103
Birinci Dünya müharibəsi ərəfəsində romantik türkçülük xəttini həyata
keçirən "Şəlalə" jurnalı nəşr edildi. 1913-cü ilin yanvar ayının 19-da, şənbə günü
"Şəlalə"nin ilk sayı "Kaspi" mətbəəsində nəşr edildi. Jurnalın təsisçisi İsa bəy
Aşurbəyli, baş redaktoru isə Səbirbəyzadə Xalid Xürrəmbəy idi. Məcmuənin 1913-
cü ildə 47 sayı, 1914-cü ildə isə 9 sayı çap olunandan sonra bağlanmışdır. Jurnalda
Türkiyə mətbuatından alınan
materiallar çap edilir, Osmanlı türkcəsinin ədəbi dil
kimi qəbul olunması haqda polemikalara, diskussiya yə müzakirələrə yer verirdilər.
İstanbul ləhcəsinin Azərbaycanda ədəbi dil kimi qəbul olunması ilə bağlı
müzakirələrə xeyli sayda məqalələr həsr olunmuşdur. M.Ə.Rəsulzadənin
də dil
problemi ilə bağlı "Şəlalə"də məqalələri nəşr olunmuşdur.
Cəmiyyətdə ziddiyyətlərin getdikcə kəskinləşməsi, sosial həyatın ağırlığı
mətbuatın ideya-siyasi istiqamətlərinə təsir edirdi.
Gündəlik ictimai-siyasi
qəzetlərlə yanaşı, satirik mətbu orqanlar da yaradılırdı. "Molla Nəsrəddin" ədəbi
məktəbinin təsiri ilə yaradılan bir neçə satirik jurnal nəşr olunurdu ki, onlardan biri
də "Mirat" idi. M.B.Məmmədzadənin "Azərbaycan türk mətbuatı" kitabında
"Mirat"ın yalnız bir sayının işıq
üzü gördüyü qeyd olunsa da, əslində bu satirik
jurnalın 5 nömrəsi işıq üzü görmüşdü. "Mirat" 1910-cu ilin iyun ayında nəşr
olundu. Bu jurnalın redaktoru Əliabbas Tağızadə idi. Aşağıdakı iki misranı öz
fəaliyyət prinsipi kimi seçən "Mirat" həyatda baş verənlərə laqeyd qalmayacağını,
doğrunu yazacağını oxucalara vəd edirdi:
Dostları ilə paylaş: