Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   6   7   8   9   10   11   12   13   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
19
Çox illər sonra Nyu-Yorkun elitar axşam məclisində
bir qadın öz nağılyana uşaqlığı haqqında mənə danışdı. Onun
atası Asiya ölkələrinin birində yüksək vəzifəli diplomat
olmuşdu, o burda təmtəraqlı rahatlıqda, xidmətçilərin
əhatəsində, qoca kişilərin incə diqqəti altında yaşamışdı...
Təəccüblü deyil ki, o sonra, on üç yaşında bütün bunlarla
vidalaşanda özünü cənnətdən qovulmuş kimi hiss etdiyini və o
vaxtdan ümidsizcə geriyə yol axtardığını dedi.
Təəccüblü deyil. Təəccüblü odur ki, biz nələrdən
özümüzə cənnət düzəldirik. Ona dedim ki, Krakovun
ucqarlarında böyümüşəm, üç kiçik otağımız olub (burda
məndən başqa daha dörd nəfər yaşayırdı), yaşamaq üçün
gündəlik mübarizə, mübahisələr və tutqun siyasi proqnozlar
mühiti, müharibənin çox da uzaqda olmayan acı xatirələri...
Lakin bütün bunlarla vidalaşmağa gələndə, mən də özümü
Edemin xoşbəxt, təhlükəsiz sərhədlərindən qovulmuş kimi hiss
etmişəm.
Yataqda uzanıb tavanda titrəşən kölgələrə baxıram –
yoldan keçən maşınlardan düşən işıqlar, yüngülcə yellənən
pərdələrdən keçərək, kölgələr yaradır. Yuxuya getməmək üçün
çox çalışıram. Ayıqlıq o qədər xoşdur ki, şüurun sönməsi anını
uzatmaq istəyirəm. Üstümə əllə tikilmiş mələfəyə keçirilən,
ördək tükündən ədyal ötmüşəm. Bir az aralıda bacımın nənnisi
qoyulub. O biri, “birinci” otaqdan valideynlərimin nəfəsi
eşidilir. Bir-birini əvəzləyən kənd qadınlarından olan xidmətçi
mətbəxdə yatır. Bütün bunlar Krakovda, 1949-cu ildə baş verir:
dörd yaşım var və hələ bilmirəm ki, mənim sakit xoşbəxtliyim
müharibənin viran qoyduğu, atamın bizim üçün yaşayış
minimumundan azca çox ət və şəkər qazanmaqdan ötrü
müxtəlif maxinasiyalara əl atdığı ölkədə özünə yer tapıb. Yalnız
onu bilirəm ki, mənə bir bütöv dünya kimi görünən öz
otağımdayam və rahatlıq hiss etmək üçün mənə tavandakı
kölgələr tamamilə kifayət edir, çünki... çünki mən yatmıram,
çünki dünyanın mövcudluğunu qəlbimlə hiss edirəm. Bəzən
bizdən bir neçə kvartal uzaqlıqdan keçən tramvayın fit səsini
eşidirəm və bu səs mənə daha çox dinclik gətirir. Mən
tramvayda getməyi xoşlayıram, bu enerjili, lakin çox da sürətli
olmayan yelləncəyi sevirəm, çarpayıda uzanaraq tramvayın
keçdiyi küçəni təsəvvür etmək xoşdur; öz-özümə təkrarlayıram
ki, mən Krakovdayam – mənim üçün eyni zamanda həm ev,
həm də kainat olan Krakovda. Sabah anamla gəzməyə
gedəcəyəm və öyrənəcəyəm ki, yaşadığımız Böyük Kazimir
küçəsindən Krısyanın yaşadığı Ujendniçu küçəsinə necə
getmək olar – biz onlara qonaq gedəcəyik; və bu gəzintinin
gözləntisi, tanış, eyni zamanda özündə sürprizlər gizlədən yerlər
haqqında düşünmək qəlbimi sevinclə doldurur.
Obrazlar və səslər yavaş-yavaş geri çəkilir, onları ifadə
etdiyin sözlər bir-birinə qarışır və mən gözəl yuxulama
prosesini mümkün oluncaya qədər dərk edirəm. Başqa hala
keçməyi hiss etmək də - xoşbəxtlikdir.
Aydın, günəşli bir gündür, anam xəmir yoğurur –
yaxud ola bilsin, sviterimin qollarındakı deşiyi yamayır, - və
birdən səssizcə ağlamağa başlayır. “Bu gün onun ölüm günüdür,
- anam mənə mərhəmətlə baxaraq deyir, - sanki mənim üçün
də kədərlənirmiş. – Mən hər zaman onun haqqında
düşünürəm”.
Mən bilirəm ki, “o” kimdir, - və mənə elə gəlir ki,
həmişə bunu bilmişəm. Anamın, müharibə zamanı öldürülən
kiçik bacısı. Anamın ailə üzvlərinin hamısı həlak olmuşdu –
anası, atası, bibiləri, əmisi qızları, dayısı oğlanları, hər kəs.
Lakin məhz kiçik bacısının ölümü onu bərk ağrıdır. O, çox gənc
idi, on səkkiz-on doqquz yaşı olardı, “o hələ yaşamağa
başlamamışdı”, anam deyir, “və dəhşətli şəkildə həlak oldu”.
Bir adam onun qaz kamerasına necə göndərildiyini görmüşdü,
- o, özünə qəbir qazanların arasındaydı, ölməmişdən qabaq
saçları ağappaq ağarmışdı. Mənə elə gəlir ki, bütün bunlar
nağıldır, Qrimm qardaşlarının nağıllarından da qorxunc. Lakin
bu həqiqətdir. Həqiqətdirmi? Məsələn, Krakov tramvayında
olduğu kimi, bu hadisəni sübut edən əşyayi-dəlil yoxdur. Bəlkə
də bu, həqiqətdə baş verməyib, bəlkə də bu hadisə tarixdir və
onu başqa cür danışmaq, dəyişmək də olar. Nə olur-olsun, o
insan, hadisənin yeganə şahididir. O, yanıla da bilərdi. Bəlkə
də, anamın bacısını kiminləsə səhv salıb. Mən özümçün qərara
alıram ki, böyüyəndən sonra bütün dünyanı eninə-uzununa
gəzib, itkin düşmüş xalamı tapacağam. Bəlkə də o, sağ qalıb və
mənim adımı eşitdiyim yerlərdən birinə gedib, məsələn, Nyu-
Yorka yaxud Venesuelaya. Bəlkə də, mən onu tapıb anama
gətirəcəyəm və onun kədərini yüngülləşdirəcəyəm. 
Mənim atam ucaboy olmayıb, amma möhkəm bədənli
olub; əlbəttə ki, o mənə nəhəng görünürdü; gəncliyində onun
haqqında deyərmişlər ki, “öküz kimi güclüdür”. Sonralar
eşitdim ki o, həyatında ilk dəfə mən doğulanda ağlayıb. Bəli,
mənim həyatım da ölümün pəncəsindən qoparılıb; müharibə
qurtardıqdan iki ay sonra dünyaya gəlmişəm. Doğuşa az qalmış
valideynlərim, Rusiyaya peşkəş edilmiş Lvovdan, yaxın və
böyük polyak şəhəri Krakova köçdülər. Onlar Krakova, öz
evlərindən məhrum olsalar belə, vətənlərində yaşamaq istəyən
və buna görə də sərhəddi tezliklə keçməyə can atan qaçqınlarla
birlikdə, kartof kisələri ilə dolu yük maşınında gediblər. Ona
görə də, bütün əzab-əziyyətlərdən sonra, mən təhlükəsiz
şəraitdə dünyaya göz açdıqda, - müharibənin dəhşətlərindən
sonra normal həyata qayıtmış şəhər xəstəxanasında, - hər
şeydən öncə yeni başlanğıcın, yeni həyatın mücəssəməsi, rəmzi
idim, valideynlərim isə hər şeyi yenidən başlamağı, yeni həyat
qurmağı elə arzulayırdılar ki...
Böyük Kazimir küçəsindəki 79 nömrəli ev şəhərin
kənarında yerləşir, burda şəhər binaları kiçik kənd evləri ilə,
bağçalarla əvəzlənir. Evimiz kimi, özümüz də orta sinfin şəffaf
sərhədindəyik, suda-quruda yaşayanlar kimi aralıq
vəziyyətindəyik. Bu, valideynlərimi tamamilə təmin edir. Onlar
sinif müxtəlifliyinin nüanslarını gözəl bilirlər, amma işlərin belə
hal alması onları sındırmır. Müharibədən sonrakı Polşanın
ölçülərinə görə onlar çox şeyə nail olmuşdular və öz həyatlarını
yaxşılaşdırmağa qızğınlıqla davam edirdilər. Mənim atam fərdi
işbazlığı – qoy, lap qeyri-qanuni olsun, - gündəlik monoton
əməyi üstün tuturdu. Onun “İmport-eksport” mağazasında
daimi yeri var, lakin onun ağlı və enerjisi qazanc əldə etməyin
tamamilə riskli üsullarına: qadağan olunmuş dollarların
alınmasına, Şərqi Almaniyadan qanunsuz yolla gümüşlərin
gətirilməsinə yönəlib. O, oyun, daha dəqiq desək, Polşa
həyatının əsas hissəsini təşkil edən Oyunu oynayanlardan
biridir. Oyunun məqsədi sistemə kələk gəlməkdir. Bu sistemin
özünə insanların münasibətini nəzərə alsaq, oyun – şərəfli, riskli
və kobuddur. Hər kəs – hamı bu oyunu bilir, - bu və ya digər


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə