Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə17/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   13   14   15   16   17   18   19   20   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

“KəĢkül” 
"Ünsizadələr mətbuatı"na aid olan "Kəşkül" jurnalı "Ziyayi-
Qafqaziyyə"nin tənəzzül dövrü yaşadığı bir zamanda Tiflisdə çap olunmağa 
başladı. Ədəbi və siyasi jurnal olan “Kəşkül”ün redaktor-naşiri Səid əfəndi 
Ünsizadənin ortancıl qardaşı Cəlal (əslində Cəlaləddin - red.) idi. 
"Kəşkül"ü təsis edən Cəlal özünün təhsili, təcrübəsi, müasir təfəkkür 
tərzinə malik olması və maarifçiliyə meyli ilə seçilirdi. 
Cəlal qardaşı Səiddən sonra 1878-ci ildə Tiflisə köçmüş, pedoqoji 
fəaliyyətini davam etdirərək, azərbaycanlı oğlanlar üçün məktəb təsis etmişdi. Səid 
Ünsizadə "Ziya"nı nəşr etməyə başlayanda Cəlala da qəzetçiliyin sirlərini öyrətdi. 
Bu baxımdan Cəlal Ünsizadə sonralar müstəqil qəzet çıxarmaq fikrinə düşdü və 
1882-ci il may ayının 1-də Qafqaz canişinliyi Baş İdarəsinə yazdığı məktubda 
"Kəşkül" adlı jurnal nəşr etmək istədiyini bildirdi. 
C.Ünsizadəyə görə, mətbuat xalqın gözünü açır, oxumağa alışdırır, onun 
mədəni yüksəlişinə və tərəqqisinə təkan verir. Bu amal və məqsədə xidmət edən 


34 
C.Ünsizadənin mətbuat yaratmaq fikri müsbət cavablandırıldı. Qafqaz Senzura 
Komitəsinin 1883-cü ildə Peterburq Baş Mətbuat İdarəsinə göndərdiyi məlumatda 
aydın olur ki, "Kəşkül" jurnalının nəşrinə 1882-ci ilin oktyabr ayının 20-də icazə 
verilmişdi. Həmçinin bu məlumatdan bəlli olur ki, jurnal ərəb, fars və Azərbaycan 
dillərində nəşr ediləcəkdi. 
"Kəşkül"ün ilk nömrəsi 1883-cü ilin yanvarında çıxmışdır. 11 nömrə 
jurnal şəklində çıxandan sonra Cəlal Ünsizadə "Kəşkül"ü qəzetə çevirdi. 
Geniş bir məramnamə ilə nəşrə başlayan "Kəşkül" mövzu dairəsinə görə 
"Ziya" ("Ziyayi-Qafqaziyyə"dən) fərqlənirdi. Həm jurnal, həm də qəzetin 
aşağıdakı şöbələri fəaliyyət göstərirdi. 
Daxili şöbə,
Tarix və siyasi şöbə,
Tənqid və mətbuat xülasəsi,
Pedaqogika,
Həkim məsləhəti,
Şeir şöbəsi,
Təqvim,
Müxtəlif materiallar,
Elanlar. 
Şöbələrin adından göründüyü kimi "Kəşkül" qarşısına müxtəlif sahələri 
əhatə edən publisistik-elmi məqalələrlə çıxış etməyi, baş verən hadisələri, 
yenilikləri izləməli idi. Buna görə də siyasi, iqtisadi və ədəbi məsələləri 
işıqlandırmaq üçün "Kəşkül" müxtəlif sahələrdə çalışan mütəxəssisləri, savadlı 
insanları işə cəlb etdi. Məhz buna görə də Cəlal Ünsizadə "Kəşkül"ün 3-cü sayında 
yazırdı: “Kəşkül”ün daireyi-qələmiyyəsi bu tərəflərdə, yəni Qafqaziyyə qitəsindən 
müxtəlif mövqelərdə, Rusiyanın içərilərində, həmçinin İslam malikində (İran, 
Osmanlı və Misir səmtlərində) xüsusi müxbirləri olacaqdır". 
O, verdiyi vədə əməl etməyə çalışır, adlarını sadaladığı bu 
məmləkətlərdən bəzi ziyalıları "Kəşkül"ün ətrafında cəm etməyə səy edirdi. 
C.Ünsizadə Azərbaycan milli mətbuatının yaranmasında və inkişafında 
Həsən bəy Zərdabinin tarixi xidmətlərinə böyük qiymət verir, "Əkinçi" qəzetini 
milli mətbuatın bünövrəsi adlandırırdı. 
Jurnalın redaksiyası Tiflisdə dar bir küçədə, iki yarımqaranlıq otaqda 
yerləşirdi ki, bu da işlərin normal məcrada getməsi üçün əngəl yaradırdı. Otaqların 
birində, ən ortada iri miz, divarın yanında isə yazı masası qoyulmuşdu. Masanın 
üzərində isə abunə yazılmış qəzetlərin dəstləri düzülmüşdü. 


35 
Cəlalın jurnalın ilk nömrəsinə yazdığı proqram mahiyyətli məqaləsi 
xüsusi ilə maraqlıdır. 
O, bu məqalədə "Kəşkül"ün xalqa bağlı olacağını bildirir, qarşıya 
qoyduqları vəzifələri sadalayır və ana dilinə üstünlük verəcəklərini yazırdı: 
"Məcmuəmizin dili və əsil ibarəsi məmləkətimizin müsəlmanlarının məfhumu olan 
türki-Azərbaycan dilindən ibarət olacaqdır". C.Ünsizadə “Kəşkül”ün ilk saylarında 
"vətənimiz", "Azərbaycan" kəlmələrini tez-tez işlətməklə xalqda milli kimlik və 
milli şüur hissi formalaşdırmağa çalışırdı. Onun məqalələrində xəlqilik və 
müasirlik prinsipləri aydın görsənirdi. 
C.Ünsizadə Tiflisdə yaşayan bir çox görkəmli şəxsiyyətləri "Kəşkül"ün 
ətrafında toplamışdı. Tiflisin baş hakimi Babov, maarif məclisinin keçmiş müdiri 
Qursaladze, Qori müəllimlər seminariyasının müəllimi A.O.Çernyayevski, ədib və 
jurnalist Eritsov və başqaları "Kəşkül"ün əsas əməkdaşları idilər. Həmçinin Firudin 
bəy Köçərli, S.M.Qənizadə, M.F.Axundovun oğlu Rəşid bəy Axundov, 
Gülməhəmməd bəy Kəngərli nəşrin fəaliyyətində yaxından iştirak edirdilər. 
Xüsusən Firudin bəy Köçərli və Gülməhəmməd bəy Kəngərli Cəlal Ünsizadənin 
yaxın dostları olmuş, redaksiya bir müddət Kəngərlinin evində yerləşmişdi. 
Cəlal əfəndi təhsil görmüş gəncləri redaksiyaya cəlb etməyə çalışır, 
onlarla yaxından maraqlanırdı. Müəllim və tələbələrlə təmas qurur, onların 
yaradıcılıq istedadından yararlanmağa səy edirdi. Örnək üçün bu faktı qeyd etmək 
olar ki, 1883-cü ildə Tiflis gimnaziyasının 6-cı sinfində təhsil alan Məmməd 
Kəngərlini redaksiyada məsul katib vəzifəsinə işə götürmüşdü. 
“Kəşkül”də dil, ədəbiyyat, incəsənət, elm, maarif kimi bir çox məsələlərə 
dair nəzəri və publisist məqalələr, orijinal bədii əsərlər, rus, Avropa və Şərq 
ədəbiyyatından tərcümələr çap olunurdu. 
Bu mətbu orqan ideya-siyasi istiqamət və taktiki baxımdan "Əkinçi" və 
"Ziya"nın yolunu gedir, hətta bir çox məsələlərdə "Əkinçi"yə artıq dərəcədə meyl 
göstərirdi. Bu cür qəzetçilik siyasəti çar senzurası tərəfindən diqqətə alınmaya 
bilməzdi. Ona görə də "Kəşkül" senzura təqiblərinə daha çox məruz qalmışdır. 
Jurnalın səhifələrində "Kəşkül" vəqti-müəyyəndə çıxmadı" ifadəsinə tez-tez rast 
gəlinir. 
Bu mətbu orqanda dil-ədəbiyyat, incəsənət, elm və maarifə dair nəzəri-
publisistik 
materiallar, bədii-publisistik 
yazılar, rus, Avropa və Şərq 
ədəbiyyatından tərcümələr də çap olunurdu. Klassik Azərbaycan ədəbiyyatının 
böyük simalarından olan Mirzə Fətəli Axundovun həyat və yaradıcılığı "Kəşkül"də 
geniş şəkildə işıqlandırılmışdı. "Kəşkül" onun tərcümeyi-halını ilk dəfə nəşr etmiş, 
komediyalarının xarici dillərə tərcümə olunması və onların Avropada şöhrət 
qazanması, həmçinin komediyalarının tamaşaya qoyulması barədə oxuculara 
mütəmadi məlumat vermişdir. 


36 
İslamda fanatizmin tənqidi “Kəşkül”də qabarıq şəkildə büruzə verir. Bu 
mətbu orqanın səhifələrində din pərdəsi altında aparılan mövhumatçılıq tənqid 
edilirdi. İslam dininin əsaslarına toxunmadan cəhalət yayan ruhanilər zümrəsi ciddi 
tənqidə məruz qalırdı. "Kəşkül" özünün 1889-cu il tarixli 81-ci sayında yazırdı: 
"Bu zümrənin çoxusu elmsizdir". Qəzet satirik məqalələrinin birində ruhani 
idarələrinin mövhumatçılıq siyasətinə qarşı çıxırdı: "Zira bu attestatlı 
ruhanilərimizdən hansı birinə yaxın gedib, a quzum, yaxud a qoyunum, harada 
təhsili ümumi-finun eylədiniz" deyə sual eyləsək, cavabında əblahanə bir təbəssüm 
ilə iktifa eylər". 
"Kəşkül" dövrün bir sıra aktual məsələlərinə, beynəlxalq hadisələrə də 
toxunur, bu səpkidə məqalələr dərc edirdi. İlk sayında İngiltərənin və çarizmin 
Orta Asiyada apardığı müstəmləkəçilik siyasəti, Şeyx Şamilin rəhbərliyi altında 
aparılan milli azadlıq hərəkatı barədə oxucuya məlumat verirdi. 
"Kəşkül" 1889-cu il 12 aprel tarixli 84-cü sayında ruhaniləri tənqid edən 
məqalə dərc edir. Məqalənin senzuradan keçib, nəşrinə icazə verilməsinə 
baxmayaraq, baş senzor Bezabrazov qəzetin çapından sonra onu nəzərdən 
keçirərək "zərərli bir yazı" kimi onun Senzura Komitəsində müzakirəsini 
keçirmişdir. "Kəşkül"ün "zərərli bilən yazısına" icazə verən senzor xəstəliyi 
səbəbindən iclasda iştirak etməmiş, müzakirəyə çıxarılan məsələ ilə bağlı 
mövqeyini yazılı şəkildə komitəyə göndərmişdi. Baş senzor Bezabrazov ilə 
senzorun çəkişməsinin ziyanı "Kəşkül"ə dəymişdi. Qafqaz Senzura Komitəsi 
yerlərdəki real vəziyyətlə bağlı məlumat səciyyəli yazıları işıqlandırmağı 
"Kəşkül"ə icazə verməmişdi. Məsələn, qəzet 1889-cu il 23 oktyabr tarixli sayında 
Qarabağda boğaz xəstəliyinin yayılması ilə bağlı xəbərin dərcinə razılıq 
verməyərək, onu kəsib götürmüşdü. 
"Kəşkül"də çıxan sosial-siyasi yazıların əksəriyyəti rus dilində nəşr 
olunan mərkəzi qəzetlərdən, yaxud yayılmasına icazə verilmiş xarici mətbu 
orqanlardan götürülürdü. Sonra isə buna icazə verilmədi. Senzura bu tip yazıların 
Qafqaz müsəlmanları arasında yayılmasını təhlükəli hesab edirdi. 
Senzor "Kəşkül”ün "Əl-Qahirə" qəzetindən "Məsəleyi-erməniyyə" başlıqlı 
məqaləsinin bir abzaslıq xülasəsini də qadağan etmişdi. Xülasə bundan ibarət idi: 
"Əl-Qahirə" məqaleyi-məxsusində yer üzündə Ermənistan deyilən ölkənin heç bir 
zaman mövcud olmadığını və coğrafi dəlayil və bərahim ilə bəyan eyləmişdir". 
Bu kimi qadağalara baxmayaraq öz nəşrini davam etdirən "Kəşkül" əsasən 
öz səhifələrində qonşu xalqların ədəbiyyatının təqdimatına, ədəbi nümunələrin 
Azərbaycan dilinə tərcüməsinə xüsusi yer verirdi. Qəzet mühərrirlərindən biri 
gürcü klassiki İ.Çavçadzenin "Bahar" şerini Azərbaycan dilinə tərcümə etsə də, 
çapına icazə verilməmişdi. "Kəşkül" Çavçadzeni gürcü ədəbiyyatının məşhur ədəbi 


37 
siması kimi təqdim edir, onun vətənpərvərliyini, yüksək qiymətləndirir, 
yaradıcılığının gürcü ədəbiyyatının inkişafına xidmət etdiyini göstərirdi. 
Cəmiyyətin həyatında baş verən dəyişiklikləri vaxtında oxuculara 
çatdırmaq istəyən "Kəşkül" XIX əsrin sonlarında Azərbaycanda baş verən milli 
oyanış və milli özünüdərk prosesinin də iştirakçısına çevrildi. Cəmiyyətdə 
azərbaycançılıq ideyasının oyanmasında "Kəşkül"ün fəaliyyəti danılmazdı. Millət 
və din məfhumlarının ayrı-ayrı şeylər olduğunu xalqa çatdıran, bu məsələyə daha 
geniş yanaşma tərzi ortaya qoyan “Kəşkül”çülər ictimai-siyasi şüurun inkişafına da 
kömək etdilər. 
"Kəşkül"ün məqalələrinin birində azərbaycanlı ilə əcnəbinin əhvalatı, 
onların vağzalda bir-birinə rast gəlib, həmsöhbət olmaları maraqlı bir dil ilə belə 
təsvir olunur: "Şələ papaq başımda, qartı yapıncı çiynimdə, arşın yarım xəncər 
budumda durmuşdum Tiflis vağzalında, maşın gözləyirdim. Vağzal dolu idi. Hər 
millətdən desən burda var idi, rus, gürcü, erməni, müsəlman. Hər dil desən 
danışırdılar. Gözümə bir neçə əcnəbi də göründü. Kim bilsin firəngdi, ingilisdi. 
Ancaq bunlardan biri mənə çox diqqət ilə təkdən-təkə baxırdı. Doğrusu, bunun 
baxışı mənə heç xoş gəlmirdi. Öz-özümə deyirdim: ay filani, nə dikibsən gözünü 
üzümə, yoxsa məni quldur hesab edirsiniz? 
Birdən zəng vuruldu. Girdik vağzala. Mən ikinci klasa girdim. Elə yenicə 
oturmuşdum, mənə baxan əcnəbi də qarşımda əyləşdi. Bunun qonşuluğu xoşuma 
gəlmədi. Əvvəla onun üçün ki, mənə baxırdı, ikinci özünün də sir-sifəti sap-sarı, 
başı tüksüz, üzü yarım tüklü, deyəsən, qırxılmış keçidir, burnuna eynək 
geydiriblər. İstədim durub yanından bir qeyri-yerdə oturum, ancaq yerlərin hamısı 
tutulmuşdu. 
-
Sən nə millətdənsən? 
-
Müsəlmanam. 
-
Xeyir, mən soruşdum nə millətdənsən? 
-
Müsəlmanam deyirəm! 
-
Əfəndim, millət ayrı, din ayrı. Bildim, dininiz islamdır, ancaq istəyirəm 
biləm millətiniz nədir? 
Bu suala nə cavab verim? Bilirəmmi mən hansı millətdənəm? Bizim 
molla, ya bizim axund görəsən bilirmi? Keçi saqqal əcnəbi kiridiyimi görüb 
başladı: 
-
Əfəndim, ərəb, fars, türk, hind, əfqan və qeyri bunların hamısı 
islamdırlar. Ancaq hər birisinin milləti ayrıdır. Mən özüm kotolik dinindənəm, 
ancaq millətim italyandır. 
Doğru buyurursunuz əfəndim, ancaq eyb də olsa, gərək dürüst ərz edim, 
mən bilmirəm ki, mən nə millətdənəm. 


38 
-
Əfəndim, doğrusu insan üçün nə millətdən olduğunu bilməmək böyük 
eyibdir. Belə olanda gərək bilməyəsən atan kimdir, anan kimdir. Siz o tayfadan 
deyilmi ki, sizə tatar deyirlər? 
-
Bəli, bizə tatar deyirlər. 
-
Hə, indi bildim siz nə millətdənsiniz. Siz tatar deyilsiniz. 
Tatar Krımda, Qazanda olan müsəlmanlardır. Sizin millət Azərbaycandır". 
Bu misaldan göründüyü kimi, "Kəşkül" xalqa milli şüur aşılayır, din və 
milliyyət fərqinin açımını verir, xalqın milli kimliyini xatırladır və azərbaycançılıq 
ideyasını yayırdı. 
"Kəşkül" ilk dəfə olaraq ümmət və millət anlayışlarının fərqli məzmuna 
malik olduğunu, öz həmvətənlərinin milliyyət baxımdan müsəlman deyil
azərbaycanlı olduqlarını anlatmağa çalışırdı. Burada bir məsələ aydın idi ki, bu ilk 
təşəbbüs hələ azərbaycanlıların etnik mənsubiyyətini konkret müəyyənləşdirmirdi. 
Yusuf Akçuralı "Türkçülüyün tarixi" əsərində "Kəşkül" haqqında ona 
verilən məlumatlar əsasında fikir yürüdərək yazırdı: "Kəşkül" azəri şivəsini 
İstanbul türkcəsinə yaxınlaşdırmaq məqsədi ilə nəşr olunurmuş, bu dərgi azəri, 
cığatay, noqay və Osmanlı şivələrində türkcə məqalələr, ərəbcə və farsca yazılar da 
nəşr olunurmuş. Müxtəlif müsəlman dillərində yazılan məqalələri özündə əhatə 
edəcəyi üçündür ki, bu dərgiyə sahibləri "Kəşkül" adını vermişlər. Azəri şivəsini 
Qərb, İstanbul türkcəsinə yaxınlaşdırmaq qayəsini təqib etdiyi üçün "Kəşkül" və 
"Ziya"nın sahib və yazarlarının çar hökuməti tərəfindən təqiblərə və sorğu-suala 
məruz qalmış olduqları da Cəlal bəyin (C.Ünsizadənin - red.) məlumatları 
sırasındadır. Hər iki qardaşın Səid əfəndi ilə Cəlal bəyin Qafqazı tərk etməyə 
məcbur olmaları da bu hadisənin bir nəticəsi imiş". 
Y.Akçuralının fikrincə, "Ziya" kimi “Kəşkül”də türklük məfkurəsini 
deyil, islam birliyi görüşünün daşıyıcısı olmuşdur. Azərbaycan dilinə önəm verən 
"Kəşkül"ün 1887-ci il tarixli 15-ci sayında "Bir şəxs" imzası ilə çap etdirdiyi "Ana 
dilimiz" məqaləsində yazırdı: "Öz millətini əbədi saxlamaq istəyənlər bu ana 
dillərini saxlamalıdırlar və o dildə elm və fünuni övladi-millətə verilməlidir". 
Müəllif qeyd edirdi ki, ana dilini yaxşı bilməyən, onun ləyaqətini
qiymətləndirməyən adam başqa dilləri heç cür qiymətləndirə bilməz. Qəzet 
Azərbaycan dili ilə yanaşı, başqa dilləri öyrənməyi də təbliğ edirdi: "İnsan öz ana 
dilindən başqa neçə dil bilmiş olursa, o qədər də qədrini artırar. Lal yarımadam 
olduğu kimi çox dil bilən də çox adam sayılmalıdır". 
Qəzet rus dilini öyrənməyi daha vacib hesab edirdi. "Bir şəxs" imzalı 
müəllifin "Bir suala cavab", "Bilmək nə böyük bəladır", "Bəylərimizin gələcək 
halı" sərlövhəli yazılarında da maarif, elm, mədəniyyət məsələlərindən danışılır, 
nadanlıq tənqid olunur, qonşu xalqların inkişafından söz açılır. 


39 
Baxçasarayda İsmayıl bəy Qaspralı tərəfindən nəşr olunan "Tərcüman" 
qəzeti elə ilk saylarında Rusiya müsəlmanları arasında qəzet-jurnal nəşri ilə məşğul 
olan şəxslərin adlarını ehtiramla xatırlamış, ilk səhifədə "Rusiyada mətbuati-
islamiyyə" ilə bağlı məqalə dərc etmiş, "Tərcüman" qəzetinədək Azərbaycanda 
nəşr olunmuş "Əkinçi", "Ziya", ("Ziyayi-Qafqaziyyə"), "Kəşkül" kimi mətbuat 
orqanlarının adını çəkmişdi. 
"Kəşkül"ün dövrün bir sıra mütərəqqi ziyalılarla əlaqəsi olduğu kimi, Qori 
Müəllimlər Seminariyasında təhsil alan Nəriman Nərimanov ilə də əlaqəsi vardı. 
Qəzetin 1890-cı il tarixli 109-cu sayında Qori Müəllimlər Seminariyasını bitirən 
azərbaycanlıların, o cümlədən Nərimanovun adını çəkib yazırdı: "Bunlar dəxi o 
günlər mətbəəmizə dəxi gəlib irəlidə vətən və əhnayi-vətənə xidmət edəcəklərini 
vəd vermişlər". 
* * * 
Cəlal Ünsizadə qardaşı ilə birlikdə təkcə qəzet deyil, kitab nəşr etmək 
üçün birgə mətbəə açmaq, senzorun razılıq verdiyi kitabların çapı ilə məşğul olmaq 
istəyini 1889-cu ildə reallaşdıra bildi. Rəsmi sənədlərdən bəlli olur ki, mətbəə 
açmaq üçün Ünsizadə qardaşları xeyli müddət çalışmış, nəhayət ki, Tiflis polis 
idarəsinin mətbəəsini satın almışlar. C.Ünsizadə mətbəəsini qəzetin adı ilə 
"Kəşkül" mətbəəsi və ya "Mətbeyi-cərideyi Kəşkül" adlandırmışdır. 
Qəzet "Rəfi-maniə" başlıqlı məqaləsində "Kəşkül" mətbəəsinin qarşısında 
duran mühüm işləri sadalayaraq yazırdı: "Burada (Tiflisdə - red.) bir islam 
mətbəəsi ehdas elədiyimizdən məqsudumuz sadəcə, qəzet təb və nəşr eləməkdə 
deyildir. Millətdaşlarımız qəzetə və ovraqi-həvadisdən ziyadə maarifə xidmət edən 
təlim kitab və risalənin möhtac olduqları üçün bu yolda dəxi səy və əməyimizi 
düruğ tutmayacağıq". 
“Kəşkül”ün çap etdiyi kitabları məzmununa, ideya istiqamətlərinə görə iki 
qrupa bölmək olar: bədii, elmi, təhsil mahiyyəti daşıyan kitablar və dini əsərlər. 
Mətbəədə Azərbaycan məktəbləri üçün dərsliklər, ədəbi-bədii əsərlər, 
təqvimlər müntəzəm surətdə nəşr olunurdu. Füzulinin "Leyli və Məcnun", Əsgər 
bəy Adıgözəlovun (Goraninin) "Qocalıqda yorğalıq", M.Y.Lermontovun "Hava 
gəmisi", A.Çernyayevski və S.Vəlibəyovun "Vətən dili", "Kəlilə və Dimnə" 
kitabları "Kəşkül" mətbəəsinin çap etdirdiyi nəşrlər sırasındadır. 
Bu kitablarla yanaşı, "Kəşkül"də Zaqafqaziya Şeyxülislamı Əbdüssəlam 
Axundzadənin "Ümtədül əhkam", "Tarixi müqəddəsi ənbiya" kimi dini görüşləri 
təbliğ edən kitablar da çap edilmişdir. 
Azərbaycanın mətbəəçilik işinin inkişafında "Kəşkül"ün məxsusi rolu 
vardır. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə