Akġf aġirli


HaĢım bəy Vəzirovun yaratdığı



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə52/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   48   49   50   51   52   53   54   55   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

HaĢım bəy Vəzirovun yaratdığı 
mətbuat orqanları 
 
"Təzə hayat", "İttifaq", "Səda", "Sədayi-həqq"qəzetlərinin ideya-siyasi 
istiqamətləri
Azərbaycan ədəbiyyatı, mədəniyyəti və mətbuat tarixində görkəmli yeri 
olan Haşım bəy Vəzirov 1868-ci ildə Şuşada anadan olub. O, ilk təhsilini atası 
Mirbabadan almış, sonra təhsilini Şuşa şəhər məktəbində davam etdirmişdi. Bir 
müddət burada təhsil aldıqdan sonra İrəvan Müəllimlər Seminariyasına qəbul 
olunmuşdu. Görkəmli pedoqoq, ədəbiyyatşünas-alim Firudin bəy Köçərlinin 
burada dərs deməyi, müasir elmləri tələbələrə çatdırması Haşım bəyin həyatında 
böyük rol oynadı, onun kamilləşməsində əvəzsiz xidmətlər göstərdi. F.Köçərli kimi 
tərəqqipərvər bir pedoqoqun, vətənpərvər ziyalının burada dərs deməsi tələbələrin 
islam tarixini, türk dili və ədəbiyyatını dərindən öyrənmələrinə, həmçinin onların 
ədəbi yaradıcılıqla məşğul olmalarına böyük fayda idi. Seminariyada təhsil 


106 
illərindən başlayaraq Haşım bəy mətbuatla maraqlanmış, "Kəşkül" qəzeti üçün 
kiçik həcmli məqalələr yazmışdı. 
H.Vəzirov seminariyanı bitirdikdən sonra 19 il müəllimlik etmiş, İrəvan 
quberniyasının bir çox qəza və kəndlərində dərs demiş, məktəb direktoru kimi 
çalışmışdı. Pedoqoji fəaliyyət Vəzirova doğma xalqının məişətinin daha dərindən 
öyrənilməsinə imkan yaradırdı. Xalq həyatından, məişətdən öyrəndikləri onun bir 
yazıçı-jurnalist kimi fəaliyyətinə səmərəli təsir göstərdi. 
İrəvan quberniyasından Qarabağa qayıdan Vəzirov Şuşada açılan yeni 
tipli məktəbdə fəaliyyət göstərir, öz bilik və bacarığını maarifçiliyə yönəldir. Rus 
klassiklərinin əsərindən tərcümələr edir, 1904-cü ildə "Otello" faciəsini ilk dəfə 
olaraq Şuşada tamaşaya qoyur. 
Haşmı bəy Vəzirov Şuşada ictimai işlə məşğul olaraq bələdiyyə idarəsinə 
nümayəndə seçilir. Şuşa şəhər bələdiyyə idarəsinin apardığı milli ayrıseçkilik 
siyasətinə, məxsusi olaraq azərbaycanlılar yaşayan məhəllələrin baxımsız 
qalmasına etiraz edən Haşım bəy Vəzirov təqiblərlə üzləşir. Haşım bəyi 
susdurmaq, onu zərərsizləşdirmək üçün ən böyük canfəşanlığı erməni millətçiləri 
edirdilər. Bütün bu təqib və təzyiqlərin sonunda Haşım bəy Vəzirov ölkədən 
sürgün edildi. Onun sürgün həyatı uzun sürmür, 1906-cı ildə vətənə qayıdır və 
ömrünün sonunadək Bakıda yaşayır. Sürgün həyatından sonra o, yaxın qohumu 
Əhməd bəy Ağaoğlunun dəvəti ilə "İrşad" qəzetində fəaliyyətə başlayır, bir müddət 
qəzetin müvəqqəti redaktoru kimi çalışır. 
Özünün müstəqil qəzet nəşr etmək istəyini Hacı Zeynalabdin Tağıyevə 
bildirən H.Vəzirov Bakı Bələdiyyə İdarəsinə rəsmi müraciət edərək "Təzə həyat" 
adlı mətbu orqanın nəşrinə icazə istəyir. Olduqca çətin və mürəkkəb şəraitdə 
H.Vəzirov "Təzə həyat"ın çapına razılıq alır. 1907-ci ilin aprel ayının 1-də qəzetin 
ilk sayı işıq üzü görür. Qəzet öz məram və məqsədini "Məqsədimiz" adlı baş 
məqalədə izah edərək yazırdı: "Təzə həyat" öz məsləkində bir an hürriyyət, 
müsavat, ədalət və bunların eyni olan islamiyyət caddasından xaric olmayacaq. Bu 
halda nəinki Rusiya müsəlmanlarının, bəlkə cəmi aləmi-islamın həyatı, dolanacağı 
və məişətləri tazə bir şəklə düşüb və düşür. Ona görə də "Tazə həyat" 
müsəlmanların bu tazə məişət şərtlərinə düşməyə, bu yolda nə sayaq ilə getmək 
lazımdırsa, həmin yola çəkməyə xidmət edəcəkdir". 
Baş məqalədən göründüyü kimi H.Vəzirov müsəlman həmrəyliyini önə 
çəkir, dünya müsəlmanlarının qayğılarını, çətinliklərini, onların inkişafına mane 
olan amilləri bir arada götürürdü. Müsəlmanların dövrün tələblərinə uyğun yeni 
məişət şəraitinə uyğunlaşdırılması, düşüncələrinin müasirləşdirilməsi də "Təzə 
həyat"ın qarşısına qoyduğu vəzifələrdən idi. 
Vəzirovun 
yaradıcılığında 
və 
"Təzə 
həyat”ın 
ideya-siyasi 
istiqamətlərindən doğan millətçilik də vardı və ona görə də bəzən bu mətbu orqanı 


107 
"panislamizm"də, "pantürkizm"də suçlayırdılar. Haşım bəyin milli düşüncələri 
onutı vətənpərvərliyindən, millətini sevməkdən və islami dəyərlərindən doğurdıı. 
Onun üçün "millətin tək-tək şəxslərinin hamısı qiymətli bir üz idi" və Haşım bəy 
"əhli sərvətlə, rəncbəri, rəiyyəti" fərqləndirmirdi. O, əlinin əməyi, zəhməti 
hesabına dolananları, cəmiyyətin bütün təbəqələrini əhatə edən çalışqan insanı 
millətinin sərvəti hesab edirdi. Siyasi baxımdan “Təzə həyat”ın "tərəqqipərəstlik 
yolu tutacağına", "Rusiyada rus millətinə verilən hüquq və imtiyazların" 
müsəlmanlara da tətbiq olunması üçün mübarizə aparacağına işarələr verilirdi. Dil 
məsələsində qəzet "mümkün olan qədər camaətin çoxuna aşina olmadan ləfçlərdən, 
istilahlardan qaçacağını, sadə dildə yazacağını" qarşısına əsas məqsəd qoymuşdu. 
Qəzet öz ətrafına dövrün tanınmış qələm əhlini, publisistləri toplamışdı ki, 
bu sırada M.Ə.Sabir, M.Hadi, M.S.Ordubadi, Məşədi Azər, Hacı İbrahim 
Qasımov, Axund Yusif Ziya Talıbzadənin adları var. 
“Təzə həyat”ın 1907-ci il aprelin 1-dən dekabrın 31-dək 209, 1908-ci ildə 
isə 230 nömrəsi işıq üzü görüb. 1906-cı ilin sentyabr ayında Bakı general-
qubernatorun əmri ilə "zərərli istiqamətinə görə" qəzetin nəşrinə xitam verilmişdir. 
H.Vəzirov bundan sonra yenidən qəzet nəşr etmək üçün Bakı Şəhər 
Bələdiyyə İdarəsi rəisinə müraciət edir və "İttifaq" adlı qəzetin çapına icazə alır. 
1908-ci ilin dekabr ayının 1-də "İttifaq"ın ilk sayı oxuculara çatdırılır. Siyasi, 
ictimai və ədəbi qəzet olan "İttifaq" gündəlik nəşr olunurdu. Bu mətbu orqanın ən 
fəal əməkdaşları Məhəmməd Hadi və Ələbbas Müznibi idi. Azərbaycan romantik 
ədəbiyyatının nümayəndəsi olan Hadi yazdığı şeirləri bu qəzetdə çap etdirirdi. Rus 
ədəbiyyatının klassiklərindən L.N.Tolstoy, İ.V.Qoqol, Qriboyedov, Nekrasov 
barədə qəzetdə ardıcıl yazılar nəşr olunur, Cənubi Azərbaycanda gedən azadlıq 
hərəkatına, onların fəallarına geniş yer verilirdi. 
H.Vəzirovun özü "İttifaq"da həm açıq, həm də gizli imzalarla çıxış edir, 
dövrün oxucularına tanış gələn "Keyfim gələndə" başlığı ilə dərc etdiyi yazıları 
"Birisi" imzası ilə çapa verirdi. Nəşrinin ilk ayında, yəni 1908-ci ilin dekabrın 1-
dən 31-dək qəzetin 25 nömrəsi, 1909-cu ildə isə 226 nömrəsini çıxarmaq 
H.Vəzirova nəsib oldu. 
"İttifaq"ın 221-ci nömrəsində islam dinindən sui-istifadə edib, fanatizmi 
cəhalət yayanların ciddi tənqidi "İttifaq"ın bağlanmasına səbəb oldu. Senzorun 
verdiyi məlumatlar əsasında H.Vəzirov cəzalandırıldı və Bakı Şəhər İdarəsi 
rəisinin əmri ilə "İttifaq" 1909-cu ilin oktyabr ayının 3-də bağlandı. 
H.Vəzirov baş verən bu hadisələrdən sonra ruhdan düşmədi, "Səda" adlı 
qəzetin nəşri üçün çalışdı. Nəhayət, 1910-cu ilin mart ayının 9-da "Səda"nın nəşri 
qanuniləşdi. Vəzirov qəzetin çapına icazə alsa da, vaxtında onun nəşrini həyata 
keçirə bilmədi. "Səda"nın ilk sayı icazə alındığı vaxtdan yeddi ay sonra, oktyabr 
ayının 12-də çıxarıldı. 


108 
"Səda"nın məsləyinə gəlincə redaktor-naşir Vəzirov bu barədə yazırdı: 
"Qəzetin məsləki millətimizin tərəqqi və təalasına çalışıb müsəlmanları ittifaq və 
ittihada dəvət etməkdən ibarət olacaq, dili isə türk, sadə Azərbaycan dili olacaq". 
Bu qəzetin nəşrindən sonra da yerli hakimiyyət orqanları, Senzura Komitəsi 
əməkdaşları H.Vəzirovun sakit tərzdə qəzetçilik işi ilə məşğul olmasına imkan 
vermədilər. Bütün təqib, təzyiq kampaniyasına, həbsinə və cərimələnməsinə 
baxmayaraq, Vəzirov öz məfkurə istiqamətini qətiyyətlə müdafiə edə bildi. Bəzi 
hallarda Haşım bəy "zərərli məqalələr" yazdığını Bakı Şəhər İdarəsi rəisinə, polis 
idarəsinə, jandarma rəisinə bildirmişdisə də, bu, yalnız manevr idi, fikri 
yayındırmaqla bağlanmış qəzetlərin çapına yenidən icazə verilməsi üçün atılırdı. 
1909-cu ilin oktyabrından 1911-ci ilin avqustunadək "Səda"nın 479 
nömrəsi çıxmışdır. 1911-ci ilin avqust ayının 14-də qəzet bağlandı. 
Sonra "Nida" adlı qəzet nəşr etmək istəyindən olan Vəzirovun bu istəyi 
baş tutmur. Məcburən rus dilində "Kafkazets" qəzetinin çapına icazə alan 
Vəzirovun bu istəyi də uzun müddətə reallaşmır. "Səda"nın bağlanmasından 40 
gün sonra "Kafkazets" işıq üzü görür və cəmi 11 nömrəsindən sonra "zərərli 
fəaliyyətinə" görə nəşri dayandırılır. Bu mətbuat fədaisi yenidən qəzet nəşri üçün 
çalışır və nəhayət "Sədayi-vətən" adlı mətbu orqanı nəşr edir. 1912-ci ilin mart 
ayında "Sədayi-vətən" bağlanılır və onun arxasınca "Sədayi-həqq"in ilk nömrəsi, 
elə həmin ilin mart ayının 21-də oxuculara çatdırılır. 
Maraqlıdır ki, "Sədayi-həqq"in nəşri üçün icazə Gəncə quberniyasının 
Cavanşir qəzasının Qapanlı kənd sakini Salman Kərbəlayi Qəhrəman oğlu 
Tahirovun adına verilir. Ancaq əsl həqiqətdə bu qəzetin redaktoru Haşım bəy 
Vəzirov idi. 
Gündəlik nəşr olunan, Vəzirovun çap etdirdiyi qəzetlərin ən 
uzunömürlüsü "Sədayi-həqq" ədəbi-siyasi, fənni, iqtisadi ictimai qəzeti idi. Belə ki, 
bu mətbu nəşr 1912-ci ilin martından 1915-ci ilin mayınadək fasiləsiz çap 
olunmuş, oxuculara çatdırılmışdır. 
"Sədayi-həqq"in fəaliyyətinin ən fəal dövründə Birinci Dünya müharibəsi 
başlandı və bu səbəbdən o dövrdə nəşr olunan bir çox mətbu orqan kimi ona da 
nəzarət qat-qat artırıldı. 1914-cü ildən "Sədayi-həqq"də mülki və hərbi 
çinovniklərin ciddi nəzarəti altında çap olunurdu. Yalnız hərbi senzorun icazə 
verdiyi xəbər və məlumatlar qəzetlərdə dərc oluna bilərdi. 
Qəzetin 1914-cü ilin dekabr ayının 18-də çap olunmuş sayında 
H.Vəzirovun "Birisi" imzası ilə çıxan "Sarı qamış" felyetonu ilə "Sədayi-həqq"in 
çətin günləri başladı. Bu dövrdə Birinci Dünya savaşında Qafqaz cəbhəsində ağır 
döyüşlər gedir, türk qoşunları Qara dəniz limanlarını ələ keçirirdilər. Hərbi senzura 
Sarıqamış ətrafında gedən əməliyyatları və rus ordusunun məğlubiyyətini nəzərə 
alıb "Sədayi-həqq"də gedən "Sarıqamış" felyetonunu "cəmiyyət üçün zərərli" 


109 
sayaraq qəzetin bağlanmasına qərar verdi. Hakim qüvvələr "sarı qamış" ifadəsinə 
görə təkcə qəzeti bağlamaqla öz işlərinə yekun vurmadılar, qəzetin redaktor-
naşirini də cinayət məsuliyyətinə cəlb etdilər. Keçirilən məhkəmə prosesində 
H.Vəzirov üç ay müddətinə azadlıqdan məhrum edildi. Bu məhkəmə prosesi 
Vəzirovun səhhətinə ciddi təsir etdi və o, 1916-cı ilin fevral ayının 4-də dünyasını 
dəyişdi. Haşım bəyin vəfatı xəbəri ziyalıları, mətbuat işçilərini, tələbələri onun 
yaşadığı Yuxarı Piryut küçəsindəki 18 nömrəli binanın qarşısına topladı. Cənazə 
namazından sonra şəhərin bir neçə yerində matəm mitinqləri keçirildi. Təzəpir 
məscidi qarşısında keçirilən matəm yığıncağında müəllimlər adından Sultan Məcid 
Qənizadə nitq söylədi. Natiq Vəzirovun pedoqoji fəaliyyətindən, onun Azərbaycan 
təhsilinə verdiyi töhfələrdən danışdı. Sonra cənazəni "Səda" mətbəəsi qarşısına 
gətirdilər. Matəm mərasimində mətbuat nümayəndələri adından "Açıq söz" 
qəzetinin baş mühərriri M.Ə.Rəsulzadə nitq söylədi. M.Ə.Rəsulzadə Haşım bəyin 
vəfatının yalnız Azərbaycan mətbuatı üçün deyil, bütün Qafqaz mətbuatı üçün ağır 
itki olduğunu bildirdi. Növbəti matəm mərasimi "Nicat" Maarif Cəmiyyəti 
qarşısında keçirildi. Sonra mərhumun cənazəsi şəhər qəbiristanlığına gətirilərək 
dəfn olundu. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə