Akġf aġirli


Məhəmmədağa Şahtaxtlının publisistikası



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə25/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   21   22   23   24   25   26   27   28   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Məhəmmədağa Şahtaxtlının publisistikası 
M.Şahtaxtlı dövrünün tanınan ictimai xadimi, filosofu olmaqla yanaşı, 
istedadlı jurnalist kimi tanınırdı. Onun publisistik yaradıcılığı XIX əsrin sonu, XX 
əsrin əvvəllərində baş verən ictimai-siyasi prosesləri, zəmanənin bütün ağrılı 
məsələlərini özündə ehtiva edir. O, jurnalistlik fəaliyyətinə "Moskovskye 
vedomosti" qəzetində başlayıb. Ümumiyyətlə, M.Şahtaxtlının dünyagörüşü şərq və 
qərb 
arasında yaşanan, mədəni texniki-inqilabi ziddiyyətlər fonunda 
formalaşmışdı. Onun formalaşdığı mühitdən bəhs edərkən islam dini ilə bağlı 
məsələləri də yaddan çıxarmaq olmaz, ən azından ona görə ki, Şahtaxtlı islam 
tarixini, fəlsəfəsini çox gözəl bilirdi. Azərbaycan sovet dönəminin mətbu 
araşdırıcıları M.Şahtaxtlının dünyagörüşündəki ziddiyyətli məqamları onun islam 
dininə bağlılığı ilə əlaqələndirirdilər. 
M.Şahtaxtlı islamı tək dini inanc kimi deyil, sosial-psixoloji yaşantı və 
fəlsəfi dünyagörüş kimi dəyərləndirirdi. 
M.Şahtaxtlının sosial məzmunlu əsərləri içərisində görkəmli İran 
maarifçisi, publisist və dövlət xadimi Mirzə Melkum xana (1833-1908) həsr 
olunmuş beş məqaləsini xüsusilə fərqləndirmək lazımdır. Bu silsilə yazılarda 
maraqlı taleyi olan, zəmanəsinin qabaqcıl adamlarından biri kimi tanınan, ziyalı və 
vətəndaş mövqeyi ilə seçilən, M.F.Axundovla uzun illər dostluq əlaqələri saxlayan 
diplomat Mirzə Melkum xanın müfəssəl tercümeyi-halı verilmişdi. Mirzə Melkum 
xan XIX əsrin sonları, XX əsrin əvvəllərində İran həyatının yeniləşməsi, 
avropalaşması uğrunda mübarizə aparan görkəmli maarifçi və dövlət xadimi idi. 
İran cəmiyyətinin həyatında mütərəqqi dəyişikliklərə nail olmaq Mirzə Melkum 
xanın ən böyük arzularından biri idi. İnkişaf etmiş ölkələrin köməyi olmadan bu 
cür inkişafa heç cürə nail olmağın mümkünsüzlüyünü o, öz əsərlərində yazır və 
İran gənclərinin kütləvi surətdə xarici ölkələrdə ali təhsil almağa göndərmək 
ideyasını irəli sürürdü. M.Şahtaxtlı Mirzə Melkum xanı "ziyalı fars" adlandıraraq, 
onun tərəqqi və mədəniyyət uğrunda mübarizəsinə dəstək verirdi. 


58 
M.Şahtaxtlı uzun müddət islamın təriqət, məzhəb ayrılığına qarşı çıxış 
edərək, ilkin islam ideyasının tərəfdarı olaraq qalmışdı. O, islamın saflığı, tərəqqisi 
uğrunda böyük bir hərəkatın başında dayanan Şeyx Cəmaləddin Əfqaniyə, onun 
dünyagörüşünə, fəaliyyətinə ayrıca bir məqalə həsr etmişdi. Azərbaycanlı publisist 
Şeyx Cəmaləddin Əfqaninin dünyagörüşünü, əqli qabiliyyətini, fəaliyyətini yüksək 
qiymətləndirir, onun fəlsəfə və tarix sahəsində hətta E.Renan kimi tanınmış Avropa 
alimlərini heyrətə gətirdiyini yazırdı. Renanın Əfqani haqqındakı fikirləri də 
Şahtaxtlının məqaləsində sitat kimi istifadə olunmuşdu: "Bu adamla (Cəmaləddin 
nəzərdə tutulur - A.A) söhbət edərkən mən düşündüm ki, əsərlərini uzun müddət 
böyük bir məhəbbətlə öyrəndiyim Fərabi, İbn Sina kimi filosoflar yenidən həyata 
qayıdıblar. Cəmaləddini görəndə mən müsəlman Şərqində fəlsəfi əqlin intibahına 
bir daha inanıram". 
Qeyd etmək lazımdır ki, həmin dövrdə Cəmaləddin Əfqaninin yaşadığı 
Əfqanıstan islamın öz ilkinliyini, "saflığını" qoruyub saxladığı, heç bir islahata 
uğramadığı azsaylı ölkələrdən idi. Əfqaninin islamı modernləşdirmək istəkləri, bu 
yöndəki fəaliyyəti M.Şahtaxtlı tərəfindən yüksək qiymətləndirilsə də, ancaq 
Azərbaycanlı publisist panislamizmi qəbul etmir, tənqid edirdi. 
M.Şahtaxtlının maarifçilik ideyaları içərisində xalqın mədəniyyətinin 
təməl daşı olan əlifba, təkmilləşdirilmiş milli yazı sistemi uğrundakı mübarizəsi 
xüsusi yer tutur. Düzdür, onun bu ideyası dövrün bəzi ziyalıları, xüsusən İsmayıl 
bəy Qaspralı, Ömər Faiq Nemanzadənin tənqidlərinə tuş gəlirdi. 
M.Şahtaxtlı Türkiyənin ictimai-siyasi həyatına daha yaxından bələd 
olduğu üçün bir neçə əsərini də bu ölkənin həyatına həsr etmişdir. Onun 1901-ci 
ildə Fransada çap etdirdiyi "Türkiyəni necə xilas etməli" fəlsəfi traktatı yalnız öz 
dövrü üçün deyil, bu gün və sabah üçün də dəyər kəsb edir. Osmanlı 
imperatorluğunun tənəzzülü və yeni Türkiyənin yaradılması ideyası bu əsərin ana 
xəttidir. Müəllif Osmanlı İmperatorluğunun tənəzzül səbəbinin köklərini Sultan 
Süleymanın məmləkətin müxtəlif yerlərində yaşayan, öz əyalətini mülki və hərbi 
qüvvələrini tam əldə saxlayan bütün şahzadələri saraya yığmasında və beləliklə 
onların idarəçilik təcrübəsinin məhv edilməsində görür. Gələcək hökmdar, şahzadə 
əyaləti tərk edir, sarayda yaşamaqla məmləkətin işlərindən xəbərsiz olur və 
tamamilə idarəçilikdən uzaqlaşır. Müəllif böyük təəssüf hissiylə yazırdı: "Budur, 
üç əsrdir ki, heç bir sultan, heç bir imperiya şahzadəsi dəniz limanlarına, hətta 
Türkiyənin ən əhəmiyyətli limanlarına belə baş çəkməmişlər. Aydındır ki, 
donanmanın rəhbərliyindən, danışmağa belə dəyməz. Heç bir sultan nə ciddi bir 
milli, siyasi, dini, hərbi və ictimai qüvvəyə, nə də lazımi bilik və təcrübəyə malik 
deyildi". İmperatorluğun həmin dövr üçün ağır vəziyyəti yalnız bunlarla bitmir. Ən 
dəhşətlisi odur ki, hakimiyyət sahibi olan Sultan Əbdülhəmid məmləkətin bütün 
tarixi şəxsiyyətlərini, düşünən beyinlərini məhv edirdi. M.Şahtaxtlı bu fəlsəfi 


59 
traktatda Türkiyəni xilas etməyin yolları və üsullarını da göstərir. Beləliklə o, 
Türkiyə modelini düşüncəsinə uyğun şəkildə qurur və yazırdı: "Əgər Türkiyə öz 
mövcudluğunu qoruyub-saxlamaq istəyirsə, o elə bir hökumət təşkil etməlidir ki, 
həmin hökumət nəinki namuslu olub milli marağın qayğısına qalmalıdır, həm də 
savadlı olmalı, ölkədə ictimai-siyasi inkişafı təmin etmək üçün böyük enerjiyə 
sahib olmalıdır. Bunlarsız milli istiqlaliyyəti qoruyub saxlamaq qeyri-mümkündür. 
M.Şahtaxtlının irəli sürdüyü ikinci prinsip də əhəmiyyətli idi: "Bu, Türkiyənin 
Avropalaşmasıdır. Müəllif həmin prinsipin qaçılmazlığını, labüdlüyünü şərh 
edərək yazırdı: "Həqiqətən, milli istiqlaliyyətin yükü bizim dövrümüzdə elə 
ağırlaşıb ki, onu Avropa mədəniyyətinin köməyi olmadan daşımaq mümkün deyil". 
M.Şahtaxtlı M.F.Axundovdan başlayan maarifçilik hərəkatının davamçısı 
olaraq milli düşüncə, yeni məktəb, yeni əlifba və mətbuatın yaradılmasında əzmlə 
çalışırdı. Şübhəsiz, M.Şahtaxtlı bütün bunları Zaqafqaziya müsəlmanlarının necə 
adlandırılmasından başlayırdı və milli düşüncəyə yeni əhval-ruhiyyə gətirirdi. O, 
bu xüsusda "Kaspi" qəzetinin 1891-ci il 93-cü sayında yazırdı: "Son vaxtlar 
Zaqafqaziya müsəlmanlarına onların dinlərinə görə yox, xalqlarına görə ad 
verməyə çalışaraq, Zaqafqaziya islam əhlini Qafqazda rus dilində tatar 
adlandırmağa başlamışlar. Amma bu yeniliyi heç cür uğurlu hesab etmək olmaz. 
Ona görə də Zaqafqaziya müsəlmanlarını azərbaycanlı, Zaqafqaziya türk dilini isə 
tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəuyğun olardı". 
M.Şahtaxtlının "Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?" 
məqaləsini azərbaycanşünaslığın ilk bünövrələrindən hesab etmək olar. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə