Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə9/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   5   6   7   8   9   10   11   12   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"Əkinçi"lər.
Böyük Azərbaycan mütəfəkkiri, filosofu, ilk milli 
dramaturgiyamızın əsasını qoyan 
Mirzə Fətəli Axundov 
"Əkinçi"nin nəşrini ilk 


21 
alqışlayan, ona xeyir-dua verib, məsləhətini bildirənlərdəndir. Bu mətbu orqanın 
çapı, nəşri, yayılması ilə bağlı Axundovla Zərdabi arasında məktublaşmalar 
olmuşdur. Axundov 1875-ci ilin aprel ayının 21-də Zərdabiyə göndərdiyi 
məktubunda deyirdi: "Göndərdiyiniz elanlardan şeyxülislama və müftiyə-hərəsinə 
2 nüsxə verdim. Onların hər ikisindən mənə yazdığınız məktubda ifadə etdiyiniz 
xahişinizi yerinə yetirməyi rica etdim... Mənə göndərilən elanlara gəlincə, onlardan 
on dənəsini mənim xahişimə əsasən buradakı İran konsulu cənabları qəbul etdilər. 
Beləliklə, siz on nəfər abunəçinin pulunu orada alaqacaqsınız. Mən nəzərdə 
tutmuşam ki, savadlı tanışlarıma təsadüf etdikdə, bu elanlardan onlara təqdim 
edərək, sizin qəzetinizə abunəçi olmalarını xahiş edim". 
"Əkinçi"nin inkişafına öz töhvəsini verməyə çalışan və bu yöndə səy 
göstərən Axundov məktubunda nəşrin qarşısında bir neçə mühüm peşə qaydalarına 
əməl olunmasının vacibliyini irəli sürürdü. 
Axundovun fikrincə, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan mətbu 
orqanın şriftləri gözəl, dili rəvan, üslub və orfoqrafiyası düzgün olmalıdır. 
"Əkinçi"nin kiçik bir elanında çoxlu orfoqrafiya səhvləri görüb yazmışdı: 
"Qəzetimizin şriftindən mən fövqəladə razıyam. Ancaq sizin azərbaycanca 
məktubları hazırlayan mühərrirdən çox narazıyam. O, Azərbaycan dilini bilmir. 
Buna görə də kiçik bir elanda bir çox bağışlanılmaz səhvlərə yol vermişdir. Həmin 
bu mühərriri ərəb qrammatikasını bilən, fars və türk dillərinə bələd olan başqa bir 
savadlı adamla əvəz etmək lazımdır". 
Qəzetin proqramının ona göndərilməsini xahiş edən Axundov "Əkin"çi ilə 
əməkdaşlığa razı olduğunu bildirirdi. 
"Əkinçi"nin ilk sayından sonra Axundovla Zərdabinin yaradıcılıq əlaqələri 
daha da genişlənir. O, qəzetdə əksini tapan dövrün mühüm ictimai-siyasi prosesləri 
ilə bağlı materiallara reaksiya verir, habelə "Vəkili-milləti-naməlum" imzası ilə 
məktublar yazırdı. Aşura mərasimlərində baş yarıb, insanın özünə xəsarət 
yetirməsinin islama zidd olduğunu bildirən və bu mövzuda polemika açan "Əkinçi" 
də M.F.Axundov mütərəqqi cəbhədə dayanmış, cəhalətpərəstləri kəskin tənqid 
etmişdir. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə