20
"Əkinçi" ədəbiyyatla bağlı
məqalələr dərc etmiş, sənətin məzmun və
forma məsələlərinə həssas yanaşmışdı. Zərdabi, N.Vəzirov, Əhsənül-Qəvaid və
Heydəri öz məqalələrində köhnə şeir formalarını, ictimai-siyasi məzmunu olmayan
həcvləri tənqid etmiş, həyat həqiqətlərinin
tərənnümünü vacib bilmiş, şairləri bu
yöndə fəaliyyət göstərməyə çağırmışlar. Qəzet həcv yazanlara üz tuturdu: "İndi
yazılan həcvlər çəkməçi danışığına oxşadığına nəinki onları oxumaq olmur, hətta
adam olan kəs onları oxuyanda əti ürpənir".
Zərdabi dövrün ədəbiyyat adamlarını gerçək həyatla ayaqlaşmağa,
reallıqlardan uzaq olmamağa səsləyirdi: "Bizim zamanə tərəqqi zəmanəsidir və
tərəqqi etməyən taifə günü-gündən tənəzzül edib axırda
puç olacaq, ona bianən
bizim şüəra qardaşlarımızdan ki, onlar əlhət xalqın gözçüsüdürlər, iltimas edirik,
təqazayi-zəmanəyə müvafiq, xəlqin gözünü açmağa səy etsinlər".
Əhsənül Qəvaid və Nəcəf bəy Vəzirov da qayəsini reallıqdan alan şeirin
tərəfində idilər. N.Vəzirov poeziyanın tərbiyəvi
əhəmiyyətini məxsusi qeyd edir,
etik ölçüləri gözləməyən, təhqirlə-tənqidin sərhədlərini itirən həcv ustalarına
kəskin münasibət bildirirdi.
Ucqar bir kənddə doğulan, xalqın içərisindən çıxan Həsən bəy
"Əkinçi"nin səhifələrində kənd təsərrrüfatına aid xeyli
sayda materiallar dərc
etmiş, bu sahədə yazan müəlliflərin yazılarına diqqət göstərmişdi. Demək olar ki,
qəzetin bütün nömrələrində əkinçilik və maldarlıqla bağlı materiallar "Elm
xəbərləri", "Əkin və ziraət xəbərləri" rubrikası altında işıq üzü görmüşdü. Bu
materialların əksəriyyətini sadə, rəvan xalq dilində Zərdabinin özü qələmə almışdı.
Torpağın məhsuldarlığının artırılması, kübrə növləri, məhsuldarlığın təyini üsulları,
heyvan saxlanılması, yeni əkinçilik alətləri əsas mövzular idi. Kənd təsərrüfatına
həsr etdiyi məqalələrinin birində Zərdabi Azərbaycanda kətan kimi məlum olan
ənənəvi ağac kotanların çoxlu işçi qüvvəsi tələb etməsi xüsusiyyətlərini pisləyir,
onun təkmilləşdirilmiş alətlərlə əvəz edilməsinin vacibliyini qeyd edirdi: "Xülasə,
dünyada kotan çoxdur, amma bizimkindən yamanı heç olmaz. Onun hər bir hissəsi
yaman olduğuna 8 cüt öküz ilə işlədirik və onunla belə yeri narın edib çevirə
bilməyirik. Ona bianən bizim tavanası olan əkinçilər yaxşı elədilər ki,
Moskva
karxanalarından əla kotanlar gətirib işlədəydilər". Müəllif məqalədə məlumat
verirdi ki, artıq dünyada kotanla yer şumlanmır: "İndi elm sahibləri səy edirlər ki,
kotanı su buğu ilə işləyən maşınla işlətsinlər və belə maşınlar qayırıblar ki, bir
tağar yeri bir saatda şumx edir".
Həsən bəy ilə yanaşı, Nəcəf bəy Vəzirov, Ə.Gorani kimi elmi,
müasir
dövrün tələblərini bilən qələm əhli Rusiyanın, Avropanın kənd təsərrüfatına aid
yeniliklərini oxuculara çatdırırdılar.
Dostları ilə paylaş: