104
İlk sayda jurnalın üz qabığında çap olunmuş "Dünya səhnəsində" adlı
karikaturada beynəlxalq aləmdəki siyasi vəziyyət təsvir olunurdu. Şir quzunu
parçalayır, canavar qoyunu yeyir, ilan ağaca sarmaşıb doğur, şəkilin digər tərəfində
isə hörümçəyin tor qurduğu göstərilir. Karikaturanın siyasi məzmunu ondan ibarət
idi ki, dünyada güclü dövlətlər zəifləri boğur, onlara tər hörür və bunun nəticəsində
isə müharibə ab-havası hiss olunur. Jurnalın axırıncı 5-ci nömrəsində verilən
karikaturada ingilisin Misir heykəlinin üzərinə mindiyi təsvir edilirdi.
"Mirat" özünün 5-ci sayında oxuculara məlumat verərək jurnalın nəşrində
tətil
baş verdiyi, buna görə də sonrakı qeyri-mümkünlüyü bildirilir.
“Mirat”dan sonra Dadaş Bünyadzadənin redaktorluğu, Əliməmməd
Əliyevin naşirliyi ilə 1910-cu ildə "Arı" jurnalı fəaliyyətə başladı. Özündən əvvəlki
satirik jurnallardan fərqli olaraq formatında dəyişiklik edən "Arı" karikaturasız nəşr
olunurdu. Jurnalın ilk sayında "Arı" jurnalının məsləki" adlı baş məqalədə bu
mətbu orqan özünün başlıca məqsəd və məramını oxuculara təqdim edir,
ictimai-
siyasi proseslərə münasibət bildirir, maarif və mədəniyyətin inkişafının zəruriliyini
vacib hesab edirdi. Dövrün mətbu orqanları üçün ən mühüm problem olan
abunəçilərin azlığından, maliyyənin kasadlığından gileylənir və həmçinin
hökumətin sərt tədbirləri tənqid olunurdu.
İslami dəyərlərə yüksək qiymət verən "Arı" bir sıra mətbu orqanlara, o
cümlədən "Molla Nəsrəddin"ə, "Bəhlul"a, "Zənbura" da öz müsbət münasibətini
bildirir, bu nəşrlərin çapını yüksək qiymətləndirirdi.
Jurnalın materialları bir qayda olaraq satirik nəşrlər üçün xarakterik olan
gizlin imzalarla dərc edirdilər. "Məcnun və Leylayi" islam və yaxud "xəlifeyi-əsr"
məqaləsi islam ölkələrində baş verən mühüm
siyasi hadisələri təhlil edir, neqativ
hallar kəskin tənqid olunurdu. İslam əhlini həmrəyliyə çağıran, problemlərin həllini
ittihadda görən "Arı" Avropa mədəniyyətini də təbliğ edirdi.
Jurnalın üz qabığında və ilk səhifələrində Azərbaycanın görkəmli maarif
və mədəniyyət xadimlərinin şəkilləri dərc olunurdu. S.Ə.Şirvani, N.Vəzirov,
S.Səlmasinin şəkilləri ilə yanaşı, Türkiyənin ictimai-siyasi xadimlərinin
portretlərini də “Arı”nın ilk səhifələrində görmək mümkündür.
"Arı" 1911-ci ilin martınadək çap olunmuş, cəmi 13 sayı işıq üzü
görmüşdü.
"Arı"dan sonra 1912-ci ildə Hacı İbrahim Qasımov
və Seyid Hüseynin
rəhbərliyi ilə Bakıda "Kəlniyyat" adlı satirik jurnal nəşrə başladı. "Kəlniyyat"ın ilk
sayı mayın 24-də işıq üzü gördü. Jurnalın birinci səhifəsində böyük şriftlərlə
"Kəllə" sözə verilmişdir. Bu, baş məqalənin sərlövhəsidir. Oxucu ilə ünsiyyət
yaradan "Kəlniyyat"çılar bu məqalədə məqsədlərini açıqlayır: "Yaxşı oxu, kəllə
deyirəm ha! Nə kellədir, nə küllə. Sözüm kəllə üstündədir.
Hərçənd müsəlmanlar
elmi, maarifi, tərbiyəni ayaqdan başa düşən kimi mən də gərək məqsədimizi
105
ayaqdan başlayaydım. Amma biz yeldöyən şəhərində oluruq və həmişə də yel əsən
tərəfə burnumuzu çeviririk. Bu cəhətə bu səfərliyə biz də ayağı buraxıb kəllədən
başlamağa məcbur oluruq". Aydın dillə oxucalara öz məramını bildirən
"Kəlniyyat"da dövrün aktual problemləri, ictimai-siyasi
hadisələri diqqətdə
saxlanılırdı. Əsas materiallar "Felyeton" başlığı altında dərc olunurdu. Amma
jurnalın "Bakı xəbərləri", "Xüsusi telefonumuz", "Poçtumuzdan" rubrikaları da var
idi. Ölkədə baş verən hadisələri mollanəsrəddinsayağı təsvir edən "Kəlniyyat" öz
səhifələrində daim satirik şeirlərə yer verirdi. Jurnalın əməkdaşları "Mürid",
"Yetim cücə", "Dilənçi", "Bibi Rəziyə", "Bambılı", "Kefsiz" təxəllüsü ilə yazılar
yazırdılar. Bu təxəllüsün sahiblərinin şəxsiyyətləri məlumdur. Əli Nəzmi "Kefsiz",
Əli Məhzun İrəvani "Yetim cücə" təxəllüsü ilə “Kəlniyyat”da çıxış edirdilər.
Jurnalın karikaturalarının çəkilməsində məşhur mollanəsrəddinçi Əzim
Əzimzadə yaxından iştirak edirdi. O öz karikaturalarını "Əzim", "Əzimov", "Ə.Ə"
imzaları ilə çap etdirirdi. "Kəlniyyat"ın 7-ci sayında karikaturada mollaların
tamahkarlığı və rüşvətxorluğu göstərilirdi. Ə.Əzimzadə mövzunu xalqın işlətdiyi
"Başı mollanın, leşi mollanın, iki qabırğa bir dişi mollanın, qaldı dörd əl ayağı,
onlarla da var işi mollanın" zərb-məsəlindən istifadə etmişdir. Jurnalın 8-ci sayında
dərc olunan bır karikaturada Əzimzadə Duma üzvlərinin xalqa heç bir xeyir
vermədiyini təsvir etmişdir. Karikaturada göstərilir ki, ölülər qəbiristanlıqda Duma
üzvünü qovub deyirlər: Ay Hacı, bura sənin üçün Bakı Duması deyil ki, müftə stol
tutasan? Jurnalda mövzu müxtəlifliyi, hadisələrə
fərqli yanaşmalar onun
maraqlılığını artırır, oxucunu özünə cəlb edirdi.
Dostları ilə paylaş: