Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   36   37   38   39   40   41   42   43   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
68
atımızda böyük nailiyyətdir, bir əxlaqi çevriliş cəhdidir. Aslan
Quliyevuin “Sonuncu” romanı da ədəbi bir hadisədir, çünki bu-
rada yazıçının əvvəlki əsərlərində və ədəbiyyatımızda olmayan
bir dünyagörmə ilə üzləşirik.  Bu dünyagörmə təmiz, ədəbi  ik-
iüzlülükdən təmiz bir insan konsepsiyasının bariz əlamətlətini
daşıyır, bizim nəsrdə böyük təzəlıkdir, yeni meyarlara əsaslanan
bir insan konsepsiyasıdır.
Lakin rəsmi  tənqid  belə əsərləri görmür. O, xidmətçidir.
Çünki rəsmi ədəbiyyatın yaratdığı rəsmi, şəxsiyyətsiz tənqid
ancaq vəzifəli ədəbi məmurun sifarişilə yazır. Sifariş yoxdursa
onun üçün ədəbiyyat yox olur.
Beləliklə hazırda bizdə iki ədəbi proses var. Bunun
əsasında parçalanma və ayrılma, qütbləşmə durur. Lakin bu
ayrılma  rəsmi büdcə ədəbiyyatından ayrılmadır, əslində
ədəbiyyatın sovet ədəbi  stereotiplərindən uzaqlaşmasıdır. Bu
ədəbiyyatımızın gələcəyinə ümidlər yaradan, ona yeni əxlaqi
və ədəbi  təsəvvürlər gətirən bir tarixi hadisədir.
Bu prosesi izləmək, araşdırmaq üçün jurnal tənqidinə
böyük ehtiyac var. Cavan, müstəqil fikirli tənqidçılər tapıb
yetişdirmək lazımdır.
Müstəqillik illərində yetişən cavan yazıçılar müasir
Avropa ədəbi ənəsindən sovet dövründə olduğundan fərqli şək-
ildə istifdə edir və faydalanırlar. Sovet vaxtı Qərbin humanist
ədəbi dəyərlərindən birmənalı şəkildə istifadə etmək mümkün
deyildi. Amma indi bu maneə yoxdur, insan fenomeninə mü-
nasibətdə plyuralizmin zənginləşdirici imkanlarından istifadə
üçün hər çür şərait var. Ona görə də “Alatoran” ətrafinda
yaranan  yeni ədəbiyyat həqiqi mənada orijinaldır, qabarıq
yazıçı fərdiyyətərinin  insana  münasibətini əks etdirirdi. Hal-
buki sovet vaxtında insana müxtəlif mövqelərdən işıq salmaq,
onu izah etmək və anlamaq məsələsinin qoyuluşu mükün dey-
ildi. Bu küfr kimi qəbul edilərdi. Yeni azad ədəbiyyatın
özünəməxsusluğu bir də bundadır.
Beləliklə, bu gün bir yox, iki ədəbi proses haqqında
danışmaq lazımdır.
R.Q. – Sizcə biz hansı ənənədən qurtulmalıyıq?
R.Ə. – Riyakar  və əxlaqsız, tamahkar və saray ədəbiyy-
atçılığından.  Sovet hakimiyyəti yaranandan “proletar ədəbiyy-
atı” konsepsiyası reallaşdırılmağa başladı. İxtisaslı adamlar
mətbuatdan qovuldu, onların əvəzinə mətbəə fəhlələri, kasıb
dövlət qulluqçularından olan 18-22 yaşlı adamlar bolşevik mət-
buatının başına gətirilirdi. Beləcə o vaxtdan rəsmi bolşevik və
azad  ədəbiyyat ayrıldı. 
Proletar ədəbiyyatı əslində qədimlərdən bəlli olan saray
ədəbiyyatının, dövlət puluna yaranan və hökmdarlara xidmət
edən ədəbiyyatın müasir forması idi. Sonralar proletar ədəbiyy-
atı terminindən imtina edildi və onu sovet ədəbiyyatı termini
ilə əvəz etdilər. Proletar ədəbiyyatı məfhumu parodiya kimi səs-
lənirdi.
Yazıçılıq əqidədir, müəyyən dünyaduyumunun ifdəsidir.
Onu polis, fəhlə, qulluqçu kimi əməkhaqqı müqabilində icra
edilən peşə vərdişlərinə çevirmək olamaz. Bütün həyatını
ədəbiyyat  məmuru kimi yaşayan, büdcədən əməkhaqqı alanlar
əqidəcə yazıçı ola bilmirlər.  Onlar üçün yazıçılıq təqliddir.
Təəssüf ki, bizim rəsmi ədəbi mətbuat indi yenə belə əbəbi mə-
murlara xidmət edir və bununla həqiqi Azərbaycan ədəbiyyatına
xidmət etmək missiyasından çox-çox uzaqlaşır. Bu ədəbiyyatın
yaranmasına əngəl olurlar. 
Biz ilk növbədə, yazıçılığın sovetsayağı anlayışından
imtina etməliyik. Yazıçılığın hər hansı təşkilatla bağlanması
ənənəsindən imtina etməliyik. Nəhayət, AYB müstəqil ədəbiyy-
ata düşmən və ancaq öz aparatına xidmət edən tüfeyli təşkilat
kimi bağlanmalıdır. İttifaqın qurultayları yalnız orqanların rəh-
bərlərini  və təftiş komissiyasını seçməlidir. Kommunist total-
itarizminin analoqu olan katiblik, rəyasət heyəti, plenum və s.
yazıçılara lazım deyildir. Yazıçıya bir şey lazımdır: o yazdığı
yaxşı əsərin zəhmət haqqını ala bilməlıdir. Büdcədən Yazıçılar
Birliyinə ayrılan pul bunun üçün kifayətdir. Amma artıq uzun il-
lərdədir ki, bu pullar İttifaqın heç bir funksiyası olmayan
aparatına xərclənir. Bu aparat ləğv edilməlidir. Dövlət lazım
bilsə, Mədəniyyət Nazirliyi aparatında bu sahələr üçün bir-iki
ştat yarada bilər. Böhran - büdcə puluna qənaət edilməsini tələb
edir. AYB-nın binasında isə onun divarları içində icra edilmiş
Repressiyaların Muzeyini yaratmaq olar.
Lakin Hələlik AYB amiranə bolşevik ab-havası ilə
yaşayır və hər bir yeniliyə  qəddar müqavimət göstərir və gizli
repressiyalar təşkil edir. “Sənət” qəzetinin rəhbərlərinin tutdu-
rulması Yazıçılar Birliyinin saman altından yeritdiyi suyun
nəticəsi idi. Bakı Yazıçılar Təşkilatı yarandı və sənədlərini
Ədliyyə Nazirliyinə verdi. Amma AYB onların qeydiyyatına
mane olur. Qorxurlar ki,  yazıçılar Birliyinin  büdcəsi bir gün
onların nəzarətindən çıxar. Bu inzibati – amirlik üsulu kommu-
nist diktaturasından qalıb və biz bu əxlaqdan imtina etməli və
təmizlənməliyik. Axı bu katiblər göydən gəlib? Bolşevik və
dərəbəyi hikkəsilə AYB üzvlüyündən adamları çıxarır və qəbul
edirlər. Onların içində ortabab bir yazıçı da yoxdur. Pula
susamış məmurlardır. Biz onlardan imtina etməliyik. 
R.Q. – Əslində Sovet ədəbiyyatı YB timsalında hələ
də öz varlığını sürdürür. Artıq bu təşkilatın üzvlərinin sayı
1500-ü keçib. Üstəlik YB sıralarına qoşulma tendensiyası
davam edir. Bu prosesin real adı nədir Sizcə?
R.Ə. –  Rusca buna “Vırojdenie” – yəni başqa mahiyyətə
keçmə, əslindən uzaqlaşma deyirlər. AYB bu ad altında işləyir,
amma başqa mahiyyəti daşıyır. Bircə orası aydındır ki, bu, büd-
cədən maaş alan dövlət idarəsidir.Qalanlarına təhqiqat lazımdır.
Rasim, sualın bir hissəsinə yuxarıda cavab verdim.
Amma açıığıını deyim ki, AYB-nın bu gün nəyə xidmət etdiyini
aydınlaşdırmaq üçün sosioloji araşdırmaya ehtiyac var. İttifaq
– ilk addımlarından bir dəstə yazıçı cildinə girmiş bolşevikin
pul qazanmaq yeri olub. Faciə ondadır ki, yazıçı cildinə girmiş
bu adamlardan xalqın əxlaqını pozmaq, aradan götürmək üçün
istifadə edilirdi. Elə buna görə onların çoxunu ixtisas artırmaq
üçün Moskvaya kurslara yollayırdlar. Bu adamlar  1923-cü
ildən hökumətin ayırdığı pula  yaşayırlar. Onlar “Yeni yol”, “İn-
qilab və mədəniyyət”, “Kommunist” “Azərnəşr” və s. belə adlar
daşıyan  mətbuat orqanlarının redaktorları, şöbə müdirləri,
yazarları idilər və özlərini yeni proletar mədəniyətinin
yaradıcıları hesab edirdilər. Onların hərəsi  4-7 sinif oxumuşdu.
Onlar 80-ci illərə qədər  ədəbiyyat yaradıcısı sayıldlılar.
Özlərini kitablara, dərsliklərə saldılar, adlarına küçələr qoydu-
lar. Lakin öləndən sonra onların adını bilən olmadı.
Lakin bu gün də onların  övladları Yazıçılar İttifaqında
küllənirlər. Məsələn, dadsız-duzsuz, qafiyəsiz, mövzusuz şerlər
yazmaqla başını ağartmış birisi var. O, adını daşıdığı böyük


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə