Akġf aġirli


"Şərqi-rus"un yaradıcı heyəti



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə24/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   20   21   22   23   24   25   26   27   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"Şərqi-rus"un yaradıcı heyəti.
 
"Şərqi-rus"un Azərbaycan mətbuatı 
tarixində ən böyük xidmətləri Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, 
Ə.Nəzmi, M.S.Ordubadi kimi dövrün böyük publisist və şairlərinin mətbu 
tribunasına çevrilməsi, onları ictimaiyyətə yaxından tanıtmasıdır. 
C.Məmmədquluzadənin “Şərqi-rus”la əməkdaşlığının maraqlı tarixçəsi 
var. 1903-cü ildə həyat yoldaşını müalicə üçün Tiflisə aparan C.Məmmədquluzadə 
"Qafqaz" restoranında Şahtaxtlı ilə görüşmüş, onu "Poçt qutusu" hekayəsi ilə tanış 
etmişdir. Şahtaxtlı hekayəni "Şərqi-rus"da çap edərək onun Tiflisdə qalıb, qəzetdə 
fəaliyyət göstərməsini təklif etmişdi. Bu ilk tanışlıqdan sonra C.Məmmədquluzadə 
"Şərqi-rus"da fəaliyyət göstərmişdi. Əziz Şərifin verdiyi bilgiyə görə
C.Məmmədquluzadə Şahtaxtlı üçün bir tapıntı idi. "Şərqi-rus"da fəaliyyətə 
başlaması Mirzə Cəlilin ideya-yaradıcılıq axtarışlarını bir səmtə yönəltməkdə, daha 
doğrusu, onun bundan sonra ədəbiyyata və jurnalistikaya üstün yer verməsində 
müəyyən təkan rolu oynadı. 
Məmmədquluzadə və onun müasiri olan publisistlərin "Şərqi-rus"da ən 
çox bəyəndikləri xüsusiyyət qəzetin müstəqil, demokratik yol tutacağını vəd etməsi 
və imkan daxilində buna müəyyən dərəcədə əməl olunması idi. 
C.Məmmədquluzadə bu mətbu orqanda 1904-cü ilin yanvar ayından 
1905-ci ilin elə həmin ayına qədər fəaliyyət göstərdi. O, "Şərqi-rus"da bir jurnalist 
kimi əsil inkişafa başladı, ilk dəfə azərbaycanca publisist və ədəbi-tənqidi 
məqalələr yazdı, tərcümə sahəsində qələmini sınadı. 1904-cü ilin noyabr ayının 26-
dan 1905-ci ilin yanvarın 15-dək qəzetin müvəqqəti redaktoru oldu. O, bu vəzifədə 
redaktorluq peşəsinin çətinliklərinə, həmçinin sirlərinə bələd oldu. Qəzetçilik işinin 
tərtibat və poliqrafik cəhətlərini, habelə senzura və rabitə orqanları ilə əlaqə 
yollarını öyrəndi, "Molla Nəsrəddin"in nəşrinə qədər hazırlıq keçdi. 
Mirzə Cəlil gələcək dostlarını da "Şərqi-rus"da tapdı. Ömər Faiq, Firudin 
Köçərli, Üzeyir Hacıbəyovla təmas qurdu, dostluq etdi. "Şərqi-rus"un çapını dərhal 
alqışlayıb, şeir həsr edən M.Ə.Sabirlə qiyabi tanış oldu. M.Cəlilin "Şərqi-rus"a 
vaxtında gəldi, qəzet hələ nəşrə başlamadığı vaxtda rus və Azərbaycan dillərini 
bilən mütərcimə ehtiyac olduğu barədə elan vermişdi. O, qəzetdə dərc olunan 
mətbuat xülasəsini, teleqramları ruscadan ana dilinə tərcümə edirdi. Həmçinin 


57 
L.N.Tolstoyun "Zəhmət, ölüm və naxoşluq" hekayə-əfsanəsinin tərcüməsini çap 
etdirdi. 
"Şərqi-rus"da çalışması C.Məmmədquluzadənin gələcək yaradıcılığı üçün 
bir məktəb rolu oynadı və o, 1905-ci ilin əvvəlindən bəzi fikir ixtilaflarına görə 
redaksiyadan uzaqlaşdı. 
Mirzə Ələkbər Sabir də "Şərqi-rus" qəzetini, onun ideya istiqamətini 
izləmiş və bəyənirdi. Bunun nəticəsi olaraq qəzetin naşiri və redaktoru 
M.Şahtaxtlının elmi biliyinə, mövqeyinə yüksək qiymət verərək, "Şərqi-rus"a şeir 
həsr etmişdi. Sabirin bu şeiri 1903-cü il iyun ayının 27-də "Ədəbiyyat" başlığı 
altında Ələkbər Tahirov imzası ilə işıq üzü görmüşdür. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə