Akġf aġirli


"Maarif, ittihad, hürriyyət"



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə34/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   30   31   32   33   34   35   36   37   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"Maarif, ittihad, hürriyyət" 
şəklində qoyur və yazırdı: "Bəşəriyyətin kəşf etdiyi hürriyyətə və kamil ədalətə 
nail olmağın yolu budur. Tərəqqinin mahiyyətinə varan və bu anlayışın siyasi-
sosial məzmununu açıqlayan müəllif siyasi-publisistik məqaləsində sual verirdi: 
"Biz deyiriz ki, tərəqqi edəlim, əvvələn bir millətin tərəqqisi nədən ibarətdir? 
Məqsəd və qayəsi nədir? Daha doğrusu, nə olmalıdır?" Ə.Hüseynzadə verdiyi bu 
suallara tərəqqinin aktuallığından, mahiyyətindən çıxış edərək cavab verir və 
yazırdı: "Bu suallara hər kəs öz elm və vüqufu ələlxüsus öz mənfəəti dairəsində bir 
növ cavab verə bilir". 
Dövrün əksər ziyalıları tərəqqini azadlıq məsələsindən tamamən ayrı 
götürürdü və Ə.Hüseynzadənin düşüncələri ilə ziddiyyət təşkil edirdi. Böyük 
mütəfəkkir "Fyuzat"da toxunduğu bu məsələyə konkret cavab verirdi: "Tərəqqinin 
məqsədi, qayəsi ümumi rifaha və səadətə nail olmaqdır". 
O halda bu rifah və səadətin nədən ibarət olduğunu təyin etmək lazımdır. 
Rifah və səadət bir məmləkətdə əsla ac və möhtac bulunmayıb, hər kəsin hər 
xüsusda bir bolluq içində yaşaması, sərvətin əhali arasında bərabər və ədalət üzrə 
bölünməsidir. Tərəqqinin mahiyyətinə uyğun olan bu məqsəd inqilabçı-
demokratların da yaradıcılığının əsasını təşkil edirdi. Lakin bu məqsədin həyata 
keçirilməsində ziyalılar arasında ciddi fikir ayrılıqları vardı. Ə.Hüseynzadə tərəqqi 
anlayışı ilə hürriyyət və maarif anlayışlarını vəhdətdə görürdü və deyirdi: "Tərəqqi 
bir millətin, bir camaatın arasında hürriyyət və maarifin təzayid və intişar 
etməsindən ibarətdir və hansı millət arasında hürriyyət və maarif nemətlərindən 
daha çox əfrad və bəhrayab isə o millət daha mütərəqqidir". Müəllifin "hürriyyət və 
maarifi" vəhdətdə götürməsi onun bu məsələdə tutduğu siyasi mövqedən doğurdu. 
Çünki Ə.Hüseynzadə mövcud quruluşun inqilabi yolla deyil, təkamül yolu ilə 
dəyişdirilməsinin, inkişafının və tərəqqisinin tərəfdarı idi. "Fyuzat"ın 2-ci sayında 
"Vəqayeyi aləmə bir nəzər" məqaləsində inqilabın silahlı mübarizə yolunu qəbul 
etməyərək yazırdı: "Həqiqi vətənpərvərlər heç nədən çəkinməməlidirlər. Əldə qan 
tökməyəcək çarələr var ikən xunrizanə vəsaitə müraciət etmək əbəsdir". Jurnalın 3-
cü sayında dərc etdirdiyi "Şüunat" məqaləsində türk xalqlarının azadlıq yolunu 
təkamüldə görürdü: "Bu yolda biz hürriyyət, ədalət, müsavat deyə-deyə, fəryad 
edə-edə qanuni-əsasiyə doğru yüksələrək tərəqqi edəcəyik". Bu ideyanın daşıyıcısı 
olduğuna görə "inqilabın qızğın çağında" xalqı mübarizələrdən çəkindirdiyi 
ittihamı ilə Ə.Hüseynzadəyə basqılar olurdu. Ə.Hüseynzadə bu təzyiqlərə davam 
gətirir, düşüncələrini belə izah edirdi: "Kim deyir bitərəf olmalı? Xeyir. Əsla 
bitərəf olmamalı! Bitərəflik ayaq altda qalmaqdır. Su belə yerdə sabit və rakid 
durmaqdan qorxur. Qorxur, çünki qoxuyar, kiflənər, yosun bağlar. Təmis və salim 


80 
olmaq üçün su bir lərəfə axmalı, cərəyan etməli, ya heç olmazsa, dərya kimi 
ləpələnməlidir". 
Ə.Hüseynzadə tərəqqi proqramına islamlaşmaq və avropalaşmaq 
məramlarını daxil etmişdi. İslamlaşmaq onun ortaya qoyduğu tərəqqi proqramının 
ideya-nəzəri əsaslarından biri idi. Mütəfəkkirin aydın nəzəri proqramına görə 
məzhəb və dinlər türkləri bir-birlərindən ayırmamalıdır, əgər onların elm və 
mədəniyyətləri tənəzzül etsə, türklər yalnız "dini-islam ilə müqəddəyin, ərəb elmi 
ilə mütəllim, ərəb mədəniyyəti ilə mütəməddin olduqları halda əsla ərəbləşməyib, 
yenə "türk oğlu türk kimi" qalmalıdırlar. İslama ehkam kimi yanaşmayan 
Ə.Hüseynzadə milli intibahı dini intibahla bir arada götürürdü. 
Əgər türkləşmək məramı ilə türk dilini, tarixini, ədəbiyyatını öyrənməyini 
tələb edirdisə, islamlaşmaq məramı ilə islam dininin ümumbəşəri, ali, mənəvi-
əxlaqi dəyərlərinin öyrənilməsini istəyirdi. Bu baxımdan o, islamlaşmağı milli 
tərəqqi proqramına daxil etmişdi. Ciddi şəkildə dini islahatların aparılmasının 
lazımlılığını önə çəkən Ə.Hüseynzadəyə görə, ilkin islama qayıdılmalı, tərəqqiyə 
doğru addım atılmalıydı. Əks təqdirdə əsl dini həqiqətləri, hikmətləri ortaya çıxarıb 
bərpa etmək mümkün olmayacaqdı. Ona görə də bu cür islahat islamın əsl 
mahiyyətini ortaya qoyacaq, müxtəlif şərhlərdən, təhriflərdən islam xilas olacaqdı. 
Avropalaşmaq Ə.Hüseynzadənin milli tərəqqi proqramına daxil edilmiş 
əsas məramlardan, ideoloji istiqamətlərdən biri idi. O, xalqa bu ideyanı təbliğ 
etməklə Avropa elm və texnikasını, sənayesini öyrənmək və öz həyati işlərində 
tətbiqini nəzərdə tutur və yazırdı: "Tərəqqi və təməddün həvəsində olan hər bir 
millət öz milli üdəba və üləmasının əsərlərilə kifayətləndikcə çox da irəliyə doğru 
gedə bilməz... Bir ingilis, bir fransız, bir alman, bir italyan ibn Rüşdün, Əbu Əli 
Sinanın, Fərabinin, Firdovsinin, Sədinin, Mollayi-Ruminin, İmam Təzaminin 
asarından feyzyab olmağa, bu kimi üləmaya-tərcümə, şərh və təfsirlər vasitəsilə öz 
millətlərinə mal edilməyə çalışdıqları halda bizə də lazımdır ki, onların Laplasları, 
Laviazi-yerləri, Russoları, Pastorları, Nyutonları, Spenserləri, Edissonları, 
Rentgenləri, Marksları, Ginnesləri vasitəsilə öz maarifimizi, öz ana dilimizdə olan 
kitabxanaları təzyiqə çalışalım. Cəhalətin, təəssübün kökünü ancaq bu vasitə ilə 
qurutmaq, söküb atmaq olar. Başqa yol yoxdur". 
“Fyuzat”ın səhifələrində avropa şair və yazıçılarının əsərlərinin 
tərcüməsinin çapı da bu məqsədə xidmət edir, Azərbaycan oxucusuna dünyanın 
müxtəlif tərəflərində yaşayıb-yaratmış ədəbi şəxsiyyətlərin yaradıcılıq 
nümunələrini çatdırırdı. Hötenin “Faust”u, Şeksprin "Yuli Sezar"ı Azərbaycan 
türkcəsinə tərcümə olunur, Avropa mədəniyyəti təbliğ edilirdi. 
Ə.Hüseynzadə onu "avropalaşalım" şüarında günahlandıranlara cavab 
verərək yazırdı: "İndi bizə derlər ki, madam ingilislər, firənglər, filanlar böylə 
imişlər nə üçün siz də ... "Fyuzat"mızda ingilislərə, firənglərə müraciət 


81 
ediyorsunuz. Ortaya gah Hötenin "Faustu"nu, gah Şeksprin " Yuli Sezar"ını, gah 
nə bilim hanki avropalının hanki əsərini çıxarıyorsunuz? Avropalaşalım, 
firəngləşəlim diyorsunuz? Lakin ey qare! Müraciətdən müraciətə fərq vardır. Biz 
avropalıların ədəbiyyatına, sənayelərinə, ülum və maariflərinə kəşfiyyat və 
ixtiraatlarına müraciət etmək istiyoruz, özlərinə deyil. Biz istiyoruz ki, islam 
ölkəsinə onların beyinləri, dimağları girsin, boğazları, mədələri girməsin. Biz 
istiyoruz ki, ölkəmiz onların beyinlərini həzm etsin". 
"Fyuzat" türk xalqları arasında dil, din birliyini təşkil etməklə, Avropanın 
elmi yeniliklərini həzm etməklə tərəqqiyə, milli yüksəlişə nail olmağın salnaməsini 
yaratdı. Bütün təhdid, təzyiqlərə baxmadan “Fyuzat”çılıq ideyasını cəmiyyətə 
sirayət etdi. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə