Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   44   45   46   47   48   49   50   51   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
81
oldu. Ona qədər bizim qəzetlər Rüstəm Behrudinin şeirlərinə
bənzər- göydə fırlanan reallıqdan uzaq, mücərrəd, hədəfəsiz
yazılarla dolu idi. Qonşu ölkələrin mətbuatına yaxşı bələd olan
adam kimi deyirəm. Bizim publisistikayla fəxr edə bilərsiniz.
-Əgər kitablarınızdan sizə bəs edəcək qədər pul
qazansaydınız köşə yazardınızmı?
-Yazardım. Köşə özündə günün, hadisənin enerjisini daşıyır.
Sonra köşələri istifadə etmək asan olur. Nəsə artırırsan, nəsə
azaldırsan. Bir növ xammaldır. Onsuz da son vaxtlar az yazıram.
Onu da deyim ki, gündəlik qəzetdə yazı yazmaq həftəlik qəzetdə
yazı yazmaqdan daha asandır. Mənim çox vaxt gündəmdən kənar
mövzularım olur. Oxucular buna öyrəşiblər artıq.
-Gənc yazarlar bir-bir evlənirlər. Keçən il Aqşinin,
Qan Turalının, Mirmehdinin, Nərminin toyu oldu. Görəsən
30 yaşı ötmüş Seymur Baycan nə vaxt evlənəcək?
-Azərbaycan qızlarını aylı gecə, sərin külək, göy çəmən,
yazıçı, rəssam, bəstəkar obrazıyla aldatmaq çox çətindir. Bizim
qızlar həddən artıq öz gəlir və çıxarlarını bilən, çox
müdrikdirlər. Bir qram da romantika yoxdur. Yağış yağanda
pəncərədən bayıra baxmaq isə romantika deyil, şitlikdi.
Romantika ekstermal situasiya deməkdir. Mən qolumu
çırmalasam, bir az dekabristlərin arvadlarından, bir az Leninin,
Trotskinin sürgündə evlənməsindən danışsam, Rusiyada ildə
əlli qızı yoldan çıxarıb bədbəxt edərəm. Burda elə şeylər
işləmir. Heç qəzet oxumayan bir nəslin qızına elçi getsəm, bir
saata mənim haqqımda yarım metr hündürlükdə dosye
yığacaqlar. Elmir Mirzoyev demişkən vəziyyət biz
düşündüyümüzdən də ağıdırdı. Əlbəttə, həmişə klassik yazıçı,
şair, obrazının dağılması üçün yazılar yazmışam. Bizim camaat
elə bilir ki, yazıçı dəli olmalıdır, şair də cırıq şalvarda
gəzməlidir. Bununla belə həqiqətən də, yaradıcı adam öz
seçimindən qurban tələb edir. Buna hazır olan adam tapmalısan.
Kimsə buna razı olur, kimsə istəyir müstəntiq, menecer arvadı
olsun. Bir dəfə Əkrəm Əylisli mənə dedi ki, Seymur evlənəndə
ehtiyatlı ol, ailə çox istedadları məhv edib. Başqa bir fakt
yazıram. Tənqidçi Vidadi Məmmədovun yoldaşı erməni imiş.
Bir dəfə dostlarından biri onun evinə gedəndə görüb ki, yayın
günü qadın yun corabla gəzir evdə. Soruşub ki, ayağın xəstədir?
Qadın deyib “yox, Vidadi evdə işləyəndə yun corab geyinirəm
ki, gəzəndə səs çıxmasın.” Sizə doğrusunu deyirəm, adamı ailə
qədər sındıran ikinci bir amil yoxdur. Xalqdan inciyəndə
barışmaq olur. Ailəni bağışlamaq olmur. Bir dəfə Zəlimxan
Yaqub necə olmuşdusa, bizim evə zəng etmişdi. Anam inana
bilmirdi ki, o bizim evə zəng edib, mənimlə telefonda danışır.
Başımı tutub oturdum. Bilmədim nə deyim. Bir dəfə də gedib
idarəyə görüb qızlardan birinin stolunun üstündə “Gündəlik
Azərbaycan” qəzeti var. Deyib oğlum bu qəzetdə işləyir. Qız
soruşub ki, kimdi? Seymur- deyib. Qız da inanmayıb. Deyib ki,
mən onun yazılarını oxuyuram. Anam məndən soruşdu ki, bu
adamlar niyə sənin yazılarını oxuyur. Dedim bilmirəm. Nəsə.
Uzun söhbətdi. Mən kimə nə başa salım? Nə deyim, xalqın
qızını yoldan çıxarım? Burda ailə qurmaqdan söhbət gedə
bilməz, kimisə yoldan çıxarmalısan. Evin var? Yox. Maşının
var? Yox. Daimi işin var? Yox. Hərə ağzına gələni danışır
haqqımda. Kimi deyir agentdi, biri deyir dəlidi, biri deyir ma-
sondur. Mənim kimi adama yalnız rus qızları baş qoşar. Biz-
imkilər çox ağıllıdırlar. Onlarla müqayisə etmirəm. Amma
Azərbaycanda yaradıcı adamların həmişə qadın problemi olub.
Zərdabi, Hacıbəyov niyə gedib başqa millətdən evlənmişdilər?
Doğrusu yorulmuşam bu söhbətləri edməkdən. Adamın ener-
jisini alır. Özü də mən ruslar haqqında danışanda bizim qızlar
elə bilirlər ki, bunu məkrlə edirəm. Ay balam, alınmır da. Azər-
baycan qadını nə ana ola bilir, nə bacı, nə də arvad. Biri o gün
mənə deyir ki, Qara Qarayev irəli getmək üçün başqa millətdən
evlənməli idi. Nə deyəsən, necə başa salasan? Qara Qarayev
azərbaycanlı qadınla evlənsəydi, o qadın məişət, qohum
əqrabasıyla Qaranı çevirib edəcəkdi uzaqbaşı şit mahnılar yazan
bir bəstəkar. Bir nüansı da qeyd edim. Azərbaycan qızları bizim
kişilər haqqında danışanda məni bir qram da tərpətmir. Çünki
mən özümü Baloğlan obrazında görmürəm. Amma Tükəzban-
dan danışan kimi hamısı cırnayır. Çünki istər rusdilli, istər in-
gilis dilli olsun hər birini içində bir Tükəzban yatır. Vay o halda
ki, ingilis dilinin, rus dilinin arxasında gizlənən Tükəzban birdə
ortaya çıxa. Sən onda həngaməyə bax. Özü də Azərbaycan qı-
zları nə qədər oxusalar, dünya gəzsələr bir o qədər dözülməz
olurlar. Bunun ən yaxşı forması elə ibtidai formasıdır. Deyirsən
yazıq məktəb, auditoriya görməyib, bir təhər vəziyyətinə bəraət
qazandırırsan. Yəqin belə getsə mən subay qalacam. Ya da gedib
Rsuiyadan, Ukraynadan qız gətirməliyəm. Necə ki adını çəkmək
istəmədiyim iki tanışımız bu addımı atdı. Günümüzə bax.
-Son zamanlar oxuduğunuz kitablar hansılardır.
Hansı kitabların oxunmasını məsləhət görərdiniz?
-Burda kitab adları sadalamaq düzgün cıxmaz. Amma
onu deyim ki, hardasa təxminən əlliyə yaxın gənc var, onlar
məndən nəyi oxmağı soruşurlar. Onların arasında ermənilər,
gürcülər, ruslar da var. Müxtəlif seminarlarda, tədbirlərdə, kon-
franslarda tanış olmuşuq. Kitab oxutdurucusu rolu oynamaq
xoşuma gəlir. Eləcə də elə adamlar var ki, mən onlardan nəyi
oxumağı soruşuram. Gərək indi çayxanada oturduğun adamdan
da faydalı informasiya alasan. Elə dövrdə yaşayırıq ki, seçim-
imizi edəndə gərək hər sahənin peşəkarıyla məsləhətləşəsən.
Məsələn, mən bir filmə baxmamışdan əvvəl ya kinoşunas
Aygün Aslanlıldan, ya da Ülvi Mehdidən həmin kino haqqında
nə fikirdə olduqlarını soruşuram. Məhsul çoxdu, hər birini
dişimizə vursaq, vaxt çatmaz.
-Niyə görə yazılarınız Seymur Baycan imzasıyla,
kitablarınız isə Seymur XXX imzasıyla çap etdirirsiniz?
-Müəllif ölüb!
Söhbət: Elmin Həsənli


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə