Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə14/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   10   11   12   13   14   15   16   17   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"Əkinçi"nin bağlanması. 
1877-ci ilin 20-ci sayında çıxan "Əkinçi"nin 
ilk səhifəsində belə bir elan vardı: "Biz xəstə olduğumuza görə ilin axırıncı 
nömrələri öz vaxtında çıxmayacaq və onların haçan çıxması məlum deyil". Məhz 
bu elanın çap olunduğu saydan sonra "Əkinçi" qapadıldı. Burada azərbaycanlı 
əhaliyə düşmən münasibəti ilə seçilən yeni Bakı qubernatoru Ruzinin də rolu vardı. 
Qəzetin 1875-ci ildə 12, 1876-cı ildə 24, 1877-ci ildə isə 20 sayı işıq üzü 
görmüşdü ki, bu da cəmi 56 say edir. 
"Əkinçi"ni bağlatmaqla kifayətlənməyənlər H.Zərdabinin mətbu və 
ictimai fəaliyyətini dayandırmaq üçün onu Bakı gimnaziyasından Yekaterinodar 
gimnaziyasına dəyişdirmək haqqında əmr verdilər. Bu qərar əslində Zərdabinin 
Azərbaycandan sürgün edilməsi idi. Taleyini öz xalqı ilə bağlayan Həsən bəy 
müəllimlikdən istefa verdi. Onun istefa verməsi gimnaziyanın müəllimlərinə, 
xüsusən şagirdlərinə ağır təsir etdi. Çünki azərbaycanlılardan ilk gimnaziya 
müəllimi olan Zərdabi böyük nüfuz və hörmətə sahib idi. Müəllimlikdən istefa 
verdikdən sonra Zərdabini Bakıda heç bir yerdə işə götürmədilər. O, Bakıdan 
köçüb 16 il doğma kəndi Zərdabda yaşadı. Bu illərdə Həsən bəy həyat yoldaşı 
Hənifə xanımla birlikdə böyük çətinliklərlə üzləşdi, yenə də maarifçilik missiyasını 
davam etdirdi. Burada bir məktəb açıb kənd uşaqlarına təhsil verdi. Azərbaycanın 
mərkəzindən uzaqda, kənddə yaşamasına baxmayaraq, Zərdabi publisist 
fəaliyyətini davam etdirir, yalnız Bakı, Tiflis mətbuatında deyil, Peterburq və 
Moskva qəzetlərində də məqalələrlə çıxış edirdi. 1896-cı ildə Zərdabi təkrar 
Bakıya qayıdıb öz əvvəlki ictimai-mətbu həyatını bərpa etdi. Rus və Azərbaycan 
dillərində çıxan qəzetlərə məqalələr yazaraq fəal əməkdaşlığa başladı. O, "Həyat", 
"Kaspi" qəzetlərində müntəzəm yazılarla çıxış edirdi. 
Zərdabi möhkəm iradəyə, qaynar və tükənməz enerjiyə sahib milli ziyalı 
idi. O, ömrünün sonunadək xalqın savadlanmasına, onların hüquqlarının 
qorunmasına və Azərbaycan mətbuatının, jurnalistikasının inkişafına xidmət etdi. 
Səhhətinin son dərəcə pozulmasına, çox çətinliklərlə hərəkət etməsinə baxmayaraq, 
Həsən bəy vəfatından bir gün əvvəl "Kaspi" qəzetinə gedib orada işləmişdi. 


27 
1907-ci ildə H.Zərdabinin dəfn mərasimində natiqlərdən biri belə deyib: 
"Həsən bəy Bakıya ac gəldi, ac da getdi". Bu sözlərdə böyük həqiqət yükü var. 
Həsən bəy ömrü boyu özü üçün yaşamadı, şəxsi mənfəətlərini güdmədi, xalqın 
səadətini hər şeydən üstün tutdu. Həsən bəy Zərdabi Azərbaycan tarixində nadir 
şəxsiyyətlərdəndir. O, öz xalqının inkişafı yolunda yorulmadan çalışdı, özündən 
sonra təmiz, yüksək ehtirama layiq ad qoyub getdi. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə