Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   7   8   9   10   11   12   13   14   ...   81

şəkildə qanunu pozur. Insanlar bir neçə yerdə işləyir, zavod
dəzgahlarında müxtəlif mallar istehsal edib uçota salmırlar,
sonra bunları satırlar; Macarıstana, orda bahalı olan mallarla
spekulyasiya etmək üçün gedirlər: yataq mələfəsi, plastmass
daraqlar (plastmassa gözlənilmədən tələbat artmışdı) – ordan
isə qadağan olunmuş, qiymətli dollarlar alırlar. Belə hiylələrsiz
necə yaşamaq olar – müəmmadır, adi maaş ailəni yedizdirməyə
yetməz, nəinki geyindirməyə.
Buna görə də, mənim uşaqlığım dövründə atam bir
neçə günlük yoxa çıxır və gözlənilmədən qayıdır, özü ilə
mənzilimizə gözəl siqaret qoxusu, enli dəri gödəkçəsinin iyini
gətirirdi. O qayıtdıqdan sonra, adətən anamla pul və sirlər dili
olan – yəhudicə ciddi söhbət edirdi. Və yalnız Kanadaya
köçməmişdən bir gün əvvəl atam parket döşəmədəki, bütün bu
illər boyunca valyuta saxladığı gizli yeri mənə göstərdi.
Aydın idi ki, bütün bunlar kifayət qədər təhlükəlidir –
atamın dostlarından birini həbs edib Sibir düşərgələrinə
göndərirlər, - lakin atam motosikli yüksək sürətlə çala-çuxur
polyak yolları ilə qovmağa davam etdiyi kimi, odla oynamağa
da ara vermir. Məhz onun qeyri-qanuni fəaliyyəti bizi
respektabelli orta sinfin sərhədlərində saxlamağa imkan verir.
Bu isə o deməkdir ki, biz təxminən ayda bir dəfə restorana
gedirik, yayda dincəlirik, evimizdə yaşayan xidmətçi saxlayırıq,
bəzən özümüz üçün import mallar, məsələn, anama
hündürdaban ayaqqabı yaxud mənə neylon köynək ala bilirik.
Anam özünü əsil xanım hesab edir, onun həyatı xoş
qayğılarla doludur. O, ev işlərini xidmətçinin köməyi ilə idarə
edir, hər gün məni və bacımı gəzməyə apardığı parkda rəfiqələri
ilə söhbət edir, kitab oxuyur, dondurma yemək üçün məni
Krakovun gözəl kafelərinə aparır və atamın avantüralarında
məsləhətçi kimi iştirak edir. Biz teatra, operaya, kinoya gedirik
– bunların qiyməti baha deyil – qonaqlıqlarda oluruq. Müəyyən
müddət valideynlərim razıdır: böyük şəhərdə yaşamaq onların
xoşuna gəlir – mədəniyyətlər toplusu, canlı söhbətlər, dünyanın
hər yerindən xəbərlər.
Əlbəttə, hər ikisi uşaqları üçün “yaxşı həyat” qurmaq
istəyirlər. Onların ambisiyaları çox böyükdür, xüsusən də
qabiliyyətli və inkişaf etmiş ilk uşaqlarına, yəni mənə olan
münasibətdə. Lakin bu “yaxşı” həyata yaxınlaşmaq üçün nə
anam, nə də atam nə edəcəklərini bilmirlər – bunun üçün nə
qədər işləmək lazımdır, bu hansı qaydaları tələb edir.
Valideynlərim özlərini orta sinfin bütün atributları ilə əhatə
etsələr də, onlar əmək etikasına nail ola bilmədilər. Onların
həyatı o qədər irrasional idi ki, planlı surətdə məqsədə
çatmaqdan daha çox, təsadüflərə - riskə, uğura, oyuna
inanırdılar. Bir də ki, Polşa Xalq Respublikasında planlı hərəkət
ola bilməz. Hamıya aydındır ki, cəhdlərlə, istəklərlə uzağa
getmək olmaz. Peşəni özün seçməyəndə, zəhmətin
qiymətləndirilməyəndə və həyatını yaxşılaşdırmaq imkanın,
sabahkı günə ümidin olmayanda, “seçdiyin peşədə aktiv
çalışmaq” – yox, bu axmaqlar və maymaqların işidir. İstənilən
sistemlə müqayisədə əbədi polyak skeptisizmi üstündə qurulan
sistem – abırsızlar və oyunçular yaradır.
Şərtlərə uyğunlaşmaqdan başqa, valideynlərimdə
əcdadlarından gələn dərin bir əminlik var, - onlar inanırlar ki,
ideal həyat obrazı – istirahətdir. Mənim anam tənbəl qadınlara
bəslədiyi hörməti gizləyə bilmir. Tənbəllik erotikdir, kef
çəkməkdir, ləzzət almaqdır, arzularının önünü açmaqdır.
“Orlianskaya mətbəxdən xidmətçini çağırır ki, ona kibriti
versin, amma özü əlini uzatsa, kibritə çatar. Təsəvvür edirsən!”
– anam yarıistehza, yarıheyranlıqla danışır. Belə eqoizm –
qadınlığın özəyidir, başqalarını sənin nazınla oynamağa məcbur
etmək bacarığıdır. Eqoizmin cəlbedici, şahanə olduğuna inanan
təkcə mənim anam deyil. Sonralar mənim də şöhrətə çatmaq
üçün var qüvvəmi sərf etdiyimi görüb anam da
təəccüblənmişdi. O, heç vaxt anlamayacaqdı ki, mən hara
tələsirəm, nəyə nail olmaq istəyirəm.
Valideynlərim dünyaya, sənaye dövrünün
kateqoriyalarına sığmayan, arxaik münasibəti müəyyən qədər
saxlamışdılar. Eyni zamanda müharibə - onların ikinci vətəni –
hər ikisini güclü təkanla uçurumdan keçirməklə müasirliyə
tullamışdı. Onların düşüncə və inamlarının əksər hissəsini
dözülməz əzablar tükətmiş və müasir nihilizmlə əvəzləmişdi.
Daha onlar qanuna, siyasətə, ideologiyaya az hörmət edirdilər.
Dini inancdan, bununla da viktorianlıq və ortodoksal
puritanlıqdan məhrum olmuşdular. Daha onları heç nə
çaşqınlığa sala bilməzdi; onlar sarsılmaz əxlaqi məsumluğu
itirmişdilər. Onlarda yalnız insan təbiətinə münasibətdə dərin
skeptisizm və müharibənin doğurduğu fəlsəfə - ibtidai
ekzistensializm qalmışdı: hər şey mücərrəddirsə, onda anı,
zamanı tutmaq lazımdır. Onlar xoşbəxtliyə coşğunluqla can atır
və nəyin bahasına olursa-olsun öz uşaqlarının da xoşbəxtliyini
təmin etmək üçün əllərindən gələni edirdilər. Zaman keçdikcə
bunun paradoksal resept olduğu məlum oldu. 
Mən qonaq otağındakı stolun üstünə qoyulmuş uşaq
vannasında oturmuşam, Bronya xala məni böyük, kələ-kötür
əlləri ilə çimizdirir. Onun əllərinin mənə toxunuşu və məni
dəsmala bükməsi xoşuma gəlir – sanki mən balaca, tüklü
heyvancığazam. Sonra o, mənim saçlarımı qurulayır və darayır
ki, mən “çiçək kimi gözəl” olum.
Mən bilirəm ki, Bronya xalanın əslində bizimlə
qohumluğu yoxdur, bizim evdə onun mövqeyi birmənalı deyil.
O, sosial pilləkəndə bizdən də aşağıda durur: bunu yaxşı
anlayıram, lakin valideynlərim ona xüsusi münasibət
göstərirlər. O, müharibədə valideynlərimi acından ölməyə
qoymayıb, onların həyatını xilas edib.
Valideynlərim Bronya xala ilə müharibənin sonuncu
ilində gizləndikləri evdə tanış olmuşdular, onların dəyəsini
ukrainlər aşkara çıxaranda. Ukrainlər onları ələ
verməyəcəklərini desələr də, valideynlərim yaşadıqları yeri
dəyişməyin vaxtı çatdığını anlamışdılar. Ukrainlərin əksəriyyəti
almanların tərəfinə keçmişdi. Hissiyyatları onları aldatmamışdı
– o vaxtlar ürəyə damanlar adətən başa gələrdi. Bir neçə gündən
sonra gestapo bu yerləri diqqətlə axtarmağa başladı, amma buna
qədər valideynlərim onları gizlətməyə razılıq verən insanı
axtarıb tapmışdılar. Anam onları xilas edən kəndlidən tez-tez
danışardı, - bu kütün, pəltək, demək olar ki, lal kişi idi. Onun iki
ucaboy oğlu banderçilərə, almanlara işləyən faşist-partizan
qruplaşmasına qoşulmuşdu. Lakin bu hissiyyatsız və qaş-qabaqlı
adam valideynlərimə ürəkdən bağlanmışdı və onlardan çətinliklə
ayrılmışdı. “İnsanda nələrin gizləndiyini heç zaman bilə
bilməzsən”, - anam fikirli-fikirli deyir və gözləri yaşla dolur.
АЛАТОРАН № 15, YANVAR 2010
20


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə