Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   27   28   29   30   31   32   33   34   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
56
Qənimət Zahidin
məhkəmədə son sözü
T
anınmış türk yazıçısı Orxan Pamukun ”Mənim adım
qırmızı” adlı romanında personajların birinin belə bir
şikayəti təsvir edilir: “Nəzərə almaq lazımdır ki, biz
bir müsəlman dövlətində rəssamlıqla məşğuluq”. Romanla tanış
olanlar bilirlər ki, burada 17-ci əsr Osmanlı dövləti ərazisində
yaşayan rəssamların həyatı, onların dövlət və cəmiyyətə
münasibətdə tutduqları yer ətraflı təsvir edilir. “Biz bir müsəlman
dövlətində rəssamlıqla məşğuluq” ifadəsi də bu kontekstdə deyilir:
şəriət qanunları rəsm çəkməyin və rəssamların əleyhinə olduğu
üçün dünyəvi qanunlar da onları müdafiə etmir. “Təhlükə hər zaman
duyulan, hiss olunan yaxınlıqdadır” Belə bir hüquqi şəraitdə təkcə
rəssamlıqla yox, istənilən başqa işlə məşğul olmaq böyük fədakarlıq
tələb edir, təhlükə hər zaman duyulan, hiss olunan yaxınlıqda olur.
17-ci əsrin Osmanlı dövlətində şəriət və dünyəvi hüquqlar paralel
şəkildə tətbiq edilirdi. Sultan həm də Islam xəlifəsi sayılırdı. Elə
buna görə də üləmaların, təriqət başçılarının, gözü qızmış radikal
dini sektaların “ölüm” fitvasının qarşısını almaq üçün dünyəvi
Sultanla-Xəlifə Sultanın tərəddüdü yetərli olmurdu. Mütərəqqi
meyllərin daşıyıcıları dünyəvi qanunların himayəsindən azacıq
kənarda yerləşəndə, şəriət qanunları həmin şəxsləri basıb əzirdi.
İndi 17-ci əsr deyil, 21-ci əsrdir. Mental dəyərlər, onların
mahiyyətini təşkil edən ictimai-hüquqi baza xeyli inkişaf edib.
Deməli, mütərəqqi olan ideyalar dövlətin idarə edildiyi qanunlarla
qorunmalıdır. 21 əsrin ruhu hökm edir ki, dövlətin özü ən mütərəqqi
olsun, cəmiyyəti daha mütərəqqi olanlara doğru istiqamətləndirsin.
Biz Azərbaycanda yaşayırıq, qəzetçiliklə məşğuluq. Bey nəlxalq
standartlara uyğun olan qəzetçilik ənənələrinin ölkəmizdə bərqərar
olmasına çalışırıq. Amma bizi öldürürlər, döyürlər, birbaşa
yazdıqlarımıza görə, yaxud dolayısı ilə şərləyib həbs edirlər.
Nədən? Azərbaycanın indiki inzibati idarəçiliyində həmin o 17-ci
əsr məntiqləri nə üçün qabarır, təzahür edir? Bunun bir səbəbi
olmalıdır. Azərbaycanda imperiya-dövlət olmayıb. 
Bir qədər uzaq tarixdə Şirvanşahlar və Atabəylər dövləti
olub. Paytaxtı Təbriz, sonralar isə Isfahan olan Azərbaycan
Səfəvilər imperatorluğu milli mentalitetin formalaşması üçün
dolayısı yola müraciət edib: Şiəliyi dövlət ideologiyasına
çevirməklə Turan imperatorluğundan öldürülmüş mifik Iran
imperatoru İrəcin qisasını almağa üstünlük verib. Yaxın tariximiz
olan 19-cu əsr feodal dövlətciklər olan xanlıqların, 20-ci əsr isə
işğalçı Rus rejimi üçün işləyən dövlətəbənzər idarəetmə
orqanlarının təəssüratları ilə zəngindir. 20-ci əsrin son on illiyində
yenidən bərpa edilən Feodal malikanəsi, vassal ovqatı... Azərbay-
can dövləti isə indi məhz həmin qarışıq təəssüratlarla idarə edilir:
feodal malikanəsi kimi, vassal ovqatı ilə. Belə dövlətçilik təsəvvür-
lərinin doğurduğu eybəcərlikləri ifşa etdiyimiz üçün bizi - Azər-
baycan jurnalistlərini hər zaman təhlükələr izləyir. Azərbaycan
dövlət şəklində deyil, malikanələr şəklində idarə edilir, birləşmiş
malikanələr şəklində. Açıq-aşkar görünən ortada olan, təsərrüfatları
heç kimdən gizlədilməyən feodal oliqarxların simasında dövlətin
görükdüyünü kim və necə sübut edə bilər? Onları adbaad da say-
maq olar, amma indi vaxtınızı almaq istəmirəm. 
Bir qədər əvvəl 19-cu əsr Azərbaycan tarixinin feodal xan-
lıq dövlətlərinin təcrübəsi ilə yadda qaldığını dedim. İndi özbaşı-
nalığa, hüquqi nihilizmə, vətəndaşların kastalara bölünməsi
siyasətinə bununla bəraət qazandırmaq istəyənlər də mövcuddur. Bir
neçə il əvvələ qədər məşhur olan “Azərbaycan xalqı demokratiyaya
hazır deyil” deyimi ilə indi mövcud olan “Azərbaycan xalqı
demokratiyaya monarxın iradəsi və təmsilçiliyi ilə qovuşur”
təsəvvürlərinin arasında heç bir fərq yoxdur. Bu yanlış, qaba və
cilalanmamış təsəvvürlərin nəticəsidir ki, “Azərbaycan dövləti” və
“Azərbaycan vətəndaşı” ifadələri hələ də bərabər olan, mütənasib
olan, biri digərini az qala istisna etməyən anlayışlar kimi təsəvvür
edilmir. Dövlət mücərrəd, zorakılıq formasında, polis dəyənəyi şək-
lində, təzyiq vasitələri kimi təqdim edilir, beləcə də qavranılır. Hətta
dövlətin yüksək vəzifə tutan şəxsləri də öncə “dövlət adamı” kimi
yox, alverçi kimi, tacir kimi, yumurta, banan, taxta-şalban, qum-çın-
qıl, neft satan, hədsiz var-dövləti olan zəngin adamlar kimi təsəvvür
olunurlar. 18-ci əsrdəki Osmanlı imperiyasının təbəələri olan rəs-
samlar bir-biri, həm də şəriət bəkçiləri tərəfindən ona görə təqib
edilirdilər ki, bu rəssamlar yüz illərlə mövcud olmuş, ənənələri for-
malaşmış, məktəbləri müəyyənləşmiş Şərq miniatür sənətinə Avropa
rəssamlarının perspektiv üslubunu gətirməyə cəhd edir, portret jan-
rının üstünlüklərini müzakirə edirdilər.
Ünlü yazar Orxan Pamuk həmin dövrdə mütərəqqi olana
doğru istiqamətlənən bir sahədə - rəssamlıqda hansı gərgin dəhşətli
psixoloji əzabların, mübarizələrin yaşandığını müfəssər şəkildə təsvir
edib. Geriliklə tərəqqi arasında əzablı, dəhşətli mübarizə... Sadəcə
onu əlavə etməyib ki, həmin dövrdə, ümumiyyətlə bütün dövrlərdə
elmin, istehsalın, həyatın bütün sahələrində geriliklə mütərəqqi olan
arasında belə əzablı, dəhşətli mübarizə yaşanır - bu əlavə romanın
missiyasına daxil deyil, yaxud birbaşa daxil deyil. Amma bu gün
həmin Osmanlı imperiyasının yerində qalan, həmin imperiyanın
hüquqi-siyasi, hətta ictimai şüurlarda belə varisi olan Türkiyə
Cümhuriyyətində rəssamları portret çəkdiklərinə görə öldürmürlər.
Əksinə, əslən türk olan Britaniyalı xanım müasir rəssamlıqda ən
müasir postmodernist cərəyanlardan biri kimi məşhurdur: Emin
Trakeyi nəzərdə tuturam. İndi o ifrat modernizmə görə tənqid edilir.
Maraqlıdır, deyilmi? Türkiyədə rəssamları rəssam olduqlarına görə
öldürmürlər, həbs etmirlər, döyüb kimsəsiz küçələrə atmırlar. Amma
Azərbaycanda jurnalistləri 17-ci əsr Osmanlı rəssamlarının həyatını
yaşamağa məcbur edirlər. Bunun da bir səbəbi olmalıdır! 1999-cu
ilin aprel ayında Təbrizdəki Sürxab qəbristanlığında dövrünün
nəhəng söz ustalarından, Şərqin ən möhtəşəm şairlərindən olan
Əfzələddin Xaqaninin məzarına baş çəkdim. Bunu borc saydım:
Xaqani 12-ci əsrdə, dünyanın hələ söz azadlığı barədə anlayışının
olmadığı zamanlarda Şirvanşahların ədalətsizliyini məsnəvilərinə,
qəzəllərinə salıb onları ifşa edirdi. Xaqani təriqət davası yox, ədalət
davası apardığına görə dəfələrlə həbs edildi, nəhayət Şirvanşahların
paytaxtı Şamaxıdan, indiki Şimali Azərbaycan torpaqlarından didər-
gin salındı. 
Daha bir Azərbaycan sözçüsü İmadəddin Nəsimi dərisi
soyulmaqla edam edildi, Hələbdə basdırıldı, bircə yüz il keçəndən


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə