Oskar Ġvanoviç ġmerlinq böyük
xidmət göstərdi. Mənşəcə alman olan Şmerlinq 1863-cü il iyulun 17-də Tiflisdə
anadan olub. 1889-cu il Peterburqda, 1893-cü ildə isə Münhendə rəssamlıq
akademiyalarını bitirərək Tiflisə dönmüşdü. 1902-ci ildə Tiflis Rəssamlıq
məktəbinin direktoru olmuş, burada nəşr olunan bir sıra qəzet və jurnallarda
karikatura, illüstrasiyalar çəkmişdir.
Şmerlinqin yaradıcılıq fəaliyyəti Azərbaycanla sıx bağlıdır. O, 1888-90-cı
illərdə Qarabağda, Xankəndində çalışıb, Şuşada təşkil olunan teatr tamaşalarına
dekorasiyalar verib.
Mirzə Cəlil "Molla Nəsrəddin"i nəşr etməyə başlayanda Tiflisdə yaşayan
Şmerlinqi işə dəvət edir. Bu barədə Mirzə Cəlil yazır: "Bizim birinci işimiz, birinci
vəzifəmiz gözümün qabağında dərin yuxuda olan islam milləti idi. Və birinci
növbədə əziz nadirül vücud olan Şmerlinq nəqqaşımızdan iltimas etdik ki, bizim
bəxti qara Şərqin yatmış millətlərinin qəflət yuxusunu öz ustanə fırçası ilə təsvir
etsin. Və istəyi tarixini 1906-cı ilində, aprel ayının 7-də səhnəyə intişara qoyulan
birinci "Molla Nəsrəddin"in baş səhifəsində, şirin yuxuda yatan millətlərin təsviri
haman təsvirdir ki, vücudu bizim üçün çox qiymətli olan Şmerlinq nəqqaşımız öz
məharətli qələmi ilə onu haman tarixdə yaratdı".
Şmerlinqə şəkillərin mövzusunu, ideya istiqamətini, hətta süjetini Mirzə
Cəlil və Ömər Faiq verir, tiplərin xarakterini, məkan və zamanı,
onların
mimikasını, cizgilərini rəssama başa salırdılar. Jurnalın ilk sayında Mirzə Cəlilin
düşündüyü, təsvir etdiyi Molla Nəsrəddinin surətini də Şmerlinq çəkmişdir.
Məcmuənin
populyarlıq
qazanmasında,
oxucu
auditoriyasının
genişlənməsində Şmerlinqin müstəsna xidmətləri var. Rəssamın yaradıcılığını
yüksək qiymətləndirən Mirzə Cəlil yazır "Keçən günləri yadıma salıb məcmuənin
yolunda mərhəmət göstərənləri bir daha yada saldıqda onların içində ən dəyərli
köməkçimiz Oskar İvanoviç Şmerlinqə qəlbimin incə bir guşəsindən intəhasız
salamlar göndərirəm". Şmerlinq də "Molla Nəsrəddin"də fəaliyyət göstərdiyi
dönəmi iftixar hissi ilə xatırlayırdı: "Əzizim Mirzə Cəlil” Bu gün bizim "Yeni
fikir" qəzetinin müdiri sizin salamınızı mənə yetirdi... Keçmiş günlərin xoş
xatirələri, xüsusilə "Molla Nəsrəddin"də birgə işimizlə olaqədar xatirələr məni
fərəhləndirir. O vaxtlardan çox keçmişdir, ətrafımızda çox şey dəyişmişdir, amma
bizim satira və yumora olan həvəsimiz əvvəlki kimi güclü qalmışdır. Siz Bakıda
mənim üçün əziz olan "Molla Nəsrəddin"in nəşrini davam etdirirsiniz, mən də
Tiflisdə həmin sahədə işləyirəm".
Sovet Azərbaycanının ilk illərində Şmerlinq bir müddət Gəncədə, 20-ci
illərin ortalarında isə Tiflisdə Azərbaycan dilində çıxan "Yeni fikir" qəzetində
çalışmışdır.
94
Məşhur karikatura və illüstrasiya ustası kimi tanınan