Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   16   17   18   19   20   21   22   23   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
34
Köçgünlər
İzin verilmədiyi 
bir şəkildə öpdüm səni
keçən gecə yuxumda.
Yoxa çıxdın: sehirlə deyil
geometrik olaraq,
bir zeytun ağacının
gümüş-qəhvərəngi sümükləri arasından.
Mənə uzanan əlində
bir portağal vardı
və saymazyana atdın qucağıma.
Burax batsın
Girnənin qanlı dənizində günəş.
Gözlərin daha da qonurlaşdı,
Yoxa çıxdı bir nostalji mənzərəsində.
Doğum yerim deyilsə belə
işğal altında bir ölkədir anılarım.
Yoxdur indiki zamandan başqa bir yuvam.
Geriyə baxmamalıyız artıq.
Öpüşdüyümüzü xəyal etdim keçən gecə.
Duzlu dadı dedi ki,
“Eurydice, Aralıq dənizi səni götürüb
fırlada bilər bir başqa sahilə
bir mürəkkəbböcəyi leşi kimi.’
Geriyə baxma.
Oyanmaq sürgün edər
yenidən bizi.
Unudulmuş Şarkılar
Bir bütöv deyiləm
sökülüb geridə qaldı
bəzi parçalarım.
Xeyir, qəlbim deyil
ondan daha artıq - dilim.
Gerisi? Sənə sunaram gerisini.
Səndəlini yaxına çək
və sədaqətsizliyimin süfrəsində
məni ye.
Anılarımın hasarları əhatə edər
uşaqlığımın taclandırıldığı
və başıboş uşaqların
yasəmən boyunbağılar satdığı
dolama arxa küçələri.
Ulduzlarla işlənən palma ağacını
göz önünə çəxarar bir ikindi.
İndi taxtsızam
və insanlarıyla birlikdə
o yerləri də kiçiltdi
bir sıcaqlıq kəfəni.
Başa düşmürəm
necə olmalı olduğumu.
Fiziki qurluşum haqqında belə 
bir fikrim qalmadı.
Yaralarıma toxunma
yuxulu səssizliyiylə məni oxşayan
günorta sonrasının dərisini soyma.
Elm yenidən icad edər məni
bir qadın yaratsan əgər
qürur duyduğum canavarın içindən.
Yanlış tarixdir bunların hamısı
gözləri yoxdur anılarımızın
ya da qaranlıqda böyüyürlər
kartof kimi.
Unudulmuş mahnılar yayılır içimizə:
gecənin içinə kanar mimozanın qoxusu.
Bütöv deyiliz biz
qoparılıb geridə qalır
bəzi parçalarımız.
Ürəksiz, cəsarətsiz, ruhsuz
bic adamlarıq biz hamımız.


Dalmaq
Qayıqdan sərin, təmiz sulara dalmaq,
Tanrısal dəniz rahatlığı,
maviliyin içindən çəkilmiş mutluluq,
o qədər arı və müthiş:
bəsit.
Mümkünmü başqa türlü olması?
Ya da nədən daha fərqli olmalı?
Sahilə həbs edilmiş o biri dəniz qızının.
O anda ( o biricik anda )
yalnızca üzmək istərəm
üzmək, qayıqdan uzaqlara
dağların qucağından o tərəfdə
üfüqün içinə doğru
göy üzündən dənizə doğru üzmək.
Çağrmaısını gözlərəm gecələr bir cadının
satmaya razı olması üçün
ayaqlarımı quyruğa
umudumu qanadlara döndərəcək
acı, günahkar bir gramı.
Geridə buraxmaq quru toprağı
xarabalarını, kənar məhəllələrini
və imarətlərini keçmişin,
gələcək üçün verilmiş bütün sözləri
və xəyalət sarayları,
o birisinə üzmək bütün bunların
üzmək maviliyin içindən gələn
mutluluğa doğru.
yumurta : qaya : duz : şəhər
İlk öncə gözlərini yum: əlini uzat
ovucun yuva olsun
qüsursuz bir yumurtaya.
Qırılqan ağırlığını duyumsa
gözləmənin.
Boş bir sahildə yürüyürsən indi
göz qamaşdırıcı bir günəşlə ağaran.
Çılgın və öfkəli bir vurğunluqla
dənizin özünü qayalara sovurduğu
uzaq bir ucda
üzərinə uzanırsan
isti, sərt bir sahilin.
Marçıltısını dinlə dənizin
başının üzərində halqalar cızan
əcaib genişlikdə
çığırtılarını dinlə qağayıların.
Duz bir şəhər:
binalar, qaldırımlar, qübbələr, bürclər,
hasarların süt-bəyaz divarları,
hamısı da yarı-şəffaf duz kərpicindən.
Çəkingən gözləriylə insanlar,
yataqları, ocaqları,
əkməkləri, nəfəsləri,
ürəkləri həp duz.
Onların Lutudur bu – onun 
nostaljik eşinin xəyali qızlarından
gəldi soyları.
Yabancılardan birisini öp,
duzdan bir öpüş:
yada salmaq kimi hamısı da.
Nəhəng, boş bir oda
qüllə blokunun ən üstlərində,
boş və tərk edilmiş,
itiriş ve lüks kimi boş.
Bir oyun kimi yatırılmış
şəhər önünüzə.
Necə oynarsınız onu?
Necə olardı gözlərinizi açdığınızda
keçmişin silindiyini görmək,
otaqda tək başınıza özünüzlə?
Doğan nədir
yumurta əlinizdə çatladığında?
Türkçesi: Zeki Ali 
(uyğunlaşdıran: r.q.)
АЛАТОРАН № 15, YANVAR 2010
35


АЛАТОРАН № 15, YANVAR 2010
36
M
isionesdə hərarətli və füsunkar bir gündür.
Təbiət göz oxşayır .Günəşli və sakit atmos-
ferdə ata da təbiət  gözəlliyindən həzz alır.
“ Ehtiyatlı ol, oğlum”,- o sözünü yekunlaşdıraraq oğluna
son məsləhətini verir və oğlu da atasını diqqətlə dinləyir.
“Oldu, ata”- oğlu tüfəngi götürüb , patronları ciblərinə
yığaraq cavab verir. 
“Lança kimi qayıt,”- ata əlavə edir.
“Yaxşı , ata,”- oğlu cavab verir.
O tüfəng əlində atasına gülümsünür, öpüşüb görüşür və
yola düşür . Atası oğlunun ardınca baxır, sonra o günü görəcəyi
işi davam etdirir, oğlundan qürur duyur həm də. O başa düşür
ki, oğlu uşaqlıq dövrünü başa vurduğundan , hər cür təhlükədən
qorunmağın  çəmini bilir, tüfəng atıb, ov ovlamağı da bacarır.
Onun on üç yaşı var, ancaq o yaşından çox ucaboylu
görünür. Təmiz mavi gözləri ,uşaq sadılövhlüyü və təəc-
cüblülüyü  isə onun xeyli gənc olduğundan xəbər verir.Ata gənc
oğlunun yaşına görə çox irəli getdiyini, yəni çoxbilmişliyini
başından keçirərək , gözlərini gördüyü işdən ayırmadan işinə
davam edir.
Oğlan indi qırmrzı yolu keçmişdir və meşənin quşların
çox olduğu hissəsinə tərəf irəliləyir. Meşədə xəzli ayı ovlamaq
üçün onun kiçik oğlundan bir az da hövsələli olmaq lazımdır
ki, buna nail olasan.
O, meşənin izolə olunmuş sahəsini keçəndən sonra ,
bataqlıqdan xeyli uzaqdakı kaktus ağacları olan yerə qədər
gedəcəkdi, göyərçinləri , tikanları , yaxud dostu Johnun bir
neçə gün əvvəl bu yerlərdə ilk dəfə görmüş olduğu bir cüt vağı
da axtaracaqdı.
İndi tənha qalmış ata iki oğlunun ov həvəslərini
gözünün qarşısına gətirərək azacıq gülümsünür.Bəzən onlar
ancaq yacutoro ya da çox balaca surucua quşu vurub geri
qayıdırlar, bu silahları- doqquz millimetrlik tapançanı, bir də
on alti kalibrli St. Etienne silahını, ağ –qara barıtı və s. ona
təpədəki kiçik daxmada  bir vaxt John vermişdi.
Onun da həyatı belə keçmişdi . On üç yaşından silahı
vardı. Oğlu da indi həmin yaşdaydı , ata bunu yadına salıb
qımışır. Arvadını itirmiş və anasız oğul böyütmüş ata üçün bu
heç də asan deyildir. Çətinlik həmişə insanın yol yoldaşıdır,
ancaq hər şey adamın özündən asılıdır.Gözünün nuru da get-
gedə azalır, qarabasmalar onu arabir girinc edir, ov qurşağını
tarazlayarkən oğlunun emalatxanasında gülləni çəkiclə döyə-
clədiyini də görür. 
O, qəflətən çox da uzaq olmayan məsafədən güllə səsi
eşidir .
“St.Etienne silahıdır “, - səsi tanıyır,-“Meşədə daha iki
göyərçin azaldı.”
Bu olaya rəğmən ata öz işinə davam edir .
Günəş artıq çoxdan çıxıb , şəfəqləri artmaqdadır. Baxsan
görərsən ki, qayalarda , torpaqda , ağaclarda, havada elə bil soba
yanır , hərarətin çoxluğu  sanki hər şeyi yırğalayır.
Ata saatına baxır , artıq günortadır . Başını qaldırıb
meşəyə tərəf baxır . Oğlu gərək indiyə qayıtmış olaydı . Onlar-
ata və on üç yaşlı oğlu – bir-birinə məbədə inanan kimi inanırlar
və heç vaxt bir-birini aldatmırlar.
Oğlu—“yaxşı, ata”- deyə onu arxayınlaşdırmışdı, əl-
bəttə  sözünü xatırlayacaq , o dedi ki, saat on iki olmamış qayı-
dacaq və elə onda da ata gülümsünmüşdü.
Oğlu isə hələ qayıtmamışdır. Birdən o başa düşür ki,
artıq üç saat olar ki, güllə səsi eşidib, bu da çoxdan olub. Ata
Horacio  Quiroga
1878-1937
Terror və facilərdən bəhs edən hekayələri ilə məşhur olan Horacio Quiroganın bütün həyatı xəstəlik və
bədbəxtlik içində keçmişdir.Atasının çox erkən yaşlarında atışmada güllə ilə vurulması və faciəli ölümü, daha
sonra atalığının intiharı onu sarsıtdı və bu ona çox pis təsir etdi. Horasio Quiroga içkiyə qurşanarkən böyük
narahatlıqlar içindəydi və müəllimlik fəaliyyətinə də onda başladı.
Bir gün qayıqda içgili silahını silib təmizləyərkən təsadüfi açılan güllə ilə dostunu öldürdü. Dərd ona üstün
gəldi və Buenos-Airesi tərk edərək, Şimali Argentinanın vəhşi regionlarına üz tutdu. 
Horasio Quiroga çox sadə bir həyat keçirməyin vurğunuydu və qərara aldı ki, Argentinanın uzaq bir
məkanında torpaq  sahəsi alsın, pampıq əksin və o belə də etdi.
O, 1909-cu ildə evləndi və iki uşağı oldu. Çətinliklər davam edirdi , arvadı bütün bunlara dözə bilmədi, iki
uşağını və özünü öldürdü. 
Elə o vaxtdan başlayaraq Horasio Quiroğa öz kiçik hekayələrini çap etdirməyə başladı . Onun ən məşhur YAZIları TALES OF
LOVE , MADNESS, AND DEATH AND EXİLES-dir . 1937-ci ildə o xəstələndi , Buenos-Airesə qayıdıb klinikaların birində tibbi
yoxlamadan keçdi, öyrənəndə ki, xərçəngdi, intihar etdi.
Horasio Quiroganın kiçik hekayələrində Edqar Allan Po nun güclü təsiri hiss edilir , bu kiçik hekayələrdə böyük yığcamlıq vardır
və onun qəhrəmanları çox tez- tez  əqli cəhətdən  qeyri –normal vəziyyətdə və illuziyalarla təsvir olunurlar, bu isə insanın taledən
qaçması kimi görünür.Bu kiçik hekayələr daha çox insanın köməksizliyini və taleyin qəddarlığını bir daha nümayiş etdirir.
N o t e :   B u   H o r a c i o   Q u i r o g a   y a r a d ı c ı l ı ğ ı   i l ə   A z ə r b a y c a n   o x u c u s u n u n   i l k   t a n ı ş l ı ğ ı d ı r .
OĞUL


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə