Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə57/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   53   54   55   56   57   58   59   60   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"Babayi-əmir" 
jurnalı da nəşr edilmişdi. Mətbuatda 
"zərərli istiqamətli" yazılarına görə Sibirə sürgün edilən Ə.Müznibi Romanovlar 
sülaləsinin üç yüz illiyi münasibətilə əfvə düşdükdən sonra 1913-cü ildə Bakıya 
qayıdır və yeni mətbu orqanlar yaratmağa başlayır. Lakin sürgün həyatını nəzərə 
alan yerli çap orqanları onun qəzet təsis etməyinin qarşısını alır. Ə.Müznibi 1914-
ildə bu işin çarəsini taparaq, fənd işlədib yaşca özündən böyük olan qardaşı 
Əbülfəz Mütəllibzadənin adına "Dirilik", 1915-ci ilin aprel ayından isə "Babayi-
əmir" adlı satirik jurnalı qeydiyyatdan keçirir. İlk sayında "Gəlmişəm" adlı baş 
məqaləsində jurnal mətbuat aləminə gəlişini satirik tərzdə belə çatdırır: "Nə 
eləyim, dərd çox, yük ağır, qüvvət az, zülm çox, hümmət yox! Baş məqalədə jurnal 
dünya müharibəsindən yazacağını, alman qoşunlarının azğınlığını təsvir edəcəyini 
qələmə alırdı. Alman imperatoru Vilhelmə müraciət edən məqalə müəllifi yazırdı: 
"Ey biinsaf Vilhelm. Sənin Allahın, peyğəmbərin, dinin, imanın yoxdurmu? Əgər 
sənin məqsədin yer almaqsa, tut düz dünyanı, gözünə girsin, daha heyvan kimi 
qoca və qarıları qırmaq, qızların namusuna toxunmaq, arvadların qarnını cırmaq, 
fəqir-füqəranın mal-əmlakını dağıtmaq, məbədlərini yandırmaq nə üçünüdür?" 
Mütərəqqi ədiblərin jurnalın ətrafına toplaşması və Ə.Müznibinin 
tərcümeyi-halı yerli çar orqanlarının, Senzura Komitəsinin ciddi narahatlığına 
səbəb olmuşdu. Qafqaz canişininin mülki işlər üzrə köməkçisi knyaz Orlovun 
canişini G.S.Kovalyova yazdığı məxfi məktubunda deyilir: "Hörmətli cənab 
Georgi Samolyoviç! Arayışı təqdim edərək Əlahəzrətdən Bakı şəhərində tatar 
(Azərbaycan) dilində çıxan "Babayi-Əmir" yumoristik jurnalının redaktorunu 
hüzurunuza çağırmağınızı, onun bahalığın hökm sürdüyü, əhalinin kasıb 
təbəqəsinin maddi təminatında çatışmazlıqların açıq-aşkar şəkildə hiss olunduğu 
bir vaxtda, əhalinin bir hissəsini digər hissəsinə qarşı qoyaraq jurnalın səhifələrində 
araqızışdırıcı məqalələr yerləşdirilməsinə yol verməməyinizi xahiş edirik". 
Jurnalda Cəfər Cabbarlı, Əliağa Vahidin felyetonları satirik şeirləri dərc 
olunmuşdur. 


117 
"Babayi-Əmir"in 27 nömrəsi karikaturasız nəşr olunmuş, bu nömrədən 
sonra isə Ə.Əzimzadə jurnalda mövzulara uyğun karikaturalarını dərc etmişdir. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə