10
Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü, professor Əziz
Mirəhmədovun müxtəlif illərdə qələmə aldığı "Azərbaycan ədəbiyyatına dair
tədqiqlər", "Azərbaycan Molla Nəsrəddini" kitabları, monoqrafiyaları elmi təhlil
baxımından bu gün də öz elmi dəyərini qoruyub saxlayır. Müəllif kitab üzərində
işləyən zaman Ə.Mirəhmədovun əsərlərindən, tədqiqat materiallarından əsas
mənbə kimi yararlanıb.
Azərbaycan mətbuatı tarixinin məhsuldar araşdırıcısı, jurnalistikamızın
ağsaqqalı, professor Şirməmməd Hüseynovun 2007-ci ildə "Çənlibel" nəşriyyatı
tərəfindən nəşr olunan "Mətbu irsimizdən səhifələr", "Müstəqilliyə gedən yol. Biz
hara gedirik?" kitabları və müxtəlif dövri mətbuat orqanlarında çap etdirdiyi
məqalələr bu kitabın əsas faktoloji-elmi mənbələri sırasındadır.
Əsərdə
filologiya elmlori doktoru, professor Şamil Vəliyevin "Fyuzat"
ədəbi məktəbi" kitabından və "525-ci qəzet"in səhifələrində "İrşad" qəzetinin
tarixi, ideya-siyasi istiqaməti ilə bağlı çap etdirdiyi "Azərbaycan mətbuatının yol
göstərəni" silsilə yazılarından istifadə olunub.
Filologiya elmləri doktoru, professor Alxan Bayramoğlunun müxtəlif
illərdə nəşr etdiyi "Şamaxı və maarifçilik" (XIX əsrin ortalarından mart 1918-ci ilə
qədərki ədəbi mühit. Bakı, 1977), "M.Ə.Sabir mətbuatda" (Bakı-2006),
"Azərbaycan Demokratik Cümhuriyyəti dövründə ədəbiyyat" kitabları, bir sıra
kütləvi informasiya vasitəsində işıq üzü görən məqalələri də əhatə dairəsinə,
məlumat zənginliyinə görə seçilir. A.Bayramoğlunun elmi yaradıcılığı kitabın əsas
mənbələri sırasındadır.
Professor Şamil Qurbanovun "Ömrün fikir dünyası" (Bakı. 1991), "Ömər
Faiq Nemanzadə" ("Gənclik" nəşriyyatı. 1992) kitablarında da mətbuat tariximizin
ayrı-ayrı nümunələri tədqiqata cəlb olunub, dövrün
qüdrətli qələm sahibi Ömər
Faiq Nemanzadənin həyatı, şəxsiyyəti, "Qeyrət" mətbəəsindəki fəaliyyəti və mətbu
irsi araşdırılıb.
Filologiya elmləri namizədi Ofeliya Bayramlı Ə.Hüseynzadə və
Ə.Ağaoğlu irsinin tədqiqinə xeyli zəhmət sərf etmiş, "Fyuzat" dərgisinin bütün
sayını ərəb qrafikasından latın əlifbasına çevirərək geniş oxucu kütləsinin
ixtiyarına vermişdi. Məhsuldar tədqiqatçı müasir oxucuda bu dərgi barəsində bitgin
fikir formalaşdırıb, türkçülük və millətçilik hərəkatının bədii-fəlsəfi mahiyyətini
onlara aşılayıb.
"Molla Nəsrəddin"in 1910-cu ilə qədərki nəşri Elmira Kazımova,
Əliheydər Hüseynov, Turan Həsənzadənin transleterasiyası
ilə yenidən çap
olunmuşdur ki, bu da jurnalın yaradıcılıq istiqamətlərinin, toxunduğu mövzuların
öyrənilməsi baxımından ilk mənbə kimi əhəmiyyətlidir.
11
Cümhuriyyət dövrü mətbuatının tədqiqatçılarından İslam Ağayevin, Asif
Rüstəmlinin araşdırmaları, monoqrafıyaları da kitabın işlənilməsində xeyli sayda
faktoloji materiallar verib.
"Azərbaycan" qəzetinin 2008-ci ildə 90 illiyi ilə bağlı kcçi-rilən toplantılar
və elmi-praktik konfransın materialları əsasında çap olunmuş "Azərbaycan-90"
kitabı da elmi yeniliklər ilə zəngindir. 2003-cü ildə iki cilddə nəşr olunan
"Azərbaycan Xalq Cümhuriyyəti" ensiklopediyası da müəllifin nəzərə aldığı əsas
mənbələrdəndir.
"Azərbaycan mətbuatı tarixinin" yeni biçimdə işlənilməsində xatirə və
memuar ədəbiyyatından da istifadə olunmuşdur. C.Məmmədquluzadənin,
A.Şaiqin, Ö.F.Nemanzadənin, M.S.Ordubadinin dövrü mətbuat haqqında, ayrı-ayrı
publisistlər, ədib və yazıçılar barəsində qələmə aldıqları xatirələrdə də mətbu irsin
araşdırılması üçün maraqlı faktlar mövcuddur. Həsən bəy Zərdabinin xanımı
Hənifə xanım Abayevanın
çap olunmuş xatirəsi, Fərhad Ağazadənin 1926-cı ildə
"Kommunist" qəzeti tərəfindən nəşr etdirdiyi "Əkinçi" adlı kitabçası bu baxımdan
əhəmiyyətlidir.
Mətbuat sferasına aid olan mətbəəçilik işi də diqqətdən kənarda
saxlanılmamış, müxtəlif dövrlərdə fəaliyyət göstərən "Qeyrət", "Orucov
qardaşları", "Kaspi", "Açıq söz", "Səda" kimi mətbəələrin tarixi, çap etdirdiyi
nəşrlər də kitabda yığcam şəkildə əksini tapmışdır.
Azərbaycan mətbuatı tarixinin dövriləşməsi problemi də indiyə qədər elmi
ictimaiyyətin diqqətindədir. Bəzi tədqiqatçıların fikrincə, Azərbaycan mətbuat
tarixi üç mərhələyə bölünür. Birinci dövr "Əkinçi" ilə başlayır və 1920-ci ilə qədər
zaman kəsiyini əhatə edir. Azərbaycanın sovetləşməsi ilə ikinci dövr başlanır və
yeni tipli sovet jurnalistika məktəbi yaranır, mətbuatda
yeni texnologiyalardan
istifadə edilir. Bu mərhələ 1990-cı ilə qədər davam edir. Üçüncü dövr isə çağdaş
jurnalistika sferasını özündə birləşdirir. Zənnimizcə, bu dövrləşmədə Azərbaycan
Xalq Cümhuriyyəti dövrü Azərbaycan jurnalistikasının məxsusi mərhələsi kimi
qəbul olunmalıdır. Çünki 23 aylıq zaman kəsiyində Azərbaycan mətbuatı tarixində
fikir plüralizminin yaranması, ayrı-ayrı ideologiyaların daşıyıcısı olan mətbu
orqanların
fəaliyyəti, "Mətbuat haqqında nizamnamə"nin qəbulu kimi mütərəqqi
ideyaların həyata keçirilməsi ayrıca bir dövrü özündə ehtiva edir.
Mətbuat tariximizin dövriləşmə konsepsiyasına daha dəqiq və geniş
yanaşmanı BDU-nun tarix və ideoloji iş metodları kafedrasının tədris proqramında
görmək mümkündür. Beş mərhələdən ibarət olan mətbuat tarixinin xronoloji
çərçivəsi bu şəkildə müəyyənləşdirilib:
1.
"Əkinçi"yə qədərki hazırlıq dövrü.
2.
Azərbaycan milli mətbuatının və jurnalistika sisteminin yaranması
(1875-1917)
12
3.
AXC dövrü mətbuatı və jurnalistikası (1918-1920)
4.
Sovet dövrü Azərbaycan jurnalistikası (1920-1991)
5.
Müasir Azərbaycan jurnalistikası (1991 - hazırkı dövrədək)
Kitabı hazırlayan zaman müəllif müəyyən olunmuş bu xronoloji ardıcıllığı
izləməyə çalışıb.
Müəllifin qarşısına qoyduğu ən mühüm məsələ Azərbaycan mətbuat
tarixinin iki mərhələsini, yəni 1875-ci ildən 1918-ci
ilədək və Cümhuriyyət
dövrünü əhatə edən mətbu orqanların ideya-siyasi istiqamətləri, yaradıcı heyəti və
nəşri barəsində oxucuda ilkin və yığcam fikir formalaşdırmaqdır. Bu prinsip əsas
götürülərək obyektiv yanaşma tərzi ilə faktlar sistemləşdirilib, ayrı-ayrı mətbu
orqanların ideoloji istiqamətləri müəyyənləşdirilib və milli jurnalistikamızın tarixi
inkişaf prosesi ardıcıllıqla izlənilib. Müəllif kitabın qüsurlardan xali olduğu
iddiasında deyil.
Dostları ilə paylaş: