Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə44/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   40   41   42   43   44   45   46   47   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Ġozef Rotterin 
də 
"Molla Nəsrəddin"in populyarlıq qazanmasında xidmətləri böyükdür. Şmerlinqin 
Tiflisdə işlərinin çoxluğu jurnalın tapşırıqlarını vaxtında görməyə imkan 
vermədiyindən Rotter məcmuənin işinə cəlb edildi. Bu barədə Mirzə Cəlilin həyat 
yoldaşı Həmidə xanım Cavanşir öz xatirələrində söhbət açır. Rotter "Molla 
Nəsrəddin"lə 1906 -1914-cü illərdə əməkdaşlıq etmişdir. 
Müasir Azərbaycan qrafika sənətinin karikatura, satirik plakat və 
illüstrasiya janrlarının banisi 
Əzim Əzimzadə 
də "Molla Nəsrəddin" rəssamlıq 
məktəbinin bünövrəsini qoyanlardandır. Əzim Əzimzadə Bakıda Kərbəlayi Aslanın 
ailəsində doğulub. İlk təhsilini mollaxanada almış, bir ay ərzində ərəb əlifbasını və 
səslərin tələffüzünü öyrənmişdi. Hər şeylə maraqlanan Əzimzadə əlinə fürsət düşən 
kimi məktəbdə şəkil çəkirdi. 
1897-ci ildə o, rus-tatar məktəbinə daxil olur və oranı 1899-cu ildə bitirir. 
Müəllimləri Əzimin atasına məsləhət görürlər ki, oğlunu oxutsun, çünki onun 
istedadı var. Kərbəlayi Aslan təklifi rədd edib deyir: "Mənim bir övladım var, razı 
olmaram ki, o gedib rus cildinə girsin". Metal tökmə zavoduna işə qəbul olan 15 
yaşlı Əzim ağır fiziki işə tab gətirmir, qohumları onu Ağabala Quliyevin 
dəyirmanında kuryerliyə işə düzəldirlər. O, burada rus rəssamı Durovla tanış olur 
və ondan rəssamlıq dərsləri alır. Durov Əzimin istedadına heyran qalır, onu 
yanında şagird kimi saxlayır. 
"Molla Nəsrəddin"in ilk saylarının oxucusu olan Ə.Əzimzadə karikatura 
janrında öz bacarığını sınamalı olur. "İrşad" qəzetinin müştərisi Hacı Aslan 
Aşurovun karikaturasını çəkib "Molla Nəsrəddin"ə göndərir. Məcmuənin 1906-ci il 
tarixli 7-ci sayında karikatura dərc olunur. İlk əl işinin çapı onu hədsiz sevindirir, 
çəkdiklərini Tiflisə göndərir. Beləliklə, Ə.Əzimzadənin "Molla Nəsrəddin"lə 
əməkdaşlığı başlayır. Onun "Cənab Vitte", "Millət dərdi çəkməkdən əriyib çöpə 
dönən müsəlman dövlətlisi", "Hambala oxşayan tacir" karikaturaları jurnalın ayrı-
ayrı saylarında çap olunur. 
1922-ci ilin payızında Mirzə Cəlil "Molla Nəsrəddin"in nəşrinin bərpası 
zamanı Ə.Əzimzadəni məcmuənin işinə cəlb edir. O, jurnalın baş rəssamı kimi 
fəaliyyət göstərib. 
"Molla Nəsrəddin" üslubunu yaxşı mənimsəmiş rassamlardan biri də 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə