Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə3/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   2   3   4   5   6   7   8   9   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Alxan Bayramoğlu,
filologiya elmləri doktoru, 
professor. 
10 iyul, 2009. 
Millətlərin tərəqqisində, milli şüurun oyanışı və milli özünüdərk 
prosesində, dünya sivilizasiyasından yararlanmasında mətbuatın özünəməxsus yeri 
var. Mətbuatın cəmiyyətin bütün strukturlarına təsiri o qədər güclüdür ki, onu IV 
hakimiyyət kimi qiymətləndirməyə bir kimsə etiraz etmir, hətta dövlətin 
hakimiyyət kimi bölgüsündə onun yerini ilk sıralarda göstərirlər. Təsadüfi deyil ki, 
Azərbaycanın maarifpərvər ziyalıları, klassik ədəbi nümunələrin yaradıcıları 
mətbuatı "xalqın görən gözü, eşidən qulağı, danışan dili" adlandırırlar. Azərbaycan 
xalqının milli dirçəliş yoluna qədəm qoyması, dövlət və dövlətçilik ideyalarının 
formalaşması, ictimai münasibətlərə hazırlanmasında milli mətbuatın rolu böyük 
və əvəzolunmazdır. Məlum faktdır ki, mətbuat tariximizin başlanğıcı ictimai-milli 
şüurumuzun inkişaf tarixi ilə üst-üstə düşür. Çünki bu şüurun yaradıcısı, onun 
altqrumu milli mətbuat nümunələridir. 
XIX əsrin ortalarından başlayaraq dünyada baş verən proseslər, Rusiya 
imperiyasının daxilindəki hadisələr Azərbaycandan da yan ötmədi. İmperiya 
daxilindəki xalqların həyatında milli-mənəvi oyanış prosesi baş qaldırdı. Rusiya və 
İran tərəfindən iki dəfə parçalanan Azərbaycanda Abbasqulu Ağa Bakıxanov, 
M.F.Axundov, H.Zərdabi, Səid və Cəlal Ünsizadə qardaşları, M.Şahtaxtlı, 
Ə.Topçubaşov, Ə.Ağaoğlu, S.M.Qənizadə kimi ziyalılar xalqın milli 
mövcudluğunu hifz etməyə çalışdı. 
Şimali Azərbaycanın Rusiyanın tərkibində olması nəticəsində çar 
hakimiyyəti öz müstəmləkəçilik siyasətini həyata keçirmək üçün təbliğat vasitəsinə 



ehtiyac duydu və Tiflisdə rus dilində ilk mətbu orqan olan "Tiflisskiy vedomosti" 
qəzetini 1828-ci ildə nəşr etdi. Bu mətbu orqanın səhifələrində Azərbaycanla 
əlaqəli materiallar dərc olunub. "Abbasabad mühasirəsinin tarixi", "Müasir tarix. 
Azərbaycan vilayətinin hərbi vəziyyəti haqqında", "Qarabağ əyalətinə tarixi baxış", 
"Car və Balakən vilayətlərinə səyahət" başlığı ilə çap olunan məqalələrdə rus 
imperiyası sanki Azərbaycanı yenidən öyrənirdi. Qəzetdə Azərbaycan xalqının 
əsrlər boyu yaratdığı folklor nümunələri, yazılı ədəbiyyatı barəsində də qeydlər 
var. "Tiflisskiy vedomosti"nin bizim üçün əhəmiyyəti ondadır ki, Abbasqulu ağa 
Bakıxanovun qəzetdə tərcümə əsərləri çap olunub. Bakıxanovun "Dərbəndnamə" 
əsərinin tərcüməsi haqqında qəzet qeyd edirdi: "Lazımi mənbələrin tərcüməsi 
Qafqazın bu tərəfinin tarixini yeni dünyaya yayır". 
"Tiflisskiy vedomosti'nin imperiyanın tərkibində olan üç millətin, gürcü, 
erməni və Azərbaycan türklərinin dillərində əlavəsi nəşr olunurdu. 1829-cu ildə 
gürcü, 1930-cu ildə erməni və nəhayət, 1832-ci ildə Azərbaycan türkcəsində 
əlavələr buraxıldı. Azərbaycan türkcəsində qəzetin adı "Tiflis əxbarı" idi. Hələlik 
heç bir nüsxəsi aşkarlanmayan "Tiflis əxbarı" haqqında yalnız arxiv sənədləri 
haqqında məlumatlar əldə etmək mümkündür. Mətbuat tariximizin ilk 
mərhələsində nəşr olunan mətbu orqanlar kimi "Tiflis əxbarı"nın da abunəçilərinin 
sayı az idi. Quba komendantı Gimbut 1832-ci ildə yazdığı məktubda qəzetin 30 
abunəçisi olduğunu yazır, Bakı komendantı isə abunəçi azlığından şikayətlənirdi. 
“Tiflis əxbarı”nın ilk sayı Azərbaycan türkcəsində 1832-ci ilin yanvarında 
işıq üzü görmüşdü. Qəzetin proqramını özündə ehtiva edən sənədlərin birində 
deyilir: "Bu il yanvarın 1-dən Tiflisdə aşağıdakı şərtlərlə tatar dilində (Azərbaycan 
dilində - red.) qəzet buraxılacaqdır: 1. Qəzet həftədə bir dəfə çıxacaqdır. 2. Rusca 
nəşrində olduğu kimi tatar qəzetinin də illik abunə haqqı gümüş pulla 8 manat, 
yarım illik isə 5 manatdır. 3. Nömrələrin vaxtında çıxmasına və abunəçilərə 
müntəzəm çatdırılmasına nəzarət qəzetin baş redaktoru, saray müşaviri 
Sankovskiyə tapşırıldı. Qəzet almaq istəyənlər ona ya şəxsən, ya da yerli hökumət 
vasitəsilə müraciət edə bilərdilər. 
Bu sənəddən göründüyü kimi "Tiflis əxbarı" qəzeti "Tiflisskiy 
vedomosti"nin əlavəsi olduğu üçün onun redaktoru saray müşaviri Sankovski idi. 
1798-ci ildə anadan olan P.S.Sankovski təhsilini xaricdə almışdı. Bir neçə xarici dil 
bilirdi. O, 1823-cü ildə Tiflisə gəlmiş, Qafqaz baş hakiminin dəftərxanasında 
çalışmışdı. 1827-ci ildə Sankovski Qafqaz baş hakimi Paskeviçin yanında xüsusi 
tapşırıqlar üzrə məmur işləyib. Nəşrə başlayan "Tiflisskiy vedomosti" qəzetinin 
redaktoru təyin olunub. 
"Tiflis əxbarı"nın materiallarını Mirzə Əpriəm Yenikolopov redaktə 
edirdi. O, şərq dillərini bilirdi. 



Arxiv materiallarından bəlli olur ki, "Tiflis əxbarı"nın Azərbaycan dilində 
olan variantı farsca nəşri bağlandıqdan sonra çap olunub. Paskeviçdən sonra 
Qafqazın baş hakimi olan baron Rozenin 1831-ci ilin dekabr ayının 30-da maarif 
naziri Livenə yazdığı məktubdan bu, bəlli olur. Rozen yazırdı ki, məndən əvvəl 
burada fars dilində "Tiflisskiy vedomosti" qəzeti nəşr olunmuş, abunə azlığından 
qəzet bağlanmışdır. ...Fars dili nəinki bizə mənsub olan və tatarlar (Azərbaycan 
türkləri - red.) yaşayan Zaqafqaziya ölkəsində, hətta Azərbaycanın özündə də az 
yayılıbdır. Həmin nəşrdən gözlənilən fayda məni, onu bərpa etmək zərurətinə 
inandırdı, lakin fars dilində yox... tatar dilində". Baron Rozen maarif nazirinin 
nəzərinə çatdırırdı ki, azərbaycanca çap olunacaq "Tiflis əxbarı" farsca çıxmış 
qəzetin məzmununa müvafiq materiallar verəcəkdir. Məqalələrin məzmunu isə bu 
şəkildə müəyyənləşdirilmişdir. 
1. Dövlət tərəfindən Zaqafqaziya müsəlmanlarına verilən yüksək 
mükafatlar haqqında məlumatlar. 2. Asiyalılar üçün anlaşıqlı və maraqlı olan xarici 
və daxili yeniliklər. 3. Yerli əhali arasında Avropa təhsilinə, sənayesinə rəğbət 
oyadan müxtəlif materiallar. 
"Tiflis əxbarı" təkcə Zaqafqaziyada deyil, İranda və Türkiyədə də 
oxuyurdular. Vərəqə şəklində həftənin çərşənbə günləri çıxan bu qəzetdə 
Abbasqulu ağa Bakıxanov da fəaliyyət göstərdi. O, Sankovskinin "məişət, tarix, 
ədəbiyyat, mədəniyyət" məsələləri üzrə məsləhətçisi idi. A.Bakıxanov şərq 
xalqlarının tarixini, mədəniyyətini, fars, rus, ərəb dillərinin mükəmməl bilicisi kimi 
Qafqaz baş əmirliyinin diqqətində idi. Akademik Fuad Qasımzadə "Tiflis 
əxbarı”nın Qubada əhali arasında yayılmasında A.Bakıxanovun iştirak etdiyini 
yazır. 
"Tiflisskiy vedomosti"nin həm rus, həm də yerli dillərdə çıxan əlavələri 
ciddi senzura nəzarətində çap olunur, hərbi orqan onları daim diqqətdə saxlayırdı. 
"Tiflis əxbarı"nın bir neçə nömrəsi çıxdıqdan sonra onun nəşri dövlət 
tərəfindən bağlanılıb. Doqquz il sonra, yəni 1841-ci ildə "Zaqafqazskiy vestnik" 
qəzeti işıq üzü gördü. Rusiyanın Qafqaz əmirliyi bu qəzetin də yerli dillərdə 
nəşrinin vacibliyini nəzərə almışdı. "Zaqafqazskiy vestnik"in Azərbaycan dilində 
nəşr olunan vərəqi "Qafqazın bu tərəfinin xəbəri" adlanırdı və o, 1845-ci ildə işıq 
üzü gördü. 
"Qafqazın bu tərəfinin xəbəri"nin ilk sayını tədqiqatçı A.Z.Abramişvili 
arxivdən aşkarlayaraq, foto-surətini çap etmişdi. Bu vərəqə-qəzet təxminən 4 il 
yarım çap olunmuş və yerli çar hökumətinin qərarı ilə ləğv edilmişdir. Burada 
əsasən dövlətin rəsmi əmr və sərəncamları, əhali üçün qəza məhkəmələrinin 
qərarları, girov qoyulmuş evlər, dükanlar barəsində məlumatlar öz əksini tapırdı. 
Mövzulardan göründüyü kimi "Qafqazın bu tərəfinin xəbəri" də çarizmin 
Qafqazda, məxsusi olaraq Azərbaycanda yeritdiyi siyasəti xalqa çatdırır, 



müstəmləkəçilik məqsədləri daşıyırdı. Qraf Paskeviçin maarif nazirinə göndərdiyi 
bir təliqədə qəzet-vərəqənin siyasi məzmunu aydın görsənir: "Bu iş lazımlı 
məlumatı və mədəni xalqların fikirlərini əhali arasında yaymaqla burada çox 
yayılan yalanları və zərərli şayiələri aradan qaldırmağa imkan yaradacaq və bu 
nöqteyi-nəzərdən bizim üçün
 
faydalı olacaqdır". 
Azərbaycan milli mətbuat tariximizin araşdırıcılarının haqlı qənaəti ondan 
ibarətdir ki, "Tiflisskiy vedomosti" və "Zaqafqazskiy vestnik"in əlavələri olan bu 
vərəqə-qəzetləri milli mətbuatımızın bünövrəsi kimi götürmək olmaz. Çünki "Tiflis 
əxbarı", yaxud "Qafqazın bu tərəfinin xəbərləri" müstəqil nəşrlər deyil. 
M.F.Axundov və A.Bakıxanovun bu qəzetlərlə əlaqəsi barəsində məlumatlar olsa 
da, onların fəaliyyətləri əməkdaşlıq çərçivəsindən kənara çıxmayıb. Bu əlavələr 
yalnız çar orqanlarının, strukturlarının rəsmi informasiyalarını dərc edirdi ki, bu da 
müstəqil Azərbaycan jurnalistikasının formalaşmasına xidmət hesab edilə bilməz. 
Ən əsası isə ondan ibarətdir ki, bu qəzet-vərəqələrin nə məzmunu, nə poliqrafik 
bazası və nə də onun işinə rəhbərlik edənlərin heç biri Azərbaycan həyatı ilə bağlı 
deyildi. 
Azərbaycan milli mətbuatı 1875-ci ildə Həsən bəy Zərdabinin yaratdığı 
"Əkinçi" qəzeti ilə başlayır. "Əkinçi"nin meydana çıxması bir neçə cəhətdən 
əlamətdar idi. Azərbaycan jurnalistikası tarixində ilk dəfə olaraq Həsən bəy 
Zərdabi "Əkinçi”nin timsalında
 
mətbuata 
kütləvi informasiya vasitəsi
maarifçiliyin əsası, ictimai-siyasi şüurun formalaşması faktı kimi yanaşdı. "Hər bir 
vilayətin qəzeti gərək o vilayətin aynası olsun", "yaxşı-yamanlığı aşkar eləsin", 
"xalqın hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan xalqı 
aynada görən kimi görsün" kimi dərin mənalı fikirlər çağdaş mətbuatımızın da əsas 
prinsipləri olaraq qalmaqdadır. "Əkinçi" nəşri ilə Azərbaycanda jurnalistika 
sistemini və nəslini formalaşdırdı, peşə prinsiplərini yaratdı, Azərbaycan dilini 
rəsmi statusda öz fəaliyyətinin əsasına çevirdi. Maarifçilik ideyasının daşıyıcısı 
olan bu qəzet milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər 
göstərdi. Milli mətbuat tariximizin “Əkinçi”nin nəşri ilə bağlanması tarixi 
reallıqları özündə əks etdirir. 
"Əkinçi" özündən sonra bir sıra milli mətbu nümunələrin nəşrinə cığır 
açdı. Ünsizadə qardaşlarının yaratdıqları "Ziya" ("Ziyayi-Qafqaziyyə"), "Kəşkül" 
kimi nəşrlər "Əkinçi" ənənələrindən bəhrələnərək mətbuatın inkişafına təkan oldu. 
Sovet dövrünün araşdırıcıları ideoloji yöndən bu qəzet və dərgiyə yanaşaraq 
obyektivlikdən kənar fikirlərə rəvac vermişlər. Ancaq Ünsizadələrin nəşr etdiyi 
mətbu orqanlar islam birliyi ideyasının tərəfdarı olması ilə yanaşı xalqın 
maariflənməsinə, Avropanın elmi yenilikləri ilə oxucuların tanışlığına, ədəbiyyata 
yeni baxışın formalaşmasına əsaslar yaratdı, mətbəəçilik işi quruldu. 



1903-cü ildə "Şərqi-rus"un fəaliyyətə başlaması, ətrafına demokratik 
dünyagörüşlü qələm sahiblərini, məxsusi olaraq Cəlil Məmmədquluzadəni, Ömər 
Faiq Nemanzadəni, M.Ə.Sabiri, A.Səhhəti, F.Köçərlini ətrafına cəm etməklə 
dövrün yeni jurnalist nəslini yetişdirdi, "Molla Nəsrəddin"in intişarına müəyyən 
hazırlıq işləri gördü. 
“Həyat”ın, "İrşad"ın, “Fyuzat”ın nəşri milli ideologiyanın, dövlətçilik 
təfəkkürünün formalaşmasına, insan hüquqlarının qorunmasına, azad sözün 
inkişafına xidmət etdi. "Türkləşmək, islamlaşmaq, Avropalaşmaq" şüarını əsas 
ideya-siyasi istiqamətləri kimi qəbul edən, Avropanın inkişaf qanunlarını 
cəmiyyətə aşılayan bu tip mətbu nümunələr ideya şəklində olan Azərbaycan Xalq 
Cümhuriyyətinin timsalında dövlət quruluşunun siyasi, fəlsəfi cizgilərini yaratdılar. 
"Molla Nəsrəddin" xalq ruhunu, demokratiyanı və xalqın daxili mənəvi dünyasını 
özündə əks etdirirdisə, "Fyuzat" milli varlığın, türkçülüyün rəmzi, əsas təbliğat 
vasitəsi idi. 
1915-ci ildə nəşrə başlayan "Açıq söz" milli kimliyin, istiqlalın, 
cümhuriyyətçiliyin təcəssümü kimi ortaya çıxıb, xalqın siyasi hüquqlarının 
təminininin vacibliyini irəli sürdü. Özündən əvvəlki mətbu orqanlar xalqın tərəqqi 
və nicatını mədəni, elmi, mənəvi və iqtisadi inkişafda görürdüsə, "Açıq söz" bu 
sıraya xalqın siyasi hüquqlarını da əlavə etdi. 
1917-ci ilin sonunda Romanovlar sülaləsinin çöküşü və Rusiyada baş 
verən gərgin hərbi-siyasi vəziyyət, 1918-ci ildə Zaqafqaziyada Seymin yaranması 
və parçalanması, Azərbaycan Xalq Cümhuriyyətinin elanı, Bakıda bolşeviklərin 
hakimiyyəti qan hesabına əldə etməsi və Qafqaz İslam Ordusunun Bakıya doğru 
azadlıq savaşının uğurla nəticələnməsi "Azərbaycan"ı yaratdı. 
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiyyəti dövründə 
mətbuat, söz azadlığı bərqərar oldu, təkrarolunmaz, özünəməxsus nəşrlər yarandı, 
mətbəəçilik inkişaf etdi və fikir plüarizmi formalaşdı. 
Azərbaycan mətbuat tariximizin ilk monoqrafik araşdırıcısı, ictimai-milli 
şüurun inkişafında mətbuatın rolunu yüksək qiymətləndirən Mirzə Bala 
Məhəmmədzadə olmuşdur. Mətbuatın xalqın həyatındakı əvəzsiz rolu barəsində 
M.Məhəmmədzadə "Milli Azərbaycan Hərəkatı" kitabında yazır: "Danışdığı 
lisanda ilk qəzetə malik cəmiyyət bir milliyət ikən milli olmağa başlamış deməkdir. 
Həyatında mətbuat ənənəsinə malik olan bir xalq isə artıq təəssüs etmiş bir 
millətdir". Millətin formalaşmasını mətbuatla bağlayan müəllif 1921-ci ildə qələmə 
aldığı "Azərbaycan türk mətbuatı. (1875-ci ildən 1921-ci ilə qədərki mətbuatımız") 
adlı tədqiqatında müxtəlif illərdə nəşr olunan mətbu orqanların səlnaməsini 
yaradıb. 
1898-ci ildə Bakının Zirə kəndində anadan olan M.Məhəmmədzadə 
Müsavat Partiyasının lideri M.Ə.Rəsulzadənin yaxın silahdaşı, Azərbaycan Xalq 



Cümhuriyyətinin qurulmasının fəal iştirakçısı olub. 1920-ci il inqilabından sonra 
gizlin fəaliyyət göstərən Milli Müqavimət Komitəsinin sədri kimi 1923-cü ilə 
qədər fəaliyyət göstərib, təqiblərdən yaxa qurtararaq 1924-cü ildə İran və 
Türkiyəyə mühacirət edib. 1955-ci ildə M.Ə.Rəsulzadənin vəfatından sonra 
Müsavat Partiyasının sədri seçilib, 1969-cu ildə İstanbulda dünyasını dəyişib. 
M.B.Məhəmmədzadə "Azərbaycanda türk mətbuatı" əsərindən əvvəl 
1918-ci ildə "İki inqilab arasında" adlı bir kitab nəşr etdirmişdi. Filologiya elmləri 
doktoru, professor Alxan Bayramoğlunun fikrincə, bu kitab Mirzəbalanın bir növ 
"Azərbaycan türk mətbuatı" əsərinə hazırlıq idi. Müəllif iki inqilab dedikdə, 1905-
ci il inqilabı ilə 1917-ci il inqilabı arasındakı 12 illik bir dövrü nəzərdə tutur və bu 
zaman kəsiyində Azərbaycan xalqının ictimai-milli şüurunda, mədəni həyatında, 
siyasi təfəkküründə baş verən inkişaf proseslərinə nəzər salır. 
"İki inqilab arasıda" əsərindən sonra qələmə alıb, 1922-ci ildə Bakıda nəşr 
etdirdiyi "Azərbaycan türk mətbuatı" əsərində M.Məhəmmədzadə istiqlal 
mücadiləsində və millətin həyatında mətbuatı "yeddinci" deyil, bəlkə də birinci 
təsisat hesab edir və 91 qəzet haqqında biblioqrafik məlumatlar verir. Mətbuat 
tariximizin araşdırılması üçün

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə