Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   28   29   30   31   32   33   34   35   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
57
sonra. Amma hələ Şəriət qanunlarının hökmünün işlədiyi zaman-
larda səssizcə bəraət aldı. Zamanının sufisi Şeyx Şah İsmayıl Xətai
dərisi soyulmaqla edam edilən bu nəhəng söz adamının sözünə
qahmar çıxdı: “ənəlhəq” ruhlu şerlər yazdı. Mövlana Məhəmməd
Füzuli məktəbinin Füzuliyə bərabər yetirməsi Seyid Əzimi
mütərəqqi olana can atdığına görə sözün həqiqi mənasında
sıxışdırıb, divara pərçimləməklə qabırğalarını qıraraq öldürdülər.
Bu misalları 12-ci əsrdən tutmuş 19-cu əsrə, hətta 20-ci əsrin əvvəl-
lərinə doğru uzadıb demək olar. Yəni, xatırlatmaq istəyirəm ki,
Orxan Pamukun təsvir etdiyi 17-ci əsr Osmanlı imperiyası hüdud-
larında mövcud olan repressiyalar həmin zamanların Azərbay-
canında da mövcud olub. Təkcə Şərqdə yox, hətta Orta Əsr
Avropasında da mütərəqqi olan, doğrunu söylədiyinə görə insan-
lara əzab verən, “dövlət” adlanan repressiya alətləri mövcud olub.
Amma indi bu alət, yəni “dövlət” adlanan repressiya aləti dünyanın
ən geridə qalmış ölkələrində mövcuddur. Həm də ən pis diktator-
ların hökmü altında. Azərbaycanda müstəqil jurnalistika bu səbəbə
görə təqib edilir: mütərəqqi olanı öz ölkəsində görmək, yaşamaq
istəyən Miskin, zəlil, rəzil günə salınmış dövlət mənafeyi... 
Azərbaycan vətəndaşlarının danışan dili, düşünən beyni
olan Azərbaycan jurnalistləri buna görə əzablara məruz qoyulur.
Təqib edilən jurnalistika korrupsiyanı ifşa edən jurnalistikadır.
Onlar istəyirlər ki, millətin sərvətləri, haqqı, hüququ haram və əyri
yollarla varlanan feodalların imtiyazına, əmlakına çevrilməsin.
Buna qarşı dövlət mübarizə aparmalıdır, aparmır; jurnalistika öz
sözünü deyir, dövlət isə həmin bu jurnalistikanı boğur. Nədən?
Səbəb sadədir. Dövlət hakimiyyəti bu feodallar tərəfindən qəsb
edilib. Diqqət edin: Azərbaycanda dövlət hakimiyyətində təmsil
olunmayan bircə nəfər də milyonçu yoxdur. Dövlət adından hökm
edən, əlində möhür və səlahiyyətlər cəmləyən feodalların isə
hamısı var-dövlət, milyonlar sahibi olub. Onlar dövlət adından
səlahiyyəti mənimsəyir, əvvəlcə bu səlahiyyətlərə güvənib, onlar-
dan sui-istifadə edib iri feodallara çevrilir, sonra isə adına “dövlət
mənafeyi” deyilə biləcək hər şeyi təsərrüfatlarının mənafelərinə
qurban verirlər. Miskin, zəlil, rəzil günə salınmış dövlət mənafeyi
isə vətəndaşların hüquqlarının təminatçısına yox, onların qəniminə
çevrilir. Azad jurnalistika buna görə dövlət səviyyəsində təqib
edilir. Çünki bir tərəfdə işləməyən, fəaliyyətdə olmayan Konstitu-
sion normalar, o biri yanda isə aqressiv feodalların işlək hökmləri
var. Bu ölkədə feodal olmayan bircə nəfər yüksək mənsəbli dövlət
məmuru yoxdur. Onlar üçün Azərbaycan müqəddəs Vətən, müqəd-
dəs dövlət yox, gəlirli bir obyekt, təsərrüfat sahəsidir.
Bu yanaşma isə bizim milli təhlükəsizliyimizin əsaslarını
sarsıdır. Diktatorların cəmiyyətə sırımaq istədiyi saxta ideologiya
və saxta dinlər... Söz azadlığından, insan haqlarından məhrum
edilmiş cəmiyyət heç bir halda güclü, qüdrətli, müqavimət qa-
biliyyətli ola bilməz. Diktatorların cəmiyyətə sırımaq istədiyi saxta
ideologiya və saxta dinlər isə cəmiyyəti hansısa ali məqsədlər nam-
inə səfərbər etmək üçün yox, onu kölə sürüsünə çevirib harın və
müftəxor elitanın maddi maraqlarının tələb etdiyi istiqamət və
tərəflərə qovmaq üçün yarayır. Bu, yaramazlıqdır və Azərbaycanın
azad jurnalistikası bu yaramazlığa qarşı çıxır, çıxacaq. 
Azərbaycan ta erkən orta əsrlərdən mütərəqqi ideya
daşıyıcılarının yorulub-usanmadan mübarizə apardığı, təqib edildiyi,
öldürüldüyü, həbslərə atıldığı bir ölkədir. Bu ölkənin ərazisində
yaşayan, bu millətin bağrından qoparaq orta əsrlərin cəhalətinə qarşı
parlaq inqilabi örnəklər qoyan mütəfəkkir sufi əcdadlarımızın sayı və
sanbalı əlinə qılınc götürüb, top-tüfənglə silahlanıb diktatorlara,
despotlara qarşı mübarizə aparan əcdadlarımızın sayından qat-qat
çoxdur. Xilafət dövründən Rus imperiyası dövrünə qədər Azərbay-
can işıqlı ideyalar mənbəyi olaraq məşhurdur.
Həmin orta əsrlərdə - dünyanın qaranlıq zamanlarında
Azərbaycanın mütərəqqi fikir adamlarının mübarizəsi daha pes-
simist olduğu üçün onlar daha fədakar olmalı idilər. Indi dünyada
qaranlıq ləkələrin işıqlı aləmdən hiss olunan dərəcədə az olduğu
zamanda işıqlı ideyalar naminə mübarizə aparmaq da bir fədakarlıq
sayıla bilər, amma xoşbəxtlikdən bu fədakarlıq indi dibsiz pes-
simizm quyusunda deyil. Bu fədakarlığı hətta bu cəmiyyəti bux-
ovlamaq, onu əsarətdə saxlamaq üçün siyasi kapitala çevrilən neft
quyularında da dəfn etmək mümkün deyil. Təbii ki, mənim çıxışım
özümün təqsirsizliyimi sübut etmək üzərində qurula bilməzdi. Mən
özümü belə yaramaz intriqaların, belə mənəviyyatsız böhtanların,
absurd ittihamların qarşısında çox təmiz, çox qüdrətli hesab
edirəm. Ittiham tərəfi özünün günahsızlığını sübut etməlidir və
prokurorun aqrssiv çıxışını da, əslində ittiham tərəfinin özünü
müdafiə taktikası, həm də uğursuz müdafiə cəhdi kimi dəyər-
ləndirirəm. 
Amma mən onun fərqindəyəm ki, ittiham tərəfi neçə il-
lərdir  Azərbaycan jurnalistikasına divan tutan inzibati
qaragüruhun müdafiəsi ilə məşğuldur, buna öyrəncəlidir. Əgər,
nəhayət mərhum Elmar Hüseynovun qatillərini bir gün gizlətmək
mümkün olmayacaqsa, həmin bu ittiham tərəfi belə bir ittihamı
müdafiə edəcək: Elmarı öldürəndən sonra pilləkənlərdən sürətlə
düşən, hadisə yerindən qaçmalı olan qatillərdən birinin ayağı burx-
ulub və mərhum Elmar Hüseynov buna görə cavab verməlidir. 
Yaxud, Bahəddin Həziyevi şikəst edən muzdlu qul-
durların  avtomobillərinin salonu qanla bulaşdığına görə onlar
mənim dostum Həziyevə qarşı iddia qaldıracaqlar, ittiham tərəfi
də bu ittihamı müdafiə edəcək. Sizi əmin edirəm ki, Azərbaycan
feodallarının hakimiyyətdə olduğu indiki gerçəklikdə bunlar çox
real görünür. Bu günlərdə daha bir Azərbaycan jurnalisti, şübhəsiz,
daha bir siyasi sifariş əsasında vəhşicəsinə döyülüb: “Azadlıq”ın
əməkdaşı Aqil Xəlil siyasi hakimiyyətin qəzəbinə tuş gələn növbəti
qurbanlardan biri oldu. Bu, bizim ölkəmizdəki hakimiyyətin əvə-
zolunmaz şakəridir. Insanları bütün mümkün təzyiq vasitələri ilə
qorxutmaq, onları başqa cür düşünmək imkanlarından məhrum
etmək. Qaba vərdişdir, amma olanı budur. “Sözün azadlığı Allahın
iradəsinin görsənişidir” Hər il dünyanın mötəbər təşkilatları dünya
dövlətlərini siyasi əlamətlərinə görə təsnifləşdirir. 
Azərbaycan, hər il bu təsnifat cədvəllərində qaba dik-
taturaların hökmran olduğu ölkələrin sırasında yer alır. Özü-
özlüyündə “diktatura” sözü bəlkə də çoxlarına bütün mahiyyəti,
psixoloji-fəlsəfi əsasları ilə çatmır. Bu nə deməkdir və Azərbay-
canın siyasi hakimiyyəti, dövlət hakimiyyəti nə üçün burada
dayanır? Söz ilahi mənşəyə malikdir. Deməli, sözün azadlığı ilahi
hikmətin mahiyyətini müəyyən edir və Allahın iradəsinin
görsənişidir. Söz azadlığı ictimai şüurun ali atributlarından biridir.
Bəşəriyyətin min illərdən bəri cilalanan təcrübəsi həm də onu sübut
edir ki, dövlət hakimiyyəti ictimai iradəninin ali formasıdır. Dövlət
hakimiyyəti insanları zorla idarəetməyə üstünlük verəndə, o, prim-
itivləşir, arxaik olur, heyvani instinktlər üzrə davranır. 
Müasir mütərəqqi dövlətçilik nəzəriyyələri və praktikası
isə bunun əksinədir: Dövlət vətəndaşları inandırmaq yolu ilə idarə et-
məyə üstünlük verir. Bu da təbiidir, tarixi təkamülün nəticəsi, məhz
bu şəkildə olmalıdır. Heyvani, bioloji üstünlüyün təmin edilməsinə
hesablanan primitiv dövlətçilik təcrübəsi bəşəriyyətin keçmişidir.
Çox təəssüf ki, Azərbaycanda da həmin primitiv və əski təsəvvür-
lərdən imtina etməyi bacarmayan siyasi hakimiyyət mövcuddur. 
Azərbaycan jurnalistlərinin döyülməsi, öl dürülməsi, şər
və böhtan əsasında həbs edilməsi də siyasi hakimiyyətin ali iradə
deyil, ibtidai instinktlər vasitəsilə tətbiq edilməsinin
görsənişlərindəndirdir. Sonda bu işdə məni başdan bəri müdafiə
edən həmkarlarıma və mənim günahsız olduğumu məndən daha
yaxşı çatdırmağı bacaran vəkillərimə təşəkkür edirəm!


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə