26-da həftədə iki dəfə işıq üzü görən, bolşeviklərin ilk leqal qəzeti "Dəvət-
Qoç" nəşrə başladı. İlk sayında sosial-demokrat ideyasının təbliğ edən, xalqlar 
arasında dinc birgəyaşayışın lazımlığını qəzet səhifəsinə çıxaran "Dəvət-Qoç"un 
cəmi 19 nömrəsini çap etmək mümkün olub. Qəzetin təşkilində və işində görkəmli 
bolşeviklərdən M.Ə.Əzizbəyov, P.A.Çaparidze, S.M.Əfəndiyev, V.A.Radus-
Zankoviç, V.P.Nagin və başqaları fəal iştirak edirdilər. 
"Dəvət-Qoç"un ilk nömrəsi çapdan çıxdıqdan 16 gün sonra 1906-cı il 
iyunun 12-dən 17-nə kimi eyni adda, rus dilində "Prizıv" qəzeti nəşr olunmağa 


50 
başladı. "Prizıv" gündəlik axşam qəzeti kimi buraxılırdı. Bakıda fəaliyyət göstərən 
"Trud" 
qəzetində 
çap olunan elanda "Prizıv" qəzetində V.İ.Leninin, 
A.V.Lunaçarskinin, S.M.Əfəndiyevin, F.Y.Maxaradzenin, Musa və Mustafa 
Mirqasımovların və başqa müəlliflərin iştirak edəcəkləri xəbər verilirdi. 
Əldə olunan arxiv materiallarına, xatirələrə əsasən söyləmək olar ki, 
"Prizıv" qəzeti inqilabda Leninin taktikasını müdafiə etmiş, əsasən sosial-
demokratiya ideyasını əsgərlər arasında yaymaqla məşğul olmuşdur. 
Azərbaycan sosial-demokratları "Dəvət-Qoç"dan sonra Azərbaycan 
dilində yeni bir qəzet açmaq təşəbbüsü göstərdilər. Lakin müəyyən müddət bu 
istəklərinə nail ola bilmədilər. S.M.Əfəndiyev bu münasibətlə yazır: "Dəvət-Qoç" 
senzor tərəfindən bağlandıqdan sonra biz yeni bir mətbuat orqanı üçün icazə ala 
bilmədik. 
Hümmətçilər bolşeviklərin sınanmış üsullarına əl atmalı oldular. Tanınmış 
ziyalı, jurnalist Mehdibəy Hacınskinin qəzet nəşr etmək üçün "əlində hazır 
icazənamə"nin olmasından yararlanıb, bu istəklərini həyata keçirmək istədilər. 
Həm də ona görə ki, M.Hacınskinin qəzeti nəşr etməyə imkanı yox idi. 
Hümmətçilər M.Hacınski ilə danışıq aparıb, saziş bağladılar ki, onun rəsmi 
orqanlardan icazəsi olan "Təkamül"ünü nəşr etsinlər. "Təkamül" rəsmi dairələrdə 
qəzet kimi deyil, jurnal kimi qeydiyyata alındığından şübhələrə də yer qalmırdı. 
S.M.Əfəndiyev bu barədə yazır: "Təkamül" adı bizim məqsədlərimiz üçün münasib 
deyildisə də, buna baxmayaraq təşkilat Hacınskinin yaradıcılıq işlərinə 
qarışmamağı şərt qoyub, "Təkamül"ü nəşr etməyə başladı. "Təkamül" ərəb mənşəli 
söz olub, mənası "inkişaf”, "kamil olmaq", "yetişmək" deməkdir. 
Qəzetin nömrələrində dərc olunmuş yazıların təhlili, tarixi sənədlər, 
xatirələr əsasında təxmini müəyyən etmək olar ki, "Təkamül”ün redaksiya heyətinə 
gizli "Hümmət" və leqal "Dəvət-Qoç" qəzetlərinin aparıcı qələm insanları, 
publisistləri, partiya fəalları daxil idi. Onlardan S.M.Əfəndiyevi, Ə.Axundovu, 
M.Əzizbəyovu, S.Musəvini, Z.Zeynalovu və sosial-demokratiya ideyasından milli 
mövqeyə keçmiş M.Ə.Rəsulzadəni və qardaşı Məhəmmədəli Rəsulzadəni 
göstərmək Redaksiyada təşkilati və yaradıcılıq işinin əsas ağırlığını birinci 
növbədə S.M.Əfəndiyev öz üzərinə götürmüşdü. "Təkamül" Azərbaycan 
bolşeviklərinin nəşr etdikləri 9-cu mətbuat orqanı, milli dildə çıxan üçüncü 
bolşevik qəzeti idi. Onun nəşri ərəfəsində bolşeviklərin ana dilində 4 jurnal və 1 
qəzeti çıxırdı. Bu qəzet "Hümmət" təşkilatının nəşri, onun qəzeti idi. Qəzetin 14 
nömrəsində 500-dən artıq müxtəlif janrlı, müxtəlif istiqamətli, həcmli yazılar çap 
olunmuşdu. 
Firqələr və cəmiyyətlər, məktublar, həmkarlar ittifaqı, fəhlə məişətindən, 
felyeton və xəbərlər, elanlar şöbələri və bu rubrikalar adı ilə məqalələr çap edilirdi. 
Qəzetin materiallarında əsas yeri Rusiya və Azərbaycanın ictimai-siyasi, iqtisadi və 


51 
mədəni həyatı, fəhlə məişəti, müxtəlif partiya və cərəyanlara münasibət və mühüm 
məsələlər, problemlər tuturdu. Qəzet oxucularını beynəlxalq həyatın mühüm 
hadisələri ilə müntəzəm tanış edirdi. Yerli, Ümumrusiya və xarici ölkələrdən 
verilən bütün yazılarda sosial-demokratiya prinsipləri gözlənilirdi. 
"Bakinski 
proletari" 
qəzeti 
Azərbaycan 
bolşeviklərinin növbəti 
qəzetlərindən biri olaraq, ilk sayı 1907-ci il iyulun 20-də çap olunmuşdu. İki ildən 
çox bir müddətdə müəyyən fasilələrlə nəşr edilən bu qəzetin cəmi 7 nömrəsi işıq 
üzü görmüşdü. Qəzetin nəşrində P.A.Çaparidze, İ.V.Stalin, İ.Q.Fioletov, 
S.D.Vulsfon kimi bolşeviklər iştirak etmişdir. "Bakinski proletari"nin əsas 
istiqamətlərindən biri yerli partiya təşkilatlarının fəaliyyətini işıqlandırmaq idi. Bu 
mətbu orqan partiyanın kütlələrlə əlaqəsini daim diqqətdə saxlayırdı. 
1907-ci ilin avqust ayının 12-də "Qudok" qəzeti neft sənayesi fəhlələri 
ittifaqının orqanı kimi nəşr olundu. Qəzetin çapı üçün rəsmi icazə alınmasına 
baxmayaraq, onun nəşrini davam etdirmək mümkün olmurdu. Nəşr edildiyi 
müddətdə qəzet mətbəəsini üç dəfə dəyişməli olmuş, həftəlik çıxmalı olduğu halda, 
redaksiya bu işin öhdəsindən dürüst gələ bilməmişdi. "Qudok" Bakıda tətil 
hərəkatının ideoloji bazası rolunu oynayır, müntəzəm şəkildə etiraz aksiyaları ilə 
bağlı materiallar dərc etdirirdi. Hətta V.İ.Lenin "Qudok" ilə maraqlanırdı. "Qudok" 
bir neçə əlavə də nəşr etməyə müvəffəq olmuş, azərbaycanca səhifə buraxmışdı. 
Lakin indiyə kimi bu nüsxələr əldə olunmayıb. 1908-ci ilin yayında "Qudok"un 
redaktoru İ.Şitikov ilə bolşevik əqidəli jurnalistlər arasında fikir ayrılığı 
yarandığma görə, bolşevik yazarlar qəzeti tərk etməli oldular. Beləliklə, bu mətbu 
orqan 1908-ci il iyunun 9-da 35-ci nömrəsindən sonra menşeviklərin orqanına 
çevrildi. "Qudok"un sıralarını tərk edənlər "Bakinski raboçi"də çalışdılar. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə