Akġf aġirli


Jurnalın yaradıcı heyəti və müəlliflər



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə38/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   34   35   36   37   38   39   40   41   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Jurnalın yaradıcı heyəti və müəlliflər.
"Molla Nəsrəddin"in yaradılması və nəşri sahəsində Mirzə Cəlil 
Məmmədquluzadənin ən yaxın köməkçisi 
Ömər Faiq
Nemanzadə 
idi. Bu barədə 
Mirzə Cəlil öz xatirələrində yazır: 


89 
"Yoldaşım Ömər Faiq Nemanzadəni mən birinci dəfə "Şərqi-rus" qəzeti 
idarəsində gördüm, onunla üns tutdum. "Şərqi-rus" qəzeti mənim üçün iki babətdən 
xoş, qiymətli yadigar oldu. 
Birinci tərəfi budur ki, möhtərəm ədibimiz Məhəmmədağa Şahtaxtlı məni 
öz qəzetinin idarəsinə cəlb etməklə məni qəzet dünyasına daxil etdi. İkinci tərəfi 
odur ki, onun varlığı ilə, onun yoldaşlığı ilə "Molla Nəsrəddin" məcmuəsini bina 
etdim, daha doğrusu, bina etdik". 
Satirik şair və yazıçıların, dövrün görkəmli qələm əhlinin ocağına çevrilən 
"Molla Nəsrəddin" tək Mirzə Cəlilin əsəri deyildi. Ədibin özü bu barədə yazırdı: 
"Molla Nəsrəddin" tək bir nəfər müəllifin əsəri deyil. "Molla Nəsrəddin" bir neçə 
mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların 
ancaq ağsaqqal yoldaşıyam". 
"Molla Nəsrəddin"in ilk sayı Ömər Faiq Nemanzadənin və rəssam 
Şmerlinqin birgə əməyinin məhsuludur. Bəs Ömər Faiq Nemanzadə kim idi? 1872-
ci ildə Gürcüstanın Axalsik qəzasının Azqur kəndində anadan olan Ömər Faiq 
1891-ci ildə İstanbulda "Darüş-Şəfəq" məktəbini bitirmişdir. Bu məktəbdə şəriət 
dərsləri ilə yanaşı, tarix, fizika, kimya və digər texniki fənlər də tədris olunur, 
burada dövlət qulluqçuları hazırlanırdı. Ömər Faiq məktəbi bitirdikdən sonra bir il 
Avropadan gələn poçt və teleqrafları qəbul etməklə yanaşı, siyasi fəaliyyətlə də 
məşğul olur. Siyasi təqiblərdən yaxa qurtaran Ömər Faiq İstanbuldan vətənə dönür 
və 1894-cü ildə Şamaxıda müəllim kimi çalışır. Sonra pedaqoji fəaliyyətini 
Gəncədə davam etdirir. "Şərqi-rus"un nəşrindən sonra Tiflisə gəlir və burada 
qəzetçilik fəaliyyətinə başlayır. "Şərqi-rus" bağlanandan sonra Mirzə Cəlillə 
bərabər "Qeyrət" mətbəəsini alıb birgə işlədirlər. “Qeyrət”in rəsmi müdiri 
Ö.F.Nemanzadə idi ki, "Molla Nəsrəddin" də bu mətbəədə işıq üzü görmüşdü. 
Ö.F.Nemanzadənin "Molla Nəsrəddin"dəki fəaliyyətini tədqiq edən elmi 
araşdırmalardan bəlli olur ki, jurnalda dərc olunan karikaturaların, şəkillərin bir 
çoxunun mövzusunu o verib, lüğətlərin, mətnlərin, tapmacaların xeyli hissəsini 
Mirzə Cəlillə birlikdə hazırlayıb. Bu iki ədib birlikdə hazırladıqları məqalələrin 
altında "Molla Nəsrəddin", "Mozalan", "Lağlağı" və sair imzalar qoyurdular. 
"Molla Nəsrəddin"in satirik şeir cəbhəsinin aparıcı qüvvəsi 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə