17
edən bu mətbu nəşrin adının "Əkinçi" olması, şübhəsiz ki,
çar rejiminin fikrini
qəzetin daşıyacağı əsas ideya istiqamətindən yayındırmaq məqsədi güdürdü.
Nəhayət, qəzetin nəşrinə 1875-ci ildə icazə verildi və iyul ayının 22-də
"Əkinçi"nin ilk sayı işıq üzü gördü. Bu tarixdən etibarən Azərbaycanda milli
mətbuatın əsası qoyuldu. Cəhalətə və mövhumata ağır zərbə vurmaq, xalqa
maarifçilik aşılamaq, ana dilində qəzet oxumaq missiyasını üzərinə götürən
Zərdabinin məsləkdaşları qarşılarına olduqca məsuliyyətli vəzifə qoydular. Hansı
məsələlərin qəzetdə əksini tapacağı sualına "Əkinçi"nin ilk nömrəsində Zərdabi
cavab verdi
və bəlli oldu ki, qəzetin məramnaməsi belə olacaqdır:
1.
Daxiliyyə - buradakı məqalələr qəzetin münşisi tərəfindən
yazılacaqdır.
Əkin və ziraət xəbərləri - yəni bizim, ya qeyri vilayətlərdə olan
əkinçilərdən.. onları becərmək vaxtında işlədilən əsbablardan, əkin yerini şum
etməkdən, əkin yerini qüvvətli etməkdən ötrü o yerə qeyri şeylər qarışdırmaqdan,
xülasə, əkindən və əkini biçib, götürüb, qurudub, döyüb saxlamaqdan danışıq
olacaqdır. Həmçinin bu ikinci fəsildə maldarlıqdan,
mallardan əmələ gələn
şeylərdən danışıq olacaqdır, yəni bizim və qeyri-vilayətlərdə nə qisim mallar
saxlamaqdan və ya nə tövr saxlamaqdan və onlardan əmələ gələn şeyləri nə tövr
yaxşıraq əmələ gətirməkdən danışılacaqdır.
3.
Elm xəbərləri - yəni elm və imtahan yolu ilə aşkar olan, məsələn,
insanın bədəninə və malına nəfi olan xəbərlərdən danışılacaqdır.
4.
Tazə xəbərlər - bir ncçə qism olacaqdır, əvvələn ticarət
xəbərləri olacaq, yəni bizim vilayətimizdə və qeyri vilayətlərdə bir şey, məsələn,
buğda-filan şəhərdə, ya filan kənddə nə qiymətə və nə tövr satılmaqdan
xəbər
verəcəkdir və s.
İlk sayda dərc olunan məqalədən və bu məlumatlardan göründüyü kimi
Həsən bəy "Əkinçi"nin əsas ideya istiqamətlərinin 4 əsas şöbədə əksini tapacağını
müəyyənləşdirmişdi. Lakin "Əkinçi"nin 6-cı nömrəsindən sonra qəzetdə məktublar
şöbəsi də açıldı və "məktubat" rubrikası altında məqalələr dərc olundu.
"Əkinçi" Bakıda çap olunsa da, tezliklə ümumrusiya müsəlmanlarının
qəzetinə çevrildi. Onu Dağıstanda və Volqaboyunda, Mərkəzi Asiya və Sibirdə
oxuyurdular. Hənifə xanım Abayeva öz xatiratında "Əkinçi"nin yayıldığı geniş
coğrafiyaya toxunaraq yazırdı: "Qəzet Rusiyadakı bütün müsəlmanları
yerindən
tərpətmişdi. O, bir elektrik cərəyanı kimi bütün müsəlman aləminin içərisindən
keçmişdi... Qəzetin ilk abunəçiləri, onu birincilər sırasında salamlayanlar
Omskdan, Tümendən, Cistopoldan olan sibirlilər,
Orenburq, Ufa, Volqaboyu
tatarları idilər".
"Əkinçi"nin sorağı Londona da gedib çıxmışdı. Bakıya gələn bir fransız
müxbiri isə H.Zərdabinin təkbaşına qəzet çap etdiyini öyrənib onun ziyarətinə
18
getmiş və demişdir: "Siz həqiqi qəhrəmansınız. Bizdə belə bir kasıb qəzetdə
işləməyə razı olan bir nəfər də tapılmazdı. Sizin enerjinizə heyranam. Görünür, öz
xalqınızı ürəkdən sevirsiniz".
Fransız müxbirinin müşahidələrinin ciddi əsasları vardı və şübhəsiz ki,
Zərdabini hərəkətə gətirən milli təəssübkeşlik hissi idi. Qəzet və onun baş yazan
həmin dövrdə artıq Azərbaycanda öz mövqelərini möhkəmlədən və bu torpaqların
həqiqi sahiblərinə qarşı mübarizəyə başlayan erməni ideoloqlarının qarşısında
yeganə sipərə çevrilmişdi. "Əkinçi"nin bir sıra saylarında həmin dövrün qatı
millətçi mövqeyində dayanan erməni qəzeti "Mşak" və onun
redaktoru Arsuni ilə
kəskin polemikaya təsadüf olunur. H.Zərdabinin mənəvi birliyin vacibliyi
haqqındakı fikirlərinə torpaq iddialarıyla cavab verən Arsruni yazırdı: "Verin bizə
elə yerləri ki, keçmişdə onları güc ilə zəbt etmisiniz və ondan sonra gedib ittihadi-
islami o səhralarda eləyin ki, orada islam bina olub".
Arsuninin bu açıqlamasına səbr göstərən Zərdabi yüksək mədəniyyətlə
erməni iddialarına cavab vermişdi: "Ey cənab Arsruni, əgər ki, cənabınız doğru
buyurursunuz ki, zəmanəmiz elm zəmanəsidir və bu halda ermənilər bizdən artıq
elm-təhsil
etməyə raqibdirlər, amma neçə yüz ildir ki, biz ermənilər ilə qonşuluq
edirik, indi cənabınıza eyib deyilmi ki, bizim aramızda ədavət salırsınız?"
Həsən bəy xalqın yaşadığı faciələri, fəlakətləri və başına açılan min cür
haqsız oyunların əsas səbəbini savadsızlıqda, cahillik və dini fanatizmdə görürdü.
Bu bəlalardan xilas olmağın yeganə yolunu maarifdə, mədəniyyət ocaqlarının
təsisində, Avropa təhsil sisteminin tətbiqində görürdü: "Bari
gələcək vaxt üçün
məktəbxanalar səyində olub, elm səbəbi ilə uşaqlarını sənətkarlığa və işlərə həris
eləsinlər ki, özləri çəkən zillətləri uşaqları çəkməsinlər".
Dostları ilə paylaş: