Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   20   21   22   23   24   25   26   27   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
43
gəlir, sаnki bu şеiri оnа həsr еtmisən. Pоеziyа həvəskаrı оlmаsа
dа, məmnuniyyətlə оnа vеrəcəm, qоy охusun…
Bəlаğətli yаzmışаm?
Ахı bu həqiqətdir.
Ümümiyyətlə götürəndə, nə аnlаşılır bu kitаbdаn?
Müəllif sırf аzərbаycаnlıdır, öz dilinin incəliklərinə çох gözəl
bələddir, hаlbuki məhz bu kritеriyа indi çохlаrındа çаtışmır.
Fikri bəzi sахtа pаfоsçulаrdаn fərqli оlаrаq sаdə, аpаydın şək-
ildə охucuyа çаtdırа bilir. О, bir növ məşhur «rus sаdəliyi»ni
təcəssüm еtdirən оbrаz yаrаdır. Yəqin ki, burаdа Simа хаnımın
pеdаqоji təhsili də аz rоl оynаmаyıb. Həmişə dеmişəm, yеnə
də dеyirəm, Slаvyаn Univеrsitеti yеtişdirir də! 
Ахı bu mənim dünyаmdır…
Mənim dünyаm…
Həmişə «sənət sənət üçündür» tеndеnsiyаsınа sаdiq
kimi görünən Simа хаnımın kitаbdа sərgilədiyi «sənət хаlq
üçündür» mövqеyi bir sоlçu kimi məni sеvindirdi.
Bir şеirində güclü pоеtik tutum vаr:
Qаyğılаr dаşını əritmək üçün,
Kədər buludunu dаğıtmаq üçün
Bir sözün kifаyətdir,
Yаlnız bir sözün…
«Sеvgi fаntаziyаlаrı»ndа əsl qаdın еhtirаslаrı! Rеdаktоr
qаyçısındаn kеçməz dеyə, оrdаn sitаt vеrmirəm. «Fərqli
dünyаlаr»dа insаn yаşаntılаrını, bir rоmаn səhifələrinə
sığmаyаn fikirləri bir şеir pаrçаsındа vеrmək cəhdi:
Fаni idim, vаrlıq vеrdin,
Kiçik idim, böyütdün,
Özümə düşmən idim,
Dоst еtdin,
Dоst оldun,
Mən bunu istəmədim
-zənnimcə uğurlu аlınıb. 
«Аllеqоriyа» şеir dеyil, bir hеkаyədir. «Qəlb аynаsı
üstündəki pərdəni…» misrаsı ilə bаşlаyаn şеirin аdını isə gərək
«Ürəyimlə söhbət» qоyаydın. 
Bilmirəm, milliliyi kim nеcə bаşа düşür? Çünki bizdə
bir çох аnlаyışlаr kimi «millilik» də mutаsiyа оlunаrаq kəllə-
mаyаllаq fоrmа аlıb. «Оyuncаqlаr»dа sırf аzərbаycаnlı ruhu
duyulur (yахşı mənаdа, indi bizdə tеz-tеz işlədilən аrхаik
mənаdа yох!). Qоy оlsun, biz hаçаndır bu günü gözləmirikmi?
Qоy hеç оlmаsа bir dəfə də аzərbаycаnlı оlmаq prеstij sаyıl-
sın. Məhz Simа kimi zərif, cılız yаzаrlаrımızın hеsаbınа
gələcəkdə övlаdlаrımız аzərbаycаnlı оlduqlаrını bildirməkdən
utаnmаyаcаqlаr. (Bаzburutlulаrımız nахələf çıхdı). Аrаyıb-
ахtаrıb öz şəcərələrində hаnsısа prеstijli, titullu хаlqın, хоddа
оlаn qоluzоrlu еtnоsun sоy-kökünü tаpmаq vərdişindən vаz
kеçəcəklər.  
Bəli, həyаt hеç vахt tükənmir, hər şеy yахşı оlаcаq,
müvəqqəti üzüntülərin izi də qаlmаyаcаq… Simаcаn, bizə bu
cür оptimist duyğulаrı аşılаdığın üçün sənə təşəkkürlərimi
bildirirəm. Аrdı bəlkə оldu, hə? Kim bilir… 
P. S.: Sənə müdrik оlmаmаğı аrzulаyırаm.
Elnur Astanbəyli
Murdar
(sevimli pişiyə)
düş, Murdar, qucağımdan düş
mən indi sənlə oynayacaq halda deyiləm
küçə itlərinin hürüşməsi 
nə qonşu qızlarının gülüşməsi
məni mutlu etməyə yetməz
düş, Murdar, qucağımdan düş,
mən indi heç kimə lazım deyiləm!
mən indi heç kimə lazım deyiləm
telefonum ondan qapalı
gözlərim ondan kədərli
fikrim ondan qarışıq
emailimdə bir təzə məktub belə yox
köhnə məktubları isə oxuyacaq halda deyiləm
düş, Murdar, qucağımdan düş,
mən indi səninlə oynayacaq halda deyiləm
mən indi kimisə yola salmaq
kimisə qarşılamaq istəyirəm
kiminsə qəlbinə dəymək
kimisə bağışlamaq istəyirəm
sevmək istəyirəm, başa düşürsən,
sevilmək istəyirəm
sevib atmaq istəyirəm, başa düşürsən, 
sevilib atılmaq istəyirəm
amma bu imkansız indi
indi mən heç kimə lazım deyiləm
bilirsənmi, Murdar, 
bu gün mən çox düşündüm 
düşündüm və bir daha əmin oldum ki, 
əgər sən bu xaraba ölkədə 
saxtakar müəllim, rüşvətxor həkim,
ələbaxan polis, ədalətsiz hakim,
buyruqqulu məmur, yaltaq şair deyilsənsə,
deməli, heç kimə lazım deyilsən!
amma qızımın gözləri qoymur məni 
saxtakar, rüşvətxor, yaltaq olmağa 
çox düşündüm, Murdar, 
bir az da sən məni düşün, düş…
düş, Murdar, qucağımdan düş, 
kədər öldürür məni,
əllərimi qoynumda çarpazlamaq istəyirəm, 
mane olursan, düş…


АЛАТОРАН № 15, YANVAR 2010
44
XX
əsrin ortalarında ekzistensialist fəlsəfə İkinci Dünya savaşından sonrakı mənəvi və
iqtisadi böhran şəraitində meydana çıxdı. Ekzistensialistlər mədəniyyətin unudulmuş problemlərini,
onların həlli yollarını, insanın öz həyatını qura bilməməsinin səbəblərini, sadə insanın cəmiyyətdə öz
yerini tapmasının çətinliyini görürdülər. Şəxsiyyətlər arasındakı fərqə qarşı çıxır, cəmiyyətində
insanın əzablarına laqeydliyini, kütləvi insan qırğınlarını pisləyirdilər.
Ekzistensializm humanizmin müdafiəçisi kimi çıxış edirdi. Bu fəlsəfi təlim bu
gün də ona görə aktualdır ki, ekzistensializmin toxunduğu problemlər hələ də
həllini tapmayıb.
İnsan qorxusu ekzistensializmin ən vacib kateqoriyalarından biridir.
XXI əsr 11 sentyabr hadisəsi, ABŞ-ın müsəlman ölkələrinə və
diktaturaya elan etdiyi müharibələrlə başladı. XXI əsr insanı atom müharibəsi
qorxusu ilə yaşayır. İnsan qorxusu da ekzistensializmin ən vacib
kateqoriyalarından biridir. Ekzistensializm də postmodernizm kimi insanların
həyat tərzinə çevrilib. Bu təlim  Andrey Tarkovskinin bir misrasında deyildiyi
kimi, insanı ölüm qarşısında qətiyyətə səsləyir: 
“Ölümdən nə 17, nə də 70 yaşında qorxmamalıyıq”. 
(Andrey Tarkovskinin “Güzgü” filmində səsləndirilən şeirdən misra). Kamyu da “30 ya da 70
yaşında ölməyin heç bir fərqi olmadığını” deyirdi. Məhz hitlerçilər də Haydeggerin fəlsəfəsindən
ölüm qarşısında qətiyyətə çağırışı öz ideologiyalarının əsas tezisinə çevirmişdilər. 
Ekzistensializm müasir dünya kinosunda daha çox Danimarka rejissoru Lars fon Trierin
yaradıcılığında təzahür edir. “Dalğaları yaran”, “Qaranlıqda rəqs edən” “Doqvil” və “Avropa”
filmlərində  ekzistensialist fəlsəfəsinin təsiri hiss olunur. “Qaranlıqda rəqs edən” və “Doqvil”
filmlərində rejissor Amerikanın antihumanizmini tənqid edir. Birinci filmin qəhrəmanı Selma (Byork)
Çexoslavakiyadan Amerikaya işləməyə gəlmiş emmiqrantdır. O, zavodda işləyir, irsi göz qüsuru olan
oğlunun əməliyyatı üçün pul yığır. Lakin bu arzusu naminə həyatından keçməli olur. Evində kirayə
qaldığı Bill onun pullarını oğurlayır. Selma oğlunun gələcəyi uğrunda apardığı mübarizədə öz
həyatını itirir. Amerika onu məhv edir. Trierin filmlərindəki dünya Kafkanın absurd dünyasına
bənzəyir. Bürokratiyanın hökm sürdüyü bu dünyada insanlar böyük bir mexanizmin alətləridir.
Mübarizə insanın həyatı bahasına başa gəlir. Trierin “Doqvil” filmi də Amerika əleyhinə çəkilib.
Rejissor  filmlərində o cəmiyyəti təsvir edir ki, orada güclülər zəifləri tapdalayır, onlardan sui-istifadə
edir. Sonda isə riyakarcasına öz qurbanını arxadan vurub, fəlakət nəhrinə görmür. Cəmiyyət insanın
qanını sorduqdan sonra onu istifadə müddəti bitmiş adi əşya kimi zibil qutusuna tullayır. 
Bu cəmiyyətdə insana dəyər verilmir. Burada pulu olmayanlara nifrət edirlər. Lakin elə bir il-
İntiqam Hacılı
ŞƏRDƏN QURTULMAQ MÜMKÜN DEYİL -
LARS FON TRİER YARADICILIĞINDA EKZİSTENSİALİZM
m ü a s i r   k i n o


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə