Akġf aġirli


"Ayinəsi iĢdir kiĢinin lafə baxılmaz, ġəxsin



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə49/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   45   46   47   48   49   50   51   52   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"Ayinəsi iĢdir kiĢinin lafə baxılmaz, ġəxsin 
görünür rütbeyi-əqli əsərindən". 
M.B.Məmmədzadə jurnalı "hər şeydən yazan" 
mətbu orqan kimi dəyərləndirirdi. Ətrafına xeyli sayda türk milli kimliyinə və milli 
şüura sahib yaradıcı heyəti toplayan "Yeni Fyuzat"ın ideya-siyasi istiqamətləri 
mövcud rejimin bölgədəki səlahiyyətlərini narahat etməyə bilməzdi. Məcmuədə 
türk tarixinə, türkəsilli xalqların Rusiyanı tarixən işğal planlarına daxil etmələri 
barəsindəki məqalələr, türk həmrəyliyinə çağırışlar yuxarıda qeyd olunduğu kimi 
1911-ci ilin mart ayında jurnalistlərin kütləvi həbsinə gətirib çıxardı. Bakı jandarm 
idarəsi “Yeni Fyuzat”ın altıncı sayında nəşr olunan baş məqaləsini rus dilinə 
çevirərək şəhər polis idarəsinə göndərmiş və bu materialda Rusiyaya qarşı 
pantürkizm, panislamizm təbliğatı duyulduğunu qeyd etmişdir. Məqalənin qısa 
məzmunu belədir: "Xivə xanı 1854-cü ildə Rusiya ilə müqavilə bağladığı zaman 
artıq Türkiyə Rusiyaya müharibəyə hazırlaşırmış. Bundan Xivə xanının xəbəri 
olmamışdır. Hərgah xan bundan xəbərdar olsaydı, şübhəsiz, tərəddüd edər
müqaviləni imzalamağı ləngidərdi. Beləliklə də Xivə xanlığı hazıra qədər 
müstəqilliyini saxlamış olardı və az da olsa bizə köməkliyi dəyərdi. Keçmişlər bizə 
heç bir şey öyrətmədən keçmişdir. Hazırda Xivə və Əfqanıstan İran üçün təhlükə 
yaradır". Məqalə müəllifi yazır: "Allah eləməmiş, İranın məğlubiyyəti Türkiyəni 
təhlükədə qoymazmı? Məsələnin əsl mahiyyəti bundan ibarətdir". İran və 
Türkiyəni birləşdirən, onlar arasında 1300 illik rabitə yaradan islamın" bu ölkələri 
"vahid millət" kimi formalaşdırdığını tarixi faktorları sadalayan müəllif sonra 
yazır: "Bu ölkələr qarşıya çıxacaq təhlükəyə qarşı birləşməlidir". 
Müəllifin mülahizəsini Rusiyaya qarşı təxribat və təbliğat hesab edən yerli 
hakimiyyət orqanları "Yeni Fyuzat"çıların bir hissəsini həbs etmişdi. 
Bu dövrdə ayrı-ayrı cəmiyyətlər də qəzet təsis etməyə başlamışdı ki, 
bunlardan biri "Nicat" Maarif Cəmiyyətinin orqanı olan eyniadlı qəzet idi. 1910-cu 
ildə işıq üzü görən "Nicat"ın baş redaktoru Əli bəy Aşurbəyov idi. "Nicat" 
Azərbaycan dilində və rusca nəşr olunurdu. Səməd bəy Hacıəlibəyov, Mahmud 
Nədim, Mehdi bəy Hacınski kimi qələm sahiblərinin çalışdığı bu mətbu orqan 
1912-ci ilə qədər fəaliyyət göstərmişdi. 
Azərbaycanda qadınlara məxsus ilk mətbu orqan da bu dövrdə nəşrə 
başlamışdı. "İşıq" adlanan qəzetin ilk sayı 1911-ci ilin yanvar ayının 22-də çapdan 
çıxdı. Azərbaycanın qüdrətli publisist-yazıçısı Yusif Vəzir Çəmənzəminli ilk qadın 
məcmuəsinin çapdan çıxması münasibəti ilə Kiyevdən göndərdiyi təbrik 
məktubunda yazırdı: "Xanımlar qəzetəsi dedikdə ən əvvəl "arvad məsələsi" yada 
düşür. "Arvad məsələsi" də insanlar üçün həyati və zəruri bir məsələdir". 


101 
Qadın mətbuatının yaradılmasının artıq dövrün zərurətinə çevrildiyini 
görən Hacı Zeynalabdin Tağıyev millət qarşısındakı xidmətləri sırasına bir yaxşılıq 
da əlavə etdi. O, "İşıq" adlı ilk qadın mətbu orqanını yaratdı. Nəşrin redaktoru 
Azərbaycanın ziyalı qadınlarından biri, ali təhsilli həkim, ictimai işlərdə fəallığı ilə 
seçilən, xeyriyyə cəmiyyətlərində təşəbbüskarlıq göstərən Xədicə xanım 
Əlibəyova, naşiri isə onun həyat yoldaşı Mustafa Əlibəyov idi. M.Əlibəyov 
hüquqşünas, vəkil, həm də insan hüquqları ilə də məşğul olurdu. 
M.B.Məmmədzadənin təbirincə deyilsə, "məcmuənin başda olan bəyanatı 
onun məqsədini, tutduğu yolu şərh etmişdir". Bu bəyanatda mətbu orqanın həftədə 
bir dəfə, şənbə günləri nəşr olunacağı, "tərbiyeyi-ətfalə, ədəbiyyata, təbabətə və 
evdarlığa dair xanımlar qəzetəsi" olduğu əksini tapırdı. 
"İşıq"ın bir üzündə rus dilində məqalələr də çap olunurdu. Məcmuənin 
1911-ci ilin yanvarından 1912-ci ilin dekabrına qədər 64, bəzi mənbələrə görə isə 
68 sayı işıq üzü görüb. 
1912-ci ildə "İşıq" qaranlıq mühitin, cəhalətin qurbanı oldu. Cəmi iki il 
ömür sürsə də, o, nəinki XX əsrin əvvəllərində Azərbaycan qadınlarının gözlərinə 
işıq, zəkalarına nur oldu, islam dünyasının qanunları ilə ömür sürən qadınları 
silkələdi, o həm də Azərbaycan mətbuatı tarixində qadın mətbuatının əsasını, 
bünövrəsini qoydu. 
Azərbaycan mətbuat tarixində ilk qadın jurnalı olan "İşıq" ilə yanaşı, 
1911-cı ilin noyabr ayının 29-da Bakıda "Məktəb" adlı bir uşaq jurnalı da nəşrə 
başladı. Jurnal ilk sayında əsas məqsəd və məramını bu cür izah edirdi: "Bizim 
"Məktəb"i nəşr etməkdə məqsədimiz məktəb şagirdlərinin irəliləmələrinə acizanə 
bir xidmətdir. "Məktəb"i oxuyacaq şagirdlərin birliyi geniş bir dairə alarsa, o vaxt 
məqsədimizə yetişmiş olarıq". Məktəb şagirdlərinə məxsus olan bu jurnal iki 
həftədə bir dəfə nəşr olunan "əxlaqi, ədəbi, fənni, müsəvvir məcmuə" idi. Baş 
redaktor və sahibi Qafur Rəşad Mirzəzadə və Əbdürrəhman Əfəndizadə idi. Bu iki 
pedoqoq, jurnalist ilk sayın oxucular arasında maraqla qarşılanması üçün kifayət 
qədər zəhmət çəkərək, fəallıq göstərdilər. 1884-cü ildə anadan olan Qafur Rəşad 
1901-ci ildə Şamaxı qəza məktəbini, 1909-cu ildə isə Moskvada təbiyyat-coğrafiya 
kurslarında təhsil almışdır. Şamaxıda aldığı təhsildən sonra bir müddət Lahıcda 
dərs dedi, Moskvadan qayıtdıqdan sonra isə Bakı məktəblərində pedoqoji 
fəaliyyətlə məşğul oldu. O, həm şəhər, həm də əyalət məktəblərinin ehtiyaclarını 
çox gözəl bildiyindən, ümumən təhsil sistemi ilə bağlı özünəməxsus baxışları 
vardı. 
Q.Rəşad Mirzəzadə "Məktəb"i nəşr edənədək bir sıra dərsliklər yazıb, çap 
etmişdi. Onun 1909-cu ildə nəşr etdirdiyi "Qafqaz coğrafiyası" Rusiya türklərinin 
dilində ilk dərs vəsaiti idi. Coğrafıya sahəsində dərsliklər yazan Q.Rəşad 1911-ci 


102 
ildə Özünün növbəti kitabı olan "Ümumi coğrafiya I hissə" dərs kitabını da nəşr 
etdirməyə müvəffəq oldu. 
"Məktəb" jurnalının ətrafında dövrün mütərəqqi pedoqoqları, ziyalıları 
toplaşmışdı. Süleyman Sani Axundov, Ağabəy İsrafilov, Şəfiqə Əfəndizadə, Cəfər 
Bünyadzadə, Rəşid bəy Əfəndizadə, Abdulla Şaiq, Əli Nəzmi, Əli Yusif, Abbas 
Səhhət, Əli Fəhmi kimi ziyalı və pedoqoqların bir-birindən fərqli məqalələri, təhsil 
sisteminə baxışları, şagirdləri maarifləndirən publisist yazıları maraqla qarşılanırdı. 
Jurnalın ilk sayında Nəriman Nərimanovun "Əziz balalara" başlığı ilə müraciəti 
dərc olunmuşdur. Nərimanov uşaqlara yaxşı oxumağı, elmə yiyələnməyi tövsiyə 
edir, onlara çalışqan olmağı məsləhət görürdü. 
Jurnalın ayrı-ayrı saylarında maraqlı hekayələr, atalar sözləri, lətifələr, rus 
ədiblərinin əsərlərindən tərcümələr işıq üzü görürdü. Bütün bu yazıların məzmunu 
uşaqların zövqünün formalaşmağına xidmət edirdi. Əli Ələvi "Çalışalım" şeirində 
məktəb şagirdlərinə "çalışmaq yaşına girdiklərini" xatırladır, onları işgüzarlığa 
səsləyirdi: 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə