19
olmadığını üstüörtülü şəkildə çarizmin yeritdiyi siyasətlə bağlayan "Əkinçi"lər
səbəblərdən biri kimi köhnə qaydaların dəyişdirilməsində də görürdü.
Zərdabi və
məsləkdaşlarının qəzet səhifələrində dərc etdirdikləri yazıların bir qismi dini
fanatizm və mövhumata həsr olunmuşdu. Məişətdəki yeniliyə qarşı çıxanlara
sərt
cavab verən Zərdabi yazırdı: "Çəkmə geyməkdə bir günah yoxdur və hər kəs fikir
eyləsə görər ki, çəkmə geyməklə insan müsəlmanlıqdan çıxmaz. Amma bir şəxs...
başmaq yerinə çəkmə geyəndə şüəralar onu həcv edir,
mollalar ona mənbərdən
lənət oxuyur, əvamünnas salam verməyir, xülasə hamımız birləşib onu kafir hesab
edib, o qədər incidirik ki, biçarə naəlac qalıb öz millətini atıb gedib xaricilərlə üns
tutur ki, onun övladı onların içində böyüyüb onların tərəqqisinə daxil olur. Əlbəttə,
belədə nə qədər səy edək ki, buğda bitsin, olmaz".
"Əkinçi" islamda mövhumatı və dini fanatizmi qəbul etmir, dini ayinləri
həyata keçirərkən Quranda nəzərdə tutulan qaydalardan kənara çıxmaları zərərli
hal hesab edirdi. Aşura günü baş yarmanın
əleyhinə müzakirə
açan "Əkinçi" bu
halın islam qayda-qanunları ilə bir araya sığmadığını göstərirdi. Qəzetdə
H.Zərdabinin, Əhsənül-Qəvaidin, Ə.Gorani, Heydəri və başqalarının
bu mövzuda
kəskin çıxış etmələrini qəbul etməyənlər də etirazlarını, mövqelərini qəzetə
ünvanlayırdılar. Qarabağdan Həsən Qara Hadı, Qubadan Hadimül-Qəvaid, kapitan
Sultanov, "Əkinçi"nin dini fanatizmin əleyhinə apardığı bu müzakirələri qəbul
etmir, öz mövqelərini
kəskin şəkildə bildirir, hətta təhqir yolu tuturdular.
Seyid Əzim Şirvani Hadının təhqiramiz həcvinə cavab olaraq yazmışdı:
Dostları ilə paylaş: