Akġf aġirli


"Molla Nəsrəddin" jurnalı



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə36/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   32   33   34   35   36   37   38   39   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"Molla Nəsrəddin" jurnalı 
Şərq xalqlarını bürüyən cəhalət və ətaləti satiranın acı gülüşü ilə tənqid 
edib, xalqı oyadıb yolunu tərəqqiyə doğru istiqamətləndirmək üçün yeni istiqamətli 
mətbu orqana ehtiyac vardı. Gənc jurnalist Cəlil Məmmədquluzadə bunu 
duyduğundan 1906-cı ilin fevral ayının 21-də Tiflis qubernatoruna ərizə ilə 
müraciət edərək "Molla Nəsrəddin" jurnalının çapına icazə istədi. Jurnalın nəşrinə 
razılıq verildi və bu xəbər 1906-cı ilin fevralın 24-də "Novoye bozreniye" 
qəzetində, elə həmin ayın 26-da "Kafkazskoye utro" qəzetində dərc olundu. 
1906-cı ilin mart ayının 4-də "Molla Nəsrəddin"in çapı üçün Mirzə Cəlilə 
Tiflis qubernatoru dəftərxanası tərəfindən verilən şəhadətnamədə jurnalın proqramı 
bu şəkildə müəyyənləşdirilmişdir. 1. Məqalələr; 2. Kəskin tənqidlər; 3. Felyetonlar; 
4. Məzhəki şeirlər; 5. Məzəli teleqramlar; 6 Satirik hekayələr; 7. Lətifələr; 8. Poçt 
qutusu; 9. Məzhəki elanlar; 10. Xüsusi elanlar; ll. Karikatura və illüstrasiyalar. 
Müəyyən olunmuş bu proqrama uyğun şəkildə və dövrün ən mühüm 
ideyalarını yaradıcılığına gətirən Cəlil Məmmədquluzadə və Ömər Faiq 
Nemanzadə jurnalın ilk sayını çapa hazırladılar. Jurnalın 7 aprel tarixli ilk sayında 
Mirzə Cəlilin "Molla Nəsrəddin" imzası ilə "Tiflis 7 aprel" sərlövhəli baş məqaləsi, 
"Məcmuəmizə müştəri olanlara nəsihət", "Molla Nəsrəddinin teleqramları", 
"Bilməli xəbərlər", "Dəllək", "Atalar sözü" və digər yazılar, həmçinin 4 müxtəlif 
karikatura və bir neçə elan dərc olundu. Həcmi kiçik formatda olan "Molla 
Nəsrəddin"in çapı həftədə bir dəfə nəzərdə tutulmuşdur. Proqram səciyyəvi baş 
məqalədə isə Molla Nəsrəddin üzünü doğma xalqına tutub söyləyirdi: 
"Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım o kəsləri deyib 
gəlmişəm ki, söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər, 
məsələn, fala baxdırmaga, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, 
hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: 
sözünü o kəslərə de ki, sənə qulaq vermirlər.
Ey mənim müsəlman qardaşlarım. Zəmanə ki, məndən bir gülməli söz 
eşidib ağzınızı göyə açıb gözlərinizi yumub o qədər xa-xa edib güldünüz ki, az qala 
bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəkləriniz ilə üz-gözünüzü silib "lənət 
şeytana" dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz.
Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə 
gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxın camalınıza ".
Cəmiyyətdə baş verən neqativ hadisələrə, cəhalətə, fanatizmə qarşı 
mübarizə aparan, yeni bir qəzetçilik istiqaməti, ədəbi məktəb yaradan "Molla 
Nəsrəddin" xalq yumoru, satirası ilə seçildi. Professor Şirməmməd Hüseynovun 
təbirincə desək, bu yeni istiqamət "Molla Nəsrəddin"in kütləvilik və maarifçilik 
baxımından çox böyük kəşfi idi. İlk sayından başlayaraq jurnal "Molla Nəsrəddin"


83 
adlı fikir cərəyanı, inqilabi demokratik ədəbi-jurnalist hərəkatını vücuda gətirdi. 
Mirzə Cəlilin timsalında Mollanəsrəddinçilər təkcə xalqa nə demək sualı üzərində 
düşünmədilər, onlar sözü nə cür demək üzərində də düşündülər. Buna görə də 
məqalələrini "türkün ana dilində", sadə danışıq tərzində, xalqın anlayacağı, başa 
düşəcəyi dildə yazdılar. Cəlil Məmmədquluzadənin özü dediyi kimi "Molla 
Nəsrəddin"i zəmanə özü yaratdı. 
Jurnalın ilk sayında dərc olunan yazılar kimi karikaturalar da məzmun 
etibarı ilə fərqlənir, oxucuda maraq oyadırdı. Birinci səhifədə məscidi xatırladan 
otaqda müsəlmanlar sıra ilə yan-yana yatırlar, onlardan yalnız biri otağın kiçik 
pəncərəsindən düşən günəş şüasının təsirindən oyanıb, gərnəşir. Molla əlində əsası, 
başında əmmaməsi, çiynində əbası bu mənzərəni seyr edir. 
Jurnalın ilk sayının işıq üzü görməsi münasibəti ilə Rusiyanın müxtəlif 
bölgələrindən teleqramlar, təbrik məktubları alan C.Məmmədquluzadə bu 
təbriklərə aprelin 12-də "Na povorote" qəzeti, aprelin 14-də isə "Kaspi" vasitəsilə 
təşəkkürünü bildirirdi. 
İlk sayı 1000 nüsxə tirajla çap olunub yayılandan sonra jurnal kütlələrin 
maraq dairəsinə daxil olaraq populyarlıq qazandı. "İrşad" qəzetinin 16 aprel 1906-
cı il sayında Ə.Ağaoğlu barədə yazırdı: "Baxın "Molla Nəsrəddin"ə. Bu cəridə nə 
gözəl cəridədir. Nə qədər ağıl, zəka, məharət və zövq göstərir. Nəinki biz 
müsəlmanlar, bəlkə ən mədəni, ən mütərəqqi tayfalar belə cəridələri ilə fəxr 
edirlər". 
"Molla Nəsrəddin"in ikinci sayı oxucuların maraq və tələbatını nəzərə 
alaraq 2 min nüsxə ilə nəşr edilib, yayıldı. Jurnalın şəkillərinin qırmızı rəngdə 
olması polis idarələrini bərk təşvişə saldı. Bolşevizmin mahiyyətinin qırmızı 
rəngdə təcəssüm olunmasını əsas gətirib, "Molla Nəsrəddin"in bu siyasi 
ideologiyanın təbliğatçısı hesab edənlər jurnalın ikinci sayının bütövlükdə 
müsadirə etdilər. Üzeyir Hacıbəyov "İrşad" qəzetində "Ordan-burdan" başlığı 
altında qələmə aldığı yazıda bu müsadirəni yığcam şəkildə təsvir edərək yazır: 
"İndi zavallı 

Molla Nəsrəddin” dustaqdır. Həbsxanada oturub öz-özünə fikir edir. 
Əcəba, ərbabi hökumət "bu qırmızı şeylərdən" nə üçün belə qorxur? 
İctimai xadim, ədib və maarifçi demokrat Nəriman Nərimanov isə "Molla 
Nəsrəddin"in polislər tərəfindən müsadirəsinə lakonik və konkret qiymət 
vermişdir: "Afərin belə diqqətçilərə, afərin belə qanun sahiblərinə". 
Azərbaycanın ictimai-siyasi həyatında kəskin ideoloji mübarizələr getdiyi 
dövrdə "Molla Nəsrəddin" öz mövqeyi, hadisələrə fərqli yanaşma tərzi ilə seçilir, 
müxtəlif rubrikalar altında gülməli xəbərlər verirdi. "Bilməli xəbərlər", "İçəri 
xəbərlər", "Məzəli xəbərlər", "Teleqraf xəbərləri", "Qafqaz xəbərləri", "Ticari və 
ekoloji xəbərlər" başlıqları altında yazılar dərc edilirdi. Bəzən imzasız çıxan bu 
yazılar böyük təsir gücünə malik idi, kifayət qədər savadı olmayan oxucuları ilk


84 
baxışdan ələ alır, ətalət yükünü onlardan uzaqlaşdırırdı. Məcmuə əməkdaşları bu 
xəbərləri hazırlayarkən, asan qavranılsın deyə, xalq yaradıcılığının imkanlarından 
istifadə edirdi. Atalar sözü, tapmaca, bayatı "Molla Nəsrəddin"in səhifələrində 
dövrün reallıqlarına uyğun yeni məna kəsb edir, ictimai mübarizənin kəskin 
silahına çevrilirdi. 
İslam məfkurəsinə zidd mövqe sahibi olan bəzi din xadimləri, ruhanilər, 
məmurlar jurnala qarşı barışmaz mövqe tutur, səlahiyyətlərindən istifadə edərək 
təzyiq və təhdidlərə keçirdilər. 
Əbdürrəhim bəy Haqverdiyev bu barədə öz xatirələrində yazır: "Mollalar 
jurnalı yazanları və oxuyanları təkfir edib deyirdilər, bu jurnal gərək bir 
müsəlmanın evinə girməsin, onu nəinki oxumaq, ələ belə almaq haramdır. Onu 
maşa ilə alıb ayaqyoluna atmalıdır". C.Məmmədquluzadə isə öz xatirələrində dini 
fanatizmi yayıb, insanların tərəqqisinə mane olanların hərəkətlərini bu cür 
qiymətləndirirdi: "Molla Nəsrəddin" məcmuəsi birinci nömrədən başlayıb baltanı 
islam mövhumatının başından elə vurdu ki, adını müsəlman qoyan bəndə, 
barmaqları ilə qulaqlarını tutub, molladan qaçmağa üz qoydular". 
Bütün təzyiqlərə, söyüşlərə baxmayaraq, məcmuə əməkdaşları "Molla 
Nəsrəddin"in çapını böyük səbr və dözümlə həyata keçirir, dövrün ən kəskin 
ictimai fakt və hadisəsini satirik boyalarla təsvir edirdilər. Kəskin və tənqidi 
çıxışlarına, həqiqətləri söylədiyinə görə daim hücumlara məruz qalan "Molla 
Nəsrəddin" çar senzurasının da qadağaları ilə üz-üzə dayanmışdı. Bəzi məqalələrin, 
karikaturaların çapına senzura icazə vermirdi. Senzor tərəfindən çapına icazə 
verilməyən materialların yeri ağ saxlanır və "bizdən asılı olmayan səbəblərə görə 
bu yer ağ qaldı" ifadəsi yazılırdı. Bütün bu gərginliklərə, qadağalara baxmayaraq, 
"Molla Nəsrəddin"in haqq səsi çox keçmədən şimallı-cənublu Azərbaycanın və 
Qafqazın hüdudlarını aşıb Rusiyada, Yaxın və Orta Şərqdə eşidilirdi. Jurnalın 
Tiflis, Bakı, İrəvan, Təbriz, Naxçıvan, Gəncə, Şamaxı, Şəki, Dərbəndlə yanaşı, 
Orta Asiyada, Krımda, Kazanda, Ufa, Həştərxan, Orenburq, Tehran, Ərzurum, 
İstanbul, Qahirə, Bombey, Kəlküttə kimi bir çox şəhərlərdə oxucusu var idi. 
Molla Nəsrəddinçilər xalqı öz hüquqları uğrunda mübarizəyə çağırır, bu 
işdə xalqın haqqını tapdalayanlara, qanunsuz işlərlə məşğul olan məmurlara qarşı 
birgə mübarizəsinin vacibliyini önə çəkirdi. Jurnalın 1907-ci il tarixdə nəşr olunan 
3-cü sayında iranlı fəhlələrin vəziyyətini təsvir edən felyetonunda həmrəyliyə 
çağırış motivi bu cür təsvir edilir: "Ey həmşərilər, ey mənə kağız göndərən 30 
nəfər həmşəri, açın qulağınızı və görün mən sizə nə deyirəm... Əgər istəyirsiniz ki, 
sizi də adam hesab eləyib məclislərə qoysunlar, gərək mənim bir neçə vəsiyyətimə 
əməl edəsiniz. Əvvələn gərək bir-birinizlə əl-ələ verəsiniz. Yəni Məhəmmədəli 
gərək yapışsın Həsənin əlindən, Həsən Kərbalayi Qasımın əlindən... Xülasə, cəmi 
həmşərilər gərək yapışsınlar bir-birlərinin əlindən və birləşsinlər". 


85 
"Molla Nəsrəddin"in cəsarətli çıxışları onunla nəticələndi ki, 1907-ci ilin 
iyunun 8-də Tiflis general-qubernatoru jurnalın bağlanması haqqında əmr verdi və 
bu xəbər xalq arasında böyük narazılıqlara səbəb oldu. Bakıdan, Şəkidən, 
Zaqafqaziyanın bir çox yerlərindən Tiflisə etiraz məktubları gəldi. Bu məktublarda 
jurnalın çapının bərpası məsələsi qoyulurdu. Dövrün bir çox mətbu orqanları da öz 
həmkarları ilə həmrəylik nümayiş etdirərək jurnalın bağlanmasına etiraz olaraq öz 
səhifələrində məqalələr çap edirdi. "İrşad" qəzeti "belə düz məsləkli cəridənin 
meydandan çıxarılmasına" münasibətini bildirir, jurnalın çapının bərpasının 
vacibliyini yazırdı. Bu gün bu etirazların nəticəsi olaraq qısa fasilədən sonra 
"Molla Nəsrəddin"in 23-cü sayı 1907-ci ilin iyulun 25-də işıq üzü gördü. 
Nəşri müddətində bir neçə dəfə "Molla Nəsrəddin"in bağlanmasına 
təşəbbüs göstərilmişdir. Jurnalın yaradıcı heyətini açıq fikir bildirməkdən 
yayındırmaq, demokratik mövqedən geri çəkmək üçün müxtəlif vasitələrdən, hətta 
ölüm təhdidindən istifadə olunurdu. 
Belə ki, "Molla Nəsrəddin"in əsas sütunlarından hesab olunan Ömər Faiq 
Nemanzadə 9 gün həbsdə saxlanılmış, 1908-ci ildə Mirzə Cəlilin öldürülməsi 
barədə şayiələr yayılmışdır. Bu azad, demokratik mətbuatı sıradan çıxarmaq 
istəyənlərə "İrşad" qəzeti tutarlı cavab verərək yazırdı: 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə