"Bəsirət"
qəzeti nəşr olundu.
"İctimai-siyasi, iqtisadi və ədəbi türk" qəzeti olan "Bəsirət" 1914-cü ilin aprel
ayının 14-də ilk sayını oxuculara çatdırdı. Hacı İbrahim Qasımovun baş
redaktorluğu ilə işıq üzü görən bu mətbu orqan Azərbaycan Xalq Cümhuriyyəti
dövründə də nəşrinə nail oldu. 1920-ci il aprel ayının 27-də baş verən bolşevik
işğalı qəzetin fəaliyyətinə son qoydu. İşğaldan sonra bir neçə sayın çapını həyata
keçirmək mümkün oldusa da, sonradan qarşıya çıxan çətinliklər, ideoloji basqılar
“Bəsirət”i tarixin salnaməsinə çevirdi. 7 il fəaliyyət göstərən “Bəsirət”də dövrün
görkəmli publisistləri, siyasi-ictimai xadimləri, o cümlədən M.Ə.Rəsulzadə,
N.Nərimanov, M.B.Məmmədzadə çıxış edirdilər. Hər on beş gündən bir nəşr
olunan
"Dirilik"
1914-cü ilin sentyabr ayının 16-da mətbu həyata qədəm qoydu.
Bu jurnal M.B.Məmmədzadənin yazdığı kimi həm də siyasi bir türk məcmuəsi idi.
1914-cü ildə 8, 1915-ci ildə 9, üçüncü il isə 7 nömrəsi çıxmış və 1916-cı ilin
ortalarında nəşri dayandırılmışdı. Məcmuənin sahibi-imtiyazı Əbülfəzl
Mətləbzadə, müdiri isə Əliabbas Müznibi idi. M.Ə.Rəsulzadənin, Kazımoğlunun,
Əbdülxalıq Cənnəti Qafarzadənin, Əli Səttarlı, Cəfər Cabbarlının, Əliağa Vahidin
iştirak etdiyi bu məcmuədə ədəbi nümunələr də oxuculara çatdırılırdı.
Mətbuat tarixinin araşdırıcıları "Dirilik" jurnalını ədəbi-məfkurə
mərkəzlərindən biri hesab edirlər. Cümhuriyyət ideyasının müəlliflərindən olan
M.Ə.Rəsulzadənin milli şüur konsepsiyasının proqramı olan "Dirilik nədir?" adlı
məşhur əsəri də bu jurnalda çıxmışdır. Rus imperiyasının dünyaya hakim olmaq
planlarından bəhs edən "Rus imperatoru Böyük Pyotrun vəsiyyətnaməsi" adlı tarixi
sənəd də "Dirilik"də dərc olunmuşdur.
Məcmuənin ən başlıca məqsəd və məramı Azərbaycan türklərinin siyasi
şüurunu formalaşdırmaq, onu milli varlığını qoruyub saxlamaq uğrunda
mübarizədə birləşdirmək idi. Jurnalın ilk sayında baş mühərrir Ə.Müznibi
"Məqsədimiz" adlı məqaləsində bəşəriyyətin son üç-dörd minillik tarixinə səyahət
edir, fikirlərini ümumiləşdirir, xalqı bu tarixi imtahanlardan ibrət dərsi almağa
səsləyir, fiziki və mənəvi diriliyin ölüm-dirim mübarizəsi ilə əldə edildiyini
göstərir.
"Dirlik"də XX əsrin əvvəlləri Azərbaycan romantik ədəbiyyatının bir sıra
dəyərli nümunələri çap olunmuş, ədəbi-bədii fikrin formalaşmasına xidmət
etmişdir. Əmin Abidin, Ümmugülsümün, Rəcəb Əfəndizadənin ədəbi yazılarında
112
vətənə məhəbbət, islam əxlaqına uyğun insani münasibətlər təbliğ olunurdu.
"Dirilik" bütün fəaliyyəti boyunca Azərbaycan xalqında milli mənlik şüurunun
yüksəlişinə xidmət etdi. "Dirilik" Azərbaycan mətbuatı tarixində ideya rəhbəri
Ə.Müznibinin 1911-ci ildə arzu etdiyi "Mətbuatın kəlamı, əsrin kəlamı olmalıdır"
şüarı ilə nəşr edildi və tarixiləşdi.
Öz ideya-siyasi istiqaməti ilə bütöv bir dövr, məxsusi olaraq da
Cümhuriyyət dövrü mətbatına təsir edən "Açıq söz" qəzeti istiqlal amallı mətbu
orqanların yaranmasına təkan oldu. 1915-ci ilin oktyabr ayının 2-də ilk sayı işıq
üzü görən bu mətbu orqan ilk dəfə olaraq milli kimliyimizi "müsəlman" və "tatar"
sözlərindən "xilas" edərək "türk" sözü ilə dəyişdiridi. Qəzetin ilk sayı Məhəmməd
Əli Rəsulzadənin müdirliyi və M.Ə.Rəsulzadənin baş mühərrirliyi ilə "İqdam"
məlbəəsində nəşr olundu. "Açıq söz" qarşıya qoyduğu məqsəd və məramı ilk
sayında işıq üzü görən proqram xarakterli məqaləsində açıqlayaraq yazırdı:
"Dəhşətlərinə şahid olduğumuz böyük müharibə böyük bir həqiqəti - əsrimizin
millətçilik əsiri olduğunu isbat etdi". "Dünyanın xəritəsi qəribə dəyişəcək" deyə
heyrət qarışıq bir cümlə indi bir çox ağızlarda eşidilməkdədir. Özlərinin lüzumunca
bilib də istiqlal üçün müəyyən bir ideal məfkurə bəsləyən millət, şübhəsiz ki,
böyük bir qüvvə təşkil edir. Bu sürətlə ayrı-ayrı millətlər bir millət olaraq yaşaya
bilmək üçün hər şeydən əvvəl özlərini bilməli, müəyyən fikir və əməllər ətrafında
birləşərək böyük bir məfkurəyə, qayeyi-xəyala hədəf olacaq o işıqlı ulduza sahib
olmalıdırlar. Çünki müttəhid bir ruh və müştərək bir qayəyə malik olmayan
millətlərlə yeni əsaslar üzərində qurulacaq həyat hesablaşmayacaq və belə bir
silahdan məhrum qalan cəmaətlər kimsəyə söz eşitdirə bilməyəcəklər".
"Açıq söz" ilk sayında xalqı milli varlığını qorumağa, haqq hüquqlarını
tələb etməyə çağırır, onları "müəyyən fikir və əməl" ətrafında birliyə səsləyirdi.
Qəzet demokratik prinsiplər ətrafında xalqın bütün zümrələrinin birliyinin son
nəticədə Azərbaycan xalqının milli-mənəvi, dini sahələrdə dinamik inkişafı ilə
nəticələnəcəyi qənaətində idi. Çarizmin Qafqazdakı senzor komitələrinin
nümayəndələri olan Qaraxanov və Kişmişovların türk xalqarının birlik və
inkişafının qarşısını almaq üçün uydurduqları "panislamizm", "pantürkizm"dən
uzaq olan "Açıq söz"ün birliyə çağırışı yalnız xoş məram və məqsədlərdən
doğurdu.
Qəzet ilk sayından etibarən Rusiyanın daxilində gedən ictimai-siyasi
proseslər, Azərbaycanda baş verən hadisələr, milli dirçəliş, milli-mədəni
muxtariyyat məsələləri və müharibənin xalqların həyatına gətirdiyi faciələr
barəsində
yazılar dərc edirdi. "Açıq söz"ün maraqlılığında, mövzu
rəngarəngliyində dövrün görkəmli publisistləri, ictimai-siyasi xadimlərindən Ömər
Faiq Nemanzadənin, Həsən bəy Ağayevin, Hüseyn Cavidin, Abdulla Şaiqin,
Əhməd Cavadın, Şəfiqə xanım Əfəndizadənin, Tağı Şahbazinin böyük xidmətləri
113
olmuşdur. Qəzetin yazarları tək müharibənin gedişini işıqlandırmır, müharibənin
insanları faciələrə gətirib çıxarmasını, onları yurdsuz-yuvasız qoymasını da qələmə
alır, müharibədən zərər çəkənlərə yardım əli uzatmağı həmvətənlərinə məsləhət
görürdü. Hətta qəzet Anadoluda müharibədən zərər görmüş, yurdsuz-yuvasız
qalmış türk qardaşlarının ehtiyaclarını ödəmək üçün ianə kampaniyaları da
keçirirdi. 1918-ci il yanvar ayının 18-də çap etdirdiyi bir məqalədə yanvarın 19-
nun "Əsirlər günü" elan olunması barədə məlumat verərək yazırdı ki, Bakıda əsir
və möhtaclar üçün libas, yorğan-döşək toplanılacaqdır. Yazıdan bəlli olur ki, şəhər
bir neçə məhəlləyə bölünəcəkdir, hər məhəlləyə isə müəyyən olunmuş səlahiyyətli
şəxslər təyin olunmuşdur. Bu şəxslərin səhər tezdən ianə və əşya toplayacağını
bəlli edən məqalə müəllifi yazır: "Bu, otuzu-qırxı bir yerdə ölən Nargin əsirləri
üçündür. Əsirlərə qarşı şəfqət və mərhəmət hissi bizdən bunu tələb edir. Bu gün
mərhəmət kisələri genis açılsın, üzərimizə açılan əllər boş qaytarılmasın".
Məhəmməd Əli və Məhəmməd Əmin Rəsulzadələr İsa bəy Aşurbəyovun
"Kaspi" elektrik mətbəəsini alaraq "Açıq söz"ün mülkiyyətinə çevirdilər və burada
ilk toplu olaraq "Qardaş köməyi" dərgisini nəşrə hazırladılar. Bu dərginin
satışından əldə olunacaq vəsaitin Qars çevrəsində müharibədən zərər görmüş
insanlara verilməsi nəzərdə tutulmuşdur. Dərgi barəsində M.B.Məhəmmədzadə
yazır: "Bu məcmuə inqilabdan qabaq başlayıb, inqilabın birinci ayında, fevralın
başında çıxmalı ikən, sonra çıxdı". Yalnız bir saydan ibarət olan dərgidə Hüseyn
Cavid, Abdulla Şaiq, Ömər Faiq, M.Ə.Rəsulzadə, M.S.Ordubadi, F.Köçərli
C.Cabbarlı, Ə.Haqverdiyev kimi milli mövqeyi ilə seçilən tərəqqipərvər ədiblərin
müharibənin xalqların, o cümlədən türk xalqının taleyinə gətirdiyi faciələrə həsr
etdikləri əsərlər çap olunmuşdur. Hüseyn Cavid "Hərb və fəlakət" əsərində
müharibənin törətdiyi dəhşətlərə ədəbi münasibət bildirir, türk millətinin yaşadığı
acıları, günahsız insanların ağrılarını qələmə alırdı. Böyük ədib bu əsəri ilə
Azərbaycan xalqının tarixi kökünə varır, milli təfəkkürün tərkib hissəsi olan
türkçülük ideyasını cəmiyyətə çatdırırdı. Ömər Faiq Nemanzadə "Bən kiməm"
məqaləsində türkləri mübarizələrlə, qəhrəmanlıqlarla dolu tarixi keçmişindən ibrət
götürməyə çağırırdı: "Ey Türk! Keçmişindən ibrət al! Hələ vücudun sağlam ikən,
yaşamağa istedadın varsa, fürsət əldə ikən əsl vücudunu tam, qədrini anla!"
"Qardaş köməyi" dərgisinin daha çox satılıb, xeyli miqdarda pul
toplanması üçün qəzetdə mütəmadi olaraq elanlar dərc olunurdu. Qəzetin 1918-ci il
2 yanvar sayında "Qardaş köməyi"nin Bakıda 1 manat 30 qəpiyə, ayrı-ayrı
şəhərlərdə isə 1 manat 70 qəpiyə satıldığı haqda verilən elandan bəlli olur ki, bu işi
həyata keçirənlərin əsas məqsədi Anadolu köçkünlərinə, Sarıqamışda, Ərzurumda
əsir götürülən türk əsirlərinə daha çox maddi kömək göstərməyə nail olmaq üçün
dərginin daha çox satılmasıdır.
114
"Açıq soz"ün 18 yanvar 1918-ci il sayında "Möhtaclara kömək" qəzetinin
dərc olunması barədə də məlumat var. Bakıda təsis edilmiş "Möhtaclara kömək"
Cəmiyyətinin təsis etdiyi bu mətbu orqanın da əsas məqsədi Birinci Dünya
müharibəsində ev-eşiksiz qalmış, döyüş meydanlarında əsir götürülmüş türklərə
kömək edənlərin fəaliyyətini qiymətləndirmək idi. Çox təəssüf ki, "Açıq söz"
mətbəəsində çap olunan bu qəzetin cəmi 4 sayı işıq üzü görmüşdür.
İstiqlal və azadlıq duyğularını tərənnüm edən mətbu orqanlar
fəaliyyətlərini genişləndirdikləri kimi ölkənin ictimai-siyasi təşkilatları da
fəallıqlarını artırırdılar. Müsavat Partiyasının 1917-ci ilin oktyabr ayının 26-dan
31-dək Bakıda davam edən qurultayı yerli mətbu orqanların da əsas mövzusuna
çevrildi. "türk-ədəmi mərkəziyyət - Müsavat" firqəsinin orqanı olan, həftədə bir
dəfə işıq üzü görən "Müsavat"ın şüarı "insanlara hürriyyət, millətlərə müsavat" idi.
"Müsavat" qəzeti qurultaya hazırlıq prosesi, onun gedişini işıqlandıran xeyli sayda
materiallar dərc etmişdi. Qurultayda Nəsib bəy Yusifbəylinin Gəncədə hələ mart
ayında yaratdığı "Türk ədəmi-mərkəziyyət" firqəsi ilə Müsavat Partiyası birgə
işlənmiş proqram, vahid ideya ətrafında birləşdi.
"Müsavat" firqəsinin siyasi nöqteyi-nəzəriyyəsini, hadisələrə baxışını
işıqlandıran "Açıq söz" qəzeti 1918-ci il 4 yanvar tarixli sayında oxuculara üz
tutaraq yazırdı: “Dövri-hürriyyət” gəlincə Ədəmi-Mərkəziyyət qoşa: "Xalq
cümhuriyyəti-muxtariyyat şüarları ilə sözdə qalmayıb işə keçməsini görmək 1918-
ci ilin proqramını təşkil edir". Millət və muxtariyyatdan bəhs edərkən "Açıq söz"
hökumət də xalqa, torpaq da xalqa" ideyasını irəli sürürdü. M.B.Məhəmmədzadə
Azərbaycan xalqının, onun mətbuatının formalaşmasında "Açıq söz" qəzetinin rolu
barəsində "Milli Azərbaycan hərəkatı" kitabında yazır: "Açıq söz" bu xəbərdarlıq
və bu qayə ilə milləti oyatmağa başlamışdır. 1917-ci ilə doğru Azərbaycanda
xüsusi bir "Açıq söz"çü nəsli yaranmışdı".
"Açıq söz"ün sonuncu sayının nə vaxt çıxması barədə müxtəlif fikirlər
mövcuddur. Bəzi mənbələrdə (Azərbaycan dövri mətbuatı (1832-1920, Bakı. 1965)
qəzetin 1918-ci il mart ayında sonuncu - 704-cü sayının çapdan çıxdığı göstərilir.
Ancaq qəzet 718-ci sayında özündən asılı olmayaraq çapında fasiləyə yol verdiyi
üçün oxucularından üzr istəyirdi. Bakı erməni-bolşevik birləşmələrindən 1918-ci
ilin sentyabr ayının 15-də azad olduqdan sonra "Açıq söz" yenidən nəşrini bərpa
etmişdir. 1984-cü ildə çap olunmuş "Azərbaycan dövri mətbuatı. 1832-1920" adlı
biblioqrafıyada "Açıq söz"ün 724 nömrəsinin çıxdığı göstərilir. Mətbuat
araşdırmaçılarının apardığı statistikaya görə isə bu mətbu orqanın fəaliyyəti
müddətində 750 nömrəsinin işıq üzü gördüyü ortaya qoyulur.
"Açıq söz"ün naşir və redaktorları müxtəlif vaxtlarda Məhəmməd Əmin
Rəsulzadə, Məhəmmədəli Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Oruc Qəmbər və
Abuzər Orucov qardaşları olmuşlar.
115
" Açıq söz"ün ilk sayının çapından, yəni 1915-ci il oktyabrın 2-dən sonra
Azərbaycanda xeyli sayda yeni mətbuat orqanları
da nəşr olunmağa başlamışdı.
"Doğru söz", "İttifaqi-mütəllimin", "Müsəlmanlıq", "İttihad", İrəvanda nəşr olunan
"Bürhani-həqiqət" yeni nəşrlər idi. "İttifaqi-mütəllimin" 1917-ci ildə mayın 6-da
ilk sayı işıq üzü gördü. Bu qəzet Bakı müəllimlərinin qurultayında təsis olunmuş,
qısa fəaliyyət göstərmiş, bağlanmışdır. 1917-ci ildə nəşr olunan "Müsəlmanlıq"
qəzeti "Rusiyada müsəlmanlıq firqəsinin “naşiri-əfkarı" idi. Ceyhun Hacıbəylinin
çıxardığı "İttihad" qəzeti bu firqənin orqanı olduqdan sonra qapanmışdır.
Ceyhun bəy Hacıbəylinin redaktoru olduğu
Dostları ilə paylaş: |