Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə23/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   19   20   21   22   23   24   25   26   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

 
"ġərqi-rus" qəzeti 
 
XX əsrin əvvəllərində Rusiyada siyasi və iqtisadi böhranın kəskinləşməsi 
neft şəhəri olan Bakıda da özünü göstərməyə başladı. İstilaya uğrayan, istismar 
olunan, əsarətdə yaşayan və məhv edilən xalqla, istismarçı rus rejimi arasında dərin 
uçurum yarandı. Xalq artıq passiv mübarizə formalarından açıq mübarizə 
meydanına geçmiş, müxtəlif etirazlar tətbiq olunmağa başlanıldı. Çünki 1901-
1902-ci illərdə dünya inqilabi hərəkatının mərkəzi Rusiyaya keçirdi. XIX əsrin 
axırı XX əsrin əvvəllərində aqrar ölkə olan Rusiyada quraqlıq başlamış, şəhərlərdə 
ərzaq mohsulları, istchlak malları tükənmiş, nəticədə xalqın vəziyyəti görünməz 
dərəcədə pisləşmişdi. Böhran nəticəsində 300-dən artıq zavod və fabriklər 
bağlanmış, 100 minə qədər adam işsiz qalmışdı. Bu hadisələr 1905-ci il inqilabının 
ortaya çıxmasına əsas amil oldu. Fəhlələr istismar olunduqları üçün 1900-cü ildən 


52 
başlayaraq fabrik və zavodlarda üsyan qaldırdılar. Kəndlərdə, əyalətlərdə də eyni 
vəziyyət hökm sürür, kəndlilər mülkədarların zülmünə dözməyərək, onların 
malikanələrini yandırırdılar. Rusiyada baş verən bu proseslər eynən Azərbaycanda 
da təkrar olunur, etiraz dalğası ölkənin hər bir tərəfinə yayılırdı. Belə bir tarixi-
siyasi proseslərin axarında xalqı təşkilatlandırıb, onları haqları uğrunda mübarizəyə 
aparmaq üçün anadilli mətbuat orqanlarına böyük ehtiyac vardı. 
1891-ci ilin oktyabrında "Kəşkül" qəzeti bağlandıqdan 12 il müddətində 
Azərbaycan türkcəsində qəzet və jurnal nəşri mümkün olmadı, milli ruhlu 
ziyalıların təşəbbüsləri fayda vermədi. Kamal Ünsizadənin, Əhməd bəy 
Ağaoğlunun, Nəriman Nərimanovun, Sultan Məcid Qənizadənin, Məmmədağa 
Şahtaxtlının Qafqaz Canişinliyinə etdiyi müraciətlərə "yox" cavabı verildi. 
Qafqazda ruslaşdırma sıyasətini həyata keçirən missioner İlimskinin hələ 1870-ci 
ildə rus olmayan əhalini ruslaşdırmaq planları anadilli mətbuat orqanlarının 
yaradılması ideyasının həyata keçirilməsinə sədd idi. Lakin Çar Rusiyasının yerli 
ləhcələri ədəbi dilə çevirmək yolu ilə əhalini ruslaşdırmaq siyasəti nəticəsiz qaldı. 
Xalq ana dilində maarifləndikcə, özgələşmək əvəzinə, öz soy-kökünü, milli 
kimliyini anlamağa başladı. 
Xalqa ana dilində mətbuat orqanı bəxş etmək üçün mübarizə aparan 
ziyalılardan biri də Məhəmmədağa Şahtaxtlı idi. O, 1896-cı ildə "Tiflis" adlı qəzet 
çıxarmaq istəsə də, təşəbbüsü müsbət nəticələnmədi. 1846-cı ildə Naxçıvanın 
Şahtaxtı kəndində dünyaya göz açan M.Şahtaxtlı son dərəcədə geniş fəaliyyət 
dairəsinə malik olmuş, təkcə bir qəzetçi kimi deyil, filosof və ictimai xadim kimi 
milli oyanışa böyük təkan vermişdi. O, Azərbaycan ədəbiyyatı və mədəniyyəti 
tarixinə XIX əsrin sonu, XX əsrin əvvəllərində çoxcəhətli fəaliyyəti ilə seçilən 
tanınmış maarifçilərdən biri kim daxil olub. Onun ədəbi-jurnalistlik fəaliyyəti 
yalnız Azərbaycan milli mətbuat tarixi ilə deyil, rus mətbuat tarixi ilə də sıx 
bağlıdır. İlk təhsilini Naxçıvanda aldıqdan sonra 1860-cı ildə Tiflisə, sonra isə 
Peterburqa gedən Şahtaxtlı dövrün müasir elmlərinə yiyələndi. Peterburq mühiti 
ona çox güclü təsir etdi, universitetdə oxuduğu illərdə alman dilini mükəmməl 
öyrənmiş, sənədlərini Almaniyanın Leypsiq Universitetinə verdi. İmtahanlardan 
yaxşı qiymətlər alan Şahtaxtlı Leypsiq Universitetinin fəlsəfə fakültəsinə daxil 
oldu, təhsilini başa vurduqdan sonra Parisə köçdü, fransız dilini mükəmməl 
öyrənərək və bir sıra elmi-publisistik əsərlər yazdı. Şahtaxtlı ilk azərbaycanlı 
poliqlotdur. Dünya xalqlarının bir çox dillərini əhatəli, mükəmməl bilən alim Şərq 
və Qərb ədəbiyyatını, mədəniyyətini dərindən öyrənmişdi. Şərq xalqlarının Rusiya 
və Qərbi Avropa mədəniyyətinə yiyələnməsinin tərəfdarı olan Şahtaxtlı bu ideyanı 
dövri mətbuat səhifələrinə gətirmiş, ən müxtəlif məsələlər barədə xeyli sayda 
məqalələr, traktatlar dərc etdirmişdi. 


53 
O, bir jurnalist kimi dövri mətbuatda çıxış etməyə XIX əsrin 70-ci 
illərində başlamışdı. Öncə "Moskovskiy vedomosti" qəzetində çalışıb, sonralar 
fəaliyyətini "Novoye vremya" və "Sankt-Peterburqskiye vedomosti" qəzetlərində 
davam etdirmişdir. Sözügedən qəzetlərdə Yaxın Şərq müxbiri kimi çalışmış, 
dəfələrlə ərəb ölkələrinə, İran və Türkiyəyə səfər etmiş, Türkiyə müxbiri kimi 
fəaliyyət göstərmişdi. Rus mətbuatı ilə yanaşı, fransız, ərəb və fars qəzetlərində 
"Mehmet bəy" imzasıyla məqalələr dərc etdirən Məhəmmədağa Şahtaxtlı 1898-ci 
ildən yenidən Parisə getmiş, orada tarix, linqivistika, şərqşünaslıq və publisistika 
ilə məşğul olmuşdur. İctimai-elmi fəaliyyətlə məşğul olan Məhəmmədağa bəy 
Parisin məşhur Sarbonna Universitetində, Beynəlxalq Fonetika Cəmiyyətində və 
Fransa Akademiyasının "Asiya" Cəmiyyəti şöbəsində də çalışıb. 1902-ci ildən 
xaricdən Rusiyaya qayıtdıqdan sonra qəzet çıxarmaq istəyində olmuş, bu 
istiqamətdə Çar Rusiyasının inzibati idarələri ilə yazışmalar aparmışdı. O, öz 
doğma Şahtaxtı kəndindəki ata mülkünü sataraq Tiflisə köçmüş və mətbə təşkil 
etmişdir. M.Şahtaxtlının dünyagörüşünün formalaşmasında Tiflis ədəbi mühiti 
mühüm əhəmiyyət kəsb edir. M.F.Axundovla görüş, onun yaradıcılığı və ictimai 
baxışlarıyla tanışlıq, habelə Həsən bəy Zərdabinin publisist-maarifçi fəaliyyəti və 
"Əkinçi" qəzeti M.Şahtaxtlını ictimai-siyasi prosesləri daha aydın dərk etməsinə 
mühüm təsir göstərib. Həsən bəy Zərdabinin mütərəqqi ideya və təşəbbüslərinin 
tərəfdarı olan Məhəmmədağa bəy məqalələrində Azərbaycanda və bütün Yaxın 
Şərqdə hökm sürən feodal münasibətləri tənqid edir, istibdadın əleyhinə çıxır, 
mütərəqqi dünya ədəbiyyatının nailiyyətlərini öz həmvətənləri arasında yayır, 
geniş oxucu kütlələrində elmi, maarif, etika və əxlaq məsələlərinə maraq oyadırdı. 
Tiflisdə fəaliyyət göstərdiyi müddətdə M.Şahtaxtlı növbəti dəfə cəhd 
edərək yeni qəzet açmaq niyyətilə hökumətə ərizə verir və bu istəyinə cavab olaraq 
Çar Rusiyasının Qafqaz canişinliyi 1903-cü ilin əvvəllərində "Şərqi-rus" qəzetinin 
çapına razılıq verir. "Şərqi-rus" qəzetinin ilk nömrəsi 1903-cü il martın 30-da çıxdı. 
Qəzet əvvəllər həftədə üç dəfə çap olunurdu. 1904-cü ilin iyunun 8-dən etibarən isə 
gündəlik qəzetə çevrildi. 
Azərbaycanın ictimai-siyasi fikir tarixində, maarifçilik hərəkatının 
genişlənməsində "Şərqi-rus" qəzetinin mühüm xidmətləri var. O, XX əsrin ilk, həm 
də gündəlik Azərbaycan qəzetidir. Müxtəlif xalqların nümayəndələrinin iştirak 
etdiyi bu mətbu orqanı Şərqdən Çin hüdudlarınadək yayılan, din ayrı, dil ayrı 
ziyalıların qabaqcıl fikirlərinin sərgisi adlandırırdılar. Görkəmli şərqşünas Lüsyen 
Büva Parisdə çıxan "Jurnal Azyatik" məcmuəsində dərc etdirdiyi "Azərbaycan 
türklərində bir siyasi-ictimai qəzet" başlıqlı məqaləsində "Şərqi-rus"u yüksək 
qiymətləndirirdi. Lüsyen Büva yazırdı: "Qafqazın türk müsəlmanlarını 
maariflənmək və savadlandırmaq məqsədi ilə "Şərqi-rus" qəzeti bütün 


54 
əməkdaşlarının istək, arzularını, fikirlərini açıq söyləməyə, onları müdafiə etməyə 
çağırır". 
"Şərqi-rus" 1903-cü il 16 aprel tarixli 7-ci sayında öz ideya istiqamətini, 
məramnaməsini belə bəyan etmişdi: "Bizim borcumuz həqayiqnəvislikdir, yaxşılığı 
dediyimiz kimi yamanlığı da gizlətməyəcəyik. Biz meydana ona görə çıxdıq ki, 
xalqa doğru söz deyək və nəinki ona-buna vicdan füruşanə mədhiyyələr oxuyaq". 
"Şərqi-rus"un yaradıcı heyəti həqiqətən də ictimai-siyasi və mədəni 
həyatın mühüm cəhətlərini işıqlandırır, xalqın maraq və mənafelərini müdafiə 
etməyə çalışırdılar. Qəzet xalqın ağır vəziyyətini görərək yazırdı: "Tüstü və baş 
pulu deyilən xərcdən azad olmağın əvəzində rəiyyətlərin boynuna mülkədarlarla 
bərabər padşahlıq torpaq vergisi təhlili gəlmişdir. Bu növ xərclər rəiyyətlərin 
çoxuna ifrat artıq düşübdür və onlara nəhayətdə ağır yük olubdur". 
"Şərqi-rus"un ilk saylarında dərc olunan məqalələri Ömər Faiq 
Nemanzadə "camaatın məlumatını artırmağa, fikirlərini işıqlandırmağa xidmət 
edən" publisist nümunələr adlandırır, qəzetin çatışmayan cəhətlərini, xüsusən 
"barışdırıcı" missiyasını tənqid edirdi. 
M.Şahtaxtlının rus təəbəçiliyini qəbul etməsi, bir çox ciddi məsələlərin 
qəzet səhifələrinə çıxarılmasının əleyhinə olması, hökumətlə kompromiss siyasəti 
dövrün bəzi ziyalıları tərəfindən birmənalı qarşılanmır, "Şərqi-rus" tənqid atəşinə 
tutulurdu. Türk dünyasının milli-mənəvi birliyini, "Dildə, fikirdə, işdə birlik" 
düsturunun sahibi olduğu "Tərcüman" qəzetini ana tezisinə çevirmiş İsmayıl bəy 
Qaspıralı da Məhəmmədağa Şahtaxtlının tutduğu yolu bəyənmirdi. "Tərcüman"ın 
"Şərqi-rus" adlı xəbərində qəzetin Cəlil Məmmədquluzadənin redaktəsinə 
keçəndən sonra istiqamətinin müsbət məcraya yönəldiyi, bu mətbu orqanın doğru, 
düz yola qədəm qoyduğu əksini tapmışdı. İsmayıl bəy Qaspıralının əlifba islahatı 
məsələsində M.Şahtaxtlını ciddi tənqid etməsi "Şərqi-rus"un nüfuzuna böyük xələl 
gətirdi. Bir neçə əcnəbi dil bilən M.Şahtaxtlının fəaliyyətinin bir hissəsi də əlifba 
islahatı ilə bağlıdır. O, əlifba layihələri üzərində mütəmadi çalışmış, bu barədə 
yalnız Azərbaycan dilində deyil, rus və fransız dillərində də kitablar çap etdirmiş, 
özünə tərəfdar toplamağa çalışmışdı. 
M.Şahtaxtlının Mirzə Fətəli Axundovdan sonra əlifba islahatına başlaması 
və onun təklif etdiyi metod birmənalı qiymətləndirilməmiş, barəsində həm müsbət, 
həm də mənfi münasibətləri əks etdirən məqalələr yazılmışdı. 
"Şərqi-rus"da təkcə əlifbanın yeniləşdirilməsi deyil, hicab məsələsi, 
islamda qadın azadlığına baxışlar, maarifin yayılması, məktəblərdə tədrisin 
yaxşılaşdırılması kimi önəmli məsələlər əksini tapmış, problemlərdən çıxış yolları 
aranmışdı. "Şərqi-rus"un səhifələrində mədəniyyət, ədəbiyyat, dil, tarix 
məsələlərinə xüsusi yer verilirdi. A.Tolstoydan tərcümələr də bu qəzetin 
səhifələrində çap olunmuşdu. 


55 
Qəzetin ümummilli məsələlərdə prinsipial deyil, liberal mövqe 
sərgiləməsi çarizmin mürtəce rejimindən qorunmaq mahiyyəti daşıyırdı. 
M.Şahtaxtlı təzyiqlərdən, təhdidlərdən qəzeti qorumaq üçün manevrlər edir, onu 
mövqesizlikdə, prinsipsizlikdə qınayan qələm dostlarına qəzet səhifəsində cavablar
 
verirdi. Belə yazılardan biri "Kaspi" qəzetinin redaktoru Əlimərdan bəy 
Topçubaşova ünvanlanmışdı. M.Şahtaxtlı bu məqalədə deyirdi: "Allah bizi rus 
təbəəsi yaratmış, biz zahirən və batilən rus padşahımıza və rus dövlətinə sadiq 
təbəə olub islam dinimizi və türk dilimizi can və dil ilə bəsləməyi kəndimizə fərz 
bilib beynəlmiləl politikadan və intriqadan istər din pərdəsi altında, istərsə də açıq 
olsun, kəndimizi daima şiddətlə kənara tutmalıyız". 
Çar Rusiyasına qarşı bu cür münasibətə Əlimərdan bəy Topçubaşov, 
Əhməd bəy Ağaoğlu kəskin reaksiya verərək "bu yolun, bu əhvalın cürətsizlik, 
barışdırıcılıq, gözqapamaq" olduğunu söyləyir, M.Şahtaxtlıya qarşı açıq yazılarla 
çıxış edirdilər. Tənqiddə liberallıq "Şərqi-rus"a çox baha başa gəlirdi. Əlimərdan 
bəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun "Şərqi-rus"a qarşı kəskin 
münasibətinə səbəb mesenant Hacı Zeynalabdin Tağıyevin "Şərqi-rus"un ilk 
sayında tənqidi olmuşdu. İlk vaxtlarda qəzet onlara qarşı kəskin münasibət 
bəsləyib, sərt cavablar verir, onları "Hacı Zeynalabdinin qələm qoçuları" 
adlandırırdı. Məqalələrinin birində qəzet yazırdı: "Mərdan bəy və Əhməd bəy 
kimilərdə prinsip, məslək nə gəzir? Bunlar ac qurdlardır ki, neft sayəsində 
dövlətlənən Bakıya yığılıb, Əlinin börgünü Vəlinin başına qoyub, ciblərini 
doldururlar". 
Bu çəkişmələrin sonunda tərəflər ümumi bir araya gəlib ittihamlara son 
qoyaraq əməkdaşlıq yolu tutdular. Cəlil Məmmədquluzadə "Xatiratım" əsərində bu 
olaylara toxunaraq yazır: "Qafqazda müsəlmanlar içində türkcə qəzet tək bir 
"Şərqi-rus" idi. Bu da məlumdur ki, Tiflisdə bina olmuşdu və orada da çıxmaqda 
idi. Bakı şəhəri, o milyonlu və mədənli Bakı şəhəri öz qəhrəman yazıçıları ilə, öz 
Əhməd bəy Ağaoğlu, Əlibəy Hüseynzadə, Haşım bəy Vəzirov, Məhəmməd Əmin 
Rəsulzadə, doktor Qarabəy Qarabəyov, şair Müznib, Hacı İbrahim Qasımov, Cəfər 
Bünyadzadə və qeyri-bunlar kimi əhli qələmləri ilə uzaqdan Tiflisə baxıb onun 
gündəlik "Şərqi-rus" qəzetinə həsəd aparırdılar. Bəs necə olsun? Belə məlum olur 
ki, o vaxtlar türk qəzetinə izn hasil etmək bəhərhal çox çətin bir məsələ imiş. İndi 
belə güman etmək olar ki, o vaxtlar Bakının birinci jurnalistlərindən Əhməd bəy 
Ağaoğlu və Əlibəy Hüseynzadəyə ya qəzet icazəsi Peterburqdan verilmədi, yaxud 
bunlar Peterburqun siyasətini nəzərə alıb oradan bu icazəni istəmədilər, onun üçün 
də bunlar belə məşqə düşdülər. Mərkəzdən ki bir türk cəridəsinə izn almaq ümidi 
yoxdur, səlah buradadır ki, "Şərqi-rus" qəzetinə bir növ əl uzatmaq və şəriklikmi 
sifəti ilə, ya qeyri bir vəchlə oraya daxil olmaq və qəzeti də Bakıya köçürmək". 


56 
M.Şahtaxtlının Əlimərdan bəy Topçubaşlı və Əhməd Ağaoğlu ilə birgə 
"Şərqi-rus"un Tiflis mühitindən çıxarıb Bakıya köçürülməsi planı üzərində 
çalışmaları, səyləri nəticəsiz qaldı. Cəlil Məmmədquluzadənin yazdığı kimi 1905-
ci ilin yanvar ayında qəzetin hər bir yanda abunəsi gəldiyi halda M.Şahtaxtlı 
qəzetin çapını dayandırdı və başladı Bakıya köçməyə: "Yanvardan fevraladək 
ancaq idarənin əşyasını qutulara dolmağı çəkdi və qutulara da dolub hazır olandan 
sonra haman yerdə qaldı ki, qaldı". 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə