Akġf aġirli


partiya təşkilatlarında dövlət işi ilə məşğul olmuş, 1938-ci ildə vəfat etmişdir



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə47/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   43   44   45   46   47   48   49   50   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920


partiya təşkilatlarında dövlət işi ilə məşğul olmuş, 1938-ci ildə vəfat etmişdir. 
Onun jurnalistlik fəaliyyətində "Bəhlul" jurnalı xüsusi yer tutur. Baxmayaraq ki, bu 
jurnalın Ömrü cəmi 6 ay olmuş və cəmi 9 nömrəsi çıxmışdır. 
M.Ə.Sabirin "Bəhul"la yaradıcılıq əlaqələri vardı. Məcmuənin ilk sayı işıq 
üzü görəndən sonra Sabir Şamaxıdan redaksiyaya məktub göndərərək, məcmuənin 
çapı münasibəti ilə redaksiya kollektivini təbrik etmişdi. Jurnalın redaktoru Sabirə 
Şamaxı üzrə müxbir və müvəkkil olmasını da təklif etmişdi. Sabir Şamaxı 
mövhumatçılarının üzərinə hücuma keçəcəyi səbəbindən bu təklifdən imtina edir. 
Lakin Sabir "Bəhlul"la daim əlaqə saxlamış, öz satiralarını göndərmişdir. 
Məcmuənin 2-ci nömrəsində "Təraleyi-əsilanə" adlı satirasında Sabir fəhlələrin 
ağır iqtisadi, sosial vəziyyətini qələmə alır. Böyük molla-nəsrəddinçinin 
"Bəhlul"da bir sıra satirik şeiri işıq üzü gorüb. 
Birinci Dünya müharibəsi ərəfəsində 
milli mətbuat 
XX əsrin əvvəllərində Rusiya imperiyası daxilində baş verən inqilabi 
hadisələr, müstəmləkəçilikdən, milli ayrıseçkilikdən əziyyət çəkən xalqların 
etirazları rejimin daxili qayda-qanunlarının sərtləşdirilməsinə səbəb oldu. 
İmperiyanın bu sərt qayda-qanunları Bakıda da hiss edildi. Bakı general-
qubernatoru polis departamentinə 1901-ci il 14 noyabr tarixli tamamilə gizlin 
məlumatında əhali arasında məzhəb məsələsi, məxsusi olaraq İran və Türkiyəyə 
münasibət, panislamizin, gənc türklərlə əlaqəyə diqqət yönəltməyi tapşırdı. Bakı 
general-qubernatoru Azərbaycanın Avropa təhsili görmüş, milli düşüncəli bir qrup 
ziyalısının izlənilməsini, onların fəaliyyətlərinin təftişini Jandarm İdarəsindən tələb 
edirdi. İzləniləcək ziyalıların siyahısında Azərbaycan jurnalistikasının tanınmış 
nümayəndələri Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy 
Ağaoğlunun, Nəriman Nərimanovun, Haşım bəy Vəzirovun, Sultan Məcid 
Qənizadənin, Əliabbas Müznibinin adları var idi. 
Daxili işlər nazirinin əmri ilə Rusiya ərazisində fəaliyyət göstərən mətbuat 
orqanları, mətbəələr ciddi nəzarətə götürüldü. 1906-cı ildə Bakı qubernatoruna 
göndərilən sərəncamda göstərilirdi ki, nəşriyyat və mətbuat işlərinə aid nəzərdə 
tutulan qaydalar pozulduğu halda öz cinayətlərini etiraf edənlər məsuliyyətə cəlb 
olunmalı, barələrində həbs hökmü çıxarılmalıdır. Məhkəmələrin çıxardığı hökmlər 
Rusiya Baş Mətbuat İdarəsinə də göndərilməli idi. 
Çar rejiminin inqilabi təlatümə düçar olduğu bir vaxtda, senzuranın 
kəskinləşməsi yeni mətbu orqanların yaradılması qarşısını ala bilmədi. "Orucov 


98 
qardaşları"nın mətbəəsində kitablarla yanaşı, bir neçə qəzet nəşri də həyata 
keçirildi ki, onlardan da biri Üzeyir bəy Hacıbəyovun redaktorluq etdiyi "Həqiqət" 
idi. 1909-cu ilin dekabr ayının 25-də ilk sayı işıq üzü görən, gündəlik nəşr olan 
"Həqiqət"in ömrü uzun olmadı. 1910-cu ilin avqustunda "zərərli istiqaməti"nə görə 
bağlandı. "Həqiqət" qapadıldıqdan sonra "Orucov qardaşları" bir-birinin davamı 
olaraq "Günəş", "Yeni həqiqət", "Məlumat" adında qəzetlərin nəşrini həyata 
keçirmişlər. Bu qəzetlərin də fəaliyyətləri uzun sürmədi. Belə ki, "Günəş" 1910-cu 
ilin avqust ayının 24-də işıq üzü görmüş, 1911-ci ilin yanvarın 20-dək fəaliyyət 
göstərdi. “Yeni həqiqət”in isə ömrü cəmi üç ay olmuş, 1911-ci ilin yanvarın 21-də 
ilk sayı çap olunmuş, həmin ilin martında bağlanmışdı. “Yeni həqiqət”ə 
İstanbuldan Əhməd bəy Ağaoğlu məktublar göndərmiş, publisist yazılarını dərc 
etdirmişdi. Əli bəy Hüseynzadə, M.Ə.Rəsulzadə, Molla Ruhulla Məhəmmədzadə, 
Həsən Səbri Ayvazov qəzetin fəal əməkdaşları olmuşlar.
1911-ci ilin iyulun 2-də Hacı İbrahim Qasımovun müdirliyi, Mehdi bəy 
Hacılının baş redaktorluğu ilə "Məlumat" qəzeti oxuculara çatdırıldı. Təəssüf ki, 
"Məlumat"m da yolu hökumət orqanları tərəfindən bağlandı. 
1911-ci ildə doktor Qarabəy Qaraboyovun səyi ilə "Kaspi" mətbəəsində 
"Həqq yolu" jurnalı nəşrə başladı. "Siyasi-ictimai, fənni, ədəbi, iqtisadi həftəlik 
nəşr olan "Həqq yolu"nun ilk sayı 1911-ci ilin dekabr ayının 14-də işıq üzü gördü 
və 1912-ci ilə qədər fəaliyyət göstərdi. Bu məcmuədə Mahmud Nədim, 
Məhəmməd Sadıq Axundov, F.Köçərli publisistik yazılarını oxuculara təqdim 
etmişlər. 
1911-ci il mart ayının 18-dən 19-na keçən gecə Bakı vilayət jandarm 
idarəsi "zərərli istiqamət" yürütdüklərinə görə bir neçə mətbuat işçisini həbs etdi. 
"Yeni Fyuzat" jurnalının baş redaktoru Əhməd Kamal, jurnalın redaktoru Əli Paşa 
Hüseynzadə, "Yeni həqiqət" qəzetinin naşir və müdiri Oruc Orucov Məhəmməd 
Sadıq Axundov, Əliabbas Müznibi həbs olunanlar siyahısında idi. Həbs olunan 
jurnalistlərin evləri, qəzet-jurnal redaksiyaları, mətbəələri axtarılmış, xeyli sayda 
çap olunmamış materiallar və satışdakı nüsxələr müsadirə olundu. Jandarm 
tutulanların yaxın qohum-əqrəbalarını, tanışlarını, qonşularını istintaqa çəkmiş, 
məhkum olunmuşlar barəsində əlavə material toplamışdı. 1911-ci ilin mart ayının 
24-də həbs olunanlar Bayıl həbsxanasına aparıldı. Bu doqquz nəfər jurnalistin 
həbsinə "Yeni Fyuzat" jurnalının 1910-cu ilin beş və altıncı saylarında çap 
olunmuş məqalələr "əsas yaratmış"dır. Materialların polis tərəfindən araşdırılması 
zamanı "Yeni Fyuzat"ın beşinci sayında Əhməd Kamalın "Biz özümüz 
müqəssirik", altıncı sayında isə sərlövhəsiz baş məqaləsi "zərərli" sayılmışdır. 
Türkiyə təbəəsi olan Əhməd Kamalın panislamizm, pantürkizm yaydığını 
əsaslandırmağa çalışanlar onunla həmfikir olan, eyni mövqedə dayanan 
jurnalistləri, bir sıra qəzetlərin naşir-redaktorlarını da həbs etmişdilər. 


99 
Çar Rusiyasının Qafqazdakı canişinliyinin təqib və təhdidlərinə 
baxmayaraq, Azərbaycan xalqı öz istiqlalı, azadlığı uğrunda mübarizə aparır, 
müxtəlif ideoloji-siyasi cərəyanları təmsil edən partiyalarda, hərəkatlarda təmsil 
olunurdular. 1911-ci ilin oktyabr ayından sonra Müsavat Partiyasının yaranması ilə 
ölkədə "türkləşmək, islamlaşmaq, müasirləşmək" şüarı aparıcı milli mətbu 
orqanların əsas şüarına çevrildi. Müsavat Partiyası öz məramnaməsində ictimai, 
dini, aqrar, fəhlə və maarif məsələlərinə yer ayırmış, dövlət quruculuğuna 
toxunmuş, hər bir muxtar qurumun və vətəndaşın hüquqları maliyyə və iqtisadi 
siyasətini geniş şərh etmişdi. Partiyanın ayrı-ayrı liderləri və üzvləri müəyyən 
mətbu orqanlarda vaxtaşırı çıxışlar etsələr də, qarşıya qoyulmuş məqsədə nail 
olmaq üçün xalqla partiya arasında ünsiyyət yaratmaq zərurətini hiss edirdilər. 
Məhz buna görə də Müsavat Partiyasının öz mətbuat orqanlarını yaratması vacib 
idi. Bunun üçün qarşıya çıxan bir çox problemləri, o cümlədən texniki məsələləri, 
kağız-nəşriyyat problemlərini həll etməyə başladılar. Belə bir dövrdə Müsavat 
Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə