Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   49   50   51   52   53   54   55   56   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
90
Məsələn, stendi neçə bəzəməli, necə dizayn etməli, yaxud
elektron kitabın bazarda rolu, və ya müasir dizayn
proqramları, elektron kitab proqramları, e-book və s. 
- Azərbaycandan daha kimlər iştirak edirdi
sərgidə?
- Sərgidə Azərbaycandan olan 4 nəşriyyat iştirak
edirdi, bizimkilərə təqribən 8 kv metrlik bir yer ayır-
mışdılar. Cənubi Qafqaz ölkələri arasında Gürcüstan bu
məsələdə liderdir, böyük bir pavilyon götürmüşdülər,
Ermənistan kitabı da bizdən irəlidir, həm keyfiyyət həm də
müxtəliflik baxımından, kirayə götürdüyü yerin həcmi isə
120 kv idi. Yəni bizim pavilyondan 15 dəfə böyük ərazidə
öz kitablarını sərgiləmişdilər. Əlbəttə bu biabırçı faktdır,
əhalinin sayına görə biz onlardan çox, ərazisinə görə biz
onlardan böyük, maliyyə imkanlarına görə Azərbaycan
onlardan qat-qat zəngin, yeraltı və yerüstü sərvətlərimiz
istənilən qədər, bəs niyə mədəniyyətin böyük bir hissəsi
olan kitaba gələndə bu qədər miskin görünürük... Bizim
stendlərə baxmağa gələnlər əsasən Güney Azərbaycandan
olur, Türkiyədən olur. Avropada yaşayan azərbaycanlılar
böyük bir həvəslə kitab mədəniyyətimizə tamaşaya gəlirlər,
əvəzində məyus olurlar. 
- Dünyanın bütün mədəni ölkələrində
Beynəlxalq kitab sərgiləri təşkil olunur. Azərbaycanda
belə bir sərgi ilk dəfə bu il gerçəkləşdirildi. Bu sahədə
nə qədər geri qalırıq sizcə?
- Azərbaycan bu yarmarkada ilk dəfə deyil. Mən
2000-ci ildə nəşriyyat olaraq öz stendimlə iştirak
etmişdim. O zaman bizim bu səfərimizi Acıq Cəmiyyət
institutu  maliyyə ləş dirmişdi.
Azərbaycan dövlət səviyyəsində bu sərgidə
iştiraka qərar verib, artıq bir neçə il var nümayəndələr
təmsil olunur. Amma inkişaf görünmür. Yarmarka işdir,
gərək burdan gedən adamlar nəşriyyatlarla, ölkələrlə
ünsiyyətə girsinlər, kitab sənayesinin yeni nailiyyətləri
barədə diskussiyalara qatılsınlar... 
Bizdəki Yarmarkaya gəldikdə isə, əlbəttə yerlə göy qədər
fərq var. Amma nəzərə alaq ki ilk dəfə idi, nöqsanlar ola
bilər. Təşəbbüs kimi isə əla bir təşəbbüsdür. Məncə bu
məsələdə xəsislik etmək olmaz, Azərbaycan hökuməti
azından gərək dizayn üçün, daha maraqlı təşkil etmək
üçün neçə dəfə Frankfurt kitab sərgisindən mütəxəssislər
dəvət eləsin, sərgini onlar dizayn eləsin, onlar quruluş
versin. Bu sahədə onların 300 ilə qədər təcrübəsi var. 
Həmdə Azərbaycan hələ bir dəfə də olsun lokal
sərgi keçirməyib və dərhal Beynəlxalq sərgi gərək deyil.
Əvvəlcə bütün rayonlarda bu tip sərgilər olmalıdır. Sonra
isə Paytaxtda. 
- Almaniya kitab bazarı bütün dünyada ön
sıralarda durur. Bir ölkənin kitab sənayesinin inkişafı
sizcə nə deməkdir.
-Almaniya ilə bizim aramızda 3 saat fərq var,
nəşriyyat sahəsində isə bəlkə də 300 il. Bu adi söz deyil,
həqiqətən belədir. Orada kitab böyük bir sənaye sahəsidir.
Almaniyanın illik kitab bazarının dövriyyəsi 60 milyard
Eurodur. Məsələn, 250 il tarixi olan nəşriyyatlarda olduq.
15 nəfər işçisi var. Yəni bu kiçik bir nəşriyyatdır. Amma
kitabları dünyaca yayılır. Kitab mədəniyyəti artıq
Almaniya üçün ənənəvi bir mədəniyyətə aiddir. Pivə və
şərab qədər kitab hər bir insan həyatının ayrılmaz
hissəsidir. Bunu Almaniyada olmadan hiss etmək çətindir.
Söhbət texnikadan, müasir avadanlıqlardan getmir,
Azərbaycan yeni avadanlıq gətirə bilər, bəs kitaba
məhəbbəti haradan almaq olar, heç yerdən, o gərək
öyrədilsin. Nəşriyyatların müəllifləri var, nəşriyyat
müəllifə müəllif isə nəşriyyata xidmət edir, son ucda isə
Alman mədəniyyəti zənginləşir. Bır yazarın kitabını
yalnız bir nəşriyyat çap edir, o nəşriyyatda öz yazarını
təbliğ edir, onu yaşadır, onun maraqlarını ən yüksək
səviyyədə təmin edir. Məsələn, Herta Mellerin müəllif
hüquqları Hanser nəşriyyatına məxsusdur. Onun son
kitabı cəmi 2 000 nüsxədə çap olunmuşdu. Nobel
mükafatı elan olunan gecə o kitab 20 000 çap olundu.
Mən səhər şəhərə çıxıb kitab dükanlarına baş çəkdim.
Kitabları satılmışdı. Nəşriyyatdan dedilər ki, yeni tirajı
çapa hazırlanır.... Müəllif satılan kitabın 10 faizi həcmində
qonorar alır. Yalnız satılan! Bu rəqəm demək olar ki,
bütün müəlliflərlə, nəşriyyatlara aid olunur. Yazarın
futbolçu ilə fərqi ondadır ki, yaxşı oyununa görə hər dəfə
yüksək qiymət tələb etmir, yaxud qiymətə görə transfer
etmir. Yəni, Nobel mükafatı yalnız bir insanın deyil, bütöv
bir nəşriyyatın və Alman xalqının qələbəsidir. Müəllif də
bunu bilir, nəşriyyat da.
Almaniya ilin kitabına ali mükafatı müəyyən


АЛАТОРАН № 15, YANVAR 2010
91
edib. Onu dövlət deyil, qeyri-hökumət təşkilatları
gerçəkləşdiir, həmi təşkilatda nəşriyyat, kitab yayıcıları,
kitabın mahiyyətini tərk edən zövqlü insanlar toplaşıb.
Hər kəs gözləyirdi ki, bu ilki mükafat Herta Müllerə
veriləcək, axı o Nobel almışdı. Adətən bizdə belə olur, bir
adama dərhal bir neçə mükafat verilir. Amma gözlədiy-
imizin əksinə oldu, Almaniyanın ali kitab mükafatın başqa
yazar aldı. Bilirsiz niyə, bu o deməkdir ki, dünya kitab
bazarına iki böyük yazar daxil oldu. Bu yazarlar dünyanın
bütün dillərinə tərcümə olunacaq, bu müəllifləri hər yerdə
oxuyacaqlar. Növbəti ildə isə başqa yazarlar estafeti ələ
alacaqlar. Bu il Yerli mükafata görə 130-dan çox yazar öz
kitabını mükafata təqdim etmişdi, son mərhələyə 19 yazar
qalmışdı. 6 ay mətbuat bu yazarların əsərlərin saf-çürük
edirlər, ədəbiyyatçılar, oxucular və s. hər kəs fikir
söyləyir. Deməli hər il Alman kitab bazarında ən azı 19
yazarın kitabı daxil olur, bu kitablar bütün kitabxanaların
piştaxtasına çıxır... Bu əladı... Eyni vaxtda 19 alman
yazarın nəbzi döyülür, bu həmdə kitab bazarına gələn yeni
nəfəsdi...
- Sizcə nə üçün biz az oxuyan millətlər sırasın-
dayıq?
-Düz deyirsən, biz oxumuruq, buna görə “bizi də
oxuyan yoxdur”. Hər yerdə olduğu kimi oxumaq təhsil
məsələsidir. Almaniya uşağı 3 yaşdan kitabla ünsiyyət
qurur. Uşaq bağçası, ibtidai məktəb, əsas məktəb, gim-
naziya, hər yaşın öz kitabları var. Hər il bütün Almaniya
üzrə qiraət oxu yarışları keçirilir, Frankurt kitab
yarmarkasına milyonlarla uşaq toplaşır və orada qalib elan
olur. 
100-dən çox nəşriyyat yalnız uşaq ədəbiyyatı
hazırlayır. 2008-ci ildə 7319 ədəd yeni adda uşaq kitabı
nəşr edilib. Hələ bura tərcümə və təkrar nəşrlər aid deyil.
Bu o deməkdi ki, kitab oxumaq hər bir insanın həyat tərz-
inə çevrilib. Amma bizdə necədir, müəllimlər deyir ki, şa-
gird gəlməsə də olar amma aylıq haqqı gəlsin. Yaxud, əşi
kitab oxuyan nə qazanıb ki, bizdə oxuyaq. Bu düşüncə
forması dəyişilməlidir. Əvvəllər bir söz var idi “oxu-
mayana əbbək yoxdur”. Bax belə. Nədənsə, mənə elə gəlir
biz sanki çörək uğrunda mübarizə səddindəyik. Bu
mübarizə xeyli müddətdir davam edir, ölən də yoxdur... 
- Sizcə, cəmiyyətimizdə kitabın sayqınlığını
artırmaq məqsədilə hansı təcili tədbirlər görülməlidir.
Dövlətin bu sahədə görməli olduğu hansı işlər var?
- Təbii ki, Almaniyadan gəldiyim üçün oradan
daha çox misallar çəkirəm, Almaniyada ƏDV 19 %-dir.
Kitaba isə yalnız 7% ƏDV tətbiq olunur. Bizdə isə kitaba
qoyulan ƏDV 18 % təşkil edir. Yəni dövlət ilk növbədə öz
üzərinə düşən vəzifələri etməlidir, mümkün daxilində
güzəştlər tətbiq etməlidir. Kitab dükanlarının çox ol-
masında maraqlı olmalıdır. Yerlə təminatda, kitabla bağlı
tədbirlərin keçirilməsində marağını açıq bildirməlidir.
Kreditlər verməlidir, texniki yardımlar göstərməlidir.
Kitabxanaların istifadəsini yararlı hala gətirməlidir. İş
adamlarının kitaba yardımı dövlət vergisinə cəlb olunma-
malıdır. Onların mədəniyyətə xidmətini dövlət nəzərə al-
malıdır. Televiziyalarda kitabla bağlı demək olar ki, heç
bir veriliş yoxdur, kitab təbliğatı sıfır dərəcədədir. Ramiz
Mehdiyev yazdı, televiziyaları tənqid elədi, təsəvvür edin
ki, o tənqid olunan verilişlərin yerinə kitabla bağlı veril-
işlər salınır. Kitab bazarı 1 ayda tam başqa şəkil alar.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə