Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   24   25   26   27   28   29   30   31   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
50
“Can Azərbaycan”
Kitaba, mən başa düşə bilmədim, ön sözdü, girişdi,
siftədi-nədi, “Vətənim Azərbaycandır!” adlı düz 12 səhifəlik
yazı verilib. Bu yazını oxuyanda bilmirsən Zəlimxan Yaquba
qulaq asırsan, bilmirsən meyxana yarışındasan, yoxsa rəhmətlik
Şirin Zərdablı ilə şirin-şirin söhbət eləyirsən. Yazı başdan-ayağa
yersiz-səbəbsiz gur-gur guruldayır. Hər cümlədə - Zəlimxan
Yaqubun cümlələri kimi - həmcins üzvlər mütləq sadalanır.
Meyxanada olduğu kimi, hər bəndin arxasında cümlələr təkrar-
lanır. Bəs Şirin Zərdablı haradan yada düşür? Çünki, yazının
cümlələri rəhmətliyin prezidentliyə namizəd olanda oxuduğu
platformanın cümlələrinə çox bənzəyir. 12 səhifəlik bu yazının
sonunda isə belə yazılıb: “Yaqub Mahmudlu, əməkdar elm
xadimi, AMEA-nın müxbir üzvü”. Sanki şairin şeirlərinə uğurlu
yol yazıb. Hər halda mən tarix kitabına yazılan bu siftənin jan-
rını dəqiq müəyyən eləyə bilmədim. Yazı, aşağıdakı xırda
başlıqlara bölünüb: “Ulularımızın müqəddəs əmanətidir -
Vətən!” “Namusum, qeyrətimdir - Vətən!” “Dünyanın ən
qədim məmləkətidir Vətənim!” “Bol sərvətli: min nemətli, qızıl
körpü - Azərbaycan!” “Qədim dövlətlər diyarı - Azərbaycan!”
“Vətən üçün yaşayanlar yaşadırlar Vətəni!” “Birlik yox olanda
yox olur Vətən də!” “Dirçəlir Vətən”… Yarımbaşlıqların hər
biri tapança kimi açılan bu sözlərlə qəfil tamamlanır: “Can
Azərbaycan!” Həyatında belə bir tarix dərsliyindən istifadə
eləməyən vətəndaşlar tamarzı qalmasın deyə, Yaqub müəllimin
bu yazısından onlara sürpriz eləmək istəyirəm. Elə ilk cüm-
lələrdən baqşlayaraq ki, 5-ci sinif şagirdinin sentyabr dilxorçu-
luğunu hərə özündə sınasın: “Vətənim Azəraycandır, ulu
babalarımızın bugünkü nəsillərə müqəddəs əmanəti - Azərbay-
can! Atalarımızın hər bir Vətən övladına candan əziz yadigarı -
Azərbaycan! Vətən mənim tərcümeyi-halım, şanlı keçmişim,
bu günüm, sabahım, əbədiyyətimdir”. Bəsinizdimi? Hələ sonra
nələr yazılıb… Nə bilim, Vətən bir əmanətdir, əmanətə xəyanət
eləməyin və s. Və birdən qara seçmə hərflərlə yazır: “And
içirəm Vətən şəhidləri, şəhid babam, atam, anam, qardaşım,
bacım… müqəddəs ruhlarınız qarşısında and içirəm: bizə
əmanət etdiyiniz müqəddəs Vətən torpağını göz bəbəyi kimi
qoruyacağam! Nə qədər canda canım var, sənə sadiq qala-
cağam, müqəddəs Ata yurdum mənim! Yolunda canından
Murad Köhnəqala
“Ata yurdu” - tarix kitabı
“Ana sözü”nə ata sözü” adlı məqaləmi oxuyub vəcdə gəlmiş bir valideyn mənə, 5-ci sinif üçün nəzərdə tutulmuş “Ata
yurdu” adlı tarix kitabını vərəqləyib göstərərək xahiş elədi ki, bu dərs vəsaiti haqda da qeydlərimi yazım. Vətəndaş valideyn elə
birinci andan başladı ki, nə üçün üz qabığının içəri üzündəki və kitabın 3-cü səhifəsindəki Azərbaycan bayrağının şəkilləri stan-
darta uyğun verilməyib.
Baxdım ki, doğrudan da bayraqlardakı ay-ulduz rəsmləri, qəbul olunduğu kimi, bayrağın tən ortasında yox, sol tərəfində
yerləşir. Halbuki, doğrudan da, bayrağın qırmızı zolağı üzərindəki ay-ulduz rəmzi ümumilikdə tən ortada olmalıdır. Şəkili oxu-
cuların xəyalında cızmaq üçün deyirəm ki, kitabdakı bayrağın tən ortasında ulduzu nəzərdə tutduqlarına görə Ay sola çəkilərək
proporsiyanı xeyli pozmuşdur. Vətəndaşın iradını ilk əvvəl qəlbimdə vasvasılıq kimi qəbul etsəm də, diqqət kəsildikdən sonra an-
ladım ki, bu, doğrudan da böyük sayqısızlıqdır. Qeyd olunduğuna görə, kitabın elmi redaktoru əməkdar elm xadimi, AMEA-nın
müxbir üzvü Yaqub Mahmudlu, rəyçilər isə, tarix elmləri doktoru, professor Süleyman Məmmədov, pedqoji elmlər namizədi,
dosent Mübariz Əmirov və Bakı şəhər “Intellekt” liseyinin müəllimi Elmin Imanovdur. Aşağısından yazılıb: “Dərslik metodik
cəhətdən Nərgiz Məmmədova tərəfindən işlənmişdir” (Bakı-2008, Askoliqrafiya).


АЛАТОРАН № 15, YANVAR 2010
51
keçməyə hazıram, Azərbaycan, Azərbaycan! Can Azərbaycan!”
Necədi səninçün? Əsgərlikdəki andiçmə mərasiminə bənzəmir
ki?.. Sonra hər başlıq altında nələr yazır, nələr yazır… Nə bilim,
“şanım-şöhrətim, namusum-qeyrətim, vüqarımsan, qürurumu
səndən alıram, elim-günüm, yurdum-yuvam, bəxtim-taleyim,
gücüm-qüdrətim, arxam-dayağım, əbədi sığınacağım, son
mənzilim, əbədiyyətim Azərbaycan!” Arxasınca yenə: “Can
Azərbaycan!” Təzədən o məsələ yenə başlayır, nə bilim:
“Dünyada hərə öz ölkəsinə bağlıdır, mən də öz ölkəmə - Odlar
yurdu Azərbaycanıma bağlıyam. Yer üzünün ən qədim
mədəniyyət ocağı, Avropanın ən qədim sakinləri (guya biz! -
M.K), Qədimdən də qədim diyarım…” Sonra yenə bir dənə gu-
rultulu: “Can Azərbaycan!” Dayanın, dayanın, hələ qaçmayın,
bu hələ harasıdır. Bezdirəcəm sizi. Niyə maraqlanmırsınız,
görək, uşaqlarımıza dərsliklərdə nə keçirlər? Xeyri yoxdur, bu-
raxmayacağam sizi, xahiş edirəm, öz cəzanızı çəkibən axıra
qədər oxuyun bu yazını! Sonra yazır: “Ulu Tanrı heç nəyi
əsirgəməmişdir mənim Vətənimdən - doğma Azərbaycanım-
dan! Başı qarlı dağları, şəfalı yaylaqları, bağlı-bağatlı, minbir
nemətli vadiləri, bərəkətli düzləri, bol sulu çayları: gölləri,
ovalıqları, sıx meşələri, ormanları, ucsuz-bucaqsız çölləri,
səhralıqları, qışlaqları, gül-çiçəkli çəmənləri, buz bulaqları…
var yurdumun!” Bir az nəfəs alın, arxasını gedəcəyik… Hazır-
mısınız?.. Onda getdik: “Ana torpağımın altı da, üstü də min
cür sərvətlə zəngindir. Dünyaya səs salan neftim, qazım, filiz
yataqlarım, pambığım, taxılım, ipəyim, çayım, meyvə
bağlarım… daha nələrim, nələrim var mənim! Bu bol sərvət,
hər cür nemət anamız Azərbaycana, qədirbilən xalqımıza
ilahidən bəxş olunub. Bəxş olunub ona görə ki, Vətən övladları
heç zaman, heç nəyə möhtac olmasınlar, yadlara əl açmasınlar!”
Axırda yenə: “Müqəddəs ata yurdum - Azərbaycan!” Can Azər-
baycan!” Hər şeyi var, bircə tarix kitabın yoxdur!
“Qara donlu kafirlər”
Sonra müəllif heç bir tarix göstərmədən, heç bir tarixi
mənbəyə istinad etmədən Azərbaycan torpaqlarında tarixən qu-
rulmuş dövlətlərin adını fəxrlə sadalayır. Tarixi düşmənlərimizi
isə “qara donlu kafirlər” adlandırır. Müəllif ermənilərə və qeyri-
müsəlmanlara öz nifrətini daldeyləyə bilmədiyindən “qara
donlu kafirlər” ifadəsini xüsusi qara qrafikada verir. Mətnin
qıraqlarını isə müxtəlif şəkillər bəzəyir. Məsələn, hansısa tarixi
xəritədən kəsilib götürülmüş, üstündə “Şəki xanlığı”, “Quba
xanlığı”, “Təbriz xanlığı”, “Gəncə xanlığı” yazılan bu anlaşıl-
maz şəkillərin ölçüsü kibrit qutusunun yarısı, yaxud komsomola
keçmək üçün tələb olunan fotoşəkil ölçüsündə olar. Bayaqdan
sizə sürpriz eləmək istədiyim məsələnin də üstünə gəldik.
Məsələ ondadır ki, sən demə, Yaqub Mahmudlu həm də şair
imiş. Bəs bayaqdan guruldatdığımız “Can Azərbaycan!”
ifadələri elə-belə yaranmayıb ki!!! Yazının düz 11-ci səhifəsində
belə bir tükürpədici şer parçası da verilib:
“Şaqqalandı, parçalandı Azərbaycan, Öz içindən
parçalanmış Azərbaycan!”
Sonra mötərizə açılıb, arasında yazılıb: Yaqub Mah-
mudlu. Sonra yenə: “Can Azərbaycan!” Bayaq sizin üstünüzə
dirənməyimə baxmayın, artıq mən özüm bıkdım bu yazıdan.
Mən başa düşmürəm, bu tarix kitabıdır, yoxsa deklamasiya kon-
spekti?
Babaların əmanəti,
Balaların xəyanəti
Yaxşı, adlayaq əsas dərs mətnlərinə. Birinci paraqrafın
adı: “Azərbaycan abidələr diyarıdır”. Mətn yenə başlayır
zarıyıb zəhlə tökməyə, nə bilim abidələr tarixin yadigarıdır, ba-
balarımızın qoyub getdiyi müqəddəs əmanət… Axır ki, gəlib
çıxır Azıx mağarası haqda məlumat verməyə. Nəhayət, ilk
təxmini tarixi rəqəm, Azıx adamı 350-400 min il bundan əvvəl
yaşamışdır. Paraqrafın sonu seçmə qara hərflərlə belə qurtarır:
“Ulu torpaqlarımızın xeyli hissəsini düşmənlər müxtəlif vaxt-
larda ələ keçirmişdir. Bu ərazilərdə onlar özlərinə dövlət də qur-
muşlar. Məsələn, hazırkı Ermənistan adlı dövlət də belə
yaranmışdır. Xalqımızın yağı düşmənləri həmin torpaqlarımıza
yiyələnmək, burada ulu babalarımızın izini itirmək üçün bütün
bu abidələri məhv etmişlər. Ulu keçmişimizə, babalarımızın
əmanətinə layiqli varis olmaq üçün həmin abidələr haqqında
məlumatları dərindən öyrənməli, tarixi həqiqəti bilməliyik.
Çünki zaman keçəcək, biz yenidən itirilmiş torpaqlarımızın
sahibi olacağıq!” Bax, beləcə gurultulu sözlərlə mətni başa
vurub və inanırıq ki, mütləq itirilmiş torpaqları atəşkəs yoluyla
geri qaytaracağıq…
Keçi otaran qardaşlar
İkinci paraqraf çox maraqlıdı, dadlıdı, ləzzətlidi,
məzəlidi: “Azıx mağarasının sirri”. Mətnin əvvəlində bu
cümlələr qara seçmə hərflərlə beş misralı şeir kimi verilmişdi:
“Yüz min illərlə hesablanır Azərbaycan torpağında ömür
sürmüş ən qədim insanın - Azıx adamının yaşı!.. Avropanın ən
qədim sakinlərindən, dünyanın ən qədim xalqlarından biridir
mənim xalqım - Azərbaycan xalqı!” Yaxşı, qoy bir-iki kəlmə
də mən deyim. Birincisi, Azərbaycan Asiya qitəsində yerləşir.
Azərbaycan insanı da asiyalı insan tipinə aid olunur. Ikincisi,
“Azərbaycan xalqı” sözü lap bu yaxınların söhbətidir. Yaxşı,
mən bu qədər. Keçək mətnə, görək Azıx mağarasını, əməkdar
elm xadimi Yaqub Mahmudlunun bayaqdan dediyi ulu
xalqımızın hansı ulu arxeoloqu, hansı ulu alimi kəşf etmişdir.
Mən dedim, siz də inandınız… Nə arxeoloq, nə tarixçi, nə ulu
alim?! Azıx mağarasını, sən demə, keçi otaran qardaşlar kəşf
edibmiş. Mətndə deyilir ki, Bəşir və Lətif adlı iki qardaş Füzuli
şəhəri yaxınlığında Kaha dərəsi deyilən qayalıqda keçi
otarırmışlar. Qardaşlar keçiləri buraxıb moruq yığmağa gedirlər.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə