Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə16/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   12   13   14   15   16   17   18   19   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Dövlət sərəncamları,
Beynəlxalq agentliklərin elanları,
Xarici xəbərlər,
Daxili xəbərlər,
Yerli xəbərlər,
Məlumat göstəricisi və elanlar,
Felyetonlar. 
Səid Ünsizadə "Ziya"nın nəşri üçün xüsusi mətbə almışdır. Naşir bu 
münasibətlə yazırdı: "Necə bir laziməli əhvalatlara nəzərən basmaxana büsatın 
Tiflisdə açmağa qərar verdik. Və basmaxana əsbabının cümləsini mühəyya 
söylədik. Və ruz-bə-ruz təliminə səy edəcəyik. Nəbənə baqaidə kitablar dəxi 
çıxaracayıq". Azərbaycan mətbuatı tarixində ilk şəxsi mətbəə olan "Ziya" Tiflisdə 
Zailov soyadlı şəxsin mülkündə yerləşirdi. Mətbəə bir qədər sonra, 1879-cu ilin 
iyun ayının 21-dən Voronsov küçəsindəki 35 saylı evə - Ağa Ələsgər Məşədi 
İsmayıl oğlunun evinə köçürüldü. 
Bir müddət sonra Səid Ünsizadə mülk alır və mətbəəni daimi olaraq öz 
evinə köçürür. Azərbaycan dilini bilən mütəxəssislərin, mətbəə işçilərinin 
olmaması "Ziya"nın nəşrini çətinləşdirdi. Ortaya çıxan problemlərə baxmayaraq 
qəzet "Ziya" adı ilə 76 nömrə çıxdıqdan sonra "Ziyayi-Qafqaziyyə" başlığı ilə 
nəşrini 1880-cı ilin dekabrından davam etdirir. "Ziya"nın başlığının dəyişdirilməsi 
yeni və fərqli məna güdməmiş, yalnız texniki məqsəd daşımışdır. Səid Ünsizadə bu 
məsələyə aydınlıq gətirərək "Ziyayi-Qafqaziyyə"nin birinci nömrəsində yazmışdı: 
"Litoqrafiyamız üçün təzə gətirdiyimiz həkkak və nəqqaş ustalarımız "Ziya"dan 
ötrü nəqş və nigah eylədikləri "Ziyayi-Qafqaziyyə" sərlövhəsini rədd eləməyi rəva 
görmədiyimizdən, beş aydan bəri qiyami-ətalətlə məsdur qalan "Ziya" qəzetimizi 
məzkur sərlövhə altında nəşr etməyə meyl olundu". Səid Ünsizadə "beş aydan bəri 
qiyami ətalətlə məsdər qalan" dedikdə heç də "Ziya"nın senzura tərəfindən 
bağlanmasını işarə etmirdi. Bəhs edilən məsələ Səid əfəndinin 1880-ci ilin 
ortalarında yeni çap maşını alması ilə bağlı idi. Belə ki, yeni maşının alınması, 
quraşdırılması və işə salınması bir neçə ay çəkmişdi ki, Səid əfəndi "beş ay" 
dedikdə bunu nəzərdə tuturdu. Yeni mətbəənin quraşdırılması müddətində qəzetin 
nəşri redaktor tərəfindən müvəqqəti olaraq dayandırılmışdı. 


30 
Filologiya elmləri doktoru, professor Alxan Bayramoğlunun müddəasına 
görə, Səid Əfəndi ziyanın Qafqaza "Ziyayi-Qafqaziyyə"dən düşəcəyi fikri ilə 
qəzetin adında dəyişiklik etmişdir. 
"Ziyayi-Qafqaziyyə" adı altında qəzetin cəmi 107 sayı işıq üzü gördü. 
Səid Ünsizadə Bakı əyalətinə qazı təyin edildiyi səbəbindən 1883-cü ilin yanvarın 
22-də Tiflisi tərk edərək Şamaxıya qayıtdı. Naşir Şamaxıya köçdükdən sonra 
"Ziyayi-Qafqaziyyə" bir müddət Tiflisdə çap olundu. Bu işi onun oğlu Ağa 
əfəndinin həyata keçirilməsi barəsində də məlumatlar var. Həmçinin bu işdə Ağa 
əfəndiyə Ünsizadələrin yaxın qohumları İsmayıl bəy və Əbdürrəhim ağa köməklik 
göstərmişlər. 
1883-cü ildə "Ziyayi-Qafqaziyyə" mətbəəsi və qəzet redaksiyası 
Şamaxıya köçürüldü, qəzetin Şamaxı dövrü başlandı. 
Qəzetin Şamaxıya köçürülməsi ilə bağlı Senzura Komitəsinin Səid 
Ünsizadəyə verdiyi şəhadətnaməsində yazılır: "Bu şəhadətnamə Qafqaz Senzura 
Komitəsindən Azərbaycan dilində həftəlik "Ziyayi-Qafqaziyyə" qəzetinin redaktor-
naşiri, Zaqafqaziya əhli təsənni ruhani idarəsinin üzvü Hacı Səid əfəndi 
Ünsizadəyə ona görə verilir ki, yuxarıda adıçəkilən qəzetin Senzura Komitəsində 
əvvəlcə nəzərdən keçirməklə onun nəşrinin Tiflisdən Bakı Quberniyasının Şamaxı 
şəhərinə köçürülməsinə komitə tərəfdən etiraz yoxdur". 
Şamaxıda qəzetin 11 nömrəsi çıxır və bununla da "Ziyayi-Qafqaziyyə" 
qəzeti bağlanır. Qafqaz Senzura Komitəsinin 1885-ci il hesabatında nəşri 
dayandırılmış qəzetlərdən bəhs edilərkən "Ziyayi-Qafqaziyyə"nin sonuncu 
nömrəsinin 1884-cü il iyun ayında çıxdığı yazılır. Qəzetin fəaliyyətinin 
dayandırılması səbəbi Bakı qubernatoruna göndərilən məktubda bəlli olur. 
Məktubda qeyd olunur ki, qəzetin çapı redaktor-naşirin maddi vəsaitinin olmaması 
səbəbindən dayandırılır. Səid Ünsizadənin özü də maddi vəziyyətinin ağırlığından 
dönə-dönə "Ziyayi-Qafqaziyyə"də bəhs etmişdi. 
Qəzetin bağlanmasından bir neçə il keçdikdən sonra Səid Ünsizadə 
"Ziyayi-Qafqaziyyə"ni bərpa etməyə çalışmış, 1900-cu ildə bu istəklə Bakı 
qubernatoruna ərizə vermişdi. Lakin Bakı qubernatoru Səid əfəndinin xahişini 
rəsmi cavabla rədd edib. 
Dini dünyagörüşünə malik olan və qəzetin ideya istiqamətində islamçılığı 
başlıca qayə kimi götürən Hacı Səid əfəndi dövrünün ziyalıları, tanınmış xadimləri 
tərəfindən birmənalı şəkildə müsbət mənada qəbul olunmurdu. 
Azərbaycan ədəbiyyatı tarixinin ilk tədqiqatçılarından olan, maarifpərvər 
ziyalı, publisist Firudin bəy Köçərli 1906-cı ildə qələmə aldığı məqalələrin birində 
"Ziya" qəzetinin müəyyən bir istiqamətə malik olmadığını, yaradıcılıq yükünün 
daha çox dini motivin materiallar təşkil etdiyini yazırdı. Firudin bəy Köçərlinin 
təhlilinə görə, qəzetdə mürtəce mahiyyət daşıyan materiallar, mütərəqqi mahiyyət 


31 
daşıyan məqalələrdən çox idi. ("Zaqafqaziya" qəzeti. 1 yanvar 1906-cı il). Səid 
Əfəndi Ünsizadənin şəxsiyyəti, dünyagörüşü haqqında öz xatirələrində maraqlı 
fikirlər irəli sürən, milli publisistikamızın gözəl nümunələrini ortaya qoyan, 
istiqlalçı - yazar Ömər Faiq Nemanzadə isə fərqli yanaşma ortaya qoyur. Ömər 
Faiq Səid əfəndinin ruhani olmasına baxmayaraq, liberal dünyagörüşünə sahib 
olduğunu yazır. "Ziya" və "Ziyayi - Qafqaziyyə" qəzetlərində İsmi 
Sədrəddinbəyov, Möhsün Qübbən, Qumri Dərbəndi, Məşədi Məhəmməd Şirvani 
kimi dini motivli yazılar yazan müəlliflər ilə yanaşı, dövrün açıq fikirli ziyalılarının 
da məqalələrinin çap olunması Ömər Faiqin fikirlərinə haqq qazandırır. Belə ki, 
qəzetin əsas əməkdaşları sırasında Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Nəcəf 
bəy Vəzirov, Cəlal Ünsizadə, S.Vəlibəyov, Adolf Berje, A.O. Çernyayevski və 
M.Şaxtaxtlının adları var. Dövrün mütərəqqi ziyalıları olan bu şəxslərin "Ziya" 
("Ziyayi-Qafqaziyyə"nin) səhifələrində elmi, publisistik məqalələri çap olunur, 
onların düşüncələri oxuculara çatdırılırdı. Professor Fuad Qasımzadə də "Səid 
Ünsizadə köhnə ruhani təhsilli ziyalı kimi əsas yazıçı qüvvəsinin də ruhanilərdən 
təşkil olunduğu" fikrini qəbul etmir. 
"Ziya" (Ziyayi-Qafqaziyyə) qəzetinin nəşri ictimaiyyətin diqqətini daim 
özünə cəlb etmiş, dərc olunan materiallar müzakirə və mübahisələrə səbəb 
olmuşdu. Qəzet yeni ərəb əlifbasının islahatı məsələsində Mirzə Fətəli Axundovun 
fikirlərini tənqid edirdi. Qəzetin 1883-cü ildə çıxan saylarının birində dərc olunan 
məqalədə deyilirdi ki, bizim məqsədimiz bəziləri kimi əlifbamızda dəyişikliklər 
etmək deyildir. Əksinə, biz həmin insanlara söyləmək istəyirik ki, öz fikirlərindən 
daşınsınlar. Müzakirələrə səbəb olan bu cür yazılar Tiflisdə nəşr olunan rusdilli 
mətbuat orqanlarının da diqqətini çəkmiş, mübahisə doğuracaq məqamlarla bağlı 
onların da reaksiyaları olmuşdur. Belə nümunələr kimi "Kavkaz" qəzetinin 
"Ziyayi-Qafqaziyyə"nin 1880-ci il 23 dekabr, 1881-ci il 5, 31 yanvar və 1 fevral 
tarixli sayı əsasında hazırladığı "XIX əsr Şamaxının görkəmli adamları" məqaləsini 
göstərmək olar. "Ziya" ("Ziyayi-Qafqaziyyə"dən) onun naşiri Səid Əfəndidən və 
həmçinin Şamaxının mədəni-ədəbi həyatından bəhs olunan yazı böyük mübahisəyə 
səbəb oldu. Bu məqalənin ardınca "Kavkaz" qəzetinin 1881-ci il 50-ci sayında 
erməni mühərriri və ədibi A.Əmirxanyansın və Matvey Vasilyeviç imzalı bir 
nəfərin məqalələri dərc olundu. M.Vasilyeviç "Ziyayi-Qafqaziyyə"nin baş 
məqalələrinin məzmunu olmadığını iddia edir, çoxsaylı qüsur və nöqsanlarını 
xatırladır, problemin kökündə Səid Ünsizadənin rus dilini, habelə öz ana dilini 
mükəmməl bilməməsi göstərilirdi. Əlbət ki, iradlar həqiqətdən uzaq idi və bu 
yalnız qısqanclıqdan doğurdu. 
Azərbaycanın sovetləşməsi dönəmində mətbuat və ədəbiyyat tariximizin 
araşdırıcıları ideoloji nöqteyi-nəzərdən yanaşaraq "Ziya" ("Ziyayi-Qafqaziyyə") 
qəzetlərinin ideya-siyasi istiqamətlərini obyektiv şəkildə təhlil etməyərək, bu 


32 
mətbu orqanı yalnız islam ideologiyasını və xurafatı təbliğ etdiyini iddia edirdilər. 
Hətta qəzetin ciddi senzuraya məruz qalmadığını "qara xidmətlə" bağlayırdılar. 
Son araşdırmalar nəticəsində əldə olunan faktlar bu deyilənlərin tam əksini ortaya 
qoyur. "Ziya" ("Ziyayi – Qafqaziyyə") qəzetinin çox ağır şəraitdə, ciddi senzor 
basqıları ilə nəşr olunduğu faktlarla aydınlaşır. Qafqaz Senzura Komitəsinin "Şərq 
və yerli dillər" üzrə baş senzoru V.Bezabrazov "Ziya"nın yaradıcılıq mühitinə ciddi 
mənfi təsir göstərmiş, Azərbaycan dilində mətbuatın və nəşriyyat işinin "dövrü 
çatmadığını" iddia etmiş, Səid Ünsizadə kimi ziyalıların əməyini "izafi iş" 
adlandırmışdı. 
"Ziya"nın rəsmi senzoru Melik Meqrabov idi və qəzeti çapa o imzalayırdı. 
Lakin qəzet Qafqaz Senzura Komitəsinin başqa senzorları V.Bezabrazov, həmçinin 
"Kavkaz" qəzetinin rəsmi əməkdaşlarının da nəzarəti altında çətinliklə işıq üzü 
görürdü. Senzorlar qəzet materiallarını nəşrədək baxışdan keçirərək "ziyanlı" 
yazıları başqa məqalələrlə əvəz etməyi tələb etdikləri halda, yaranan bu boşluğu 
"Kavkaz"ın əməkdaşları öz hazır məhsulları ilə doldururdular. Belə bir vəziyyyətdə 
"Ziya" ("Ziyayi-Qafqaziyyə") çətinliklə nəşr olunurdu. 
Hacı Səid Əfəndinin işi təkcə senzorlarla deyil, özünün də mənsub olduğu 
ruhani zümrəsinin təhdid və təzyiqlərini dəf etmək idi. 1879-cu ilin zilhiccə ayının 
10-da Tiflisdə Qurban bayramı münasibətilə keçirilən mərasim barədə "Qurban 
bayramı" başlıqlı məqalə dərc edən "Ziya"nın ruhanilərlə uzun bir çəkişməsi 
başlayır. Mərasimdə xütbə oxuyan Əhməd Əfəndi barəsində məqalədə əksini 
tapmış "pis, xoşagəlməz səsə malik olub, özünü "xoş avaz sayan" ifadəsi kəskin 
etiraz doğurur. Ən böyük təşvişə düşən, məqalə barəsində etiraz edən isə şübhəsiz 
ki, Əhməd əfəndi və onun baş üzvü olduğu müfti idarəsi idi. Özünü təhqir olunmuş 
hesab edən Əhməd əfəndi müfti Hüseyn Əfəndi Qayıbova şikayət etməklə 
kifayətlənməmiş, Qafqaz canişinliyinin ruhani idarələri üzrə nəzarətçisi knyaz 
Çordcadzeyə də ərizə verib, tədbir görülməsini xahiş etmişdi. Əhməd əfəndi 
"Qurban bayramı" məqaləsini rus dilinə çevirib şikayət ərizəsinə əlavə etmişdir. 
Təhqir olunduğunu iddia edən Əhməd əfəndi özünün sonrakı danoslarında qeyd 
etdiyi kimi ruhani idarələri üzrə nəzarətçi onun şikayətinə laqeyd yanaşmış, Səid 
Ünsizadə cəzasız buraxılmışdı. 
Səid Əfəndi Ünsizadənin çar rejimi tərəfindən təhdid olunması barəsində 
türk dünyasının böyük şəxsiyyəti, Atatürkün yaxın silahdaşı olan Yusuf Akçuralı 
"Türkçülüyün tarixi" əsərində məlumatlar verib. Yusuf Akçuralı türkçülük 
hərəkatının müxtəlif mərhələləri ilə bağlı araşdırmasına "Ünsizadələr mətbuatı" 
başlığı adı altında məlumatlar daxil edib. Bu yazıdan bəlli olur ki, Y. Akçuralı Səid 
və Cəlal əfəndi Ünsizadələri yaxından tanıyıb, onların düşüncələrinə bələd 
olmuşdur. "Ziyayi-Qafqaziyyə"nin iki nüsxəsi kitabxanada var" deyərək 
Ünsizadələrin yaratdıqları mətbu orqanlarının ideya istiqamətlərini müəyyən 


33 
etməyə çalışan Y.Akçuralı yazır: "Əlimdəki "Ziya" nüsxələrindən, bu qəzetin 
Qafqazda yaşayan türkləri dünyada baş verən hadisələrdən xəbərdar etmək istəyir, 
müsəlman və Osmanlı məmləkətlərinə aid xəbərləri öncəlik verərək yazdığı 
anlaşılır, fəqət dil, ədəbiyyat, tarix və qayəsində türk millətçiliyi ilə ilgiləndiyinə 
dair bu nüsxələrdə bir işarə yoxdur". Y.Akçuralının düşüncəsinə görə, "Ziya" 
(Ziyayi-Qafqaziyyə) qəzeti türkçülük ideyasının deyil, o dövr üçün aktual olan 
islam birliyinin daşıyıcısı olmuşdur: "Məncə Ünsizadələrin fəaliyyətinin türk 
millətçiliyi ilə əlaqəsi Qaspralı İsmayılın əsərlərinin çapı ilə bağlıdır". Bu 
fikirlərdən görünür ki, İsmayıl bəy Qaspralı öz əsərlərinin çapı üçün Səid əfəndi 
Ünsizadəyə üz tutmuş, onun mətbu imkanlarından yararlanmışdır. 
Səid Ünsizadənin Tiflisdən sonra Şamaxıya döndüyü bəlli olsa da, onun 
sonrakı taleyi, fəaliyyəti ilə bağlı hələlik dürüst məlumatlar yoxdur. Bəzi müəlliflər 
"Ziyayi-Qafqaziyyə" qəzetinin başlanmasına Səid Ünsizadənin 1884-cü ilin 
sonlarında vəfatı ilə əlaqələndirirlər ki, bu da yanlış məlumatdır. 
Yusuf Akçuralının "Türkçülüyün tarixi" əsərində Səid və Cəlal 
Ünsizadələrin "Ziyayi-Qafqaziyyə" qəzeti və "Kəşkül" dərgisi başlandıqdan sonra 
Qafqazdan Osmanlı dövlətinə mühacirət etdikləri əksini tapır. Y.Akçuralı yazır: 
"Alimlərdən Hacı Səid əfəndi Məclisi-Kəbiri-Maarif və Məclisi tədqiqata üzv təyin 
olunmuşdur. 1912-ci ildə öldü". 
Səid Ünsizadənin "1900-1901-ci ildə pasportsuz, yəni qaçaq surəti ilə 
İstanbula getməyə məcbur olması" barədə Ömər Faiq Nemanzadə də öz 
xatirələrində məlumat verir. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə