Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə31/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   27   28   29   30   31   32   33   34   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"dildə, fikirdə, iĢdə 
birlik" 
ideyası idi. Az sonra bu ideya əsasında formalaşan və mahiyyət 
baxımından daha geniş olan, həmçinin Əli bəy Hüseynzadə tərəfindən formulə 
edilən "Türkləşmək, islamlaşmaq və müasirləşmək" ideyası artıq "İrşad"ın 
ideologiya kimi formalaşdırdığı istiqamət və vətəndaşlıq yolu idi. 
Azərbaycanda bu yolun əsasını qoyan Əlibəy Hüseynzadə Əhməd bəy 
Ağaoğlundan ayrılsa da, onun əqidə möhkəmliyinə inanır və "İrşad"ın ilk sayı 
barəsində yazırdı: "İrşad" haqqında bir neçə söz söyləmək istəriz. Biz "İrşad"ın 
zühur və intişarını ən səmimün qəlb təbrik edəriz. Çünki "İrşad"ın zühuri-həyati 
milliyyəmizdə qayət mühüm bir xütvəyi-tərəqqidir. Hətta deyə bilərəm ki, bu 
xütvənin əhəmiyyəti əxirən sair şəhərlərdə sahəyi-intişarə çıxan qəzetlərin 
zühurundan dəxi ziyadədir. Bu dərəceyi-mühüm bir vaqeə bizim şəhərimiz üçün 
olsa-olsa "Əkinçi" qəzetinin zühuru idi. "Əkinçi" qəzetəsi bir zamanda çıxmış idi 
ki, o vaxt müsəlmanca heç bir qəzet yox idi. Hətta cəmaətimiz qəzetə nədir? Adını 
belə bilməyirdi. Əgər qəzetə millətin, cəmaətin gözü isə, o cəmaəti birgözlü edən 
Həsən bəy həzrətləri idi. İştə cəmaəti ilk dəfə də ikmali-məxluqat olan insan kimi 
"Həyat" ilə bərabər ikigözlü edən "İrşad" olmuş oluyor. Bugünkü halımızda bizim 
üçün ikigözlü ola bilmək də bir səadət sayılmalıdır". 
Azərbaycanın ictimai-siyasi fikir tarixi ilə bağlı olan İsmayıl bəy Qaspralı 
Əli bəy Hüseynzadəyə yazdığı məktubda "İrşad"ın fəaliyyəti ilə bağlı maraqlı 
fikirlər irəli sürürdü: "Şükür xudaya, maşallah zəmanəyə. İyirmi sənəlik bir 
həsrətimə qarşı "Həyat" görüldü, "İrşad" eşidildi. Ümidvaram ki, "Həyat" "İrşad"a, 
"İrşad" “Həyat”a xadim olub, məmati ta Qaf dağlarına qədər sürməyə cəhd və 
qeyrət edərlər". 
"İrşad"ın üzləşdiyi təhdid və təzyiqləri, senzura basqıları barəsində isə 
M.Ə.Sabir yazırdı: 
 
"Rəhbər" yorulub, yuxladı "İrşad"ü "Təkamül",
Aslanlara ox dəydi, peystan da qapandı. 


73 
Xalqın mətbuatla maariflənməsinə qarşı çıxanlara üz tutan şair digər bir 
şeirində yazırdı: 
"Sən nə qəzet qan və nə də "İrşad"al,
Qoy babalım boynuma, get arvad al". 
XX əsrin əvvəllərində Çar Rusiyasında baş verən hadisələr, siyasi-ictimai 
gərginliklər, xalqların oyanış prosesi bu dönəm nəşr olunan mətbu orqanlarda 
ətraflı şəkildə əks etdirilir, mövcud durum analiz edilir, müxtəlif ideoloji baxışlar 
süzgəcdən keçirilir və elmi yeniliklər xalqa təqdim olunurdu. Ə.Ağaoğlu Çar 
Rusiyasının ictimai-siyasi durumunu təhlil edərkən onun tarixi mənzərəsinə nəzər 
salır, müstəmləkəçilik siyasətinin mahiyyətini açıqlayır və bu siyasəti həyata 
keçirənlərin imperiyapərəst xəyallarını kəskin tənqid edirdi. Siyasi plüralizmi önə 
çəkən Ə.Ağaoğlu Rusiyada fəaliyyət göstərən firqələrin fəaliyyətini də 
işıqlandırırdı. O, "Rusiyanın hal-hazırı" məqaləsində "İstibdadiyyun və 
məşrutiyyun" istiqamətində olanların, yəni monarxist və inqilabi partiyaların 
fəaliyyəti barəsində məlumat verir, onların yaranma səbəblərini, fəaliyyətlərini 
araşdırırdı. Müəllif öz məqaləsində "monarxist obsolyutist", "monarxist 
konstitusionalist" və "konstitusionalist demokrat" firqələrinin yaranması və 
ictimai-siyasi islahatların zəruriliyini diqqətə çatdırırdı. Ə.Ağaoğlu bu mənada 
müasirlərini "konstitusionalist demokratlar"ın üzərinə yönəldərək yazırdı: "Bu 
firqə Rusiyada ən böyük, ən güclü firqələrdəndir: cəmi Rusiyanın pişrovları, 
üqəlası, ərbabi-qələm və zəkası, bəyləri, xanları, professorları, yazıçıları və 
qəzetləri bu firqədəndirlər. Şimdidən demək olar ki, gələcəkdə hökumət və idarə 
bu firqənin əlində olacaqdır". 
"İrşad"çılar Azərbaycanın gələcək istiqlalı naminə əzmlə mübarizə aparır, 
qonşu ölkələrdə gedən ictimai-siyasi prosesləri izləyir, onlara aid analitik yazılar 
yazırdılar. Həmçinin Avropa və Amerika, Uzaq və Yaxın Şərq ölkələri də diqqətə 
alınır, rus, fransız, ingilis mətbuatına istinadən beynəlxalq həyat barəsində 
informasiyalar dərc edirdilər. Çap olunan bu yazılarda "İrşad" öz ideya-siyasi 
istiqamətinə, ideoloji görüşünə görə dövlətçilik və hürriyyət amalını ön planda 
götürür, milli müstəqillik, azadlıq duyğularını tərənnüm edirdi. Beynəlxalq həyata 
aid yazılarda dünyanın mütərəqqi ölkələrinin dövlətçilik təcrübəsi, onların siyasi və 
hüquqi sistemləri Azərbaycan insanına çatdırılırdı. Ə.Ağaoğlunun silsilə şəkildə 
dərc etdirdiyi "Qosudarstvennı duma, ya padşahlıq şura" məqaləsi bu baxımdan 
əhəmiyyətlidir. Böyük mütəfəkkir Fransanın zəngin tarixi təcrübəsinə istinad edir, 
Azərbaycanda ilk dəfə olaraq azadlığın siyasi məzmun və mahiyyətini 
aydınlaşdırırdı. Fransanın dövlətçilik təcrübəsinə istinadən müəllif yazır: "Vəkillər 
özlərini daimi surətdə məclis hesab edib. Əvvəlinci vükalə məclisində rusca 


74 
(uçreditelniye sobranie), yəni tərtibverici şura adı qoydular. Şurada Robespeyer
Dantin və Marat adlı üç şəxsin əla dərəcədə nüfuz və təsirləri var idi. Onların 
hürriyyətpərəst, odlu, atəşli nitqləri cümlə təkanı və firəngistanı qəribə bir təxdiş və 
həyəcanə gətirdi. Şürayi-vükəla Robespyerin təklifinə görə məclis günlərinin 
birində qeyd etdi ki, insana baltəbii müxtəs olan hüquq və ixtiyarat barəsində 
müzakirə edib bu hüquq və ixtiyaratı həm Firəngistana və həm də külli-aləmə elan 
etsin... hüquq və ixtiyarat ibarətdir. 1) Sərbəsti-milliyyədən, 2) hürriyyəti-
kəlmədən, 3) hürriyyəti-qələmdən, 4) Hürriyyəti-vicdaniyyətdən və diniyyədən, 5) 
hürriyyəti-şirkətdən və icmaədən. Məhz bu məzmunlu siyasi maarifçilik mahiyyəti 
daşıyan məqalələrin, analitik təhlillərin nəticəsində "İrşad"çılar Azərbaycanın 
ictimai-siyasi fikrini, siyasi şüurunu, ədəbi-mədəni hərakatını Qərbə, Avropaya 
yönəldirdi. Ümumən onu da qeyd etmək yerinə düşər ki, Şərq və Qərb mədəniyyəti 
qarşıdurma şəklində deyil, ümumi vəhdətdə götürülür, inteqrasiyanın vacibliyi önə 
çıxarılırdı. 
Əli bəy Hüseynzadə, Əhməd Kamal və müəllim Midhət Cödət öz 
yazılarında Şərq tarixinə və islam elminə toxunur, Şərqin möhtəşəmliyini, mədəni 
zənginliyini təbliğ edirdilər. Lakin bu yazılarda Şərq Qərblə üz-üzə qoyulmur, iki 
fərqli dünyagörüş kimi təqdim olunurdu. Xristian dünyası və islam aləmi tarixində 
azadlıq anlayışına münasibət bildirən "İrşad"çılar dövlət və cəmiyyət 
münasibətlərinə aydınlıq gətirir, bu mənada ictimai institutları formalaşan 
Avropanın bu sahədə xeyli önə çıxdığını şərh edirdilər. Fransanın timsalında 
Avropaya münasibət meyarını müəyyənləşdirməyə çalışan Ə.Ağaoğlu "İrşad"da 
dövlətçilik tarixi və nəzəriyyəsindən danışarkən Azərbaycanda demokratik 
cümhuriyyət ideyasını ortaya qoyurdu. 
Ə.Ağaoğlu "İrşad"ın 26 mart 1906-cı il sayında Monteskyenin siyasi-
fəlsəfi düşüncələrinə istinadən yazırdı: "Dünyada üç cür hökumət olur; birincisi, 
istibdaddır, belə hökumətdə külli ixtiyar bir şəxsin əlində olur; ikincisi 
məşrutiyyədir, hakimlər müstəbid olsalar da, qanunlar hazırlayırlar, özləri də bu 
qanuna əməl edirlər; üçüncüsü, cümhuriyyət hökumətidir, belə hakimiyyətdə külli-
ixtiyar xalqın əlində olur". 
"İrşad"da ilkin islamın təriqətlərə parçalanması pislənilir, dini təfəkkürün 
vəhdət ideyası gücləndirilir, bədii ədəbiyyatda və publisistikada islam modernizmi 
əsas götürülür, islamın təməl faktorlarının bərpasına diqqət yönəldilirdi. Sünni-şiə 
ayrı-seçkiliyini ciddi tənqid edən Ə.Ağaoğlu bu ümummilli problemin nəzəri 
həllinə çalışırdı. Təriqətlərarası savaşın xalqın birliyinə əngəl olduğunu önə çəkən 
Ə.Ağaoğlu hələ "Həyat" qəzetində bu problemə toxunmuş, xalqın mənəvi 
tənəzzülünə səbəb olan bu faktor barəsində yazırdı: "Necə ki, çox adamlara 
məlumdur bu axırlarda bəzi fəsad və fitnəçilər çalışırdılar ki, Qafqaz şiə və sünni 
müsəlmanlarının arasına büğz və ədavət salıb ortalarına cədvəl və cidal salsınlar". 


75 
Bu problemləri real həyat faktorları əsasında təhlil edən Ə.Ağaoğlu 
Azərbaycanın ayrı-ayrı bölgələrində baş verən proseslərə üz tutur, qarşıdurma 
səviyyəsinə qaldırılmış məsələni "birlik, bərabərlik və ədalətlə" aradan qaldırmağı 
vacib hesab edir və yazırdı: "Biz diyorduq ki, min bəd sünni və şiə sözləri aradan 
götürülüb? Cümləmiz müsəlmanız, cümləmiz həblülmətin olan ayni islam üzrə 
cəm olub birlikdə bəradanə dolaşacağız! Döyülmüş, söyülmüş, viran və zəlil olmuş 
qardaşlar öz halətlərinin səbəbini və ümdə maddəsini haman nifaq və təfriqədə 
bulub bu nifaqı, bu təfriqəni qətiyyən dəf edib götürməyə səy və gunini edəcəklər! 
Xülasə, biz hesab ediyorduq ki, daha bundan sonra bizim aramızda Yezid ibn 
Müaviyyələr qalmayıb. Lakin və əsfa! Va əcəba. Hələ Yezid ibn Müaviyyələrimiz 
də çox imiş. Hələ onların ruhu diri imiş". 
Ə.Ağaoğlunun fikrincə, milli kimliyini dərk etməyən, tarixi irsinə sahib 
çıxmayan xalq dini mənsubiyyətə əsaslanmaqla mövcudluğunu sübut edə və 
qoruyub saxlaya bilməz. Və bu mənada Ə.Ağaoğlu "İrşad"da mənsub olduğu 
xalqın milli özünüdərkinə və oyanışına təkan verən publisistik yazılarla çıxış 
edirdi. 
Bu böyük mütəfəkkir "İrşad"ı Azərbaycan jurnalistikasının ən ciddi 
problemləri ilə məşğul olmağa yönəldir, bir sıra mətbu orqanı, o cümlədən 
"Həyat"ı, "Kaspi"ni, "Molla Nəsrəddin"i, "Fyuzat"ı dövrün aynası hesab edir və 
mətbuatı bütövlükdə cəmiyyətin ölçüsü kimi dəyərləndirirdi. Məhz buna görə də 
"İrşad"çıları həmişə şəxsi qərəz və intriqalardan uzaq durmağa səsləyir, əsassız 
mübahisələrə qarışmamağa çağırırdı. Dövrün bəzi mətbu orqanlarındakı şantaja 
ürəkağrısı ilə yanaşırdı. "İrşad"ın abunəsinin aşağı düşdüyü vaxtlarda ona qarşı 
yönələn qarayaxma kampaniyası hallarını görən Ə.Ağaoğlu dözümlülük nümayiş 
etdirir və yazırdı: "Mən səmimi qəlbdən diyorum, əgər millətim məndən narazıdır, 
əgər məni qəzetə aparmağa layiq görmüyorsa, mən "İrşad”ı hər kəs istəsə, ona 
verərəm, qoy məndən yaxşıları, məndən layiqliləri aparsın, təki aparsın, təki bu 
mənbeyi-feyz və tərəqqi olan sərmayə əlimizdən çıxmasın. Axtarın, vuruşun, tapın, 
biz bu qədər zəhmətlər ilə düzəlmiş büsatı özgələrə millət namına təslim etməyə 
hazırıq". 
"İrşad"ın fəaliyyətini və Ə.Ağaoğlunu tənqid atəşinə tutanlar köhnə fikirli 
insanlar, mühafizəkar şəxslər idi və bunu çox zaman sadəcə tənqid xatirinə 
edirdilər. 
Qəzetin fəaliyyətinə mənfi təsir göstərən məsələlərdən biri “İrşad"ın 
yayımına Türkiyənin hakim siyasi dairələrinin qadağa qoyması idi. Ə.Ağaoğlunu 
“İrşad”ın 23 fevral 1907-ci il tarixli sayında yazırdı: "Sultan Əbdül Həmidin 
qəzetəsinin Türkiyəyə keçirilməsi şiddətli surətdə yasaq edildi, qadağan olundu. 
Sultan sarayından bu xüsusda rəsmi işarət viqun bulmuş bunun üçündür ki, iki 
həftədən bəri Rusiya postaxanələri kimsəyə bir şey vermiyor, bana göndərilən 


76 
ruznamələr dəxi yetişmiyor". Qəzetin fəaliyyətinin dayandırılmasını abunə azlığı 
dil qəlizliyi, fikir mürəkkəbliyi və jurnalistika təcrübəsinin yetərincə olmaması ilə 
bağlayanlar bu fakta diqqət yönəltməlidirlər. Elə bu səbəbdəndir ki, XX əsrin 
əvvəllərindəki mətbuat nümunələri haqqında xatirələrində Abdulla Şaiq o dövrün 
nəşrlərini qaranlıq gecədə bir-birinin ardınca yanıb-sönən ulduzlara bənzədirdi. Bu 
dövrdə Azərbaycan mətbuatının ən parlaq nümunəsi olan "İrşad" yenilikçi mətbuat 
orqanı kimi öz missiyasını layiqincə davam etdirir, fikir və informasiya istehsalı ilə 
məşğul olurdu. "İrşad"ın göstərdiyi yol ümumxalq yolu olduğundan sonralar istər 
"Molla Nəsrəddin"çi mətbu orqanlar, istərsə də "Fyuzat"çı romantik-fəlsəfi nəşrlər 
onun prinsiplərini daha geniş miqyasda davam etdirdilər. "İrşad"dan sonra onun 
əsas aparıcı yazarları dövrün müxtəlif mətbu nəşrlərində çalışır, milli 
jurnalistikamızın inkişafına öz töhvələrini verirdilər. Dövrün bir sıra aparıcı mətbu 
nəşrləri ilə yanaşı, "İrşad"dan sonra fəaliyyətə başlayan "Yeni İrşad" və "Çarıxçı" 
deyilənlərə sübutdur. "Yeni İrşad" gündəlik ədəbi, elmi, siyasi, iqtisadi qəzet, 
"Çarıxçı" isə "Yeni İrşad"a əlavə olunan satira vərəqəsi idi. "Yeni İrşad"ın imtiyaz 
sahibi və redaktoru Y.Əhmədov, baş redaktoru Mehdi bəy Hacınski idi. Qəzetin 
1911-1912-ci illərdə cəmi 153 sayı işıq üzü görmüşdü. 
Ə.Ağaoğlu başda olmaqla "İrşad" və irşadçıların fəaliyyəti azad cəmiyyət, 
müstəqil dövlət və bütöv vətən ideyasına əsaslandığından, öz dövrlərində 
mühafizəkar qüvvələrin açıq-aydın təzyiqlərinə məruz qalmışdır. Bu təhdidlər, 
səhv yanaşma tariximizin sovet dönəmində də təkrar olunmuş, panislamist və 
pantürkist damğası ilə "İrşad" obyektiv təhlildən kənarda qalmışdır. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə