91
ancaq şair Əliqulu Qəmküsar bizim məxsusi qələm yoldaşımızdır, belə ki, şair
"Molla Nəsrəddin"in 3-cü ilindən, yəni 1908-ci sənədən başlayaraq Qəmküsarın
mənzum və mənsur əsərlərinə, məqalə və şeirlərinə rast gəlmək olar.
Şairimizin
əvvəl illərdə "Cüvəllağı", "Cüvəllağı bəy", "Xadimi millət", "O taylı", "Sarsaqqulu
bəy" təxəllüsləri məşhurdur. Belə ki, həmin təxəllüslərlə Qəmküsar yoldaşımız
məcmuəmizdə iştirak edibdir". Ə.Qəmküsar dövrünün ictimai problemlərini,
eybəcərliklərini öz əsərlərinin mövzusu və hədəfi seçmişdi. Onun "Molla
Nəsrəddin"də çap etdirdiyi əsərlərdə cəmiyyətdə
kök salan sosial ziddiyyətlər,
yoxsulluq, dini fanatizm, qadın azadlığı öz əksini tapırdı.
Azərbaycanın görkəmli dramaturq və nasiri
Dostları ilə paylaş: