Alatoran-15-an-son-2010-1: Layout qxd


Rasim Q.: Rəhim bəy, çağdaş ədəbi prosesi izləyə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   35   36   37   38   39   40   41   42   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
67
Rasim Q.: Rəhim bəy, çağdaş ədəbi prosesi izləyə
bilirsizmi, mənzərəni necə görürsünüz?
Rəhim Ə. – Rasim, əzizim desəm ki, tam izləyirəm,
doğru olmaz. Mən Yazıçılar Birliyi ətrafında yaranan ədəbi
məmur  mətnyazmasını ədəbi proses hesab eləmirəm.  20-ci il-
lərdən bəri Yazıçılar Birliyinin nəşrlrində 98 faiz yeri onun  qu-
rumlarında vəzifə daşıyanlar  tutub.  Bunun ədəbiyyata gəlmək
fikrinə düşən adamlara qarşı nə qədər böyük ədalətsizlik
olduğunu təsəvvür etmək çətindir. Totalitar rejim ədəbiyyatın
açıq qapısını  Yazıçılar İttifaqının bağlı  “bolşevik qapıları”  ilə
əvəz etmişdi. Mənən bolşevikə çevrilmədən heç kəs yazıçı ola
bilməzdi, bu qapılardan icəri girə bilməzdi.
Əqidəli adamlar üçün bu çətin idi, ona görə təsadüfi, hər
cildə girə bilən avantüristlər, rus və ermənilər bu təşkilatda daim
at oynadıblar. Məsələn, nəyə görəsə Böyük Vətən Müharibəsi
vaxtı nəyə görəsə hərbi xidmət keçməyən İmran Qasımov İtti-
faqın sədri, dava mövzusunun “Ustası” oldu, müharibə cəhən-
nəminin bütün məthələlərini 15 il ərzində keçən Süleyman
Bəliyev isə ən çoxu məsləhətçi ola bildi? Çünki bu təşkilatda
yazıçılıq həmişə üçüncü dərəcəli, siyasətbazlıq isə birinci
dərəcəli olub. Bir erməni Azərbaycan xalq şairi oldu, amma Əli-
ağa Vahid, Biriya kimi bir sifəti olan, əqidəsi olan şairləri bu
binaya belə yaxın qoymurdular. 
Sovet vaxtı paradoksal hal yaranmışdı: yazıçının əqidəsi,
əxlaqi baxışları sifarişli idi. Yzıçılar İttifaqı məhz bu ədalətsiz
qaydanı sözsüq həyata keçirmək üçün yaradılmışdı. İndi kom-
munist partiyası yoxdur, amma onun zoarkılıq aləti -  Yazıçılar
İttifaqı yaşayır. Bəs nə ilə məşğul olur?  1. Çörək pulu qazanır
və 2.Özlərini dahi yazıcılar kimi təbliğ edirlər.
Bu gün Yazıçılar Birliyinin orqanlarını oxumaq mümkün
deyil. Axı pul qazanmaq üçün yazılan ədəbiyyatda maraqlı nə
ola bilər?  Buraya bir dəstə büdcə puluna yaşayan və bunu
özünə peşə eləmiş adamların yaradıcılığı daxildir. Bunların
təqdimi ilə paçka-paçka adamlara xalq şairi və yazıçısı adı ver-
ilir. Hətta Azərbaycan dilində danışa bilməyən, cümlə yaza
bilməyən, keçmiş türmə nadzorlarına da xalq yazıçısı adı verilir.
Bu azərbaycan ədəbiyyatına kinin, ondan xəstə bir intiqamın
formasıdır, “salyerinin oğlu” kompleksinin təzahürüdür.
Mən bu quruma üzv olanların hamısana pis deyə
bilmərəm. Amma 20-ci illərdən burada 10-15 rəyasət heyətinin
üzvü və bir də yüzlərlə  onlara fon yaradan adamlar olub. Bu
fon yaradanlar pul qazanmaq hüququndan məhrum idilər. Onlar
quru əmək haqqı alsa  da bu, faciəli, alçaldıcı  bir dolanışıq idi,
çünki ittifaqda işdən çıxanlar elə bil “yazıçılıqdan” çıxır, çap
olunmaq, nəşriyyat planlarına düşmək hüququnu itirirdilər. On-
ların çoxu İttifaqa təmiz niyyətlərlə gəlirdilər.
Bu artıq ədəbiyyata yox, sosial psixologiyaya aiddir. Ona
görə ədəbi proses kimi təqdim olunan materialın əsas bir hissəsi
ədəbiyyata aid deyildir. Mən bu barədə “Sovet dövründə
ədəbiyyat və onun əxlaqı” kitabımda  yazmışam. Kitabın bəzi
hazır hissələrini təzə çap olunmuş “Taleyin sözü” kitabıma daxil
etmişəm.
Bu gün Yazıcılar Birliyi ətrafında yaranan “ədəbi pros-
esə” maddi imkanlı iş adamları da qoşulur. Onların yazdıqları
əsərləri hətta birliyin katibləri də tərifləyir. Biz bu katiblərin bir
hissəsinin  “fon əhli” olduğunu bilirik. Amma təmənnalı
ədəbiyyatçılığın bu gün də İttifaqın divarları arasında çiçəklən-
məsi təssüf doqurur. Mən reklam olmasın deyə yalançı
yazıçıların, tənqidçiləri  adlarını çəkmirəm. 
Mən qısaca nəticəmi demək istəyirəm: Yazıçılar Birliyi
bu gün də ədəbiyyatın ideallarına zidd olan, həqiqi istedadlara
düşmən olan bir qurum olaraq qalır və onun ətrafında heç bir
proses ola  bilməz. Bu, Büdcə Yazarları İttifaqı adlansa daha
dəqiq olar.  Prezident işsiz, dolanışıq mənbəyi olmayan yazıçılar
üçün təqaüdlər təsis edir. Amma bunun yarısını katiblər və AYB
aparatı işçiləri, qalan yarısını isə onların dostları və “ədəbi xid-
mətçiləri” alır. Bir adam AYB ətrafında  üç maaş alır, müstəqil
qələm adamları isə heç nə almır.
İdealsız və pul əqidəli ədəbiyyat yaratmaq və ya bunu
ənənə kimi davam etdirmək mənəvi deqradasiya  formasıdır.
Təsəvvür edin: kənddən gələn birini işə qəbul edir və sonra ona
öz əsərlərini tərifləyən məqalələr yazmağı tapşırırlar. Yalnız xəstə
adamlar belə-belə məqalələrdən özünütəsdiq stimulu tapa bilər.
Lakin AYB-nin indiki fəaliyyətinin  yarısı bu məzmundadır.
Amma tam bədbinlik üçün əsas yoxdur. Son on ildə
müstəqillik dövrü ədəbi prosesi üçün fundamental yenilik olan
hadisə baş verməkdədir: bu AYB ətrafında yaranan rəsmi
ədəbiyyata parallel ikinci bir  azad ədəbi prosesin formalaş-
masıdır. Bu ədəbi proses,  ilk növbədə, “Alatoran” jurnalında,
“Yazar”, “Proloq”, “Sənət”, “İdeal” qəzetlərində, Kult.az, Lit.az
saytlarında, “Tənqid.net” kimi azad nəşrlərdə yaranır.  Bu Azər-
baycan ədəbiyyatı tarixində yeni bir dövr açır və onun
əhəmiyyətini qiymətləndirmək çətindir.
Bu istiqamətdə yeni nəsl yazıçıları xeyli iş görür. Yeni
ədəbi orqanlar ciddi ədəbi mövqe tutmağa başlayır.. Azad mət-
buat da ədəbi məsələlərə daha çox maraq və yer verir, onların
müəllifləri peşəkar ədəbi işə keçirlər.  Başlıcası isə azad mət-
buat azad, müstəqil və yeni ədəbiyyatı himayə edir. Zənnimcə,
bu proses getdikcə güclənəcəkdir. Qanturalı, Seymur Baycan,
Aslan Quliyev, Rafiq Tağı, Əli Əkbər kimi istedadlı, yeni
təfəkkürlü, rəsmi ədəbiyyatdan aralanmağa can atan yazıçılar
yetişib. Seymur Baycanın “Körpüsalanlar” kitabı ədəbiyy-
“Yazıçılar Birliyi bu gün də ədəbiyyatın 
ideallarına zidd olan, həqiqi istedadlara düşmən
bir qurum olaraq qalır və onun ətrafında heç bir
proses ola  bilməz...”
R ə h i m   Ə l i y e v l ə   m ü s a h i b ə


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə