Akġf aġirli


"Ziya" (Ziyayi-Qafqaziyyə) qəzeti



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə15/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   11   12   13   14   15   16   17   18   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"Ziya" (Ziyayi-Qafqaziyyə) qəzeti 
Azərbaycanın ilk milli mətbuat orqanı olan "Əkinçi" bağlandıqdan sonra 
anadilli qəzetlərin çapı gündəmə gəldi və bu yöndə ilk cəhdi Bakı gimnaziyasının 
şəriət müəllimi Mirzə Məhəmməd bəy etdi. Mirzə Məhəmməd bəyin "Cam 
hacannüma və ayişeyi bədənnüma" adlı qəzet nəşr etmək istəyi baş tutmadı. Milli 
mətbuatdakı boşluğu "Əkinçi"nin bağlanmasından iki il sonra Səid Ünsizadə 
"Ziya" qəzeti ilə aradan qaldırdı. XIX əsrin sonu Azərbaycan milli mətbuatı 
tarixinə Həsən bəy Zərdabinin "Əkinçi"sindən sonra "Ziya" qəzeti öz möhürünü 
vurdu. 
Azərbaycanda mətbuatın formalaşmasında, mətbəəçilik işinin dövrün 
tələblərinə uyğun qurulmasında böyük xidmətlər göstərmiş və nəşr etdikləri 
mətbuat nümunələri ilə jurnalistikamıza xidmət etmiş Ünsizadə qardaşlarının həyat 
və fəaliyyətləri, şəxsiyyətləri maraq doğurur. Qeyd etmək yerinə düşər ki, mətbuat 
fədailəri olan bu qardaşların görmüş olduqları geniş ölçülü fəaliyyət hələ kifayət 
qədər tədqiq olunmamışdır. Bu qardaşların atalarının adı Şamaxı hakimi Cəfərqulu 
xanın şeirlərinin birində çəkilir, alim bir şəxs kimi təqdim olunur. Əldə olunan 
materiallardan bəlli olur ki, Əbdürrəhman əfəndi "Ünsi" təxəllüsü ilə şeirlər 
yazmış, yaşadığı Şamaxı və ətraf bölgələrdə tanınmışdır. Əbdürrəhman əfəndinin 
ölümündən sonra oğlanları Ünsizadə soyadını görürmüşlər. Ailənin böyük övladı 
Hacı Səid XIX əsrin təxminən 30-cu illərində Şamaxıda anadan olub, ilk təhsilini 
atasından 
almışdır. 
Şamaxı 
mədrəsəsini 
bitirdikdən 
sonra 
təhsilini 
mükəmməlləşdirmək üçün dövrün islam mədəniyyətinin beşiyi hesab olunan 
Bağdada getmiş, islamı mükəmməl öyrənmişdir. Təhsilini bitirdikdən sonra 
Şamaxıya qayıtmış, burada məktəb açaraq, ədəbi yaradıcılıqla məşğul olmuş, 
"Beytül-Səfa" şeir məclisində iştirak etmişdir. 
Ağarəfi Zeynalzadənin "Azərbaycan mətbuatı və çar senzurası (1850-
1905)" adlı monoqrafiyasında Ünsizadə qardaşlarının fəaliyyəti barəsində maraqlı 
faktlar var. Ortaya çıxarılan sənədlərdən bəlli olur ki, "Ziya" qəzetinin yaradıcısı 
Səid Ünsizadə 1866-cı ildə Şamaxı Şəriət məclisinə üzv seçilmişdir. Üç il sonra isə 
Səid əfəndi Bakı quberniyası ruhani məclisinin üzvü kimi dini fəaliyyətlə məşğul 
olmuşdur. Xalqın maariflənməsinə daim maraq göstərən Səid əfəndi 1875-ci ildə 


28 
Şamaxıya qayıdır və ruhani idarəsinin sərəncamında olan bir məktəb açır. 
Məktəbdə dini elmlərlə yanaşı, Azərbaycan türkcəsi, rus, ərəb və fars dilləri, 
həmçinin hesab fənni tədris olunurdu. 1876-1877-ci illərdə bu məktəbdə 100 
nəfərdən çox şagirdin təhsil alması barədə məlumatlar da var. 
Qafqaz canişinliyi baş idarəsinin təqdimatı ilə 1877-ci ildə Səid Ünsizadə 
Zaqafqaziya Ruhani İdarəsinə ezam olunur. İki aya yaxın orada çalışır. Səid 
Ünsizadə bu ildən etibarən Tiflisə köçüb, 1884-cü ilədək orada yaşamış və ruhani 
idarəsində çalışmışdır. Tiflisin ədəbi-mədəni mühiti onun arzusunda olduğu qəzet 
nəşri və mətbəə yaratmaq kimi dövrün ən mütərəqqi ideyasını həyata keçirməyə 
imkan yaradır. "Ziyayi-Qafqaziyyə" qəzetinin 1881-ci ildə nəşr olunan 16-cı 
sayında bu istək lakonik şəkildə təsvir edilib: "Neçə vaxt idi ki, mətbəə və mətbuat 
işini əmələ gətirmək arzusunda idik ki, mətbəəmiz Bərgunə şəhərdə olsun ki, orada 
cümlə əsbab mühəyya olsun. Aşkardır ki, Qafqazda Tiflisdən başqa bu mətalibin 
pinerəftinə şayistə yer yoxdur". 
Mətbuat yaratmaq istəyini reallaşdırmaq üçün Səid əfəndi 1878-ci il 
dekabr ayının 4-də qəzetin nəşrinə icazə almaq üçün Qafqaz Senzura Komitəsinə 
ərizə ilə müraciət edir. O, öz müraciətində yazırdı ki, şərqlilər də qərblilər qədər 
işığa və həqiqətə can atırlar, onları bir-birlərinə düşmən edən cəhalətdir. Səid 
əfəndi "Ziya" qəzetinin məram və məqsədini açıqlayır və bildirirdi ki, nəşr öz 
qarşısına ölkənin daxilində, xarici ölkələrdə baş verən yenilikləri oxuculara 
çatdırmaqla onların inkişafına kömək etmək istəyir. Səid əfəndi tərəfindən təqdim 
olunan sənədləri təftiş edən Senzura Komitəsi Qafqaz Canişinliyinin baş idarəsinə 
belə bir məzmunda təqdimat göndərmişdi: "Senzura Komitəsi mətbuat haqqında 
qanuna əsasən Hacı Səid əfəndi Ünsüzadənin ərizəsini, habelə "Ziya" qəzetinin 
məramnaməsini nəzərdən keçirib, belə qərara gəlir ki, onun xahişi senzura 
əsasnaməsində tələb olunan bütün şərtlərə uyğundur. Bu səbəbdən qəzetin tatar 
(Azərbaycan - red.) dilində nəşri xüsusi fayda verə bilər. Məhz buna görədir ki, 
Hacı Səid Ünsizadənin arzusunun yerinə yetirilməsini Siz zati-alilərindən xahiş 
edir". Beləliklə, qəzetin 1879-cu il yanvar ayının 1-dən etibarən nəşrinə icazə 
verildi. Senzura Komitəsi "Ziya"nın nəşrinə icazə verərkən qəzetin siyasətinin 
Qafqazdakı müsəlmanlar arasında geniş təbliğ olunmasına, yerli hakimiyyət 
orqanlarına, çenovniklərə dəstək olacağına bel bağlayır, ümid edirdi. Təbii ki, 
qərarın qəbulunda Səid Ünsizadənin ruhani zümrəsinə mənsubluğu, keçib-gəldiyi 
yol və fəaliyyəti, çar siyasətinə zidd mövqe tutmaması nəzərə alınmışdır. Nəşrinin 
ilk vaxtlarında "Ziya"ya yaxşı münasibət göstərilməsinin başlıca səbəbləri də bu 
idi. 
"Ziya"nın nəşrinə icazə alındıqdan sonra Səid Ünsizadə çap və yaradıcılıq 
prosesinin normal şəkildə aparılması üçün hazırlıqlara başlamış, kiçik qardaşı 
Cəlalı, övladları Əbdürrəhman və Ağanı, bacısı uşaqlarını bu işə cəlb etmişdi. 


29 
1879-cu il yanvar ayının 14-də "Ziya"nın ilk nömrəsi işıq üzü gördü. 
Qəzet həftədə bir dəfə, daşbasma üsulu ilə nəşr edildi. 7 şöbədən ibarət olan 
"Ziya"da aşağıdakı şöbələr fəaliyyət göstərirdi: 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə