Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   52   53   54   55   56   57   58   59   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
97
Ürəkbulanma
Bir, iki, üç, dörd... iyirmi, iyirmi bir, iyirmi iki... qırx
altı, qırx yeddi...
Başımı su ilə dolu sarımtıl vannadan çıxarıb tərləmiş
güzgüdə bulanıq, solğun əksimlə göz-gözə gəlirəm. Əksim
dərin bir nəfəs alır. 
Həftələrdir yuyulmayan dəsmalla güzgüdəki təri sildim,
saçlarımı quruladım. Vanna otağının qəhvə rəngi divarlarına
eybəcər damcı ləkələri çökmüşdü. Onlardan birini barmağımla
silmək istədim, alınmadı. Ləkə divarın canına hopmuşdu. Çətin
ki, bundan sonra kimsə bu ləkələri silə. Bütün mənzilim kimi,
vanna otağı da qadınsızlığın ağır nəticələri ilə üzləşib. Qadına
aid heç bir iz daşımayan, bu darıxdırıcı məkanda - nə ona aid
şampun, nə saç kremi, nə duş geli, nə makiyaj silən salfetkalar...
Heç biri qalmayıb. Vanna otağı erotizmini itirib elə bil. Cütünü
itirmiş diş fırçam isə, boynunu büküb arıq pastaya söykənib.
Əncam qılmasam, nəinki bura, bütün varlığım pas tutacaq.
Gülümsəməyə gücüm də var hələ.
Tənha olmaqla, tək olmaq arasında uçurum boyda fərq
varmış. Halbuki, dərinliyinə varmasan, sinonim kimi görünür
bu sözlər. Aralarındakı fərqi anlamaqdan ötrü dostlarımın ötən
həftə çayxanada etdiyi söhbətə, bir küncdə oturub, qəlyan
sümürə-sümürə qulaq asmalıymışam. Bir şairdən söhbət
düşmüşdü. İndi heç adı da yadımda deyil. Dedilər “Təkəm” adlı
bir şeir yazıb, özü də uğurlu alınıb. Əvvəl qulağıma
fraqmentlərlə çatan söhbətə diqqət kəsilib qulaq asmağa
başladım. Sənan ürəkdən gülmüş, sonra isə ciddi görkəm alıb,
başını bulamışdı.
- Gör vəziyyəti nə qədər ağırdır. Tənha da deyil ey bu
həyatda! Təkdir, tək! Yəni Allah kimi...
Heç kim ağzımı açacağımı gözləmirdi. Yenə də:
- Görəsən bu iddiası təkəbbürdən irəli gəlir, yoxsa onun
təkliyini elan etməsi ümidsizliyin, çarəsizliyin gətirdiyi hayqır-
madır? – soruşdum.
Cavab gəlmədi sualıma. Birtəhər baxdılar mənə, araya
söz qatıb, söhbətin mövzusunu dəyişdirdilər. “Tək” şairin
poetikası bircə dəqiqə belə müzakirə olunmağa layiq deyilmiş.
İndi özüm-özümə verirəm bu sualı: tənhayam, yoxsa
təkəm? Bu, söz oyunu deyilsə və ikisi arasında doğrudan da
“uçurum boyda fərq” varsa, hansı birini mənə aid etmək olar?
Hansı biri mənim ruh halımı, vəziyyətimi daha dəqiq, daha
dolğun əks etdirir?
Xeyr, məni əhatə edən kifayət qədər insan var ətrafımda.
Dost və sevgili adlandıra biləcəklərimdən başqa da, daim
ünsiyyətdə olduğum, bəzən isə ünsiyyətdə olmağa məcbur
qaldığım adamlar. Bu mənada özümü tənha adlandıra
bilmərəm. Bəs təklik nədir? Təkəbbür qalası? Allahlıq iddiası?
Təklik mənlik deyil, məsuliyyəti ağırdır. Bəs tənhalıq?
Örtüksüz, yer-yer ipləri süzülmüş nimdaş Riqa divanına
sərilib gözlərimi yumdum. Yenə burnuma köhnəliyin və on illər
əvvəl qurumuş nəmliyin qoxusu dəydi. Bəlkə də atam bu
nimdaş divanda əkmişdi məni, o əsnada yalnız öz həzzini
düşünərək, nəticəni ağlına gətirməyərək, tərləyərək, yorularaq.
Anam da maye halında məni bətninə, bəşəriyyətin ən zərif
saxlanc yerinə qəbul etdiyində, təri atamın tərinə qarışıb bihuş
olanda, zarıyanda və inildəyəndə bir əzabın, bir tənhalığın və bir
çarəsizliyin bünövrəsini qoyduğunu düşünməmişdi. Axı onların
heç biri, mənim indi cavab axtardığım sualların ağır yükü
altında əzilməmişdilər.
Uşaq yaşlarımda, böyüklər “başım ağrıyır” deyəndə, bu
ağrının nə cür bir ağrı olduğunu, diş, yaxud da qarın ağrısından
nə ilə fərqləndiyini düşünürdüm. Baş ağrısını dadmaq
istəyirdim, böyükləri başa düşməkdən ötrü. Sifətindən zəhrimar
yağan, yaşıl, qırmızı güllü xələtli anamı, başında arxadan
möhkəmcə düyünlənmiş kəlağayı ilə xatırlayıram. Bu ona aid
hafizəmdəki yeganə obrazdır. Üç yaşlı uşağın yaddaşına rəsm
edilmiş, anası ilə bağlı ilk və son obraz. Sonradan baş ağrısı
çəkən qadınlarımızın əsasən bu üsula əl atdıqlarını, başlarını
sıx çevrələyən əski-üskülərlə ağrılarını azaltmağa çalışdıqlarını
gördüm.
İndi bir ildir baş ağrısı mənim də çağırılmamış, çıxıb
getmək istəməyən qonağımdır. Vücudum bütün ağrı kəsicilərə
öyrəşib deyə, həblər də kömək etmir. Uşaq olanda həkimlərin
Əli Əkbər
AMNEZİYA
r o m a n d a n   p a r ç a


АЛАТОРАН № 15, YANVAR 2010
98
xəstələnmədiyini, müəllimlərin yatmadığını, yemək yemədiyini
düşünürdüm. Budur – baş ağrılarından əziyyət çəkən bir həkim
kimi, özümə əlac tapa bilmirəm indi.
Mən tənhayam, ya təkəm – deyəsən mənim üçün fərqi
də yoxdur. Lap tutaq ki, yalnızam. Bunun adı nə olursa olsun -
əzabına dözə bilmirəm artıq. Sevmirəm bu hissi, nifrət edirəm.
Dərddən, kədərdən mazoxistik həzz duyanlara isə paxıllığım
tutur. Əzabın mənbəyini qurutmaq bir yana, o mənbəni
sevməyə, ona daha çox bağlanmağa, içində daha çox batmağa
can atırlar və bunu bacarırlar. Necə? Nə üçün? Bax bu aydın
deyil mənə.
Mənə aydın deyil bu sıxıntıdan necə narahat olmamaq;
qəfəsə qapadılmış ürəyin gah zəif, gah sürətli çırpınışlarını necə
sevmək olar? Asosial adamları görən gözüm yoxdur. Dərdinə
qapanmış, bədbinliyi kultivasiya edən enerji vampirlərindən
uzaq gəzirəm, çünki onlarla ünsiyyət zamanı həyata, işığa,
səadətə, xoşbəxtliyə inamım daha da azalır, bəzən isə yoxolma
həddinə çatır. Sonra özümə gəlmək üçün uzun, upuzun bir
zamana ehtiyac duyuram.
Ürəyim bulandı. Köhnə Riqa divanının gərgin yaylarını
cırıltı ilə boşaldıb cəld ayağa qalxdım. Vanna otağına qayıdıb
unitaza əyildim. Qusa bilmədim. Gözlərim sulanmışdı, ürəyim
tez-tez döyünürdü. Bir müddət nəfəsimi dərib, üzümə su
vurdum, otağa qayıtdım. Burada ən sevdiyim yer olan pəncərə
kənarına yaxınlaşdım. 
Oktyabr ayı bu il yağışlı, küləkli gəlmişdi. Qəmgin, eyni
zamanda coşqun yağış yağırdı. İri damcılar son bahar marşı
çalaraq şiddətlə asfaltı döyəcləyirdilər. Boz səma, soyuq küləyin
hücumlarından sifətini turşutmuşdu. Küçədə tək-tük adamlar
gözə dəyirdi.
İnsanın nə istədiyini bilməməyindən daha işgəncəli heç
nə təsəvvür etmirəm. Oxumağa kitablarım, zəng vurmağa
dostlarım, sevgilim, həmkarlarım var - bəs nəyi gözləyirəm?
Niyə oxumağı gözləyən kitablardan birini əlimə götürmürəm?
Niyə heç kimə zəng vurmuram, görüşüb sıxıntılarımdan bir az
olsun azad olmaq istəmirəm? Öz ovqatımla insanların qanını
qaraltmaq istəmirəm bəlkə? Yox, bu belə deyil. Axı mən
hisslərimi ustalıqla gizlətməyi, biruzə verməməyi bacarıram.
Ümumiyyətlə zahirən çox sakit, təmkinli adamam.
İstənilən hissi, ya da emosiyanı oynamağa da hazıram, təki
ətrafımdakı insanlar müəyyən situasiyada istədiyim reaksiyanı
göstərsinlər. Əslində bu, çox vaxt onların da xeyrinə olur.
Düzdür hisslərimi sevsəm də, emosiyalar hərdən özümə ziyan
vurur. Hiss mənim nəyəsə qarşı şüurlu münasibətimdisə,
emosiyalarım tamam fərqlidir - güclü, dəyişkən və səbatsızdır.
Bir an üçün hansısa hadisə zamanı üzə çıxan qeyri-adekvat və
dərk edilməmiş reflekslərimdir.
Xeyr, mən demirəm ki, hisslərlə yaşamaq daha asandır.
İstənilən hiss zamanla öz təravətini, dərk edilmə şiddətini, hətta
cazibədarlığını da itirir. Çox güman ki, romantik duyğuların
zamanla zəifləməsi da bundandır. Emosiylar isə narkotika
kimidir mənim üçün. Onlar daha maraqlı və kəskindir. Ola
bilsin anlıq gəlib, tez də sönürlər, amma emosiyalarla yaşamaq
daha maraqlıdır. Mənim kimi adamlar hər yerdə və hər zaman
fərqində olmadan emosiya axtarışında olurlar. Odur ki, tələb-
təklif qanununa uyğun olaraq emosiyaların tacirləri və
istehlakçıları var.
Pəncərəmdən açılan mənzərəni sevirəm. Bir istiqamətli
avtomobil yolu, marketlər, dayancaq, maşın yağlama mərkəzi,
qadın salonu – insanların gündəlik yaşantısını, tələbatlarının
ödənmə və pul qazanma prosesini müşahidə etməyimə imkan
verir mənə pəncərəm. Küləyin qaldırdığı paltarının balaqlarını
aşağı endirməyə çalışan orta yaşlı bir qadın, sola baxa-baxa
yolu keçib yaşadığım doqquzmərtəbəli binanın altında gözdən
itdi. Ürəkbulanmam hələlik keçmişdi. Pəncərədən bayıra
baxmaq, gördüklərim barədə düşünmək deyəsən kömək edirdi
mənə. İndi də gənc sevgili ya da evli cütlük yolu keçir. Onlar da
maşınlardan ehtiyatlı olmağa çalışırlar. Ekstrasensor hadisələrin
burulğanında yaşayan, metafizik inanışları rasional ağlı
üstələyən, fövqəlbəşərə inanan bu adamların arasında insan
özünü çox cılız, lazımsız hiss edir. Dəfələrlə olub ki, dostlarla
oturub bu insanları müzakirə edəndə, bircə cümlə ilə söhbəti
yekunlaşdırmışıq – onlar bizdən xoşbəxtdirlər. Xoşbəxtdirlər,
çünki ayda bir dəfə verilən bayram, iki günlük tətil, bayram
axşamı dənizkənarı parkda atılan fişənglər və pulsuz, kütləvi
konsertlər - bunların xoşbəxt olmasına kifayət edir. Əzablı ifadə
naxış kimi həkk olunsa da boz sifətlərinə, xoşbəxt olduqlarını
deyib, şükür içində yaşayırlar. “Allah bundan pisini
göstərməsin. Buna da min şükür” sözləri ilə təsəlli tapırlar.
Mənə elə gəlir bütün bəşəriyyət keçib bundan. Şükür
zaman-zaman, bütün insanlığın yırtıcı kimi, acgözlüklə udduğu
xırda amma doyurucu qida olub. Mənim ölkəmin insanları
haralardasa uzaqlarda, onlardan daha pis yaşayan, daha çox
əzilən xalqların olduğunu bilib, şükür edirlər. Telekanallar
ölkədəki problemləri bir kənara qoyub, qonşu ölkələrdə, uzaq
şərqdə, Avropada, Amerika qitəsində baş verən faciələri,
səfaləti, təbii fəlakətləri, aclığı, yoxsulluğu, böhranları qabardıb
hamıya bir ağızdan “bizə min şükür” dedirdir. Qocalar
övladlarının, yaxınlarının öhdəliyindədir. Ona görə də
müavinətlərinin az olması onları narahat eləmir. Məmurlar
rüşvət piramidasında hərə öz yerində bərqərar olub, ona görə
də maaşlarının azlığı onlar üçün dərd deyil. Bir sözlə sistem
mükəmməl qurulub. Mükəmməl sözünü bu situasiyada
işlədilməsi nə qədər doğrudur, bilmirəm, amma başqa əvəzedici
ifadə tapmaqda da çətinlik çəkirəm.
Daha nə yazıb, nə danışasan? Qələm əhli olan
dostlarımdan da tez-tez soruşuram bunu. Razılaşırlar mənimlə:
“Deyilməmiş heç nə qalmasa da, biz yazmaqdan və
danışmaqdan başqa heç nə bacarmırıq. Düzdür, təkrarçılığa yol
veririk”. Onsuz da heç nəyin düzəlməyəcəyinə dair inanc kök
salıb ürəklərində. Siyasi hakimiyyət ölkədə elə bir vəziyyət
yaradıb ki, əllərini aşağı salıb, səssiz-səmirsiz, dəhşətlə baş
verənlərə tamaşa etməkdən başqa əlac qalmayıb. Bu unikal
sistemin eybəcərliyi həm də ondadır ki, hər şeyin, o cümlədən
mübarizənin və ümidin də mənasızlığına inandırıb əhalini.
Bu telefon zəngi məni əzablı yalnızlıqdan qurtarmağa
hesablanıb görəsən? Ola da bilər, olmaya da. Displeyə baxıram.
Zəng vuran Rənadır.
- Nəhayət, şəhzadəm məni yad elədi – səs tonumu elə
bacarıqla dəyişdim ki, elə bil bayaqdan kefim saz, damağım
çağdır.
Rənanın səsi kal gəldi:
- Demə-demə. İndicə oyanmışam. Səhər beşə qədər
kinoya baxdıq – xəttin o başından əsnədiyini duydum.
- Kiminlə baxmasına kinoya?
- Ləman gecə bizdə qalmışdı. İkiyə qədər oturduq yemək
yedik, bir az içdik. Sonra da dedim daha gecdir, bizdə qal, səhər
gedərsən.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə