Akġf aġirli


"türkləĢmək, islamlaĢmaq, avropalaĢmaq"



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə33/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   29   30   31   32   33   34   35   36   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"türkləĢmək, islamlaĢmaq, avropalaĢmaq" 
istiqamətində oyatmaq, inkişaf 
etdirməkdən ibarət idi. 
Fyuzatçılıq həmçinin ədəbiyyatda romantizmin, ortaq türk dilinin, ümumi 
ədəbi dil siyasətinin, islamçılığın, milli məsələlərdə farslaşma və ruslaşmaya qarşı 
türkçülük ideologiyasının təbliği demək idi. 
Əli bəy Hüseynzadə jurnalda bu ideologiyanı elmi-nəzəri cəhətdən 
əsaslandırır, "Turani", Ə.H. "Ə.Hüseynzadə" “Fyuzat”ı, “Həyat”ı, "Şair Naim", 
"Dəli Şair" imzaları ilə dərc etdiyi yazılarda fyuzatçılığın başında dayanırdı. 
Azərbaycanda yaranan bu məfkurənin ideoloqu kimi Əli bəy Hüseynzadə 
"dünyanın bütün ümum və fünunun hər növünü ədəbiyyat və sənayeyi-nəfisənin 
hər şöbəsini tamamən əhatə etmiş və tətbiqə müvəffəq olmuş fövqəlbəşər" idi. 
Məcmuə çətin dövrdə fəaliyyət göstərməsinə baxmayaraq, milli 
ideologiyanın daşıyıcısı olan xeyli sayda ziyalıları ön plana çıxardı, yeni 
məfkurənin ocağına çevrildi. Səid Səlmasinin, H.S.Ayvazovun, Ə.Hamidin, 
M.Ə.Rəsulzadənin, A.Cövdətin, Əhməd Kamalın, Əhməd Raiqin milli məfkurə 
işığında qığılcım aldıqları yazılar silsilə şəklində “Fyuzat”da dərc olundu. Milli 
məsələlərin mətbuatda təbliğinə mane olmağa çalışan çarizmin Azərbaycandakı 
hakim qüvvələri jurnalın ideya-siyasi istiqamətindən qorxuya düşürdü. Çünki 
məcmuənin ideoloqu, Ə.Hüseynzadə "İttihada doğru tərəqqi" proqramını irəli 
sürür, türk xalqlarının ictimai-siyasi fikir tarixində yeni bir səhifə açırdı. "İttihad və 
tərəqqi" məramı və bu iki anlayış Əli bəy Hüseynzadənin milli-azadlıq uğrunda 
apardığı mübarizənin qayələri idi. Bu mərama sadiqlik Əli bəyin 1889-cu ildə 
Türkiyədə təşkil edilən "İttihad və tərəqqi" Cəmiyyətinin qarşıya qoyduğu 
ideyalardan doğurdu. Türk xalqlarının ilk siyasi təşkilatı kimi formalaşan "İttihadi-
Tərəqqi"nin formalaşmasında, cəmiyyətin aparıcı siyasi strukturuna çevrilməsində 
Ə.Hüseynzadənin böyük xidmətləri olmuşdu və onun 39 yaşında Türkiyədən 
Bakıya dönməsi bu ideyanın Azərbaycan cəmiyyətinə aşılanması məqsədini 
daşıyırdı. 


79 
1907-ci ildə "Fyuzat''ın 7-ci sayında Ə.Hüseynzadə təşkilatın məram və 
məqsədlərinə bir neçə anlayış daxil edir, problemi 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə