Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə39/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   35   36   37   38   39   40   41   42   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Mirzə 
Ələkbər Sabir 
idi. Onun 1906-1911-ci illərdə "Molla Nəsrəddin"də dərc etdiyi 
satirik şeirlərdə yeni bir ədəbi məktəbin əsası qoyulmuşdu. Sabirin jurnaldakı 
fəaliyyəti ilə bağlı Mirzə Cəlil xatirələrində yazır: "Sabir mərdi-mərdanə özünü 
tulladı "Molla Nəsrəddin" meydanına və elə bir nərilti və gurultu ilə dalbadal 
yazmaqda davam etdi ki, bəlkə özünə bərabər olan Məşədi Sijimqulunu da xeyli 
vaxt sükutda saxladı və yadıma gəlir ki, Sabirin "Molla"da zühurundan ta il yarıma 
qədər Məşədi Sijimqulunun mənzum əsərləri idarəmizə gəlib çatmadı". 


90 
Sabirin "Mola Nəsrəddin"də ilk şeiri 1906-cı il aprelin 28-də, jurnalın 4-
cü sayında işıq üzü gördü. "Millət necə tarac olur-olsun, nə işim var" şeiri idi ki, 
jurnalda bu, imzasız şəkildə Mirzə Cəlilin "Niyə məni döyürsünüz?" başlıqlı 
felyetonunun sonunda, felyetonun poetik davamı kimi verilib. 
1906-cı ildə "Molla Nəsrəddin"də Sabirin dərc olunan 21 satirik şeirinin 
14-ü "Hop-hop" imzası ilə getmişdir. Bəllidir ki, şanapipiklər dəstəsinə aid olan 
hop-hop ağac kollarında yuva qurur, çox vaxt səsi gəlsə də, özü görünmür. İlk 
vaxtlar Sabirin Şamaxıdan "Molla Nəsrəddin"ə şeirləri gələrdi, özü isə görünmür, 
kimliyi bilinmirdi. Görünür, elə buna görə də şairin şeirləri bu gizli imza ilə dərc 
olunub. 
Sabir 5 il "Molla Nəsrəddin"lə əməkdaşlıq etmiş, dövrün digər mətbuat 
orqanlarında şeirləri dərc olunmuşdu. Ədəbiyyatşünas-alim M.Arif Sabirin bu 
məcmuə ilə yaradıcılıq əlaqəsini obrazlı şəkildə belə təqdim edir: "Molla 
Nəsrəddin"i zamanə özü yaratdığı kimi Sabiri də zəmanə yaradıb "Molla 
Nəsrəddin"ə yoldaş və silahdaş vermişdir". 
Sabirlə C.Məmmədquluzadə arasında dostluq və qardaşlıq əlaqəsi vardı. 
Sabir ağır xəstələnəndə Mirzə Cəlil və xanımı Həmidə xanım Cavanşir onu 
Tiflisdə müalicə etdirmiş, qayğısını çəkmişlər. 
Sabir "Molla Nəsrəddin"lə yanaşı, Bakıda nəşr olunan "Həyat", "İrşad", 
"Təzə həyat" "Rəhbər", "Dəbistan", "Fyuzat", "Bəhlul", "Zənbur" "Ülfət", 
"Günəş", "Səda" kimi mətbu orqanlarda da çıxışlar edirdi. 
Məşədi Sijimqulu imzası ilə yazan Əli Nəzmi "Molla Nəsrəddin" 
məktəbinin əsas simalarından biri idi. C.Məmmədquluzadə bu barədə yazırdı: "Biz 
Sabiri və Məşədi Sijimqulunu axtarırdıq". 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə