Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   15   16   17   18   19   20   21   22   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
32
Firudin Allahverdi
firudinallahverdi@gmail.com
Bir dəfə xarici ölkələrin birində öz əcnəbi həmkarıma
Azərbaycan musiqisi barədə danışırdım. Söhbət müxtəlif
bəstəkarlarımızın əsərlərinin audio və video yazıları ilə
müşaiyət olunurdu. Akademik musiqimiz barədə təxmini
təsəvvür yaradandan sonra Azərbaycanın ənənəvi klassik
musiqisi – muğam barədə də danışdım. 1-2 audio yazıya da
qulaq asdıq. 
Üstündən 1-2 ay keçəndən sonra kolleqamdan e-mail
aldım. O, video-paylaşım mərkəzi olan Youtube-da muğam
sözünü axtarmış, tapdığı nəticələrdən birini mənə göndərərək
“əcəbdir, sizdə muğam gör necə populyardırsa, artıq onun par-
odiyaçıları da var” yazmışdı. Göndərdiyi internet keçidinə
baxdım – nə parodiya, nə zad? Canlı korifeylərimizdən biri
kostyum-qalstukla əməlli-başlı dəstgah oxuyurdu… Düşün -
düm, əcəba bu adam niyə bunu parodiya hesab edir?
Sonra başa düşdüm ki, xarici kolleqam muğamı kostyum-
qalstukla oxuyanın parodiyaçı olduğunu düşünübmüş… Anlaşı-
landır. 
Adam mat qalıb ki, adətən iş adamlarının, bank işçilərinin,
siyasətçilərin geyindiyi paltarla necə şərq müdriklərinin –
Füzulinin, Sədinin qəzəllərini oxumaq olar? Öz aramızdır,
həqiqətən də gülməlidir axı…
Bu gün həm ənənəvi [əsl mahiyyətinə görə saray]
musiqimiz olan muğamda, həm də folklor [mahiyyətinə görə
xalq] musiqimiz olan aşıq musiqində geyim problemi var.
Muğamçılar kostyum-qalstukdan, aşıqlarımız 30-cu illər
bolşeviklərinin hərbi paltarlarından əl çəkmirlər.
Bu adamlara nə geyindirməli ki, biabır olmayaq?
Avropa ənənəvi musiqisi – klassik musiqi ifaçıları adədən
frak geyinirlər. Aşıq və xanəndələrə frak geyindirmək indiki
halından daha az gülməli olsa belə, yenə də qeyri-səmimi, mən-
tiqsiz və sonucda məzəli çıxar.
Ənənəvi qədim paltarlar geyindirmək də bu musiqini
muzeyləşdirər və mənim fikrimcə inkişafından saxlayar. Bütün
bunlar bir tərəfə, yenə də qeyri səmimi, məntiqsiz və məzəli
görünər. İstənilən halda qədim paltar geyinmiş adam rol oy-
nayan aktyor təsiri bağışlayır.
Məncə biz oxşar xalqlara baxmalı, onların praktikasından
istifadə etməliyik. Baxaq görək, Türkiyədə, İranda, Pakistanda
və Hindistanda bu məsələ necə həll olunub?
Pakistan və hindistanlı ənənəvi musiqi ifaçılarının geyim
problemi yoxdur, çünki bir cəmiyyət olaraq özlərinin milli pal-
tarları var və musiqiçilər də elə məişətdə geyindikləri paltardan
istifadə edirlər.
Türk və İranlılarda isə zamanında geyim inqilabı gerçək-
ləşdiyindən indi onlar məişətdə Avropada yaranmış paltarlardan
istifadə edirlər.
Bizim muğama ən yaxın musiqi olan İran Ənənəvi
Musiqisi ifaçıları bu məsələnin ən ideal həllini tapıblar; fikri
yayındırmayan paltarlar geyinmək.
İranda muğam ifaçıları adətən saya rəngdə dalğıcı
(vodolazka) və saya, maksimum sadə şalvardan istifadə edirlər
– bunlar həm də seyrcinin diqqətinin yayınmaması üçündür.
Ümumiyyətlə, muğam elə musiqi növüdür ki, dinləyici fikrini
yalnız ifa olunana yönəltməlidir – daha kostyum-qalstukun
qiymətini, harada alındığını düşünməməli və başqa ifaçının pal-
tarı ilə müqayisə etməməlidir. Əks halda muğam da olacaq şou
musiqisi…
Bu arada, başqa ifaçılara nisbətən xaricdə daha çox
tanınan Alim Qasımovun geyiminə fikir verin... Niyə Alim
Qasımovu başqa muğamçılarımızdan daha çox xaricə dəvət
edirlər?  Çünki o, dinləyiciyə təqdim etdiyi musiqinin
mahiyyətinə uyğun geyinir. Alim Qasımov ən azından
görünüşünə görə inandırıcı görünür.
Hələ mən demirəm, muğam oxuyan adam ən azı ərəb-fars
bilməli, bilmirsə belə heç olmasa öz dilində 5-10 kitab oxu-
malıdır. 
Muğam oxuyan, çalan adamın danışığı, işlətdiyi cüm-
lələrin quruluşu bazarda pendir satan vətəndaşdan, “Xəbərlər”
proqramının aparıcısından və siyasətçidən fərqlənməldir.
Amma bizdə pendir satan muğamçı kimi, muğamçı millət vəkili
kimi, millət vəkili isə “Xəbərlər” proqramının aparıcısı kimi
danışır...
Xülasə, hər yerin, hər şeyin öz geyimi var – kostyum-qal-
stukla ya dənizdə üzdün, ya da muğam oxudun – eyni şeydir.
P.S. Ümumiyyətlə, bizim xalqın kostyum-qalstuka yaman meyli
var: bir də görürsən vətəndaş 2 yaşında uşağını götürüb
bulvarda gəzir; özü də kostyum-qalstukda, uşaq da... Bu
adamlar niyə ciddi görünmək istəyirlər ki? Əslində öz
mahiyyətlərinin qeyri-ciddi olduğunu duyduqlarına görəmi
əcəba...?
Muğam və qalstuk


АЛАТОРАН № 15, YANVAR 2010
33
Qaçqın xatirələri: Çamadanlar
Hələ də oyanırsanmı gecələr
və başlayırsanmı siyahı tutmağa
əgər ayrılaramsa yenidən
və sıfırdan başlayaramsa deyə?
Qaçqın yasası:
adam başına bir çamadan,
iki ailə başına 12
not dəftərlərini götürərsən
yoxsa foto şəkillərini?
Ən çox sevdiyin hansı ayaqqabılardır?
Hərəyə bir yaxşı palto götürmək.
Bəlkə İran xalılarından birisi
-amma elə olan qalanı budur.
Nələri xilas edərdin?
Oyandırarmı hələ də səni,
İçindəki o təzadlı kuşatma mentaliteti?
Ani qıtlıqlara qarşı hər şeyi, 
hətta bir anda kəsiləcəyini düşünərək elektirikin,
əski şamları saylamaqla;
bir qaçqının ürəyinə daman:
tək sahib ola biləcəyi
bir çamadan dolusu əşya.
Qalanı nə olursa olsun.
Gerçəkdə sənin olmayan.
Qalanı arxada buraxmaq zorunda olduqların.
Alev Adil türk əsilli Britaniya vətəndaşıdır. 
London Qrinviç Universiteti Kommunikasiya 
və Kreativ Art Departamentinin yönəticisi 
və Beynəlxalq PEN idarə heyətinin üzvüdür.
Alev Adil


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə