Akġf aġirli


"Həyat"ın dili və Əli həy Hüseynzadənin ümumtürk ədəbi dili



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə28/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   24   25   26   27   28   29   30   31   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"Həyat"ın dili və Əli həy Hüseynzadənin ümumtürk ədəbi dili 
konsepsiyası
 
Nəşrinin ilk sayından sonra "Həyat"ın dili müzakirə obyektinə çevrildi və 
bu açıq-aşkar polemikalara gətirib çıxardı. Dil məsələlərində Əli bəy 
Hüseynzadənin özünün baxışları vardır ki, bu yanaşma sistemi ümumtürk ədəbi dil 
konsepsiyasına əsaslanırdı. Azərbaycanda ümumtürk ədəbi dil konsepsiyasını 
ortaya qoyan, bu ideyanı praktiki baxımdan öz əsərlərində işlədən və müdafiə edən 
Əli bəy Hüseynzadə idi. Təsadüfi deyildi ki, ümumtürk dil birliyinin ideoloqu olan 
"Tərcüman"ın baş redaktoru İsmayıl bəy Qaspıralı "Həyat" qəzetini "Tərcüman"ın 
varisi hesab edirdi. İ.Qaspıralı kimi Əli bəy Hüseynzadə də hesab edirdi ki, bütün 
türklər vahid millətdir və buna görə də vahid dilə, yazı mədəniyyətinə malik 
olmalıdırlar. Başqa sözlə, türk xalqlarının milli-mənəvi birliyinə nail olmaq üçün 
Ə.Hüseynzadə ümumtürk ədəbi dilin qaydalarının işlənib hazırlanması və orta 
məktəblərdə, mətbuatda işlənməsini vacib hesab edirdi. Ortaq türk dili ideyası ilə 
bağlı polemika XX əsrin əvvəllərində daha da güclənmişdi. Ə.Hüseynzadəyə görə, 
ədəbi dil millətin mövcud olması və yaşaması üçün vacib şərtlərdən biri idi. O, 


66 
fikrini əsaslandıraraq yazırdı: "Ədəbi dilə malik olmayan qövm müstəqil qövm 
surətində çox yazmaz. Ədəbi dili olmayan qövm yaşamaq və dünya məişətini 
keçirmək üçün özündən mədəniyyətli, ədəbi dili olan bir qövmün dilini itxaz 
etməyə məcburdur". 
Əli bəy Hüseynzadə də İsmayıl bəy Qaspıralı kimi dünyada yaşayan 
türklərin ortaq dilini, imperiya dili məqamına yüksəliş Osmanlı türkcəsi olmasını 
qəbul edirdi. Məhəmməd Hadi 1906-cı ilin 20 yanvar sayında dərc etdirdiyi 
məqaləsində bu mövqeyi açıq şəkildə müdafiə etmişdi: "Başqalarını bilmirəm, 
zənnimə qalırsa, özgə işvə arayanlar yorulub peşman olacaqlar. Mübahisəsiz, 
münaqişəsiz Osmanlı dilini qəbul edəlim, çayi-tərəddüd deyil bu yer". 
Qeyd edək ki, “Həyat”ın səhifələrində İsmayıl bəyin dil məsələsində 
tutduğu mövqeyi müdafiə edənlərin sırasında Krım türklərinin nümayəndələri də 
var idi. H.S.Ayvazovun, S.İbrahimovun, Bəkir Əməkdarın məqalələrini xatırlamaq 
kifayətdir ki, bu müəlliflər də Əli bəy Hüseynzadənin ortaq türk dili ideyasını 
qəbul edirdilər. 
Ümumiyyətlə, türk dilinin yaradılması ideyası "İttihadi-Tərəqqi" 
Cəmiyyətinin qarşısında dayanan vacib məsələlərdən biri idi. Bu cəmiyyətin 
qurucularından biri kimi təbii ki, Ə.Hüseynzadə də bu ideyanın nəinki tərəfdarı, bu 
işi həyata keçirənlərdən hesab edilirdi. XX əsrin əvvəllərində İstanbuldan "İttihadi-
Tərəqqi" Cəmiyyətinin Qafqaz bürosuna göndərilən məktubda deyilirdi: "Qafqazda 
hüquqi-islamiyyənin müdafiəsi yolunda Osmanlı türkcəsinin nəşriyyatlarda və 
məktəblərdə qəbul olunmasını hamılıqla alqışladıq". 
Təbii ki, ümumtürk ədəbi dil konsepsiyasını qəbul etməyən cinahda da 
dövrün tanınmış maarifçi-ziyalıları, ədibləri dayanırdılar. Firudin bəy Köçərli Əli 
bəy Hüseynzadənin "Həyat" qəzetinə gətirdiyi ümumtürk dili ideyasını qəbul 
etmir, buna ciddi etiraz edirdi. Hətta F.Köçərli məqalələrinin birində yazmışdı: 
"Kaş o alicənab İstanbulda oturub bizim bu şümbəxt Qafqaza gəlməyəydi". 
F.Köçərli ilə yanaşı, bu ədəbi dil konsepsiyasına Ö.F.Nemanzadə, 
M.Mahmudbəyov, Q.Rəşad da tərəfdar deyildilər. 
"Həyat"ın səhifələrində Ə.Kəngərlinin "Dil müşkülatı", S.M.Qənizadənin 
"Hansı dil ilə yazalım" məqalələrində toxunulan problemə Ə.Hüseynzadə "Yenə 
dil müşkülatı" adlı məqaləsində cavab vermiş, ədəbi dilin ədəbiyyat 
nümayəndələri, yazıçılar, şairlər tərəfindən formalaşdırıldığını və xalqın ədəbi dili 
öyrənməsi zərurətini irəli sürmüşdü. 
Bir sözlə, Ə.Hüseynzadə hamının anladığı sadə bir dillə deyil, 
formalaşmış, qəbul olunmuş ədəbi dildə yazmağı qarşıya məqsəd qoymuşdu və 
"Həyat" qəzeti də bu dildə nəşr olunurdu. 
 
 


67 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə