Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə41/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   37   38   39   40   41   42   43   44   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Əbdürrəhim bəy 
Haqverdiyev 
"Molla Nəsrəddin" ədəbi məktəbinin orijinal, kəskin qələmli 
simalarındandır. 1870-ci ildə Şuşada Əsəd bəyin ailəsində dünyaya gələn 
Əbdürrəhim bəy 1891-ci ildə realnı məktəbini bitirib, Peterburqda ali təhsil alıb. 
1899-cu ildə Peterburq Universitetinin şərq şöbəsini bitirib vətənə qayıdır. Uzun 
müddət pedoqoji fəaliyyətlə məşğul olur, Qafqazda müxtəlif işlərdə çalışır, ədəbi 
fəaliyyətə başlayır. 
"Molla Nəsrəddin"in nəşri görkəmli ədibin də nəzərini özünə cəlb edir. 
1907-ci ildə o, "Xortdan" imzası ilə "Cəhənnəm məktubları" sərlövhəli məşhur 
məqalələrini yazmışdı. Ə.Haqverdiyevin "Molla Nəsrəddin"də seriya ilə buraxılan 
ikinci əsəri "Mozalan bəyin səyahətnaməsi"dir. Ədib 1910-cu ildən "Marallarım" 
silsilə, satirik hekayələrini "Molla Nəsrəddin"də nəşr etdirir. 
Ə.Haqverdiyev jurnalda çap etdirdiyi "Mozalan bəyin səyahətnaməsi"nin 
ərsəyə gəlməsinin tarixçəsini belə izah edir. "Bir dəfə cəm olub "İbrahim bəyin 
səyahətnaməsi"ndən söhbət edirdik. Burada "Molla Nəsrəddin"in dostlarından 
Ömər Faiq Nemanzadə, Salman Mümtaz, Qurbanəli Şərifov var idi. Bunu da 
deməliyəm ki, "Molla Nəsrəddin"in cəmi Türkistanda şöhrət və nüfuz qazanmasına 
səbəb Salman Mümtaz olduğu kimi, Naxçıvan tərəfindən də Qurbanəli Şərifov 
səbəb idi. "İbrahim bəyin səyahətnaməsi"ndən söhbət olduqda mən dedim: "Nə 
olardı bu kitaba nəzirə - bir "Səyahətnameyi Molla Nəsrəddin"də olaydı. Aya 
görəsən, "Molla Nəsrəddin" islam aləmini səyahət etsə, onun başına nə müsibətlər 
gələ bilər? Bu yerdə Mirzə Cəlil üzünü bizə tutub dedi: "Gəlin biz Mozalanı 
gəzdirək. Ancaq bunun səyahətnaməsini öz aramızda bölüşdürək. Hər kəs onu özü 
görüb bildiyi yerə aparıb səyahət etdirsin, oxuyanlar güman etsinlər ki, həqiqətən 
bu adam gəlib buraları görüb, bu felyetonları yazmış. Belə də oldu. Birinci 
felyetonu mən başlayıb Bakıya kimi gətirdim. Bakıdan Məşhədə onu Salman 
Mümtaz apardı. İrəvan və Naxçıvan tərəflərində Qurbanəli Şərifov gəzdirdi. 
Beləliklə, "Mozalan bəyin səyahətnaməsi ortalığa çıxdı". 


92 
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, publisist, nasir, 
dramaturq M.S.Ordubadi "Molla Nəsrəddin" jurnalında "Hərdəmxəyal" təxəllüsü 
ilə çıxışlar etmişdir. 
"Molla Nəsrəddin" ədəbi məktəbinə qoşulduqdan sonra M.S.Ordubadi 
köhnə şeir formalarından uzaqlaşaraq qəsidə və qəzəllərini satirik üslubla əvəz 
etdi. 
Molla Nəsrəddin ədəbi məktəbinin fəal yaradıcılarından "Dabanıçatdax" 
gizli imzası ilə tanınan 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə