Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   14   15   16   17   18   19   20   21   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
29
Serb dostum Alex üçün
kəs damarlarını alex
doğra 
mənim sevgilim bizim avaralandığımız
bu böyük şəhərdən 
çox uzaqdadır indi eləcədə səninki
mən döndükdən sonra 
biz avqust ayına
bakıya
sperm qoxlatdıracayıq
bizim şəhər mən döndükdən sonra
otuz gün ərzində sperm iyi verəcək
kəs damarlarını alex
doğra
sən nişdə
öz doğma şəhərində
sevgilinlə sevişib
üçüncü prezervativi
büküb atdığın zaman
mən yad olduğum bakının bulvarında 
polisə üç manat verəcəm
sevgilimlə öpüşdüyümə görə
kəs damarlarını alex
doğra
mən azadlıq haqqında 
sənə saatlarca danışaram başın ağrıyar
litrlərlə şərabı son damlasına qədər içə içə
amma bil ki
mən ömrümdə heç yüz qram da 
“azadlıq şərabı” içməmişəm
kəs damarlarını alex
doğra
istanbulun arxa küçələri 
qan iyisi versin
burda gündə beş dəfə
axirət haqqında tanrının mesajı
oxunur insanlara minlərcə məsciddən 
eyni vaxtda azan səsi azan səsi
səni bizim şəhər dəvət edirəm
orda nə allah var, nə din, nə məscid
kəs damarlarını alex
doğra
2 şeir
bir
bu gün dostlarla
briqantina kafesində
xəzər dənizinin kənarındadır bu kafe
taksiylə getdik ora dəniz vağzalının yanında ora kimi iki
manata apardı
quzu ətindən sup içdik
yeddi yüz əlli qramlıq nemiroff arağını dörd nəfərə içdik
balaca kabinədə oturmuşduq
pəncərəni açanda dəniz görsənirdi
qaranlıq düşürdü
arada qağayılar gözə dəyirdi
hə bir də yaxşıca nar şirəsi vardı
çox dadlıydı
xeyli danışdıq
həmid herisçi cavanlığından 
bakıda erməni qızlarından danışdı
şeiri oxudu
sonra taksiyə dağılışdıq evimizə
Elmin Həsənli


iki
getmə bu gecəni qal bizimlə dediniz kədərli kədərli
narıncı gödəkçəmi geyinib narıncı papağımı taxıb çıxdım
evdən 
kədərli yağış yağırdı və kədərli külək vardı
kədərli kədərli qaranlıq düşürdü
yolda qabağımı iki quldur kəsib
bıçaq çıxarıb pulumu istəsə onlara verəcək bir beşliyim var
şükür allaha
-deyə düşünə düşünə
kədərli küçəylə metroya sarı getdim
gedə bilmədim zəng edib dedim ki küçə kədərlidir
qayıtdım kədərli kədərli 
kələm dolması, coca-cola və araq
balanslı siyasətimizə sadiq qalaraq...
xoşbəxtlik haqqında şeir
səkkiz yaşım olanda
səni küləklər gətirəcək sanırdım
küləklər toz-torpaq gətirdi
adamın gözünü kor edən toz-torpaq...
küləklər ara vermədən 
hər gün
hər gün
hər gün qaranlığı gətirdi
qaranlıq darıxdırıcı bir kədəri...
ağacları kəsdik ki,
küləklər dayansın
küləklər dayanmadı
səni bu dağların arxasında sanırdım
orda
başqa kəndlər 
o kəndlərdə qarımış arvadlar,
iyirmi beş yaşındaykən
on beş yaşında ərə verilmiş və bir neçə ilə
on bir uşaq doğan qızlar...
mən elə bilirdim
o kəndlərin arxasında
böyük şəhərlər var
sən ordasan,
sonra bildim “ərbabı- yalnızları udan şəhərlər”
uzaqdaymış...
sən heç orda da yox idin...
səni qarnını qaşıyan kişi kimi uzanmış o ağacdan yoxsun
dağın döşündə tək qalmış 
daxmadasan sandım..
o ev arvadını atıb 
yad adamların vətəninə getmiş
bığları siqaretdən saralmış 
ramiz kişinin eviymiş...
o evdə ramiz kişinin qırx yaşlı arvadı 6 uşağı ilə
5 qoyunu ilə tək idi...
uşaqlarının yarısı atalarını xatırlamırdılar
bu kənddə uşaqların çoxsu 
atalarını xatırlamırdılar..
amma ataları qayıdanda
onlara maşın alacaqdı
gəlincik alacaqdı...
səni kəndimizin məscidindəsən sanırdım
bir gün uşaqlara qoşulub
getdim ora
adamlar əllərində zəncir
özlərini döyürdülər
qışqırırdılar
qara bağlıyırdılar qollarına
üç gün sonra tək getdiyimdə
heç kim yox idi...
pəncərəsindən boylandım
anladım ki, bu məscid allahın
unutduğu evidir..
içərini hörümçəklərə buraxmışdılar...
səni ağ-qara 
televizorumuzun icindəsən sanırdım
müharibədən bəhs edən 
filmlər vardı
mən bilirdim ki
bu küləkli 
tozlu-torpaqlı, yalnız kənddə
heç vaxt müharibə olmayacaq...
heç vaxt bombardman etməyəcəklər bu kəndi
bu yalnızlığı pozmayacaqlar...
mən bilirdim ki
sən o bombaların arxasında da 
olmayacaqsan...
adamlar sənin uğrunda müharibələr edirdilər...
səni axtarırdılar
amma mən elə sanırdım
sən çox da uzaqda deyilsən
yaxındasan bəlkə də
məsələn buludların üstündə
bir azdan yağış kimi
yağacaqsan
damımızın üstündə çıxıb səni 
qucaqlıyacam..
əllərimi açacam göylərə...
əllərimi açacam göylərə...
əllərimi açacam sənə..
АЛАТОРАН № 15, YANVAR 2010
30


АЛАТОРАН № 15, YANVAR 2010
31
Kəşf
( h e k a y ə )
Salman divanda uzanıb telefonundakı köhnə mesajları
oxuyurdu. Evdə heç kim yox idi. Televizor açıq idi. Amma
baxmırdı. Bütün mesajları oxuyub hamısını birdən işarələyib
sildi. Durub paltarını dəyişdi. Televizoru, qazı, işığı söndürdü.
Qaz məsələsində xüsusilə diqqətliydi. Bu qış şəhərdə 5-6 binada
partlayış olmuşdu. Salman belə məsələlərdə yaman ehtiyatlı idi.
Bərk-bərk geyinib evdən çıxdı. Uzaqdan bir-iki nəfər görsənirdi.
Hamı donmamaq üçün evinə tələsirdi Gülbala kişi həmişəki kimi
həyətdə göyərçinləri ilə məşğul idi. Hava  yaman soyumuşdu.
Vedrənin içində od qalamışdı. Özü də oturmuşdu odun qırağında,
aradabir quşlara dən atırdı. Salman addımlarını yavaşlatdı ki,
Gülbala kişi ilə göz-gözə gəlsinlər, ona salam versin. Yoxsa
sonra yapışacaq adamın yaxısından, mənə niyə salam vermirsən?
-Salam, müəllim! Necəsiniz? 
-Əleyküm- salam, oğlum, əleyküm-salam. Yaxşıyam,
çox sağ ol sən necəsən, qalın geyin soyuqdu.
Salman başıyla cavab verib addımlarını itilətdi. Dükana
iyirmi qəpik verib, iki dənə Kent-4 siqareti aldı. Birini
dayanacağa qədər çəkib qurtardı. Telefonu söndürdü. İyirmi
dəqiqədən sonra avtobus gəldi. Ağzınacan dolmuşdu. Bir təhər
qapıdan içəri keçib dayandı. Düz qabağında Salmandan 2-3 yaş
böyük olan bir oğlan dayanmışdı. Bir az saqqallıydı. Sifətindən
çox əsəbi adama oxşayırdı. Salmana elə gəldi ki, indicə bu oğlan
onu avtobusdan aşağı salıb eşşək sudan gələnə kimi döyəcək.
Ona görə də onun üzünə çox baxmadı. Bilirdi ki, belə adamların
üzünə baxanda onların xoşuna gəlmir. Sol tərəfində bir qadın
dayanmışdı. Üzünü görmək olmurdu. Amma hardasa 30-35
yaşlarında olardı. Salman sağ əli ilə bir təhər tutacaqdan tut-
muşdu. Amma sol əlini elə sıxmışdılar ki, gedib o qadının arxas-
ına sıxılmışdı. Bayaqdan sol əlinin harada olmasında xəbərsiz
idi. Görəndə ki, əli bu qadının arxasına toxunur, əlini bir təhər
ordan çıxarıb avtobusun tavananına sıxdı. Qorxurdu ki, indicə o
qadın hay-küy salacaq, elə biləcək bunu qəsdən edir. Belə arvad-
ların hay-küyü çox təhlükəlidir. Bütün avtobus düşəcək sənin
üstünə. Kimə sübüt edəcəksən ki, bilə-bilə etməmisən. 
Bir təhər gəlib şəhərə çatdı. Bu avotbusdan düşüb
mərkəzə gedən avtobusa mindi. Mərkəzə gedən avtobuslarda bu
vaxtı adam az olur. Salman pəncərənin kənarında oturdu. Bütün
yol boyu alnını pəncərəyə qoyub yola baxırdı. Adamlar ora-bura
qaçır, kimisi işdən çıxıb evinə gedir, kimisi bəlkə də indi işə
gedir. Salman öz yaşıdları olan qızlara, oğlanlara baxırdı.
Küçələrdə dəstə-dəstə qızlar, oğlanlar gəzişirdilər. Əl-ələ tutub
gedən sevgili görəndə  dəhşətli dərəcədə pis olurdu. İçinə bir
narahatçılıq çökürdü. Ürəyi bərk döyünməyə başlayırdı.
Düşünürdü ki, o heç cürə tək qala bilməz. Bu ayrılığa onsuz da
çox dözə bilməyəcək.
Mərkəzi Univermağın yaxınlığında avtobusdan düşdü.
Cibindəki tək siqareti çıxarıb yandırdı. Şəhərin burası küləkli idi.
Siqaret çəkə-çəkə mərkəzi küçəyə tərəf düşdü. Yanında əl-ələ tut-
muş, qol-boyun olan sevgili keçəndə elə bil onun başına qaynar
su tökürdülər. Haldan düşürdü. Daha yeriyə bilmirdi. Tez hardasa
uzanmaq istəyirdi. Daxili İşlər Nazirliyinin binasının yanında
keçəndə orda dayanmış əsgərlə baxışları toqquşdu. Bir az rahat-
laşdı. Hər şeyi unutdu bir anlıq. Keçidə düşmədi. Əsəbi olanda
mədəni adam kimi davranmaqdan zəhləsi gedirdi. Avtobusda
qadınlara yer də vermirdi. Siqaret çəkib yerə atırdı. Sanki bu
yolla əsəblərini soyudurdu. Univermağın yanında keçib Nizami
küçəsinə tərəf addımladı. Araz kinoteatrıyla üzbəüzdəki səkidə
bir qızla oğlan qucaqlaşıb durmuşdular. Salman kafeyə tərəf
çöndü. Orda da pəncərənin yanındakı masada bir qızla oğlan
oturmuşdular. Kofe içirdilər. Oğlan qızın əlindən tutmuşdu.
Qızsa o biri əlində telefonu qurdalayırdı. 
Salman şarfını açıb yenidən bağladı, boynuna daha
bərk sarıdı. Nizami küçəsində adam həmişəkindən daha az idi.
Bu əvvəlcə Salmanın xoşuna gəldi. Skamyaların o birində
oturdu. Hiss etdi ki, darıxır. İstədi telefonu yandırıb kiməsə zəng
vursun. Sonra fikrindən vaz keçdi. Gəzə-gəzə gəlib Underground
adlı kafeyə çatdı. İçəri düşdü. Kafedə adam yaman çox idi. Çöldə
hava soyuq olduğundan hamı gəlib burda çay, kofe içə-içə söhbət
edirdilr, “blutuzlaşırdılar”. Bu kafe Salmanın həmişə gəldiyi yer
idi. Ancaq bura heç vaxt tək gəlməmişdi. İndi özünü daha sərbəst
hiss edirdi. Oturub bir çay sifariş verdi. Eşitmişdi ki, yemək in-
sanı depressiyadan çıxarır. Ofisiant qızı çağırıb şaurma da istədi.
Sağdakı masada 4 qız oturmuşdu. Bərkdən danışıb gülürdülər.
Salman heç onlara fikir vermirdi. Soldakı masada isə bir qızla
oğlan oturmuşdu. Oğlan qızı qucaqlamışdı. Arada bir dodağından
öpürdü. Salman onlara baxmaya bilmirdi. Həm də çox baxmaq-
dan xoşu gəlmirdi. Bilirdi ki, bu yaxşı hərəkət deyil. Amma
gözünü ordan çəkə bilmirdi. Oğlan arada bir əlini atıb qızın
döşlərini sıxırdı. Qız əliylə onu itələsə də görünürdü ki, bu
xoşuna gəlir. Qız arada oğlanın qulağına nəsə demək üçün əy-
ilirdi, qulağından dişləyirdi. Salman tez ayağa qalxdı. Hesabı
ödəyib kafedən çıxdı. Çox pis olmuşdu. Düşündü ki, belə olmaz.
Mümkün deyil. Daha yaşa bilməz. Daha bu həyat ona dardı. Bu
küçələr, bu insanlar, bu şəhər onu çox darıxdıracaq. İndi onun
itirəcəyi bir şeyi yoxdur. 10 qəpik çıxarıb bir siqaret aldı.
Küçəylə düz yuxarı qalxdı. 
Yadındaydı ki, bu küçənin başında hələ tikilməkdə olan
bir bina var. İndi gecdir, yəqin fəhlələr də getmiş olar. Salman
qəti qərara gəlmişdi. Onu heç kim durdura bilməz. Özünü altıncı-
yeddinci mərtəbələrin birindəm aşağı buraxsa bəs edər. Çilik-
çilik olar. Ordan aşağı gəlmək 2-3 saniyə çəkər. 3 saniyəlik əzaba
dözmək o qədər də çətin deyil. Sonra hər şey bitəcək. Heç bir
dərdi olmayacaqdı. Heç kim onu narahat etməyəcəkdi. Binadan
özünü atmaq Salmanı ən çox cəlb edən intihar növü idi. Hər
kəsin beynində bir intihar ssenarisi olur. Salmanınkı məhz bu idi.
İndi ssenarini reallaşdırmaq zamanı idi. Heç kimə görə depres-
siyaya düşməyəcəkdi. Binanın yanına çatdı. Yuxarı baxdı,
mərtəbələri saydı. 10 mərtəbə tikilmişdi. Bina hasara alınmışdı.
Üstünə “müvəqqəti narahatçılığa görə üzr istəyirik” yazılmışdı.
Hava artıq qaranlıqlaşırdı. Salman binanı fırlandı. Arxa tərəfdən
içəri girməyə yer var idi. Mərtəbələri qalxmağa başladı. Üçüncü
mərtəbəyə çatanda onun qabağını bir kişi kəsdi. Əlində fanar var
idi.
- Nə lazımdı?
- Heeeeç... Elşad burda işləyir?
- Bilmirəm. Fəhlələr gedib. İndi burda heç kim yoxdu.
Sabah gələrsən. 
Salman aşağıya düşdü. Küçəyə çıxıb, dayanacağa tərəf
getdi. Çatan kimi avtobus gəldi. Oturub evə qayıtdı.
Yolda Salman indiyə kimi heç vaxt fərqində olmadığı
bir şey kəşf etdi: Axşamlar şəhər nə gözəl görünürmüş, İlahi!


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə