Akġf aġirli


"ĠrĢad"  Qəzetinin ideya siyasi istiqaməti



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə30/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   26   27   28   29   30   31   32   33   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"ĠrĢad" 
Qəzetinin ideya siyasi istiqaməti 
Əhməd bəy Ağaoğlu "Həyat" qəzetinin 102-ci sayından sonra 
redaksiyadan ayrıldı və çox keçmədi ki, "İrşad" qəzetini Azərbaycan ictimaiyyətinə 


71 
təqdim etdi. "İrşad" təsadüfdən deyil, zərurətdən, milli təəssübdən və zamanın 
tələbindən doğdu. Çar Rusiyasının 1905-ci il 17 oktyabr manifesti ziyalılar, qələm 
adamları arasında ciddi fikir oyanışı yaratdı və xalqa vəd olunan "söz, mətbuat və 
vicdan azadlığı" ideyası yeni mətbu orqanların yaradılmasına təkan verdi. 1905-ci 
ilin dekabr ayının ortalarında Azərbaycan mətbuatı tarixinə iki qəzet qədəm qoydu. 
Bunlardan birincisi proletar düşüncəsinin daşıyıcısı olan "İzvestiya soveta Raboçix 
Deputatov" qəzeti dekabrın 16-da işıq üzü gördü. Ondan bir gün sonra isə sahibi-
imtiyazı və redaktoru Əhməd bəy Ağaoğlu olan "İrşad" qəzeti oxuculara çatdırıldı. 
1905-ci ilin dekabr ayının 17-də ilk sayı işıq üzü görən "İrşad"ın 
müsəlman və türk dünyasına ünvanlanan "birlik, bərabərlik və qardaşlıq" ideyası 
ətrafına dövrün tanınan qələm sahibləri cəm oldular. 
"İrşad" sözünün lüğəti mənası "yol göstərən", yəni yolu işıqlandıran 
deməkdir. Qəzet öz fəaliyyətini 1908-ci ilin iyun ayının 25-dək davam etdirdi, 
fəaliyyəti dönəmində yalnız Bakıda, Azərbaycan dilində nəşr olundu. 
Əhməd bəy Ağaoğlu bütövlükdə qəzetin 1905-1906 illərdə 116 sayının 
redaktoru olmuşdur. Qəzetin 1906-cı ilin fevral nömrələri Üzeyir Hacıbəylinin 
müdirliyi, mart ayında isə bir neçə sayı müvəqqəti baş mühərrirliyi ilə işıq üzü 
görmüşdür. 1907-ci ildə isə 1-ci saydan 15-ci saya kimi Haşım bəy Vəzirovun 
redaktəsi ilə nəşr olunmuşdur. M.Ə.Rəsulzadə isə "İrşad"ın 11 sayını (46-57-ci 
nömrələrini) redaktə etmişdi. Qəzetin ilk sayında elan olunduğu kimi "Hər həftə 
fars dilində dəxi bir vərəqəsi" Əbdül-Məmalik Fərahinin redaktorluğu ilə oxuculara 
çatdırılmış, qarşıya qoyulan məqsədlər həyata keçirilmişdi. Mətbuat tarixi 
araşdırıcılarının apardıqları statistikaya görə, "İrşad"ın dörd il ərzində 536 sayı çap 
olunub. "Hürriyyət, müsavat, ədalət" şüarı ilə nəşr olunan bu mətbu orqanın naşiri 
1881-ci ildə Bakının Sabunçu kəndində neft milyonçusu Mehdiqulu bəyin 
ailəsində dünyaya gələn İsa bəy Aşurbəyov idi. İ.Aşurbəyov Azərbaycan tarixinə 
xeyriyyəçi, naşir və publisist kimi daxil olub. "Dəvət", "Şəlalə", "Nicat", rusca 
çıxan "Baraban" satirik jurnal və qəzetlərin naşiri, həmçinin redaktoru olan 
İ.Aşurbəyov "İrşad"ın çapında yaxından iştirak edib. 
"İrşad"ın nəşri ilə jurnalistika tariximizdə "İrşad"çılar nəsli yetişdi ki, 
onların sırasında Üzeyir Hacıbəyov, M.Ə.Rəsulzadə, F.Ağazadə, Ö.F.Nemanzadə, 
Q.Qarayev, A.Y.Talıbzadə, M.S.Axundov, A.Sur, S.M.Əfəndiyev, M.Hadi, 
N.Vəzirov, M.Ə.Sabiri göstərmək olar. 
Gündəlik nəşr olunan bu qəzet ədəbi, siyasi, elmi, iqtisadi və ictimai qəzet 
idi. Şərq əxlaqi-mənəvi dəyərlərinin qədimliyini önə çəkən "İrşad" islamın elmi-
fəlsəfi tərəflərinə diqqət yönəldir, insan azadlığının bu dini dəyərlərlə eyniyyət 
təşkil etdiyini vurğulayır və müsəlman həmrəyliyinin vacibliyini oxuculara 
çatdırırdı. Qəzet Kişmişov, Qaragözov kimi senzorların, erməni şovinizminə 


72 
mübtəla olanların danoslarına baxmayaraq dövr üçün aktual olan kəsərli yazıları 
dərc edirdi. 
Dövrün görkəmli ədib, şair və publisistlərini ətrafına toplayan "İrşad" 
təkcə xalqın gedəcəyi yolu göstərmir, qarşıya çıxacaq çətinlikləri, məzhəb 
ixtilaflarını qələmə alır, cəmiyyəti birləşdirəcək dəyərləri təbliğ edirdi. "İrşad" 
irsini araşdıran professor Şamil Vəliyev qeyd edir ki, bu mətbu orqan qurulacaq 
dövlətin, azadlığa çıxacaq Azərbaycanın naminə çalışır, gündəlik işin, yaşanacaq 
ideyaların düsturunu müəyyənləşdirirdi. Bu düstur, yaşam və düşüncənin formatı 
"Tərcüman"ın redaktor və naşiri İsmayıl bəy Qaspralının 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə